Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

"Pedaqoji konsilium" metodu 
-
bu və ya digər pedaqoji fakt, hadisə və ya konkret 
şagirdlə bağlı pedaqoji işçilərin (müəllimlərin) kollektiv müzakirəsi, fakt və ya hadisənin 
qiymətləndirilməsi, çətinliklərin araşdırılması və optimal tədbirlərin müəyyən edilməsi 
metodudur.
Pedaqoji sənədlər və fəaliyyət məhsullarının öyrənilməsi 
-
tədqiqatda bəzi zəruri 
faktların toplanmasına xidmət edən metodlardır. Məktəb sənədləri (jurnallar, hesabatlar, iş 
planları, şəxsi işlər və s.), habelə şagirdin fəaliyyət məhsulları (yazı, rəsm, əmək işləri
yaradıcılıq məhsulları və s.) təlim
-
tərbiyə işlərinin vəziyyəti və təlim müvəffəqiyyəti haqda 
müəyyən məlumatın əldə edilməsinə imkan verir.
Elmi ədəbiyyat və pedaqoji axtarışlar prosesində daha çox aşağıdakı metodlardan 


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
14 
istifadə olunduğu qeyd edilir:
1.
Müşahidə; 
2.
Müsahibə;
3.
Təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi; 
4.
Eksperiment; 
5.
Tədqiqatın nəticələrinin riyazi və statistik işlənilməsi; 
6.
Dar pedaqoji problemlərin tədqiqində istifadə olunan xüsusi metodlar.
Müşahidə pedaqoji tədqiqat metodu kimi 
Pedaqoji
-
psixoloji tədqiqatların təşkilində ən çox istifadə olunan və geniş yayılmış 
metod müşahidə metodudur. Müşahidə bizi əhatə edən varlığın uzun müddət ərzində 
məqsədə yönəldilmiş və planlı şəkildə qavranılmasıdır. Müşahidə bizi əhatə edən varlığın 
dərketmə mənbəyi olmaqla fikrimizə təkan verir. Adi seyretmədən fərqli olaraq müşahidə 
məqsədli və planlaşdırılmış bir proses olduğundan dərketmə prosesinin təminatçısı rolunu 
oynayır. Müşahidə zamanı şagird əşya və hadisə üzərində fikri fəaliyyət göstərir, hadisənin 
müəyyən cəhətini fərqləndirir və onları bir
-
biri ilə əlaqələndirir.
Müşahidənin aşağıdakı 
mərhələləri qeyd edilir (Paşayev Ə.X. və Rüstəmov F.A.
“Pedaqogika”):
1.
Müşahidələrin məqsəd və vəzifələrinin müəyyən edilməsi (müşahidə nə üçün 
aparılır?); 
2.
Tədqiqat obyektinə daha az təsir edən və zəruri informasiyaların toplanmasına 
imkan verən müşahidə qaydasının seçilməsi (necə müşahidə etmək?); 
3.
Müşahidə edilən obyektiv qeydiyyat qaydalarının seçilməsi (qeydiyyatı necə 
aparmaq olar?); 
4.
Alınan məlumatın təhlili və ümumiləşdirilməsi (hansı nəticə alınıb?)”. 
Adi müşahidələrdən fərqli olaraq elmi müşahidə çox çətin olmaqla yanaşı, obyektiv 
nəticənin alınması üçün müxtəlif şəraitdə uzunmüddətli və müntəzəm iş aparılmasını tələb 
edilir. Elmi müşahidənin adi müşahidədən fərqli xüsusiyyətlərini təhlil edərək aşağıdakıları 
qeyd etmək olar (V.İ. Zaqvyazinski):

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə