Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   ...   96

 
 
11 
«KOROĞLU» DASTANININ  
ƏLİ KAMALİ ARXİVİNDƏKİ VARİANTLARI 
 
Tehranda  vəkil  işləyən  Əli  Kamalinin  (1944-1996)  1991-ci  ildə 
qonağı  oldum.  Ofisin  bir  tərəfində  yüzə  yaxın  qovluq  vardı.  Bunlar 
ofisdəki  məhkəmə  üçün  hazırlanan  yaşıl  rəngli  qovluqlardan  fərq-
lənirdi. Müştərilərinin məhkəmə işləri ilə bağlı qovluqları rəfə dikinə 
yığılmış  və arxalarındakı ağ kağızda  nömrələr  yazılmışdı. Ağ rəngli 
kağızdan  hazırlanmış  qovluqlar  isə  ayrıca  bir  rəfdə  üst-üstə  qalan-
mışdı. 
Biz  ədəbiyyatdan,  folklordan,  tarixdən  söhbət  edəndə  Əli  Ka-
mali  əl  atıb  üst-üstə  qalanmış  qovluqlardan  birini  götürüb  açaraq 
oradakı  vərəqlərə  baxar  və  ya  fikrinin  doğruluğunu  isbatlamaq 
üçün  oradan  parçalar  oxuyardı.  Qovluqların  bir  neçəsində  XVIII-
XIX  yüzillərdə  yaşamış  Telimxanın  şeirləri,  şeirlərin  makina 
yazıları  və  xəttatların  səliqə  ilə  köçürdükləri  mətnlər  idi.  O,  bu 
qovluqlara daha çox önəm verir və onlara tez-tez müraciət edirdi. 
Ciddi-cəhdlə  Telimxan  divanını  çapa  hazırlayırdı.  Divana  geniş 
izahlar və sözlük də yazdığını söyləyirdi. 
Qovluqların bir neçəsində də «Koroğlu» dastanının əlyazmalar, 
çap üçün hazırladığı mətnlər, maqnitofon lentinə yazılmış kasetlər 
vardı. 
Əli  Kamali  ilə  söhbət  edərkən  qovluqlardakı  materialların  bəzi-
lərinin surətini çıxarıb mənə verirdi ki, Azərbaycan mətbuatında çap 
etdirim  və  ya  məqalələrimdə  istifadə  edim.  Mən  də  onun  arzularını 
yerinə yetirməyə çalışırdım. Həmin illərdə mətbuatda Telimxanın bir 
neçə şeirini çap etdirməklə haqqında bilgilər də vermişdim.  
Onun  verdiyi  materiallar  mənim  üçün  çox  önəmli  olsa  da  çap 
etdirməyə o qədər də səy göstərmirdim. Düşünürdüm ki, Əli Kamali-
nin  zəhmətinin  bəhrəsi  olan  bu  materialları  özü  çap  etdirər.  Buna 
maddi  imkanı  da  vardı,  böyük  həvəsi  də. Topladığı  materialları  çap 
etdirmək üçün Azərbaycan türkcəsinin yazı qaydalarını özündən yax-
şı bilənlərdən, Tehranda yaşayan gənclərin gücündən istifadə edirdi.  
1996-cı  ilin  avqustun  31-də  qəfil  ölüm  Əli  Kamalini  yaxaladı. 
Dəfnində iştirak edə bilməsək də bir qrup ziyalı ilə birlikdə qırxın-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
12 
da iştirak etmək üçün Tehrana və doğulduğu Bəndəmir kəndinə də 
getdik
2

Əli  Kamalinin  yasından  geri  döndükdən  sonra  mənə  vermiş 
olduğu  folklor  nümunələrini  Azərbaycan  MEA  Folklor  İnstitutu-
nun arxivinə vermək istədim. Arzu edirdim ki, folklorşünaslarımız 
həmin materiallardan araşdırmalarında istifadə edəcəklər.  
AMEA Folklor İnstitutunun direktoru, f.e.d. Hüseyn İsmayılov 
Əli  Kamalini  Azərbaycan  Respublikasında  daha  yaxşı  tanıtmaq 
üçün bir kitabça hazırlamağı tapşırdı və “Koroğlu” dastanının Əli 
Kamali arxivindəki nüsxələri mövzusunu iş planıma daxil etdi. Be-
ləliklə, beş ilə yaxın bu materiallar üzərində işlədim. 
Əli  Kamali  peşəkar  folklorçu  deyildi.  Ətrafındakı  dar  düşüncəli-
lərin  «Türklərin  ədəbiyyat  və  folkloru  yoxdur.  Bu  dildə  gözəl  bədii 
nümunələr  yaratmaq  olmaz!»  dedi-qoduları  onu  doğulub  boya-başa 
çatdığı bölgənin ədəbi nümunələrini toplamağa təhrik etmişdir. Sanki 
zəngin  bir  xəzinə  ilə  rastlaşdığını  görən  gənc  hüquqşünas  sonralar 
dairəni genişləndirmiş, İranın güneyində və doğusunda yaşayan türk-
lərdən də folklor nümunələri toplamağa başlamışdı.  
İranda islam inqilabından sonra türkcə qəzet və jurnalların nəş-
ri, xüsusən də “Varlıq” jurnalı onu bu sahədə ardıcıl işləməyə hə-
vəsləndirmişdi.  Həmişə  deyirdi  ki,  xarici  ölkədə  hüquq təhsili  al-
mış  və  doktorluq  dissertasiyasını  müdafiə  edərək  İrana  qayıtmış 
Həmid Nütqinin ədəbiyyatımız, dilimiz, tariximiz haqqında məqa-
lələri ona ana dilini dərindən öyrənməyə güclü təkan göstərmişdi. 
“Varlıq” jurnalı Əli Kamalinin ömür yolunu dəyişmişdi.  
Beləliklə, Savə, Həmədan, Qəzvin, Xorasan, Şiraz və b. bölgə-
lərdən  XVII-XX  yüzillərdə  yaşamış  şairlərin,  aşıqların  heç  yerdə 
çap olunmamış şeirlərini, dastanlar, nağıllar, bayatılar, atalar sözlə-
ri və s. toplamağa başlamışdı. Özü gedə bilmədiyi yerlərə başqala-
rını  göndərmiş,  onların  məsrəflərini  ödəmiş,  söyləyicilərə  də  hə-
vəsləndirmək  üçün  müəyyən  məbləğdə  pul  vermişdi
3
.  Bunu  Aşıq 
                                                
2
 Şamil  Əli.  Əli  Kamali  Tehranda  və  Bakıda.  “Tanıdığım  insanlar”  kitabı, 
Birinci kitab, “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, səh. 110. 
3
 Məmmədxani Hüseyin. Rəhmətlik Əli Kamali.(Əlyazma hüququnda) The-
ran,  1993,  səh.12,  .Güneyli  Məmmədxani  Hüseyin.  Ustad  Əli  Kamali 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
13 
Əliəkbərin  “Koroğlu” dastanını  lentə köçürərkən işlətdiyi  yarı za-
rafat, yarıgiley dolu ifadədən də aydın görmək olur. 
Topladığını  araşdırmağa  səy  göstərən,  «Varlıq»  jurnalına  20-
dək  məqalə  yazan,  bir  kitab  çap  etdirən  Əli  Kamali  nə  yazıq  ki, 
uzun  illər  üzərində  işlədiyi  və  nəşrə  hazırladığı  «Telimxan  diva-
nı»nın, «Dastanlar»ın işıq üzü görməsinə nail ola bilməmişdir
4
.  
Sağlığında  Əli  Kamalinin  topladığı  materiallar  və  elmi  fəaliy-
yəti Azərbaycanda, Türkiyədə, İranda, İsveçdə yaşayan ziyalıların 
və elm adamlarının da diqqətini özünə çəkmiş, haqqında məqalələr 
yazılmışdır. Lakin onun topladığı materialların nəşri çox ləng get-
mişdir. Səbəbi də Ə.Kamalinin bu işlə davamlı məşğul ola bilmə-
məsi idi. Kitablar çap etdirmək və ailəsini dolandırmaq üçün vax-
tının çoxunu vəkilliyə həsr edir, insanların haqqını qoruyurdu. 
Ölümündən sonra isə onun arxivi araşdırıcıların üzünə bağlandı. 
Ə.Kamalinin  doğulub  boya-başa  çatdığı  bölgə  Mərkəzi  İranda 
yerləşsə  də,  daha  çox  Savə  şəhərinin  adı  ilə  tanınır.  XX  yüzilin 
başlanğıcınadək burada soykökü Xələc, Əfşar və Şahsevən tayfala-
rına bağlı türklərin 800-ə yaxın kəndi olmuşdu. Yüzilliyin sonları-
na yaxın isə hökumətin yeritdiyi siyasət və şəhərləşmə nəticəsində 
kəndlərin  sayı  450-yə  enmişdi
5
.  Ə.Kamali  folklor  materiallarının 
çoxunu məhz bu kəndlərdən toplamışdı.  
Şahsevənlər deyəndə, öncə nəzərimizə Azərbaycan Respublika-
sında  və  İran  İslam  respublikasının  Savalan  dağı  ətrafında  toplu 
yaşayan Şahsevənlər gəlir. Lakin İran İslam Respublikasının ayrı-
ayrı bölgələrində də şahsevənlərin yaşadığını unutmamalıyıq. Şah-
sevənlərin  hamısının  soykökü  eyni  tayfalara  dayanmır.  Səfəvi 
hökmdarı I Şah Abbasın (1587-1629) siyasi məqsədlərlə formalaş-
                                                                                                         
əbədiyyətə  qovuşdu.  «Ümide  Zəncan»  qəzeti,  1375-ci  il,  21  şəhrivərd  (11 
sentyabr 1996), 1375-ci il, 28 şəhrivərd(18 sentyabr 1996) 
4
Şamilov  Əli.  Bakıya  bir  də  dönməyinə  əcəl  aman  vermədi.  “Müxalifət” 
qəzeti, 1996, 21 avqust, №63 (463), s.8.  
5
 Kamali Əli. Qara bulutdan çıxan ay-Telimxan. «Varlıq» jurnalı (Tehran), 
1981,  sayı  25,  səh.51,  Kemali  Ali.  Save  türklərinin  böyük  şairi:  Tilimhan-1,  2 
(Kara  bulutdan  çıkan  ay).  Aktaran  nəşrə  hazırlayan:  Yavuz  Akpınar.  Kardaş 
edebiyyatlar (Erzurum), 1997, sayı 38, 39, səh.9-17, 26-29.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə