41
man gələydi da əli olmazdı hərbəyə gedə. Çəp tərəfindən baxanda əli
amədəydi. Adam gərək rast tərəfindən baxanda bir zadı çıxarda
bilməz yanından, bu xiyaldaydı. Koroğlu baxdı-gördu bu çəpəlliydi
həmişə. Rast tərəfə baxur ki, çəp əliylə rasta tez şeşpər çəkə. Koroğlu
dedi: «Elə baxmazdar». Aldı Koroğlu bu sözü Ərəp Reyhana deyri:
Ərəp Reyhan Ağtəngədə,
Yatıp indi mənim dayum.
Gəlir ondan hər cəngədə,
Yetip indi mənim dayum.
Dayum adı Ərəp Reyhan,
Aləm ona olup heyran,
Budu dağlar, budu meydan,
Əgər olsan mənim dayum.
Aduy söylə, cavan oğlan,
Ollay tutduğuya peşman,
Dostan, ya ki mənə düşman?
Əgər olsan mənim dayum.
Koroğluyam bu çöllərdə,
Adım düşmüüri dillərdə,
Qılışlar yatıp qınnərdə,
Cəng eliyək, mənim dayum.
Ağa, Koroğlu şəmşir atdı, o, əmut tutdu. O, şəmşir atdı bu sipər tutdi.
Deyər söbdən günortaya ta bular savaşıplar. Biri birinə payıx çıxmadılar.
Eyvaz ki, yox idi, yanında, o zaman Dəmirçioğlu yox idi. Amma, gördü
bu bunun əl-ayağın yığıp. Belə ki, çəp əlinnən şeşpər vurur bunun
süpərinin üstünnən, kəllə istiir dibinnən oynıya. Üz oldu Koroğlu xuya
dönə. Birdən düştü, xub, mən qalxannan ki, istifadə görmürəm, əmutdan
istifadə görmürəm, qılışdan istifadə görmürəm. Hər nə verrəm mənnən
qabax bu amədə başdı. Mən niyə o əslə hərbəmnən xərc eləmirəm?!
Əslə hərbəsi nəmənəydi bunun? Əslikarı hərbəsi düşmana məhlum
elərdi, hərifə məlum elərdi. Koroğlu birdən buna gül vurdi. Dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
42
– Qardaş, iki nəfər dava eliyə bir yerdə, düşman ola bir yerdə,
ayə, gərək o tək adamın üstünə də car gələr?
Dedi:
– Yox, kimsənədən car gəlmir?!
Dedi:
– Niyə? Mən də təkəm, sən də. Sən niyə noinən xəbər elədin,
bir elə daldan atdı gəlir mənim sorağıma.
Dedi:
– Hanı?
Belə baxanda Ərəp Reyhan, nəhrəni çəkəndə Koroğlu, elə bil altı
aydı [Ərəp Reyhan] ustalmışdı. [Koroğlu atdan düşüb] kəməndi
aşdı. [Ərəb Reyhanın] qolların bağladı. Xəncəri çəkdi, elə bunun
döşün üstündən zirəhi dağıtdı. Gördü, bəli, pulək boynunda göturup
yazılıp: «Ərəp Reyhan Məstər Sərdarın oğlu»
16
.
Koroğlu burda tanuyupdu xoş o, beş o, on beş. Amma, burdan
gəlip şəərə dəliləri də götürüp. Ərəp Reyhan dedi:
– Hər vaxt işin girə düştü, düşman ayağ aldı üstiyəy bu Yumuğ
Əhməd deyəllər ki, Yumuğ Əhməd Koroğlunun qasidiydi. Bunun
nənəsi uşaxlıxda dizini əzmişdi, qurudini aparmışdı. O idi insanın
dizində bu qapalağ olmuya, bu zanu qaca bilməz. Oydi vardı qaçurdu.
Bu qoymur adam qaça. Onun nənəsi əzmişdi. Əyər yola düşəydi
yorulma bilməzdi. Onda da bunun nənəsi uşaxlıxda deyər buna
həmişə pələy sütü verərmiş. Bunun nənəsinin biistilah Ərəp Reyhan
ki, burda Yumuğ Əhmədi verdi buna, dedi:
– Bu yol kəsər. Uşaxlıxda bunun nənəsi pələy sütü çox verər-
miş. Oymuş bu pərvəriş yemişdi. Xiz bağladı misli pələng kimi.
Ağa, Koroğlu burdan gəlip. Yumuğ Əhmədi verdi buna, götü-
rüplər gəliplər.
16
Aşığın Ərəb Reyhanın nəslilə bağlı iki cümləlik informasiyanı buradan
çıxardıq. Çünki əvvəldə bu informasiya var.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
43
BU DA KOROĞLUNUN DƏYİRMANDA QIRATI
HƏMZƏYƏ VERMƏGİDİ VƏ ONU GERİ ALMAĞIDI
[Koroğlu, dəliləri] Çəmlibeldə qərar tutmuşlar. Bir gün Koroğlu dedi:
– Biz, xub, olmaz hamını öyəc yeyək, ət yeyək. Görək, xuda buğda
yaradup. Əkiplər, biçiplər, [bişiriplər] aparıplar çöldə [yeyiblər]. Çörək
insanın dizinin qüvvətidi, çörək insanın qolunun qüvvətidi. O yerdən ki
çörək var, hes zad yox. Durun dən aparak, dəgirmannarda dartayk.
Əvvəl bilmirdilər dəgirman nə cürdü. Tökürdülər daş üstə əzirdilər, bir
zülmnən. Koroğlu düşüp şəərlərə, tacirlərə gələn buğdanı qarət eliirdi.
Çəmlibelə götürüp [gətirirdi]. Bir gün Koroğlu üz oldı ki, dəlilərim,
kim bələtdi bu yerlərdə, bu civarlarda dəgirmana? Dəlilərdən heş
sorağı çıxmadı. Koroğlu özü durup minip Qıratı dəlilərə dedi:
– Mənim atımcak gedəyn, dəgirmana bələt olayun. Siz gəlin
daldan, dən gətirin dəgirmanda dartak.
[Koroğlu] düşüp yola. Dağı-təpəni aşup, ağa, gəlip yetişip ta
Xoy-Səlmasın yaxunnuğuna. Bir kənd var, Alicək deyəllər. Hələm
nəmədi adı?! Alicəkdi! Oranın adamı çox bilər, çox muzu olar. Bu-
nun [Koroğlunun] da Qıratını eşitmişdilər. {Çapırdılar, talıyırdılar,
karvannarın qabağını kəsirdilər. Xannar, paşalar, bəzirgannar zara
gəlmişdilər. Koroğlunun Qıratının adı dəlilərinin adınnan çox
çəkilirdi. Tokat xanı vəziri, vəkili yığdı yanına məsləhət eləd. Ko-
roğlunu gücdən salmağın, məğlub etməyin yollarını aradı. Məsləhət
gördülər ki, Qıratı gətirsələ Koroğlu belə hərəkət eliyə bilməz.}
Bir dənə paşa-xan
17
demişdi: «Ədə, o atı hər kəs gətirə mənə bir dənə
qızim var, o qızı verrəm ona. Hər kəs o atı gətirə”. {Kim gedər bu atı
gətirər? Bu, Koroğlı hər bir işdəri görür, bu atnan görür. Həmzə bir dənə
keçəl adamıdı. Bu dedi: «Mən gedərəm gətirərəm, amba bir şərtnən».
Xan dedi:
–Şərt nədi?
Həmzə dedi:
17
Aşığı sonradan danışdıranda paşa-xanı Tokat xanı kimi təqdim etdi
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |