Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   9   10   11   12   13   14   15   16   ...   96

 
 
41 
man gələydi da əli olmazdı hərbəyə gedə. Çəp tərəfindən baxanda əli 
amədəydi.  Adam  gərək  rast  tərəfindən  baxanda  bir  zadı  çıxarda 
bilməz  yanından,  bu  xiyaldaydı.  Koroğlu  baxdı-gördu  bu  çəpəlliydi 
həmişə. Rast tərəfə baxur ki, çəp əliylə rasta tez şeşpər çəkə. Koroğlu 
dedi: «Elə baxmazdar». Aldı Koroğlu bu sözü Ərəp Reyhana deyri: 
Ərəp Reyhan Ağtəngədə, 
Yatıp indi mənim dayum. 
Gəlir ondan hər cəngədə, 
Yetip indi mənim dayum. 
 
Dayum adı Ərəp Reyhan, 
Aləm ona olup heyran, 
Budu dağlar, budu meydan, 
Əgər olsan mənim dayum. 
 
Aduy söylə, cavan oğlan, 
Ollay tutduğuya peşman, 
Dostan, ya ki mənə düşman? 
Əgər olsan mənim dayum. 
 
Koroğluyam bu çöllərdə, 
Adım düşmüüri dillərdə, 
Qılışlar yatıp qınnərdə, 
Cəng eliyək, mənim dayum. 
Ağa, Koroğlu şəmşir atdı, o, əmut tutdu. O, şəmşir atdı bu sipər tutdi. 
Deyər söbdən günortaya ta bular savaşıplar. Biri birinə payıx çıxmadılar. 
Eyvaz ki, yox idi, yanında, o zaman Dəmirçioğlu yox idi. Amma, gördü 
bu  bunun  əl-ayağın  yığıp.  Belə  ki,  çəp  əlinnən  şeşpər  vurur  bunun 
süpərinin üstünnən, kəllə istiir dibinnən oynıya. Üz oldu Koroğlu xuya 
dönə. Birdən düştü, xub, mən qalxannan ki, istifadə görmürəm, əmutdan 
istifadə görmürəm, qılışdan istifadə görmürəm. Hər nə verrəm mənnən 
qabax  bu  amədə  başdı.  Mən  niyə  o  əslə  hərbəmnən  xərc  eləmirəm?! 
Əslə  hərbəsi  nəmənəydi  bunun?  Əslikarı  hərbəsi  düşmana  məhlum 
elərdi, hərifə məlum elərdi. Koroğlu birdən buna gül vurdi. Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
42 
– Qardaş, iki nəfər dava eliyə bir yerdə, düşman ola bir yerdə, 
ayə, gərək o tək adamın üstünə də car gələr? 
Dedi: 
– Yox, kimsənədən car gəlmir?! 
Dedi: 
–  Niyə?  Mən  də  təkəm,  sən  də. Sən  niyə  noinən  xəbər  elədin, 
bir elə daldan atdı gəlir mənim sorağıma. 
Dedi: 
– Hanı? 
Belə baxanda Ərəp Reyhan, nəhrəni çəkəndə Koroğlu, elə bil altı 
aydı  [Ərəp  Reyhan]  ustalmışdı.  [Koroğlu  atdan  düşüb]  kəməndi 
aşdı.  [Ərəb  Reyhanın]  qolların  bağladı.  Xəncəri  çəkdi,  elə  bunun 
döşün üstündən zirəhi dağıtdı. Gördü, bəli, pulək boynunda göturup 
yazılıp: «Ərəp Reyhan Məstər Sərdarın oğlu»
16

Koroğlu burda tanuyupdu xoş o, beş o, on beş. Amma, burdan 
gəlip şəərə dəliləri də götürüp. Ərəp Reyhan dedi: 
–  Hər  vaxt  işin  girə  düştü,  düşman  ayağ  aldı  üstiyəy  bu  Yumuğ 
Əhməd  deyəllər  ki,  Yumuğ  Əhməd  Koroğlunun  qasidiydi.  Bunun 
nənəsi  uşaxlıxda  dizini  əzmişdi,  qurudini  aparmışdı.  O  idi  insanın 
dizində bu qapalağ olmuya, bu zanu qaca bilməz. Oydi vardı qaçurdu. 
Bu  qoymur  adam  qaça.  Onun  nənəsi  əzmişdi.  Əyər  yola  düşəydi 
yorulma  bilməzdi.  Onda  da  bunun  nənəsi  uşaxlıxda  deyər  buna 
həmişə pələy sütü verərmiş. Bunun nənəsinin biistilah Ərəp Reyhan 
ki, burda Yumuğ Əhmədi verdi buna, dedi: 
–  Bu  yol  kəsər.  Uşaxlıxda  bunun  nənəsi  pələy  sütü  çox  verər-
miş. Oymuş bu pərvəriş yemişdi. Xiz bağladı misli pələng kimi.  
Ağa,  Koroğlu  burdan  gəlip.  Yumuğ  Əhmədi  verdi  buna,  götü-
rüplər gəliplər. 
                                                
16
 Aşığın  Ərəb  Reyhanın  nəslilə  bağlı  iki  cümləlik  informasiyanı  buradan 
çıxardıq. Çünki əvvəldə bu informasiya var. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
43 
BU DA KOROĞLUNUN DƏYİRMANDA QIRATI 
HƏMZƏYƏ VERMƏGİDİ VƏ ONU GERİ ALMAĞIDI 
  
[Koroğlu, dəliləri] Çəmlibeldə qərar tutmuşlar. Bir gün Koroğlu dedi: 
– Biz, xub, olmaz hamını öyəc yeyək, ət yeyək. Görək, xuda buğda 
yaradup. Əkiplər, biçiplər, [bişiriplər] aparıplar çöldə [yeyiblər]. Çörək 
insanın dizinin qüvvətidi, çörək insanın qolunun qüvvətidi. O yerdən ki 
çörək  var,  hes  zad  yox.  Durun  dən  aparak,  dəgirmannarda  dartayk. 
Əvvəl bilmirdilər dəgirman nə cürdü. Tökürdülər daş üstə əzirdilər, bir 
zülmnən. Koroğlu düşüp şəərlərə, tacirlərə gələn buğdanı qarət eliirdi. 
Çəmlibelə  götürüp  [gətirirdi].  Bir  gün  Koroğlu  üz  oldı  ki,  dəlilərim, 
kim  bələtdi  bu  yerlərdə,  bu  civarlarda  dəgirmana?  Dəlilərdən  heş 
sorağı çıxmadı. Koroğlu özü durup minip Qıratı dəlilərə dedi: 
–  Mənim  atımcak  gedəyn,  dəgirmana  bələt  olayun.  Siz  gəlin 
daldan, dən gətirin dəgirmanda dartak. 
[Koroğlu]  düşüp  yola.  Dağı-təpəni  aşup,  ağa,  gəlip  yetişip  ta 
Xoy-Səlmasın  yaxunnuğuna.  Bir kənd  var,  Alicək deyəllər.  Hələm 
nəmədi adı?! Alicəkdi! Oranın adamı çox bilər, çox muzu olar. Bu-
nun  [Koroğlunun]  da  Qıratını  eşitmişdilər.  {Çapırdılar,  talıyırdılar, 
karvannarın  qabağını  kəsirdilər.  Xannar,  paşalar,  bəzirgannar  zara 
gəlmişdilər.  Koroğlunun  Qıratının  adı  dəlilərinin  adınnan  çox 
çəkilirdi. Tokat  xanı  vəziri,  vəkili  yığdı  yanına  məsləhət  eləd.  Ko-
roğlunu gücdən salmağın, məğlub etməyin yollarını aradı. Məsləhət 
gördülər ki, Qıratı gətirsələ Koroğlu belə hərəkət eliyə bilməz.} 
Bir dənə paşa-xan
17
 demişdi: «Ədə, o atı hər kəs gətirə mənə bir dənə 
qızim var, o qızı verrəm ona. Hər kəs o atı gətirə”. {Kim gedər bu atı 
gətirər? Bu, Koroğlı hər bir işdəri görür, bu atnan görür. Həmzə bir dənə 
keçəl adamıdı. Bu dedi: «Mən gedərəm gətirərəm, amba bir şərtnən». 
Xan dedi:  
–Şərt nədi? 
Həmzə dedi: 
                                                
17
 Aşığı sonradan danışdıranda paşa-xanı Tokat xanı kimi təqdim etdi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə