Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə2/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   ...   96

 
 

XX  yüzilin  70-80-ci  illərindən  rejimdə  yumşalma  hiss  olunmağa 
başlasa da,  folklorşünaslıqda kök atmış  və hər  yanı bürümüş  «avto-
ritetlər»in  sovet  elmi  düşüncə  stereotipləri  dirçəlməyə  imkan  ver-
mədi. Folklor mətnlərinin saxtalaşdırılması, ümumiyyətlə, əsli olma-
yan yalançı mətnlərin yaradılması təcrübəsi daha da inkişaf etdi. 
Bununla yanaşı Sovetlərin İrana təzyiq göstərmə, onu xof içəri-
sində saxlama strategiyasından yararlanan milli mənəviyyatlı ziya-
lılarımız Cənubi Azərbaycan folklorundan nümunələr də çap etdirə 
bildilər. Əslində, bu, dəryadan damla kimi bir şeydir. 
Azərbaycan folkloru və folklorşünaslığını məhv girdabından XX əs-
rin sonunda AMEA-nın Folklor İnstitutu xilas etdi. O, tarixin süzgəci 
rolunu oynayaraq XX əsrlə XXI əsrin, II minilliklə III minilliyin ara-
sında dayanıb, bütöv bir epoxanı öz içindən keçirdi və millətin gələcə-
yinə gedən işıqlı yolun əsasını qoydu. Azərbaycan Folklor antologiya-
larının nəşrinə başlandı. Bu, yalnız Azərbaycan Respublikası sərhədləri 
daxilində  yaşayan  xalqımızın  bölgəsəl  folklor  toplusu  deyil,  həm  də 
Azərbaycan  türklərinin  yaşadığı  bütün  bölgələri  əhatə  edir.  Belə  ki, 
antologiyanın  2-ci  cildi  İraq-Türkman  folkloruna,  14-cü  cildi  Rusiya 
Federasiyasının Dağıstan Respublikasında toplum yaşayan soydaşları-
mız - dərbəndlilərin folkloruna, III, VII, VIII, X, XII, XV, XIX cildləri 
isə Ermənistan Respublikasından qovulmuş göyçəlilərin, qaraqoyunlu-
ların, ağbabalıların, irəvanlıların, zəngəzurluların, dərələyəzlilərin folk-
loruna həsr edildi. Beləcə, indiyədək Azərbaycan Folklor Antologiyası-
nın 19 cildi işıq üzü gördü. Elə bölgələrimiz oldu ki, oradan toplanmış 
folklor nümunələri 2-3 kitaba sığmadı. Bu iş hələ davam edir. 
Folklor  daşıyıcılarının  qocalıb  dünyalarını  dəyişmələri,  şəhərləş-
mə, radio-televizya və mətbuat, Avropa və Rusiyaya aludəçilik və s. 
amillər folklor nümunələrimizin getdikcə azalmasına səbəb olmuşdur. 
İran  İslam  Respublikasında  yaşayan  soydaşlarımız  arasında  isə 
folklorumuzun  yaşaması və folklor söyləyicilərinin sayı Azərbaycan 
Respublikası ilə müqayisədə olduqca çoxdur. Nə yazıq ki, orada milli 
dildə təhsil qadağan olunduğundan və bəzi yasaqlar ucbatından folk-
lorumuzu elmi əsaslarla toplayıb nəşr edəcək kadrlarımız yoxdur. 
AMEA-nın Folklor İnstitutu yarandığı gündən bu məsələni diq-
qətdə saxlamış, kadr hazırlığına xüsusi önəm vermişdir. Siyasi sə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

bəblərdən bu proses uzun sürdüyündən institutumuz gözləmə möv-
qeyi  tutmamışdır.  Yeni  folklorşünaslar  nəsli  fəaliyyətə  başlaya-
nadək  biz  İrandan  toplanmış  və  Sovet  İttifaqında  çap  olunmuş 
folklor nümunələrini, İranda çap olunmuş və ya toplansa da müəy-
yən  səbəblərdən  çap  olunmamış  folklor  nümunələrini  elmi  əsas-
larla yenidən çap etməklə layihəmizə başlamağı qərara aldıq. Layi-
həmizin  sonrakı  mərhələlərində  istər  İran  İslam  Respublikasında 
yaşayan, istərsə də bu gün müxtəlif siyasi, iqtisadi və s. səbəblər-
dən dünyanın hansı güşəsində olursa-olsun yaşayan folklorşünasla-
rın və folklor həvəskarlarının toplamış olduqları nümunələri, eləcə 
də  İran  İslam  Respublikasında  soydaşlarımızın  toplu  yaşadıqları 
bölgələrdən toplanmış nümunələri çap edəcəyik. 
İran İslam Respublikasında yaşayan soydaşlarımız sayca Azər-
baycan Respublikasında yaşayanlardan daha çox və oradakı folklor 
söyləyiciləri daha  fəal olduğundan çap edəcəyimiz kitabların  sayı 
50-ni keçəcəkdir. 
Layihəmizdə S.Behrəngi, M.Fərzanə, Ə.Kamali və başqalarının 
arxivindəki  folklor  nümünələrini  çap  etməklə  bölgələrdən  topla-
nanların çap edilməsi paralel aparılacaqdır. İlk olaraq ixtisasca və-
kil  olmuş,  mənalı  ömrünün  çoxunu  folklorumuzun  toplanmasına 
həsr  etmiş  Əli  Kamalinin  arxivindəki  “Koroğlu”  dastanını  nəşr 
edirik.  Əminik  ki,  dünya  dastanşünaslarının  diqqət  mərkəzində 
olan “Koroğlu” dastanının yeni nəşri maraqla qarşılanacaqdır.  
Bu layihə, əslində, dünya mədəniyyətinə xidmət etməkdə və yo-
xa çıxmaqda olan folklor nümunələrini qorumaqla ümumbəşər mə-
dəniyyətinə  xidmət  deməkdir.  Əminik  ki,  İran  İslam  Respublika-
sının  qabaqcıl  ziyalıları,  dünyanın  gedişini  aydın  görən  hökumət 
məmurları belə bizə yaxından kömək göstərəcək, beynəlxalq təşki-
latlar isə layihəmizi dəstəkləyəcəklər. 
 
Hüseyn İSMAYILOV 
filologiya elmləri doktoru, professor 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

“KOROĞLU” DASTANININ (ƏLİ KAMALİ ARXİVİNDƏKİ 
VARİANTLAR) TƏKRAR NƏŞRİNƏ ÖN SÖZ 
 
Universiteti bitirəndə məni təyinatla “Şərq qapısı” qəzetində iş-
ləməyə  göndərdilər  (1973-1992).  Qəzet  Kommunist  partiyasının 
Naxçıvan vilayət komitəsinin orqanı idi. Buna görə də yazılar əsa-
sən Kommunist partiyasının göstəriş və qərarlarının yerinə yetiril-
məsi mövzusunda olurdu. 
Mən kəndlərə kolxoz-sovxozlardan, kənd sovetlərindən, partiya 
təşkilatlarından,  məktəblərdən  yazmaq  üçün  göndəriləndə  imkan 
tapıb  qocalardan,  qarılardan  folklor  nümunələri  də  toplayırdım. 
Aşıqlarla da tez-tez görüşürdüm. 1980-ci illərdə aşıq Həmid Ağa-
malıyev “Koroğlu” dastanından aşağıdakı gəraylını söylədi:  
Bir qıznаn cəngə çıхdım,  
Kəmənd аtıb tutdu məni. 
Tаnrı qəzəbinə gəlmiş, 
Bir yumruğа yıхdı məni. 
 
О, еlə bir qızıydı, 
Özü mənnən хırsızıydı, 
Yumruх vurmаğı аzıydı,  
Diz аltında sıхdı məni. 
 
Аtım аtınа yеtmədi, 
Şеşbər аtdım tutmаdı,  
Kоrоğlu gücü çаtmаdı, 
Yаlvаrdım burахdı məni. 
Аşıq Həmid (1925-1986) Ermənistan SSR-nin Əzizbəyov rayo-
nunun  Kotanlı  kəndində  anadan  olmuşdu.  Gənclik  illərində  Nax-
çıvana köçərək o zamankı İliç (indiki Şərur) rаyоnunun Təzəkənd 
kəndində  yaşayırdı.  Şeirdən  açıq-aydın  görünürdü  ki,  Koroğlu 
özündən də güclü bir qızla qarşılaşıb.  
Aşıq  Həmidi  çox  sorğu-suala  tutsam  da  əlavə  bir  bilgi  ala  bil-
mədim. Həmin illərdə məşhur olmayan bəstəkarların mahnısının efir-
də səsləndirilməsinə, ekranda göstərilməsinə  icazə verilmədikdə çox 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə