Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə7/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   10   ...   96

 
 
20 
– Kim gidə bilür Ərzurumdan Cəfər paşanun bağundan qaz və 
ördək gətürə?» 
Burada  da  şeirlər  Cəfər  paşaya  müraciətlə  söylənilir.  Sonda 
yenə də Hasan paşadan söhbət gedir.  
«Dastanı Koroğlu və Nigar» da Nigar xanım Çənlibelə çatanda 
onu qarşılayan dəlilər arasında Eyvazı nişan verməsini Koroğludan 
xahiş edir. Buradan belə aydın olur ki, Nigar xanım Eyvazın şan-
şöhrətindən  xəbərdardır. Əksər  variantlarda  isə övladı olmadığına 
görə Koroğlu gedib Eyvazı gətirir və Nigar da onu oğulluğa götü-
rür.  Belə  fərqliliklərə  ayrı-ayrı  aşıqların  söylədiklərində  deyil,  bir 
aşığın söylədiyi ayrı-ayrı qollarda da rast gəlinir.  
Aşıq  Əliəkbər  Həmzənin  Qıratı  aparmasından  sonra  Koroğlu-
nun narahatlığını təsvir edəndə Nigar xanımın dilindən deyir: «Bo-
lu Sərdar, Koroğlu çox narahatdı. Bu sözdərinnən əslən giriftarlığ 
tüğyan eliir, beləsi. Yığılın bunun ürəgin alın. Qırat əlinnən gedif, 
divana olacaxdı». Aşıq «dəlilərin başı», sərdar kimi tanıtdığı Bolu 
Sərdar haqqında «Bu da Eyvazın durna səfərinin dastanıydı ki, pa-
yama  çatır»  qolunu  danışarkan  ikibaşlı  danışır.  Durna  ovuna  Ey-
vazla birlikdə Dəmirçioğlunun, İsaballının, Bolu Sərdarın getdiyini 
söyləyən  aşıq  Bolu  Sərdarın  iki  tərəfə  işlədiyini  sözarası  qeyd 
etməklə qalmır, sonda Eyvazın dilindən deyir: 
Bolu Sərdar burdan qaçup, 
Başımıza bəla açup. 
«Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı» qolunda 
isə Koroğlunun dəlilərə Bolu Sərdarı axtarıb tapmalarını əmr edən-
də Dəmirçioğlu və dəlilərin bir çoxu onu tanımadıqlarını deyirlər. 
Koroğlu Bolu Sərdarı axtarmağa gedəndə İstanbulda qarşılaşırlar. 
Koroğlu onu tanısa da Bolu Sərdar Koroğlunu oxşadır. Amma tam 
yəqinliklə  Koroğlu  olduğunu  deyə  bilmir.  Bolu  Sərdar  Çənlibelə 
hücum  etməyə  qoşun  toplayanda  Eyvazla  Dəmirçioğlu  onun  dəs-
təsinə qoşulur. Bolu Sərdar isə onların Koroğlu dəlilərindən oldu-
ğunu tanımır. 
Uzun  illərlə  apardığımız  müşahidələrdən  və  Aşıq  Əliəkbərin 
söhbətlərindən bu qənaətə gəlmişik ki, aşıqlar dastanın əsas süjeti-
ni  yadda  saxlayır,  ikinci  dərəcəli  detallardan  isə  məclisin  və  özü-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
21 
nün əhval-ruhiyyəsinə uyğun olaraq istifadə edirlər. İkinci dərəcəli 
surətlərin adlarını hansı qola münasib bilirlərsə, orada da işlədirlər. 
Çapa hazırladığımız variantda: 
Səfər oldu Dağıstana,  
Mənimnən gedən gəlsin, 
Namərd meydana girməsin, 
Mərd badəsin içən gəlsin. 
-  kimi  şeir  parçalarına,  eləcə  də  Türkmənistan  ifadəsinə  dəfələrlə 
rast gəlinir. «Koroğlu» dastanının Paris və Təbriz nüsxələrilə mü-
qayisəli təhlili onu göstərir ki, istər Dağıstan, istərsə Türkmənistan 
bugünkü inzibati ərazi vahidləri anlamında deyil, dağlıq yer, türk-
mənlər  yaşayan  yer  anlamında  işlədilir.  Bunu  bilməyən  Aşıq 
Əliəkbər  dastanı  danışarkən  türkmənlərdən  söhbət  açanda  onu 
Türkmənistanla uyğunlaşdırmağa çalışaraq «Türkmənsəhra» ifadə-
lərini  işlədir.  Nəşrə  hazırladığımız  variantlarda  Eyvazın  Qaşqay 
türkmənlərindən olduğu özünü qabarıq büruzə verir: 
1.Aşıq Əliəkbərin lentə söylədiyi qollar bunlardır: «Bu, Koroğ-
lunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidir», «Bu da 
Koroğlunun  dəgirmanda  Qıratı  Həmzəyə  verməgi  və  onu  geri  al-
magıdır», «Bu, Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi 
gətirə»,  «Bu  da  Koroğlunun  Eyvaz  dastanıydı  ki,  getdi  Eyvazı 
gətirdi»,  «Bu,  Koroğlunun  Dəmirçioğlu  səfəriydi  ki,  ərz  elədim», 
«Bu da Eyvazın durna səfərinin dastanııydı ki, payama çatı», «Bu 
da  Eyvazın  Türkmənə  getməgidi  və  ata,  anasını  toyuna  dəvət  et-
məgidi», «Bu dastan da Koroğlunun Bolu Sərdarı axtarmağıdı». 
Qolların  adlandırılması  «Kitabi-Dədə  Qorqud»un  boylarının 
adını, M.Füzulinin «Leyli və Məcnun» poemasının fəsillərinin baş-
lıqlarını  və  b.  orta  əsr  qaynaqlarını  yada  salır.  Məzmunca  da  bir 
oxşarlıq  var.  Belə  ki,  «Dədə  Qorqud»  boylarında  olduğu  kimi, 
Aşıq Əliəkbər də bir neçə qolun sonunda dastanın adını çəkir. Aşı-
ğın söylədiyi qolların heç birində “Aşıq Cünun” adı çəkilmir. Bu-
nu  diqqətsizlik  kimi  qiymətləndirmək  olmaz.  Çünki  söyləyici  bir 
neçə  dəfə  kitabda  Aşıq  Cünunun  adı  olduğunu,  lakin  yaşadığı 
bölgədə yayılmış «Koroğlu» dastanlarında belə bir adın olmadığını 
söyləyir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
22 
İranda «Koroğlu» dastanının bir neçə nəşri olsa da, Aşıq Əliək-
bərin Qulamhüseyn Sədri Əfşarın 1347-ci ildə (miladi 1968) Teh-
randakı  İbn  Sina  nəşriyyatında  çap  etdirdiyi  kitabla  tanış  olduq-
larını  öyrəndik.  Bu  da  Hümmət  Əlizadənin  Bakıda  1941-ci  ildə 
Azərnəşrdə çap olunmuş kitabı əsasında çapa hazırlanıb. 
Lakin  İslam  Əfşar  Xələcin  yazıya  aldığı  qollarda  Aşıq  Cünun 
hadisələrdə fəal iştirak edir, şeirlər söyləyir, çalıb oxuyur. İ.Ə.Xələci 
öz şeirlərini də yazıya aldığı qolda verir və başqa bir qeydində bunu 
aşıqların da oxuduğunu söyləyir. Bu da onu göstərir ki, bölgədə hələ 
də  «Koroğlu»  dastanının  qolları  formalaşmaqdadır.  Aşıqlar  və  el 
şairləri mövzu ilə bağlı şeirlərini dastana əlavə edə bilirlər. 
Aşıq Əliəkbər Koroğlunun İrana gəlmədiyini bir neçə dəfə vur-
ğulayır. Onun Ərzurum ətrafında yaşadığını və Osmanlıya səfər et-
diyini söyləyir. «Bu da Koroğlunun Eyvaz dastanıydı ki, getdi Ey-
vazı  gətirdi»  qolunu  danışanda  Türkmənsəhradan  söz  açır.  Ərzu-
rum ətrafında yaşayan Koroğlu İrandan keçmədən Türkmənsəhra-
ya gedə bilməzdi. Bu da onu bir daha göstərir ki, aşığın söylədiyi 
və əlyazmalardakı variantlarda Türkmənistan, Türkmənsəhra, Təkə 
Türkmən  məlum  bir  coğrafi  məkan  deyil,  ümumiyyətlə  türkmən-
lərin yaşadığı yer anlamındadır.  
2.  İstər  Aşıq  Əliəkbərin  söylədiyi,  istərsə  də  əlyazmalardakı  va-
riantlarda  Yumuğ  Əhməd,  Qulu  bəy  kimi  maraqlı  obrazlar  var. 
Koroğlu Nigar xanımı gətirərkən yolda Qulu bəyin ox atmağına hey-
ran  olur.  Onu  zorla  atasından  ala  bilməyəcəyini  gördükdə  Nigar 
xanım işə qarışır. Atasını, anasını dilə tutaraq Qulu bəyi özünə qardaş 
kimi  Çənlibelə  gətirir.  Yumuğ  Əhməd  və  Qulu  bəyin  adıyla  bağlı 
ayrıca qollar olmasa da, onlar əksər qollarda ən fəal iştirakçılardır. 
Koroğlu dəlilərindən bəzilərinin adının sonuna “balı” sözü əla-
və edilir. İsabalı, Eyvazbalı, Əhmədbalı və b. Görünür, balı sözü-
nün də xüsusi bir anlamı, mənası var. 
3. Bir qolda Çənlibeldə olduğu, hadisələrdə fəal iştirak etdiyi gös-
tərilən dəli başqa bir qolda hələ Çənlibelə gəlməmiş təsvir edilir. Məs: 
İsabalı  Nigar  xanımın  xidmətçisi  kimi  onun  məktubunu  Çənlibeldə 
Koroğluya  gətirir.  Başqa  variantda  Nigar  xanımı  gətirməyə  gedəndə 
Koroğlu Çənlibeldə nizam-intizamı qorumağı İsabalıya həvalə edir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə