37
[Deyər]:
– Hara aparırsan, dügünü?
Deyər:
– Gedirəm Təbrizə.
Deyər:
– Xub, olar bu dügüynən satay bizə?
Deyər:
– Bu dügü tikə satılmaz. Ya hamısını al, ya da kı çəkil dala.
Koroğlu deyər:
– Məyə mən bir nəfər neçə batman dügü yəərəm? Neçə binək
dügü yəərəm? Beş-altı çəllək dügüynən ver.
Dedi:
– Deyirəm ki, ya çəkil dala, ya hamısını al, – deyəndə Koroğlu
gördü bu çox yekkə danışır, dedi:
– Sən sarvanay, ya bazırqan?
Dedi:
– Mən elə bazırqanam!
Şeşbərə əl elədi, qulunçunnan vuranda, deyər, altı ayıydı bazır-
qan getdi dədəsi yanına. Dəlilərə dedi:
– Yükləri çəkin.
Ağa, qatırda yükləri çəkiblər Çəmlibelə əndirdilər. Dəlilərə dedi:
– Hansıız aşpaz bələtiyz?
Dəlilərin birisi dedi:
– Mən.
Ağa, [həmən dəli] dügünü elə o cür töküp qazana, otu vurup dibi-
nə. Su tökmüyüpdü [qazana, ona görə də qazan] çax-çax çaqqıldıırdı.
Koroğlu dedi:
– Bu nəmənə?
Dedi:
– Pişənə gec olur, qourğa elləm.
Dedi:
– Dəli külbaş, çəkil dala.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
38
Ağa, dəlinin biri bir tulux suyu doldurup qazana. Bilinmədi aş
oldu, baş oldu, nə oldu, işim yox. Amma Koroğlu bir gün dedi:
– Bu cür güzəran olmaz, gərək bir dənə aşpaz tapak. Aşpaz
aşpaz şəklində ola.
Dolandılar, [Koroğlu] xəbər aldı, [öyrəndi]: Bəli, Laçın şəə-
rində bir dənə aşpaz var. Oranın paşasının aşpazıdı. Əgər qəza
pişirə adama, istiər barmağın yəə. Koroğlu dedi:
– Hər zülümdu, gərək o aşpazı mən yetirəm.
Ağa, dəlilərdən minip ata üş-dört danə, girdi Laçının şərinə. Baxdı-
gördü tamam küçə-bazarda nəmənə dolanıllar, qolubağlıdı ki, ağlıya-
ağlıya. Başlarınnan şallağnan vurullar, aparıllar. Koroğlu yeridi irəli:
– Qardaş, buları hara aparırıyz?
Dedi:
– Bu şəərdə, paşa hökm eliyipdi, bu şəərin gərək dövrində ta-
mam xəndək qazalar. Düşman ayax salmıya bu şəərə. Aparram
indi orda xəndək qazalar.
Dedi:
– Bulara xəndək qazdırıp pul da veririyz?
Dedi:
– Xub, yox, bular bərdədi.
Koroğlu dedi:
– Məni də isdiəllər orda xəndək qazam?
Dedi:
– Niyə istəməzdər.
Ağa, Koroğlu gəldi buların içinə, görə buların fərmanverəni
kimdi. Burda baxdı-gördü, bəli, bir nəfər durup biistila sərkargər-
dədi, fərman verir. Götürüp Koroğlu burda deyir:
– Bu fərmanı kim verip?
Deyər:
– Paşa! Paşa, dəstür verip.
Görsətip Koroğlu burda bu paşaynan nə cür çıxışır başa. Aldı
Koroğlu bu sözdəri deyə:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
39
Şəəriyə vəlvələ sallam,
Şeşpəri başıya çallam,
Təxtiyi əliynən allam,
Xəlxi belə zülmə salma.
Laçının xoş cavannarı,
Öldürün paşa, xannarı,
Qoymuun sürə dourannarı,
Əllərinnən douran allam.
Paşa indi bimar ollay,
Öz dərdiyə düçar ollay,
Tapılmaz dərdiyə ilac,
Gəzərəy tapmay ölümü.
Paşa əlan təxtiy allam,
Əliynən şovkətin sallam,
Başıya bir şeşpər çallam,
Bağlaram daldan qolıyı.
Koroğlu Dəli Həsənə,
Ərsəni təng edər sənə,
Şeşpəri vursun sinəyə,
Kəsərəm dodax- diliyi.
13
Koroğu bu sözdəri burda dedi. Ağa, şəəri saldılar vəlvələyə. Ça-
pan çapdı, yıxan yıxdı, qovan qovdu. Ağa, nə qədir, xaru-baru
libasu tarac eliyiplər, töküplər. Bu şəərdən də on dənə dəli yığdı
başına. Gəldilər Çəmlibeldə düştülər. Ağa, Koroğlu dedi:
– Dəlilərim, indi gəlin sizə bir nəsihət eliyim, bir vəsiyət eliyim. Gö-
rün mənim günüm nədi, mənim güzarım nədi, mənim işim nədi? Qoy-
marızın bir dənə bazırqan keçə, bir dənə tacir keçə, bir dənə karvan
keçə. Malların allız, tamamını tarac elərüz, talan elərüz. Bu dünyada
13
Şeirin ilk bəndi və ya bəndləri yoxdu, qafiyə də pozulub
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
40
gərək hamı bir sanıla, hamı bir yek sanıla. Nəki bir dənə paşa çıxa təxtə
qırx min cəmiyyəti özünə dov eliyə. Qoymam bir dənə paşa, xan qala.
Ağa, ərz eylədim bunun [Koroğlunun] Ərəb Reyhan Ağtəngədə
dayısıydı. Bunun atın adı Quziyəydi... {Ərəp Reyhanın atasın adı
Cəngiz idi. Atası ölənnən sora anası getdi bir ərəbə. Onnan oğlan
gəldi dünyaya. Oğlan gəldi dünyaya, dedilər «bunun adını nə qo-
yak?» Anasın adı Reyhan idi. Dədəsi çün ki ərəpdi, nənəsi əcəm bu-
nun adını qoydular Ərəp Reyhan. O da belə yol kəsərdi, Koroğlıdan
dala qalmazıdı. Koroğlınun dayısıydı}
14
.
Koroğluynan miyanəsi heş vaxt yox idi. Əlbəttə, Koroğlu bir gün
səfər elədi Ağtəngəyə, iki dənə dəlisiynən. Dəlilərin biri yolda dedi:
– Qoş Koroğlu, bu dağı biz nə cür aşayk?
Dedi:
– Bu dağlar ki, bir şey dəyi. Gərək aşak. Gedək mən dayıma
bilindirəm ki, onun elə bacısı məstər əlində böyümüşdü. Mənim
anamın atasının adına Məstər Əli deyərdilər, beləsinə.
Məstər
15
Əlinin bir belə şanı-şokəti varıdı. Bəli, ağa, Koroğlu çatur
[Ağtəngəyə]. Ərəp Reyhan çıxmışdı çöldə şikara. Gəzə-gəzə gəldi
həmin təngədən keçə. Ərəp Reyhan baxdı gördü bir dənə atdı, at üstə
durup yolun üstündə. Amma, Koroğlu eşitmişdi dayısın adını, bu gü-
nəcən görməmişdi ruxun. Dəlilərin o ikisinə ki, ərz elədim ki, dəlilər-
nən gəlirdilər, [Koroğlu] bulara demişdi: «Gedin şəərdən bir qutu
qəza gətirin[yeyək], gəzək görək hardadı mənim dayım».
Ərəp Reyhan dedi:
– Oğlan, cavan, hardan gəlip hara gedənəy?
Koroğlu baxdı, gördü bunun gözləri elə eyni bunun gözünə ox-
şuur, qolları elə [eyni] bunun qoluna oxşuur, ruxsarı bunun ruxsarına
oxşuur. Amma, bu durup at üstündə. Koroğlu həmişə ki, at üstə du-
rardı, çəp tərəfindən baxardı dala. Niyə? Rast
6
tərəfdən baxaydı düş-
14
Aşıq Əliəkbər mənimlə söhbətində Ərəb Reyhanla bağlı bu parçanı əlavə etdi.
15
Məstər sözünə aşıq belə izah verir: Məstər, yəni birinin yanında nökər
qalan. O da yanı bir sərdarın yanında nökər imiş.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |