Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   20   21   22   23   24   25   26   27   28

H

İFƏ



49

azalması 

və 

səmərəliliyin  yüksəlməsi 



perspektivləri bundan sonra 

da  texnologiyalara  və  onların 

maliyyələşdirilməsinə 

marağı 


gücləndirəcəkdir.

Blokçeynin  ayrı-ayrı  elementləri  – 

kriptoqrafik  heşlər,  paylanmış  verilənlər 

bazası  və  koncensusun  qurulması  özlüyündə 

yeni deyildir. Lakin onların birgə ahəngi verilənlərin 

və aktivlərin  vasitəçilərin və kənar mərkəzi orqanların 

iştirakı  olmadan  olduqca  səmərəli  ötürülmə  formalarını 

təşkil edir.

Hesablamalara  görə,  investisiya  bankları  köhnə 

infrastrukturun  dəstəklənməsinə  öz  İT-büdcələrinin  üçdə  iki 

hissəsini  sərf  etməklə  hər  il  xərclərin  azaldılması  layihələrinə  əlavə 

milyard dollar ayırırlar. Başqa sözlə, banklar təşkilatın gəlirinin əhəmiyyətli 

dərəcədə  yüksəlməsini  təklif  etməyən  proseslərin  dəstəklənməsinə  kifayət 

qədər çox vaxt və vəsait xərcləyirlər. Nəticədə banklar, mərkəzi banklar və birjalar 

onlara kapitalın gəlir səviyyəsinin yüksəldilməsinə kifayət edən gəlir göstəricilərinə 

qayıtmağa imkan verən fundamental məsrəf göstəricilərinə təsir aləti qismində bütün 

qüvvələrini  blokçeynin  imkanlarının  təcili  öyrənilməsinə  sərf  edirlər.  Əslində  blokçeyn 

texnologiyasına heç də investisiya bankçılığının bütün xəstəliklərini sağaldacaq bir panaseya 

kimi baxmaq düzgün olmazdı. Əksər hallarda strukturlar ənənəvi verilənlər bazası və ya proseslərin 

əsasında blokçeyn-həllərin işlənilməsini maliyyələşdirmə zərurəti olmadan da oxşar nəticələr almağa 

qadirdirlər.  Nümunə  olaraq  daxili  avtomatlaşdırma,  ştatın  ixtisar  olunması,  autsorsinq  və  offşorinq 

kimi sahələri göstərmək olar. Bununla yanaşı blokçeyn əksər mövcud klirinq proseslərini tamamilə aradan 

qaldırmasa da, qəti surətdə aşağı salma imkanının olması haqqında  əyani dəlillər də vardır.

Dünyanın bir çox aparıcı banklarının yeni texnologiayaları və inqilabi dəyişiklikləri fəal surətdə müzakirə etməsinə 

baxmayaraq onlar çox yavaş tempdə sözdən işə keçməyə cəhd edirlər. İndiyə kimi bu banklar blokçeyni praktikada 

demək olar ki, tətbiq etmirlər, yalnız testlərlə və pilot layihələrlə kifayətlənirlər. Blokçeyn, ətrafında çoxlu söz-söhbətlər 

gedən, lakin konkret hərəkətləri olan inqilabi texnologiyalara aiddir. Blokçeyn texnologiyaları ilə əlaqədar innovasiyalarla 

məşğul olan və “Burada şəbəkə effekti mühümdür” hesab edən Nasdaq vitse-prezidenti Fredrik Vossa görə maliyyə bazarında 

bu texnologiyanı tətbiq edənlərin sayının artmasından daha çox  fayda əldə etmək olar. PwC –dən Grainne McNamara hesab edir 

ki, IBM və Microsoft kimi şirkətlər blokçeyni ilk tətbiq etməyə başlayacaqlar. Onlar üçün bu, yüksək rəqabət şərtləri daxilində maliyyə 

xidmətləri bazarında öz payını genişləndirməyin çevik yoludur və bulud texnologiyalarına keçid də buna imkan verir.

Blokçeynin  tətbiqinin  bankların  əməliyyat  fəaliyyətinə  təsirinin  öyrənilməsi  məqsədilə  dünya  səviyyəsində  kapital  bazarları  təchizatçı 

McLagan hər il nəhəng banklar arasında kompleks maliyyə qiymətləndirmələrini həyata keçirir. Bu tədqiqatların aparılmasında gəlir səviyyəsinə 

görə dünyanın 8 nəhəng bankının əməliyyat xərcləri haqqında verilənlərindən istifadə olunmuş və Accenture High Performance Investment 

Bank firma modelinin vasitəsilə təqdim olunmuş informasiya təhlil edilmişdir. Bu da bizə texnologiyanın daha çox  təsirlərini özündə 

hiss edən investisiya banklarının göstəricilərini aşkar etməyə və “Blokçeyn hansı real üstünlüyü, qənaəti və biznes-əlavəni təklif edir?” 

sualını cavablandırmağa imkan verir. Texnologiya şirkətlərə ildə milyardlarla başa gələn aktivlərin və digər biznes-proseslərin 

optimallaşdırılmasının idarə olunmasına, razılaşmaların təsdiqi prosedurlarına ciddi təsir edəcək və sənayedə qəbul olunmuş 

zaman intervallarını tamamilə aradan qaldırmağa və ya əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcəkdir. Beləliklə də, 

son nəticədə blokçeyn müasir əməliyyat infrastrukturunun çoxsaylı elementlərindən imtina etməklə əsas proseslərin 

keyfiyyətini yüksəldəcək və xərclərin dinamikasına ciddi təsir göstərəcəkdir.

Müasir dövrdə əsas məsələ dünya birliyinin qlobal bank sistemlərində kriptovalyutanın yaşam hüququnu 

tanıması  şəraitində  qanunvericiilik  bazasının  təşkilidir.  Əslində  texnologiyanın  özü  üçün  qanunvericilik 

məhdudiyyətləri  yoxdur,  lakin  bir  çox  biznes-proseslər  müəyyən  çətinliklərlə  qarşılaşmaqdadırlar. 

Qanunvericilik  blokçeynin  tətbiq  olunacağı  sferaları  tənzimləyir.  Həmçinin  texnologiyanın  tətbiqi 

banklara  yalnız  sanksiyalar  şəraitində  deyil,  beynəlxalq  banklararası  informasiyanın  ötürülməsi 

sistemlərindən  aralanmasında  və  SWIFT  ödəmələrinin  həyata  keçirilməsində  işçi  alternativi 

tapmağa kömək edir. 

Banklar  ümid  edirlər  ki,  bu  texnologiyanın  tətbiqi  nəticəsində  gəlirləri  artacaq  və 

bazarlar  daha  səmərəli  olacaqlar.  Lakin  bunun  üçün  müəyyən  şərtlər,  xüsusi  halda 

bazarın  bütün  iştirakçılarının  istifadəsi  üçün  ümumi  sahələr  üzrə  standartlar 

zəruridir.  Bu  texnologiyaya  keçməyə  qərar  verən  hər  bir  bank  böyük  risk  və 

məsrəflərlə qarşılaşa bilər. Blokçeyn texnologiyası şəbəkə texnologiyası kimi 

tərəfdarlarının dəstəyi olmadan fəaliyyət göstərə bilməz.




H

İFƏ



50

B

lokçeyn  texnologiyalarıyla  müqavilələrin  açıq  məlumatlar 



bazasında  rəqəmsal  kodlarda  şəffaf  şəkildə  saxlanıldığı 

dünya  qurmaq  olar.  Burada  məlumatların  silinməsi,  icazəsiz 

onlarda hər hansı bir dəyişikliklərin edilməsi mümkün deyil. Bu 

elə bir dünya olacaq ki, hər bir müqaviləyə, prosesə, öhdəliyə 

və  ödənişə  rəqəmsal  imzalı  kod  aid  ediləcək.  Bununla  asan 

və  təhlükəsiz  şəkildə  informasiyaları  indenfikasiya  edərək 

paylaşmaq  mümkün  olacaq.  Əməliyyatların  aparılmasında 

isə  heç  bir  vasitəçi  huquqşünas,  broker  və  ya  bankirə 

ehtiyac  olmayacaq.  Onların  funksiyalarını  proqramlaşdırılmış 

müqavilələr  əvəz  edəcək.  Fiziki  şəxslər,  təşkilatlar,  maşın  və 

alqoritmlər aralarında maneəsiz, sərbəst şəkildə tranzaksiyalar 

apararaq  bir-biriləri  ilə  qarşılıqlı  əlaqədə  olacaqlar.  Bütün 

bunlar  məhz  “Blokçeyn”  texnologiyaları  sayəsində  mümkün 

olacaq.


Desentralizasiyalaşmış  rəqəmsal  təşkilat  konkret  sahibi, 

direktorlar  şurası  olmayan,  çoxsaylı  bərabərhüquqlu  üzvləri 

olan  virtual  şirkətdir.  Bu,  davamlı  biznes  model,  yoxsa 

“Blokçeyn” intuziastlarının fantaziyasıdır?

Rəqəmsal  şirkətlərin  yaradılması  ideyası  çox  cəlbedici 

görünür. İstənilən şəxs bir neçə dəqiqəyə öz kriptovalyutasını 

yaradaraq,  bu  cür  şirkət  təsis  edib,  işə  başlaya  bilər.  Belə 

desentral avtonom təşkilatlar tamamilə havada mövcud olsa 

da,  kifayət  qədər  ciddi  rəqəmlərdə  maliyyə  əməliyyatları 

apararaq, real fəaliyyət göstərirlər. Burada söhbət yeni rəqəmsal 

iqtisadiyyatdan gedir. Bu tip yeni rəqəmsal iqtisadiyyata keçid 

çətin görünsə də, mümkündür. Qeyd etmək lazımdır ki, smart-

müqavilələrə  əsaslanan  biznes  ideyalar  artıq  reallaşdırılıb. 

Növbəti  mərhələdə  dünya  ölkələrində 

“ağıllı”  müqavilələrin  dövlət  səviyyəsində 

qəbul edilməsi və müvafiq qanunvericilikdə öz 

əksini tapması məsələsi dayanır. Bu istiqamətdə 

İsveçrə  daha  aktiv  fəaliyyətdədir.  Bu  ölkədə  artıq 

“Blokçeyn”  texnologiyalarıyla  bağlı  startaplar  üçün 

nəzərdə  tutulmuş  müxtəlif  preferensiyalar  həyata 

keçirilir. Ən əsas yeniliklərdən biri illik gəliri 1 milyon İsveçrə 

frankından  aşağı  olmayan  “Blokçeyn”  texnologiyalarına 

əsaslanan şirkətlər üçün xüsusi güzəştlərin tətbiq edilməsidir. 

Bu cür şirkətlər lisenziyalardan azadolma kimi, bir sıra güzəştlər 

əldə edə biləcək.

ABŞ-ın  bəzi  ştatlarında  artıq  məhkəmələr  smart-

müqavilələri rəsmi olaraq qəbul edir və “Blokçeyn” üzərindən 

aparılan  sövdələşmələri  tam  qanuni  hesab  edir.  Hətta  bəzi 

ştatlar  “Blokçeyn”lə  aparılan  tranzaksiyaları  vergidən  azad 

edib.


Rusiya  Federasiyasında  isə  “Blokçeyn”lə  bağlı  situasiya 

daha  fərqlidir.  Burada  bank  lobbisi  öz  şəxsi  maraqlarından 

çıxış  edərək,  bütün  maliyyə  köçürmələrinə  nəzarəti  öz 

əllərində  saxlamaq  üçün  blokçeynin  inkişafının  qarşısını 

almaq  istəyir.  Lakin  “Blokçeyn”in  inkişafına  mane  olmaq  o 

qədər də asan olmayacaq. Çünki dövlət tərəfindən “Blokçeyn” 

tranzaksiyalarına  qadağa  qoyulsa  belə  buna  nəzarət  etmək 

mümkün deyil.

“Blokçeyn”    texnologiyaları  müxtəlif  startap  layihələr 

üzərindən tətbiq edilə bilir. Bunlardan bir neçəsinə nəzər salaq.

“Provenance”  —  bu  startap  Cesi  Beyker  (Jessi  Baker)  və 

Cutta  Ştayaner  (Jutta  Steiner)  tərəfindən  yaradılıb.  Bu  real 

vaxtda müxtəlif mal və məhsulların istehsal tarixi və mənşəyini 

izləmək üçün əməliyyatların şəffaflığını təmin edən sistemdir. 

Bu sistem vasitəsi ilə şirkətlər tədarük edəcəkləri mal haqqında 

daha  düzgün  və  şəffaf  informasiya  əldə  edərək,  şirkət 

tərəfindən qəbul olunmuş daxili standartlarla uyğunlaşdırmanı 

onlayn şəklində apara bilirlər.

Bu ilin iyun ayında Massaçutses Texnoloji Universitetinin 

Media  Labından  (MİT  Media  Lab)  Q.  Ziskind  və  O.Natan 

tərəfindən  “Enigma”  adlı  “Blokçeyn”  texnologiyası  əsasında 

“BLOKÇEYN” STARTAPLARI: 

 

Y

EN



İ 

TREND


MİRCAVİD HƏSƏNOV


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə