Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   13   14   15   16   17   18   19   20   ...   96

 
 
57 
Ey ağalar, sizə tərif eyliyim
İşi xam dünyadan zar olur, gedər. 
Biliyməsin nəsihətin özgənin, 
Gülün dövürünü xar alur, gedər. 
 
Binəsiyət yola getmək bəladı, 
Urəgimə vuran köynə yaradı, 
Bilməz onun mənzilgahı haradı? 
Yolların üstündə sar olur, gedər. 
 
Dağı-daşı Məcnun kimi teyliyəy, 
Misri qılıç beldən alay sövliyay, 
Düşmannardan qəsas alay dövliyay, 
Başı kəsməmiş qan alur, gedər. 
 
Oğrun-oğrun yarasına düşmüşəm, 
Yola düşüb qəm şərbəti işmişəm, 
Yaxçı-yaman bu dünyada seşmişəm, 
İsgəndər tək gəlip bac alur, gedər. 
 
Toybəyini bəziyin siz toylara, 
Bəziyənnər düşər uzaq yollara, 
Tər hənası xəzab olar əllərə, 
Rəngini almamış xəzan olur, gedər. 
 
Qoş Koroğlu sözün desin bəylərə, 
Didəm nəmi axdı döndü sellərə, 
Qıratımı bir salaydım yollara, 
Bədovun almamış bac alar, gedər. 
Sözdəri  tamam  elədi.  Məylisdə,  çalırdılar,  çağırırdılar,  şadıydı, 
toy  idi.  Həlbət  də  bu  məylisdə  toy  ki,  tükəndi,  rəsmilər  bəyi  apa-
rardılar ya hamama, ya gəlincıxa. Koroğlu çıxdı çölə bir dedi: 
– Biz istiirix bu bəydən bir ənam alax. Bu bəy harda qalup? 
 Dedilər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
58 
– Bəy otağundadı. 
[Dedi:] 
– Xub, məni apara bilməyizmi bəy otağına? 
Dedilər: 
– Niyə? Buyur! 
Koroğlu gəlip (Keçəl Həmzə [Koroğlunu] görüncək bildi da, ta-
nırdı) əlin qoydu Keçəl Həmzə başın ortasına. Barmağın, [başının 
ortasına qoymaqla demək istədi:] yəni heş səsiy çıxartma. [Dedi:] 
– Ay bəy, bizə bir ənam eliyəsən? 
Dedi: 
– Aşıx, bəy için də beş dənə bir dəm tud! Əgər, sən istiirsən bəydən 
ənam alay, xub, beş dənə dəm tutginan. Bəy də sənə bir ənam iltifat elər. 
Dedi: 
– Ha, olsun göz üstə dəgi. 
Keçəl Həmzə bir durdu çıxdı çölə. Koroğlu dedi: 
– Bəs necə, mən istiirəm beş dənə bəy üçün sööbət eliyəm, bəy 
gedir çölə? 
Dedilər: 
– Əlan gəlir. 
Ağa, Həmzə gedip Qıratı görə nə haldadı, bunu nə cür gözdür-
lər. Gördülər Keçəl Həmzə gəlir, neçə nəfər cavan, [dedi:] 
– Ay Həmzə, hara gedirəy? 
Dedi: 
–  Gedirəm  görəm  bu  at  yonça-saman  yeməz.  Buna  gərək  kiş-
miş, noxud verəyiz. 
Dedilər: 
– Baba, dəsturdu paşadan, gərək heş kəs bu atın yanına getmiyə. 
Dedi: 
– Bi nəfər ki, özüm gətimişəm, bir  mənnən savayı deyip: «heş 
kəs getmiyə!» Mən gərək gedəm. 
Keçəl Həmzə gəldi bir atın yalına əl çəkdi. Atın o yanına, bu yanına 
keşdi, qulağına dedi: «Ağan gəlip». Ağa, qayıdıp dala, dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
59 
– Xub, yaxşı saxlıın da, burda qalmağı bunun salah yoxı. Həmzə dedi: 
– Sabahnan gərək bunu buradan çıxardax, aparax ayrı yana. Koroğlu 
mümkündü gələ, bilə at burdadı başımız qovğaya qala. Gərək aparağ atı. 
Gəldi yenə girdi məylisə. 
[Dedilər:] 
– Xub, aşıx beş dənə dəm tut, bu bəy üçün görək nə olacax? 
[Koroğlu dedi:] 
Beş kəlam deyim Həmzəyə, 
Həmzə, mən görə gəlmişəm. 
Sözümü demə kimsəyə, 
Özün sən bilə gəlmişəm. 
 
Həmzə, mən yola düşmüşəm
Ölüm şərbətin işmişəm, 
Dəlilərdən çox küsmüşəm, 
Mən səni görə gəlmişəm. 
 
Həmzə, gözlə kim bilməsin
Düşmannar məni görməsin, 
Dəlilərim heş bilməsin, 
Dəlilər gülə gəlmişəm. 
 
Həmzə, mənim dərdim yetər
Günvəgündən olar betər, 
Qıratım olubdu dütər, 
Kişmişin yiyə gəlmişəm. 
 
Həmzə, onu yoxlamışay? 
Yoxlayıbda, saxlamışay? 
Heç onu yaraxlamışay? 
Sərkəşi belə gəlmişəy! 
 
Həmzə, durdum sənə qarşı, 
Geymişəy sən al qumaşı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
60 
Minək bir düşmənə qarşı, 
Sən məni bilə gəlmişəy. 
 
Əlində var toy hənası, 
Çoxdur Koroğlu hərası, 
Şad olur bəyin anası, 
Həmzə, mən toya gəlmişəy. 
Sözü tamam eliyənnən soora, ağa, Həmzə bir pulu verip. Həmzə dedi: 
– Qardaş, sən hara gəlib, hardan gedənəy? 
Dedi: 
– Mən aşığam, hər yerə gedərəm. 
Dedi: 
– Mən bir at gətirmişəm, bunu sən tanıray? 
Dedi: 
– Vəli bilmirəm, nədi məyə? O... Koroğlunun Qıratını sən gətirmişəy? 
Dedi: 
– Bəli. 
Dedi: 
– Baba, mən ki, buna inanmam. 
Neçə nəfər də durup bunun dövründə, aşığın. 
Dedi: 
– Mən ki, buna heç inanmam. 
Dedi: 
– Necə inanmay? 
Dedi: 
– Yox, hər kəs deyə  mən  bavar eləməm. Sən Qırat gətimişəy? 
Məyə Qırat quzudu, tutay boynunnan gətrəy, kişi?! 
Dedi: 
– Gətirmişəm də. 
Dedi: 
– Mən bilmənəm, sən bu atı gətimişəy! 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
61 
– Gə gedək gör. Görəy bavar eylərəy? 
Dedi: 
– Gedəy görüm. 
[Qarovullar] dedilər: 
– Baba, bunu hara aparırsan, olmaz? 
Dedi: 
– Baba, bu aşıxdı. Bu məyə Qıratın yaxununa gedə bilir?!  
Gətdi Həmzə bunu Qıratın yanına.  
Dedi: 
– Buda haa, bax! 
Koroğlu  baxub  Qıratın  yanına  çatdı.  Keşdi  bir  sağına,  bir 
soluna.  Qıratın  gözdərinnən  eydir-eydir  yaş  tökülür.  Bir  sağına 
baxdı, bir soluna baxdı. Ağa, Keçəl Həmzə demişdi: 
«Əhdimə  vəfa  eləmişəm»
22
.  Üzəngini  tutub,  [Koroğlu]  rikaba 
ayağını qoydu üzəngiyə. 
Dedilər: 
– Kişi, bu nəyə minir? 
Dedi: 
– Bu [at] mənsiz getməz. Getməz bu. Bu, Koroğlu dəyki gedə. 
Bir  mən bunu  bilirəm, o adətidi ki, Koroğlu bunu nə cür minirdi, 
sürürdü.  Ta onu  nişanə  var  bədənində  bu  atun.  Bir  yerinə  əl  vur-
maya, təkan yeməz yerindən, əsla. 
Dedi: 
– Necə yanı? 
Dedi: 
– Görəy, bir nişana, əlamət verəyin gedə. Qoy minsin. Min qar-
daş, görəy gedər?! 
Koroğlu rikabını basdı. Koroğlu aşdı atın belinə. Dedi: 
                                                
22
 Lentdə Koroğlu ilə Keçəl Həmzənin dəyirmanda vədələşdiyi haqqında heç 
nə  yoxdur.  Aşığın  söylədiyi  bu  ifadədən  məlum  olur  ki,  Keçəl  Həmzənin 
Koroğlu  ilə  dəyirmanda  vədələşdiyini  danışmağı  ya  unudub,  yaxud  da 
danışıbmış, lentdən pozulub. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə