Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   10   11   12   13   14   15   16   17   ...   96

 
 
44 
–Qızın Tona xanımdı, gərək onu əlini verəsən mənə. 
Dedi: 
–Xub,  əgər  sən  getdiy  Koroğlunun  Qıratını  gətdiy,  Tona  xanı-
mın əlini verrəm sənə. Sən də o atın dəhnəsini ver mənə. 
Bu şərtdən sora Həmzə gəldi ta Çəmlibelə. Dəlilərdən gördi bir 
nəfər gəlir, dedilər: 
–Oğlan hara gedirən? 
Dedi: 
–Mənim  ərbabım  məni  qovub,  yaxçı  at  becərrəm,  meytərliğ 
əlimnən gəlir. 
Dedi: 
–Xub,  Qoş  Koroğlıya  deyək,  görək  bunu  saxları?  İstiiri  [at] 
becərə. 
Gəlib [Koroğlıya] dedilər, bir dənə belə oğlan gəlib, deyir mən 
at becərrəm. Dedi: 
–Götürün gəlin bura, onu. 
Götdü-gəldi. Dedi: 
–Oğlan, sən nə cür at becərrən? 
Dedi: 
–Qurban, atdarın sən xərcin  ver  mənə, icazəsin  ver mənə,  mən 
deyərəm nə cür. 
 Bu,  qaldı.  Yer  elədi  ki,  özünə  atdarı  becərə.  Bir  müddət  bu 
atdarın xörəginnən kəsdi. Gündə ki, üş kilo arpa yeyirdi Qırat, bu 
iki  kilo  tökürdü,  bir  kilosun  oğururdu.  Qəxt  elirdi,  vermirdi.  At 
günbəgün  dalda  qalırdı.  Lavır-arığ  oldı.  Koroğlu  gəldi  baxa  ata. 
Gördü atda atdıx qalmıyıf, ayağ üstə gücnən durur. Dedi: 
–Oğlan, əgər bu cür at becərməyiydi mən səni neylirdim? İşiy-
di, əgər, bir dənə şeşpər çalum, gedəy atay yanna? 
Dedi: 
–Qurban, siz o çür at becərriz, o dərdə dəyməz. 
Dedi: 
–Necə?  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
45 
Dedi: 
–At becərirdiyiz, yol [gedən at] becərmirdiyiz ki? İcazə ver mən 
innən belə becərim, gör nə cür. 
 Koroğlu  icazə verdi. Gördü, vədə vermişdi  mən atı neçə günə 
gərirrəm, o gün yaxınnaşupdu. Atdarın yemini bol elədi.}
18
 [Atlar 
yedilər  kökəldilər.  Həmzə  Koroğluynan  bağladığı  şərtə  əməl 
elədiyinə görə Koroğlu onun işinnən razı qaldı.] 
Koroğlu gələr dəgirmanın başına, girər içəri: «Dəgirmançı!» Səs 
olmaz.  «Dəgirmançı!»  Səs  olmaz.  «Dəgirmançı»  səs  olmaz,  «Də-
girmançı!» səs olmaz. Dəgirmançı da neçə günümüş ün gəlmirimiş, 
dan gəlmirmiş. Dəgirmanda xurəyi xapdaydı, durmurdu yuxudan. 
[Koroğlu dedi:] 
– Ay qardaş, dur ayax ustə gör nə olupdı. 
[Dəgirmançı:] 
– Dən gəlip? 
Dedi: 
– Bəli. 
[Dəgirmançı:] 
–  Neçə  gündü  dən  gəlmiyip.  Mənim  gözdərim...  Baxtım  bəs  ki 
soldı. Mənim gözdərim çöllərə baxa-baxa xəmin bük oldi. Hanı dəniy? 
[Koroğlu] dedi: 
– Gəlmişəm hələ dəgirmanı tapam, onda gedəm. 
Dedi: 
– Baba, get. Eviyə yel-gün ot düşsün. Mənə xapdan əlan gəlip-
di, dən ki, gəlmiyip, heş səniy? 
[Koroğlu dedi:] 
– Heş səniy doluyanıyda su yox, dən üyüdə ki?! 
[Dəgirmançı:] 
                                                
18
 Aşıq  Əliəkbərlə  görüşəndə  lentə  Həmzənin  Çənlibelə  gəlişi,  Koroğlu  ilə 
görüşü, Qırata qulluq etməsi olmadığı halda bunlara aid işarələrin mövcudluğu-
nu bildirdikdə o bu parçaları əlavə etdi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
46 
– Əlan, bağlaram tənirə dolar. Yeri dəgirman üçün dən gət gəl, 
neçə gündü daşdar... 
[Keçəl Həmzə Qıratın mehtəri olduğuna görə o da Koroğluynan 
dəyirmana gəlmişdi.] 
Həmzə Keçəl buna dedi, keşdi dəgirmançıya dedi: 
–  Ay  dəgirmançı,  əgər,  sən  bu  kişinin  başını  qal  eliyəy,  mən  bu  atı 
aparam? Nə qədər sənə [dən] yetirrəm. Gündə mən o məmləkətdən dəni 
yollarık gəli bu məmləkətə. Səniy dəgirmanıy boş qalmaz, xatırcam olgı-
nan. Amma, bu şərti ki, bir cür elə, bunun başını qal elə, biz bu atı aparak. 
Amma,  Koroğlı  üz  oldu  ki,  baxtı  əlan  gəlir,  dəlilər  altı  öküz 
yüklüyüplər gətiirlər dəgirmana. O yannan da bir kişi  bir  yük gö-
türüp gəlir dəgirmana. Koroğlu dedi: 
–  Ay  dadaş,  mən  nobatı  tutmuşam.  Qoy  mən  danum  dartum, 
sonradannan sən dart. 
Dedi: 
– Qardaş, dəgirman mənim özümindi, sənə dəxli yox! 
[Koroğlu dedi:] 
– Dəgirman sənin özüyün də ola nobatnandı, qardaş. Qədim za-
mannan  deyəllər:  «Dəgirman  nobatnandı,  qəndin  şirnisi  toyda 
nabatnandı. Qoy dəgirman dolana nobatnan». 
Dedi: 
–Dəgirman mənim özümündü. Özüm gərək dartam əvvəl. 
 Ağa, bunun «həni» onun «yoxu». Koroğlu birdən bir dənə şeş-
pər  bunun  quluncunnan  vuranda  kürəgi  həş  bilmədi  nə  cür  sindi. 
Elə bil üç aydı yuxlamışdı. 
 Dəgirmançı baxdı, gördu bu haldadı dedi:  
–Qardaş, niyə onu öldürdiy?  
Dedi: 
–Sən də istiirsən gedəy onun yanına? 
Dedi: 
–Yox qardaş, mən əbəda elə  iş görməm.  Amma, xub, pəşiman 
ollay bu işə. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
47 
Koroğlu dəlisinə dedi: 
–  Xub,  bu  da  kı  yuxladı,  dəni  gətirin  dartun  bura.  Bu,  çünki 
yekkə  danışdı.  Bəəd,  aparıb  bu  pulları  tök onun  başı  üstə,  ayıldı, 
getsin dərdinə ilac eləsin. 
Ağa ki, sən öləyn, bu yannan Koroğlu dedi: 
– Mən gərək özüm duram, görməmişdim dəni nə cür dəgirman dartır. 
Ağa, dəgirmançı girdi donquzduxda bilinmədi [dəyirmanın] mi-
ləsinə  nə  qəyirdi.  Ağa,  bu  dəgirman  [daşdarı  bir-birinə]  yatmırdı. 
Daşıdı  da,  tarakı-tarak  buğdanı  bütün  səpirdi  çölə,  əvvəl  bir  az 
yaxşı səpdi. [Koroğlu] dedi: 
–  Baba,  buğdaydı  ki,  öz  məmləkətimizdə  bu  cür  yəərdik,  bu 
niyə dartmır? 
Dəgirmançı dedi: 
– Ay başıma daş oldu. 
[Koroğlu dedi:] 
– Nə olup? 
Dedi: 
– Bəli, alt daşın əyaxdakı mili tərsə düşüp. Heş noinən qovziya 
bilməm onı. 
Koroğlu da indi durup, dayanıp, Qıratı bağlıyıpdı qapıya da. [Dedi:] 
– Gəl, qardaş onun alt daşının milin qovzıyak, buni götürək ge-
dək o yana. 
Ağa, girdilər  içəri, [dəyirmançı görsətdi] Koroğlu miləni  çəkib 
aşağı. Dəgirman [daşdarı] yatdı bir-birinin üstə. Koroğlu çıxdı çölə 
baxdı-gördü xeyir aa..., Qırat yox! Bir nəfər minip atı, dəmdi sürə. 
Qəyitdi dedi: 
– Köpəyoğlu dəgirmançı,  bu  sənin  hiiləy  idi. Tutup dəgirman-
çının qışlərinnən, ağa, dəgirman dolanəndə [dəyirmançının] başını 
qoydu  dəgirmanın  daşı  üstə.  Dəgirmançının  kəlləsini  dəgirman 
[daşı]  elə  o  cür  ün  elədi  tökdü  çölə.  Gördü  xeyir  [bu  da  işə  ya-
ramadı.] Qıratı gedəcək. Qıratı aparacaq bu. Götürüp burda Keçəl 
Həmzəyə görək nə cür deyər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə