Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə10/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   6   7   8   9   10   11   12   13   ...   96

 
 
29 
– Sən  mənim abrımı apardın. Mən onun atdarın  o məmləkətdə 
görmüşdüm.  Bu  gəldi  mənim  atdarım  vurdu  yerə,  xarab  elədiy. 
Səniy mən mücazat eliyəcəm gözlərin çıxaralar. 
Dedi: 
– Gəl, mənim gözümü çıxartma. 
Dedi: 
– Olmaz. Gərək çıxadam. 
Bunun iki gözün də çıxartdı. Çıxartdı, dedi: 
–  Xub,  dünyada  insanın  dərdə  dəyəni  gözdi.  Bədəninin  yarısı, 
sultanı gözdi.  
Dedi: 
– Bə sən mənim gözümi çıxartdın, mənə hədiyə olaraq o atdar 
ki pisti, onu ver mənə. 
Dedi: 
– Onu veriy, bu aparsın. 
O, Düratnan Qıratı, oğlu Roşanı da götdü şəərdən çıxdı. Hələ indi o 
şəərin  adı  deməmişəm  nəymiş,  o  şəərin  adı  Toqat.  Şəəri-Toqatdan 
çıxdı, haydı gediri. Gəldi [oğluna, başına gətirilənləri söylədi və] dedi:  
– Gedirik, hər yerə ki çatdıx, mən sənə deyərəm.  
Gəldi, dedi: 
– Bu yer nə cür yerdi? 
Dedi: 
– Ata, düzdi. Hər yer düzdi. Nə dağ var, nə daş var. Elə baxır-
san düz görükir. 
Dedi: 
– Burda baş saxlıya bilmənik. 
Bir qədir getdilər, dedi: 
– Bala, bu nə cür yerdi? 
Dedi: 
– Dədə, bura da təpə-təpədi. Təpəsi çoxdu, dağ deyi. 
Dedi: 
– Burda da baş saxlıya bilmərik. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
30 
Çatdılar bir dərbəndə. Dedi: 
– Bura? 
Dedi: 
–  Ata  bura?  Dağın  başı  gedib  çox  göyə.  Dərbənddi,  ayrı  yana 
yol yoxidi gedə. 
Dedi: 
– Ha, bura bizim yerimizdi. 
Buranın adını qoydu burda, Çəmlibel. Burda düşdülər. Dedi: 
– Bala, dolanı gör, burda qəmiş (biz deyərih, qəmiş) vardı? 
Dedi:  
– Bu dağdı, dağın başında qəmiş çıxıbdı. 
Dedi: 
– Orda su olar. 
Dedi: 
– Ata, su yoxdi.  
Dedi: 
– Çıxar, qeyri mümkündi su çıxmıya. 
O bulağın da ki, (ərz eləmişəm buracək) doqquz ay suyu qurur-
du, üç ay gələrdi. 
Dedi: 
– Ata, su yoxdi. Susuzdan öldük, süyumuz qurtarıp. 
Dedi: 
– Bala, bu bulağı əş. 
Oğlan bir az oranı eşələdi, su coşdı. 
Dedi: 
–  Coşanda  mənə  xəbər  elə.  Su  gəldi  çıxdı  mənə  xəbər  elə  bir 
içim  ver  mən  içim,  vurum  üzümə.  Ama  özün  içmiyə  ha!  Ağa, 
içəəy məriz ollay. Mənə xəbər elə.  
Bu oğlan çox zirək  idi. Dedi, görən, nə var bu suda?! Ağa, bu 
suda bir səbəb varmış, bir  hüsn  varımış, bir  möcüzə varımış.  Ko-
roğlu  bunu  eşər,  bir  onda  görər  bulağın  suyu  qeynağa  gəldi.  Ya-
vaş-yavaş bu su cuşur. Bu su vəxti ki, gələr yuxarı, görər belə da-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
31 
ğıdı. Əl vurar, görər belə dağdı, qeyniir. Əlin çəkər. Çəkənnən sora 
[bir də]  vurar görər buzdu su, çox buzdu. Dırnaxları  istiir tökülə, 
bu qədri buzdu. Bir muc vurar dodağına. O, içənnən sora deyər: 
– Ata, gəldi su.  
Dedi: 
– Çıxdı? Apar məni suyun üstə. 
Apardı  qoydu  suyun  üstə.  Atası  əylir  [su]  içər.  Bir  az  vurdu 
üzünə. Baxdı gördi heş nə görmür, möcüzəsi yox. Dedi: 
– Bala, işdiy bu sudan? 
Dedi: 
– Bəli ata, bir qurtum. 
Dedi: 
– Balam, sən apardıy. Mənim gözüm açılardı ki, keşdi. Səniy bu 
fırsatnan  səsiy  çoxalar.  Səniy  səsiy  iki  ağaşdan  [eşidilər],  nəhrə 
çəkən  daşlar  titrər.  Hər  kəsin  qulağına  nəhrən  dəyə  huşdan  gedər. 
İndi burda daş yığginən istəb-atdar bağlanan yer qayırək.  
Daş yığdılar, üstünü örtdülər, atdarı saldılar bura. 
Dedi: 
– Bala san, atdarı becər. Elə elə ki, gün düşmüyə töylənin içinə, 
heş yerdən düşmiyə. 
Bəəd, oğlan beçərdi. Bir neçə günnən sora [atası] dedi: 
– Bala məni apar görüm atdar necədi. 
[Atası]  gəldi.  Əvvəl  Qıratın  qulağınnan  əlini  dayadı,  sürtdü, 
sürtdü  belinə.  Gördü  yox,  bir  şey  yoxdı.  Gəldi  Duratın  qulağının 
yanınnan əlini sürtdü, sürtdü belinə, üstünə çatanda at belini bu cür 
elədi, diksindi. Əlini saxladı, dedi: 
– Çıx gör işıx düşür? 
Dedi: 
– Bir iynə qədər atın dərisinə işıx düşür. 
Dedi: 
– O bir tikə atı zəlil eliyipdi. Ged onu tut. 
Bəəd, tutandan sora, dedi:  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
32 
– Xub, indi buları minginən, sür. Əvvəl minginən, sür salginan 
düzdiğa, torpaxlığa. 
İkisin də sürdü. Dağa saldı, daşa saldı, getdi dolandı gəldi, gördi 
eybi  yox.  Heç  yerdə  dayammırlar.  Ama  Durat  torpaxlığı  çatanda 
bu  cür  yetmir.  İşıx  bunu  zəlil  eliyibdi.  Atdarın  birin  adın  qoydu 
Durat, o birin Qırat. Buranın adı Çəmlibelidi, Çardaxlı Çəmlıbel.}  
O zaman, nə bilim məmuro, pasko, ədli-divan yoxumuş ki, hər kəs 
hər kəsəymiş. Bəəd, Koroğlunun adı, əsli adı Roşandı. Deyir, dədəsin 
gözün  Sərdar  paşa  çıxartdı,  o  vəsətdən  deyillər:  «Koroğlu».  Yəni 
dədəsi korumuş. Hələ bəzi yerdə də deyillər: «Kəroğlu», xeyir! 
Çəmlibeldə ki,  Koroğlu  sükunat tutar. Atası  bir gün  vəsiyət elər: 
«Bala, tək burda qalmax müşküldü, sən tək heş iş görə bilməy. Sən 
heş  kəsə  ayax  sala  bilməy.  Düşman  üstüyə  ayax  salar,  əliynən  zin-
dəgin alar. Xoş ömrüy alar. Əliynən qoymaz səniy bir dənə mal qala, 
dünya malınnan. Heş zadıy olmaz. Əgər sən balam yalqız bu Çəmli-
beldə  günüy  keçirdə  bilməy.  Düşmən  sənə  ayax  salar,  günuy  qara 
eylər. Yalquz cavan dünyada xar olar. Bir kəs olmasun dünyada [yal-
qız]. Əgər əslan olay qarışqalar sənə dov deyər. Məgər beş dənə, on 
dənə, iyirmi dənə, nə qədər başarran dovriyə el yığ. El gərək elnən sü-
rünə. Sən əlində heş zad yox. Əgər ateşi – tuzağ olay yandıra bilməy 
heş kəsi. Cəmşidi cəm olay sənə saellər, sənə yolçular qarama vurar, 
başıya. Pəs dayan nəsihət eliyim sənə. Bala, dünyada bu cür güzaran 
elə. Sən hər şəərdən, hər məmləkətdən, hər gövşənnən, hər güzardan 
beş  dənə  layıx  oğlan,  dürüs  cavan  yığ  dovriyə,  burda  istiirən  qərar 
tutay. Sənə budur vəsiyyətim bala. Qoy deyim biləyəy. Dünyada nəsi-
hətdərim  qalsın  qulağıyda.  Böyük  sözüylə  getməyən  böyük  bəlaya 
düşər». Bu sözdərdən aldı Əli oğlu Rouşənə görək nə deyir. 
Sənə qurban, Roşan oğlum, 
Tək igidin adı olmaz. 
Gün batınca axşam, oğlum, 
Şənin şokəti olmaz. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə