Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   2   3   4   5   6   7   8   9   10   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
13 
uyğunluğunun müəyyənləşdirilməsi prosesidir.
Metodları şərti olaraq dörd qrupa bölmək olar:

Empirik tədqiqat metodları;

Nəzəri tədqiqat metodları; 

Empirik
-
nəzəri tədqiqat metodları;

Pedaqoji tədqiqatda riyazi, statistik və sosioloji metodlar.
Empirik tədqiqat metodları müəyyən faktların toplanmasına xidmət edir. Bu 
metodlara aşağıdakılar daxildir:

Pedaqoji müşahidə;

Pedaqoji müsahibə;

Anket sorğusu;

Pedaqoji konsilium;

Pedaqoji sənəd və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Onların hər birində başqa metodlardan, xüsusilə müsahibə və müşahidədən istifadə 
olunur.
Pedaqoji müşahidə 
-
pedaqoji prosesin müəyyən məqsədlə və planlı şəkildə 
izlənməsi prosesidir. Tədqiqatçı müşahidə zamanı nəyi hansı
məqsədlə izləyəcəyini 
müəyyən edir, müvafiq faktlar toplayır,onları təhlil edib qruplaşdırır və nəticə çıxarır.
Pedaqoji müsahibə 
-
müəyyən pedaqoji hadisənin mahiyyəti, səbəbləri və başvermə 
şəraitinin aşkara çıxarılması məqsədi ilə aparılan sual
-
cavab metodudur. Müsahibəyə 
hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə (müəllim, valideyn, məktəb işçiləri və ya 
şagirdlərlə) və hansı suallar əsasında aparılacağı müəyyənləşdirilir. Müsahibə prosesində 
alınan cavablar dəqiq qeyd olunmalı (və ya audio yazısı təmin olunlmalı), sonra isə ciddi 
təhlili aparılmalıdır.
Anket sorğusu 
-
bu və ya digər pedaqoji məsələ (problem) barədə müəllim, şagird və 
ya valideynlərin mövqeyi və rəyinin öyrənilməsi və hər hansı pedaqoji hadisənin tipikliyinin 
müəyyən edilməsi məqsədi ilə aparılan yazılı sorğudur. Anket sorğusunda sualların düzgün 
seçilməsi və ifadə olunması mühüm şərtdir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə