Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə20/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   16   17   18   19   20   21   22   23   ...   96

 
 
70 
Mən gəlmişəm gohər alam,  
Gohərə bir məhək çalam, 
Muşdəriyəm baxam, alam, 
Sərrafam, kanə gəlmişəm.  
 
Sövəllər açux bazarı,  
Muşdəri görməz azarı,  
Dolanam dükan, bazarı, 
Açux dükanə gəlmişəm.  
 
Dərdim olupdur ziyada, 
Eşqin salıbdır irada,  
Qələndər düşübdü yada, 
Şokət-şana gəlmişəm.  
 
Koroğluyam, bu bağdayam,  
Həm soldayam, həm sağdayam,  
Eşk otuna əlovdayam, 
Yanup hənara gəlmişəm. 
 Sözdəri tamam eliyənnən sora qız dedi:  
– Qoyun gəlsin, görüm sözü nədi? 
Yavaş  gəldi  Nigar  xanımın  ruburusunda  durdu.  [Nigar  xanım] 
Dedi: 
–  Xub,  pəs  niyə  sən  oğlan,  mərifətin  yoxdı?  Heç  kami-ərkani 
əğlin yoxdı? Bu heekəl, bu qəvara səndə var niyə pəs salam ağziy-
da yoxdi? 
Deyir: 

 
Xanım qulax as, qoy deyim
24
.  
Deyər: 
                                                
24
 Aşıq burada belə bir izah verir: Hələ o kitabında var, deyər: «Salam ver-
dim, salam almaz, Görüm kəssin salam səni»-xeyir, bu dəyil. Bizimki, sözdəri-
miz bu cür dəgil.
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
71 
– Xanım, mən verdim salam, sən eşitmədiy. Dübara salam verrəm, 
beləyəy. Görüm sən məni qəbul elərəy, burda qonax saxlaray?  
Dedi: 
– Xub, ədabnan dayan, belə baxma mənə, qəşəng danuş, qəşəng 
yeriş, qəşəng əyləş.  
[Koroğlu deyir:] 
Xanım, gələy səlamlaşak,  
Səlam üstə kalam olsun.  
Bir-biriynən həlallaşak, 
Mənnən sənə səlam olsun.  
 
Xanım, sənə verrəm səlam
Səlamımda olsun kəlam, 
Sənnən gərək bəyan alam, 
Onda səndə iman olsun.  
 
(Xanım), Dilimdə vardur səlamum, 
Səlamda vardur kəlamum, 
Sənnən bir ruxsat alamum?  
Ruxsətində iman olsun.  
 
Heykəl, himayül beliydə, 
Səlamun vardur diliydə,  
Şanələr gəzər teliydə,  
Tel üstündə nişan olsun.  
 
Qızılgülü xar eyləmə,  
Xar üstündə zar eyləmə,  
Koroğlunu car eyləmə,  
Səndə söhbət bəyan olsun. 
Bəli [Nigar xanım], dedi:  
–  Bir  belə  sənin  təərifin  eliillər,  Koroğlu,  Çəmlibeldə,  çox  qa-
raysan. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
72 
Dedi: 
– Xanım, ərz elədim ki, sən də çox qıy baxıray. – Baxdı, dedi: –
Xanım, al sözümü deyim. Qoy deyim gör mən qarayam? Neçə zat-
dar əlamətdir qaradı, gərək atay çölə? 
[Dedi:] 
– Nədi, oğlan, qara olan sənnən savayı? 
Dedi: 
– Qulağ as, tutum deyim, sözüm: 
İlqim-ilqim çiyniy üstə,  
Saşların qara dəgilmi? 
Tökülübdür döşlər üstə,  
Tellərin qara dəgilmi? 
 
Baxa billəm gözləriyə, 
Yaman olmam sözləriyə,  
Eşq dayandı dizləriyə,  
Gözdərin qara dəgilmi? 
 
Maral kimi baxışlarıy, 
Kəklik kimi yerişləriy,  
Çatma çəkilib qaşlarıy, 
Qaşların qara dəgilmi? 
 
Savalanda qar bitibdi,  
Bağçalarda bar bitibdi,  
Döşləriydə nar yetibdi,  
Başları qara dəgilmi? 
 
Bulbul qonuru güllərə, 
Süsənnərə, sünbüllərə,  
Mayil oldum o xallara, 
Xalların qara dəgilmi? 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
73 
Gətirəllər ağ otağa,  
Alallar səni rəvağa,  
O bağçadan belə bağa,  
Gülləri qara dəgilmi? 
 
Koroğluya demə qara, 
Baxanın əğlin apara,  
Ürəgimə vurdun yara,  
Yaralar qara dəgilmi? 
Qız deyir: 
–  Xub,  sən  də  mənə  dedin:  «qıy  baxıram?»  Qoy  qıybaxannarı 
deyim, gör nəcələr qıy baxar. Mənə demə qıy baxıray? Gör, indi al 
bu sözdərinən:  
Mənə demə qıy baxıray, 
Ovçular qıya baxallar. 
Qıya baxam, allam canuy,  
Xirxədən qıyə atallar.  
 
Gəlir bura çox cavannar,  
Cavannar olmaz nadannar,  
Mənə də baxannar annar,  
Nadannar qıya baxallar. 
 
Açulubdu bağlu bazar, 
Ürəklərə düşüb azar,  
Bulbul necə bağda gəzər,  
Bağbannar qıya baxallar.  
 
Görən bu dünyada səfa,  
Səfalarda vardı cəfa,  
Sərraflar göhərə baxa,  
Sərraflar qiya baxallar.  
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
74 
Görmüyüpdü məni atam, 
Bu işlərə tamam matam, 
Nigar, sənsiz necə yatam?! 
Yatannar qıya baxallar? 
Qızlar  dolup  bağın  içinə,  almadan,  heyvadan,  bağıdı  daa,  miivə 
dərələr,  gətirələr
25
 qoyalar  miz  üstə,  Koroğlu  yesin.  Koroğlu  girdi 
bağa, bir qədər dolandı. Gəldi bağın ayağında gördü bir ağac var. Bu 
ağac o qədər xuramandı, daldalandı bu ağaca. Koroğlu bir quluncun 
dayadı ağaca, baxdı bağa. Nigar xanım gördü, Koroğlu getdi ağacın 
divində oturup quluncun dayuyu ağaca, baxur bağ içinə. Səsləndi: 
–  Ay  Qoş  Koroğlu!  Amandı  ordan  dur,  ora  atamın  didarqahıdı. 
Əgər hər kəs o ağacın dibində otura, atam bilə, dərisin soyar balaca 
barmağına qeyd elər. Dur ayağ üstə, ordan gəl. Heş kim sənə o ağaca 
təkiyə verməz, atam. O, atamın yadiqarıdı. O, ağacı əkip, o ağac ildə 
üş dəfə bar verər. Bir barın alıplar, dəriplər, xəzan olup. Dübarə açılıp 
gülləri.  Genə  miivə  gətirip,  yetirip  barın.  Əlan  da  istiir  genə  qonça 
vura. Dur ağacın divinnən. Kimsə bilməsin. Əgər, atama desilər sənin 
üçün də yaman olur, mənimçün də.  
Koroğlu deyir: 
– Baba, mən ağacı yemirəm ki?! Adam bu ağacın altında oturup 
ürəgi açılışur, xoş olur.  
Dedi: 
– Söz diki deyirəm.  
Nigar xanım gəlib Koroğlunun ruburusunda durup istiir Koroğ-
lunu bu ağacın divindən qovzıya, apara. 
Deyər: 
Çəmlibeldən gələn oğlan, 
Bu yer sənin yerin dəgi. 
 
                                                
25
 Aşıq  görünür  bağbanın  dilindən  bahar  fəsli  olduğundan  bağda  meyvə 
olmadığını söylədiyini unudub 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə