Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə6/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   ...   96

 
 
17 
3.  20-30  il  əvvəllər  qələmə  alınmış  18  səhifəlik  bir  qarışıq  əl-
yazmanın sonunda Əleyi xan Qasimi qeydi var.  
Bundan başqa 20 səhifəlik  «Koroğlunun... qurtarmaq dastanı», 
24 səhifəlik «Dastanı Eyvaz ki,  istir gedə ...kuhuna», 43 səhifəlik 
«Eyvazın durna gətirməgə getməsi», 35 səhifəlik «Koroğlunun Ey-
vazı gətirmək dastanı», 30 səhifəlik «Koroğlu Aşıq Cünundan Ey-
vaz  xanın...»,  17  səhifəlik  «Koroğlunun  Şilad  şəhərindəki....»,  17 
səhifəlik «Koroğludan şeirlər», 2 səhifə «Koroğlunun İstambul sə-
fəri», 12 səhifə başlıqsız əlyazmalarda tarixə və yazıya alanın adı-
na, soyadına rast gəlmədik. 
4. A-4 formatlı kağıza qara mürəkkəblə, səliqəli xətlə köçürülmüş, 
hər biri 25 səhifə «Koroğlunun Türkmən səfəri» və «Aşıq Cünunun 
Çəmlibeldən qaçması» qolları  yazılmış  və sonda  «Söyləyən:  Əfşar» 
qeydi verilmişdi. Bu qeyddən belə anlaşılırdı ki, Əfşar söyləyib, kim-
sə yazıya alıb. Mətnin dili bugünkü yazılı ədəbi dilimizə çox yaxındır. 
Bu da mətnin Əfşardan yazıya alındığına şübhə doğurur.  
Hüseyn Məmmədxani Güneylinin Ə.Kamali ilə birgə işlədiyin-
dən xəbərdardım. Ona görə də 2003-cü il yanvarın 9-11-də Bakıda 
keçirilən  «Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə»  folklor 
konfransına  gəlmiş  H.M.Güneyliyə  məndə  olan  əlyazmaları  gös-
tərdim.  Səliqəli  xətlə  köçürülmüş  əlyazmaların  onun  olduğunu, 
1990-1995-ci  illərdə Ə.Kamalinin tapşırığıyla çap üçün  hazırladı-
ğını söylədi. Redaktə zamanı ədəbi dil normalarını əsas götürdüyü-
nü, mətnlərin dil-üslubunu qorumadığını bildirdi.  
Əli Kamalinin arxivində gördüyümüz əlyazmaların bizdə surəti ol-
mayanları da var. Onların da  söyləyicidən qələmə  alındığını, yoxsa 
hər hansı bir əlyazmadan köçürüldüyünü müəyyənləşdirə bilmədik. 
5. Hər biri bir saatlıq 7 kasetə «Koroğlu» dastanının qolları köçü-
rülüb. 4 qolun hər biri bir kasetə yerləşdirilib. Kasetlər köçürülərkən 
başlanğıcında  və sonunda səs qırıqlığı  yaranıb. Bu hala kasetin  bəzi 
yerlərində də rast gəlinir. Söyləyənin kimliyi kasetlərdən bilinmir. 
Dolaşıqlıqlara aydınlıq gətirmək üçün söyləyici ilə görüşmək la-
zım  idi. Onu tapmaq isə o qədər də asan olmadı. Uzun illər soraq-
ladıqdan  sonra  H.M.Güneyli  söyləyicinin  Aşıq  Əliəkbər  olduğunu 
yazdı.  Tehranda  2004-ci  ilin  dekabrında  keçirilən  simpoziuma  ge-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
18 
dərkən  Aşıq  Əliəkbərlə  də  görüşməyi  planlaşdırdım.  Dekabrın  31-
də ədəbiyyatımızın və dilimizin vurğunlarından H.M.Güneyli, Dər-
viş  Bəhrəvan İnallı,  Əskər  Yaşıllı  və  Aşıq  Əhədlə  birlikdə  hazırda 
Kərəc  yaxınlığındakı  Səidabad  kəndində  yaşayan  aşıqla  görüşdük. 
Aşıq  Əliəkbər  Qurbaninin  çalıb-oxumasını,  danışığını  lentə  almaq 
üçün  özümüzlə  kamera  və  diktofon  da  götürmüşdük.  Yaxşı  ki, 
«Koroğlu» dastanının lentdən kağıza köçürdüyümüz mətni və aşığın 
Əli Kamali üçün söylədiyi lentlər də yanımızda idi.  
Lentdən kağıza köçürdüyümüz mətndəki pərakəndəliyi və anla-
şılmazlığı  aradan  qaldırmaq  üçün  Aşıq  Əliəkbərə  müraciət  etdik. 
Bizi  mehriban  və  qonaqpərvər  qarşılayan  aşıq  yazıya  aldığımız 
mətnləri eşidəndə  yad-yad üzümüzə baxırdı. Sanki  bu  mətnlərdən 
onun  heç  xəbəri  yoxmuş.  Aşıq  Əliəkbər  dastanı  yazıya  aldığımız 
kimi  söylənmədiyini  bildirdi.  Lentləri  səsləndirmək  zorunda  qal-
dıq.  Aşıq  heyrətləndi.  Səmimi  etiraf  etdi  ki,  1986-1988-ci  illərdə 
söylədiklərini unudub.  
Biz ondan lentə qulaq asarkən anlaya bilmədiyimiz və fikir do-
laşıqlığı olan parçaları yenidən söyləməsini xahiş etdik. Aşıq lent-
dəkindən nisbətən fərqli bir variant danışmağa başladı. Onun söy-
lədiklərini yenidən lentə köçürsəydik yazıya köçürüb çapa hazırla-
dığımızdan  fərqli  bir  variant  yaranacaqdı.  Buna  isə  aşığın  həvəsi 
və vaxtı yox idi.  
Aşığın yardımı ilə kağıza köçürdüyümüz mətndəki pərakəndəli-
yi və anlaşılmazlığı aradan qaldıra bilməyəcəyimizi gördük. Odur 
ki, dastanı kimdən öyrəndiyini, məhəlli sözlərin mənasını xəbər al-
dıq  və  bəzi  parçaları  təkrar  söyləməyi  xahiş  etdik.  Aşıq  Əliəkbər 
Qurbani ustadının Savənin Səngək Mərəğeyi kəndindən (Telimxan 
da bu kənddə doğulub) Aşıq Əbülqasım olduğunu və ondan 20-ci 
yüzilin 50-ci illərində 18 dastan öyrəndiyini söylədi.  
Aşıq Əliəkbərdən «Koroğlu qarı ilə harada görüşüb?»- deyə so-
ruşduq.  “Əlyazmalardakı  mətnlərdə-  “Dastani  Koroğlu  və  Nigar 
xanım”da  və  «Koroğlunun  Türkmən  səfəri»ndə  Koroğlunun  qarı 
ilə görüşdüyü  yazılıb. Siz  isə  «Bu Koroğlunun Dəmirçioğlu səfə-
riydi ki ərz elədim» qolunu danışarkən Koroğlunun qarı ilə görüş-
düyünü söyləyirsiniz» - deyə xəbər aldıqda gülümsəyərək dedi ki, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
19 
orada elə bir yanlışlıq yoxdur. Koroğlunun qarı ilə, çərçi ilə görüş-
ləri və ona bənzər ikinci dərəcəli süjetlərin hansı qolda söylənməsi 
məclisdəkilərdən, vaxtdan və aşığın ovqatından asılıdır. Məclis iki 
gün davam edəcəksə aşıq da «Koroğlunun durna səfərinin dastanı 
payama çatır»ı başlayıbsa ona Koroğlunun qarı ilə, çərçiylə görüş-
məsini və ya əlavə bəzəklər verməyə imkanı olmur. Dastanın kiçik 
qollarını danışdıqda isə vaxtı doldurmaq üçün belə əlavə edirik.  
Məclisdə əyləşənlər yaşlı, oturuşmuş adamlar olanda da, kənddə 
tək yaşayan el ağbirçəyi olanda da “onun xətrinə dəyər – deyə qarı 
ilə görüşməsini danışmırıq. Aşığın özünün ovqatı ciddi olanda da 
Allahdan, peyğəmbərdən, igidlikdən, düzlükdən, doğruluqdan oxu-
maqla vaxtı doldurur, şən əhvalda olduqda isə o cür gülüş doğuran 
parçalara üstünlük verir.  
Məclisdə kimlərin əyləşdiyinə də aşıqlar çox önəm verirlər. Koroğlu 
və onun dəlilərinin adını dəyişməsək də, düşmənlərinin adı məclisdəki 
nüfuzlu bir şəxsin adıyla eyni olduqda ona hörmət əlaməti olaraq də-
yişir,  əsasən  də  həmqafiyə  başqa  bir  adı  çəkirik.  Bəzən  çalıb-oxudu-
ğum vaxt məclisə Cəfər adlı bir nüfuzlu şəxs daxil olduğunu pıçıltıyla 
mənə çatdırıblarsa, ondan sonra Cəfəri Səfərlə əvəzləmişəm. 
Ayrı-ayrı məclislərdə dastan danışarkən adlarda bu cür dəyişik-
liyə rast gəlsən, bil ki,  məclisdə əyləşən nüfuz sahiblərinin adıyla 
bağlıdır.”  
Aşıq Əliəkbərin dediklərini bütün variantlara tətbiq etmək olmur. 
Belə ki, istər onun danışdığı «Bu da Eyvazın durna səfərinin dastanıdı 
ki,  payama  çatır»  qolunda,  istərsə  əlyazmadakı  «Eyvazın  durna  gə-
tirməyə getməsi» qolunda söhbət Hasan paşadan getdiyi halda, birdən 
mövzu dəyişir. Dəliləri meydanda asmağa gətirəndə Koroğlu: 
Sənə deyim Cəfər paşa,   Və ya:  Sənə deyim Cəfər paşa, 
Mustafaxan yoldadı. 
           Bu meydan yaxçı meydandı. – 
deyə oxuyur.  
Əlyazmadakı «Bu dastan Aşıq Cünunun qaçmağı dastanıdı»nda da 
Yumuğ  Əhməd  deyir:  «Qaz  və  ördək  bu  mahalda  tapulmaz.  Ərzu-
rumda Cəfər paşanun göllü bağunda ola. Ora da gidmaq müşküldür. 
Çox çətin dağlar qabaqda var. Xətərli yolları vardur və bir də Cəfər 
paşa bir qudrətli paşadur. Koroğlı gəlüb dəliləri çağurub dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə