Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

 
 
37 
[Deyər]: 
– Hara aparırsan, dügünü? 
Deyər: 
– Gedirəm Təbrizə. 
Deyər: 
– Xub, olar bu dügüynən satay bizə? 
Deyər: 
– Bu dügü tikə satılmaz. Ya hamısını al, ya da kı çəkil dala. 
Koroğlu deyər: 
–  Məyə  mən  bir  nəfər  neçə  batman  dügü  yəərəm?  Neçə  binək 
dügü yəərəm? Beş-altı çəllək dügüynən ver. 
Dedi: 
– Deyirəm ki, ya çəkil dala, ya hamısını al, – deyəndə Koroğlu 
gördü bu çox yekkə danışır, dedi: 
– Sən sarvanay, ya bazırqan? 
Dedi: 
– Mən elə bazırqanam! 
Şeşbərə əl elədi, qulunçunnan vuranda, deyər, altı ayıydı bazır-
qan getdi dədəsi yanına. Dəlilərə dedi: 
– Yükləri çəkin. 
Ağa, qatırda yükləri çəkiblər Çəmlibelə əndirdilər. Dəlilərə dedi: 
– Hansıız aşpaz bələtiyz? 
Dəlilərin birisi dedi: 
– Mən. 
Ağa, [həmən dəli] dügünü elə o cür töküp qazana, otu vurup dibi-
nə. Su tökmüyüpdü [qazana, ona görə də qazan] çax-çax çaqqıldıırdı. 
Koroğlu dedi: 
– Bu nəmənə? 
Dedi: 
– Pişənə gec olur, qourğa elləm. 
Dedi: 
– Dəli külbaş, çəkil dala. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
38 
Ağa,  dəlinin  biri  bir  tulux  suyu  doldurup  qazana.  Bilinmədi  aş 
oldu, baş oldu, nə oldu, işim yox. Amma Koroğlu bir gün dedi: 
–  Bu  cür  güzəran  olmaz,  gərək  bir  dənə  aşpaz  tapak.  Aşpaz 
aşpaz şəklində ola. 
Dolandılar,  [Koroğlu]  xəbər  aldı,  [öyrəndi]:  Bəli,  Laçın  şəə-
rində  bir  dənə  aşpaz  var.  Oranın  paşasının  aşpazıdı.  Əgər  qəza 
pişirə adama, istiər barmağın yəə. Koroğlu dedi: 
– Hər zülümdu, gərək o aşpazı mən yetirəm. 
Ağa, dəlilərdən minip ata üş-dört danə, girdi Laçının şərinə. Baxdı-
gördü tamam  küçə-bazarda  nəmənə  dolanıllar,  qolubağlıdı  ki,  ağlıya-
ağlıya. Başlarınnan şallağnan vurullar, aparıllar. Koroğlu yeridi irəli: 
– Qardaş, buları hara aparırıyz? 
Dedi: 
–  Bu  şəərdə,  paşa  hökm  eliyipdi,  bu  şəərin  gərək  dövrində  ta-
mam  xəndək  qazalar.  Düşman  ayax  salmıya  bu  şəərə.  Aparram 
indi orda xəndək qazalar. 
Dedi: 
– Bulara xəndək qazdırıp pul da veririyz? 
Dedi: 
– Xub, yox, bular bərdədi. 
Koroğlu dedi: 
– Məni də isdiəllər orda xəndək qazam? 
Dedi: 
– Niyə istəməzdər. 
Ağa,  Koroğlu  gəldi  buların  içinə,  görə  buların  fərmanverəni 
kimdi. Burda baxdı-gördü, bəli, bir nəfər durup biistila sərkargər-
dədi, fərman verir. Götürüp Koroğlu burda deyir: 
– Bu fərmanı kim verip? 
Deyər: 
– Paşa! Paşa, dəstür verip. 
Görsətip  Koroğlu  burda  bu  paşaynan  nə  cür  çıxışır  başa.  Aldı 
Koroğlu bu sözdəri deyə: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
39 
Şəəriyə vəlvələ sallam, 
Şeşpəri başıya çallam, 
Təxtiyi əliynən allam, 
Xəlxi belə zülmə salma. 
 
Laçının xoş cavannarı, 
Öldürün paşa, xannarı, 
Qoymuun sürə dourannarı, 
Əllərinnən douran allam. 
 
Paşa indi bimar ollay, 
Öz dərdiyə düçar ollay, 
Tapılmaz dərdiyə ilac, 
Gəzərəy tapmay ölümü. 
 
Paşa əlan təxtiy allam, 
Əliynən şovkətin sallam, 
Başıya bir şeşpər çallam, 
Bağlaram daldan qolıyı. 
 
Koroğlu Dəli Həsənə, 
Ərsəni təng edər sənə, 
Şeşpəri vursun sinəyə, 
Kəsərəm dodax- diliyi.
13
 
Koroğu bu sözdəri burda dedi. Ağa, şəəri saldılar vəlvələyə. Ça-
pan  çapdı,  yıxan  yıxdı,  qovan  qovdu.  Ağa,  nə  qədir,  xaru-baru 
libasu  tarac  eliyiplər,  töküplər.  Bu  şəərdən  də  on  dənə  dəli  yığdı 
başına. Gəldilər Çəmlibeldə düştülər. Ağa, Koroğlu dedi: 
– Dəlilərim, indi gəlin sizə bir nəsihət eliyim, bir vəsiyət eliyim. Gö-
rün mənim günüm nədi, mənim güzarım nədi, mənim işim nədi? Qoy-
marızın  bir  dənə  bazırqan  keçə,  bir  dənə  tacir  keçə,  bir  dənə  karvan 
keçə.  Malların  allız, tamamını  tarac  elərüz, talan  elərüz.  Bu  dünyada 
                                                
13
 Şeirin ilk bəndi və ya bəndləri yoxdu, qafiyə də pozulub  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
40 
gərək hamı bir sanıla, hamı bir yek sanıla. Nəki bir dənə paşa çıxa təxtə 
qırx min cəmiyyəti özünə dov eliyə. Qoymam bir dənə paşa, xan qala. 
Ağa, ərz eylədim  bunun [Koroğlunun] Ərəb Reyhan Ağtəngədə 
dayısıydı.  Bunun  atın  adı  Quziyəydi...  {Ərəp  Reyhanın  atasın  adı 
Cəngiz  idi.  Atası  ölənnən  sora  anası  getdi  bir  ərəbə.  Onnan  oğlan 
gəldi  dünyaya.  Oğlan  gəldi  dünyaya,  dedilər  «bunun  adını  nə  qo-
yak?» Anasın adı Reyhan idi. Dədəsi çün ki ərəpdi, nənəsi əcəm bu-
nun adını qoydular Ərəp Reyhan. O da belə yol kəsərdi, Koroğlıdan 
dala qalmazıdı. Koroğlınun dayısıydı}
14

Koroğluynan miyanəsi heş vaxt yox idi. Əlbəttə, Koroğlu bir gün 
səfər elədi Ağtəngəyə, iki dənə dəlisiynən. Dəlilərin biri yolda dedi: 
– Qoş Koroğlu, bu dağı biz nə cür aşayk? 
Dedi: 
–  Bu  dağlar  ki,  bir  şey  dəyi.  Gərək  aşak.  Gedək  mən  dayıma 
bilindirəm  ki,  onun  elə  bacısı  məstər  əlində  böyümüşdü.  Mənim 
anamın atasının adına Məstər Əli deyərdilər, beləsinə. 
Məstər
15
 Əlinin bir belə şanı-şokəti varıdı. Bəli, ağa, Koroğlu çatur 
[Ağtəngəyə].  Ərəp  Reyhan  çıxmışdı  çöldə  şikara.  Gəzə-gəzə  gəldi 
həmin təngədən keçə. Ərəp Reyhan baxdı gördü bir dənə atdı, at üstə 
durup yolun üstündə. Amma, Koroğlu eşitmişdi dayısın adını, bu gü-
nəcən görməmişdi ruxun. Dəlilərin o ikisinə ki, ərz elədim ki, dəlilər-
nən  gəlirdilər,  [Koroğlu]  bulara  demişdi:  «Gedin  şəərdən  bir  qutu 
qəza gətirin[yeyək], gəzək görək hardadı mənim dayım». 
Ərəp Reyhan dedi: 
– Oğlan, cavan, hardan gəlip hara gedənəy? 
Koroğlu  baxdı,  gördü  bunun  gözləri  elə  eyni  bunun  gözünə  ox-
şuur, qolları elə [eyni] bunun qoluna oxşuur, ruxsarı bunun ruxsarına 
oxşuur. Amma, bu durup at üstündə. Koroğlu həmişə ki, at üstə du-
rardı, çəp tərəfindən baxardı dala. Niyə? Rast
6
 tərəfdən baxaydı düş-
                                                
14
 Aşıq Əliəkbər mənimlə söhbətində Ərəb Reyhanla bağlı bu parçanı əlavə etdi. 
15
 Məstər  sözünə  aşıq  belə  izah  verir:  Məstər,  yəni  birinin  yanında  nökər 
qalan. O da yanı bir sərdarın yanında nökər imiş. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə