Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

 
 
53 
Doldurun şərap tuluğu,  
Verin buna siz quruğu, 
Gətdi əgər muşduluğu, 
Siz də bunu şad eyliyin. 
 
Yumuğ Əhməd, dur, düş yola, 
Baxmıyasay sağa, sola, 
Qıratumu saldum yola, 
Dür atımı qır eyliyin. 
 
Koroğluya nə qəm düşdi, 
Qəm üstünə bir qəm düşdi, 
Fələk mənə xələt bişdi, 
Siz də əzalığ eyliyin. 
Sözü tamam eliyinnən sora, Yumuğ Əhmədə dedilər: 
– Dur düş yola. Nə yerdədi xəbər gət. 
Yumuğ  Əhməd  düşür  [yola].  Gecə-gündüzə  [qatıb]  çatdı  Arzu-
lumun şəərinə. Gördü bəli, Arzulumda çaldı-çağırdı, oyındı. Nə əciri 
bəsat
 
düzəldiplər.  Bura  yetişdi,  ora  yetişdi,  məğsədi  buydi  Keçəl 
Həmzəni  görə.  Keçəl  Həmzə  məylis  başında  oturmuşdu.  Bəzəmiş-
dilər, ta [atı] aparmışdı da! Paşalar cəm vurmuşdu səlahlaşırdılar: 
– Bu oğlan nə cür bu atı gətirip? Əslə əcibidi? Bu atı fələyi-fir-
dos gedəydi ordan gətirə  bilməzdi. Bu nə oyunnan gətirip bu atı? 
Səlah eliyin görək? Nə cür gətdi bu atı? 
Koroğlu qəm içindəydi
20
.  
Dedi: 
– Gətdim daa. Sizin nə işiiz var. Qəralımız buydu: Atı mən gəti-
rəm, qızı verəyiz mənə. 
O zaman da söz bir idi. Toy düzətmişdilər. Yumuğ Əhməd girdi 
məylisin başında, dedilər:  
                                                
20
 Aşıq  Koroğlunun  qəm  içində  olduğunu  desə  də  söhbəti  davam 
etdirmədiyindən cümlə yersiz görünür. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
54 
– Bu cavan hardan gəlip, hara gedrəy? İndi çöldə keşik qoyup-
lar, olmuya Koroğlu dəliləriynən? 
Dedilər: 
–  Baba,  bu  tezliknən  ola,  bir  [belə]  ağac  o  yol  gələ  bilməz.  O 
atdar ki, bu dağlardan çıxa bilməz. Bu, Qıratıdı hər yolu kəsirdi. 
Yumuğ Əhməd dedi: 
– Koroğlunun o atını gətirmişiz siz bura? 
Dedilər: 
– Bəli. 
Dedi: 
– Ay evi onun tikilsin, inşalla, dədə, yandır baxaxdan. O Qırat 
gedip, onun da çırağı keçip, onnan da umuduğuz olmasın. O birdə 
gələcax  xəlxnən  nəvərd  eliyə,  xəlxnən  həm  nəvərd  ola?  Olmaz! 
Bunu biliy, xatircəm olıy, əsla! 
Koroğlu  gördü  xeyir  baş-başa  qoşmur,  olmuyupdu  ilac.  Narahat 
olup, nə qədir qəm bunu alup, görüp Yumuğ Əhməddən gələn olmur, 
gedən olmur. Ayıldı söb bu sözləri deyir. Dəlilərə görək nə deyir: 
Başıya döndügüm qoçax dəlilər, 
Dahı mənim dərdimə çara dəgi. 
Əgər gəlsə Loğmanınan, İsgəndər, 
İşim gün-gündən keçip yarə dəgi. 
 
Çəkildi sinəmə kölgəli dağlar, 
Açıldı, koşlandı ucalı dağlar, 
Bəzəndi necə alışan otağlar, 
Tapılmaz dərdimə bir çara dəgi. 
 
Sərkeşlədim sinəmdəki dağları, 
Gedər indi bədənimnən qannarı, 
Kərkuzadan keçən uca dağları, 
Çəkələr dərdimə bərabər dəgi. 
 
Gedib əldən, Yumuğ Əhməd neyniyim? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
55 
Pulat başım dəmir alum çeyniyim, 
Tapılmasa Qırat, axı neyniyim? 
Dəxi çərxi- fələk mənə yar dəgi. 
 
Atluydun, əcəb oldun piyada, 
Koroğlunun dərdi həddən ziyada, 
Çağırram, bir kimsə yetişməz dada, 
Dahı çərxi- fələk mənə yar dəgi
21

 
Gəlin indi, dəlilərim, 
Gedirəm, Alla saxlasun. 
Uzax düşüpdü yollarum, 
Gedirəm, Alla saxlasun. 
 
Gedirəm özüm gətirəm, 
Öz dərdim özüm bitirəm, 
Xoş danışam, şirin güləm, 
Onu pəs kimlər saxlasun? 
 
Qıratımı aparuplar, 
Düşmannarım şad oluplar, 
Dəlilər başda qaluplar, 
Dəlilərim çox ağlasun. 
 
Gedirəm atı gətirəm, 
Düşmannan xərac götürəm,  
Özümü bura yetirəm, 
Dəlilər məni saxlasun. 
 
Koroğluyam budur sözüm, 
Qırata qurbandı gözüm, 
Sizə qurban ollam özüm, 
Düşmannar bizi yoxlasun. 
                                                
21
 Burada lentdə uzun bir fasilə var. Görünür, aşıq nə isə danışıb sonra şeir 
deməyə keçib 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
56 
Sözü tamam elədi, düştü yola. Nəğildə mənzil olmaz, əğətdə söz. O 
zamanda  ayinən,  bu  zamanda  gününən,  badi-sərsərinən,  abı-qöv-
sərinən,  fətir  yeməy  ola  gətir.  Baharın  əriyi,  tutu,  təbərriyi.  Qoyaran 
boğaza.  Ağıza  qoynan  gedər  boğaza.  Yetişdi  Arzuluma.  Nə  noinən 
mən  bu Qıratı aparum? Dedilər: Bu toyda görək aşıx var? [Koroğlu-
nun] bir cürə sazı varıydı. Duratı çöldə bağladı, cürə sazı saldı çiyninə. 
[Məclis dedi:] 
– Ay... aşıx gəlip! 
[Dedilər:] 
– Aşıx kimdi?  
[O biri dedi:] 
– Aşığu-məşux gəlip.  
[Üçüncüsü dedi:] 
– Ağa, tapıy bu aşığı gətirin bu məylisə, dəm tuta.  
Toydu da, toyda aşıx olur. Gəldilər, [dedilər:] 
– Aşığ toy çallay? 
Dedi: 
– Bəli! Hər toyda mən söhbət elərəm, dəm tutaram. 
Dedilər: 
– Gəl, gedək burda bir toydi. Aşıx, bu toyda çal. Pənci- dü şahə 
düşər, ənamıyı al. 
[Dedi:] 
– Göz üstə dəgi. 
Gəldi, girdi  məylisə. Xub, o zaman  bəy ki,  xəlxin  içinə gələy-
məzdi, (məsələn: ayrı yerdə bəy bəzənip da.) Girip məylisə baxdı 
bu cavannara. Hələ Qıratı gətirmiyip [onu düşünür ki] istiir burda 
cavan kimdi, xoş-sima, istiirdi tuta gətirə özüyçin. Baxdı bu məy-
lisin əninə-uzununa, sağına-soluna. [Məclisdə dedilər:] 
–  Aşıx,  nə  məkannan  gəlmişəy?  Burda  bir  dəm  tutginan.  Bu 
ağayannar şad ola, gülə. Nə qədir də ənam istəsən gözüm üstəydi. 
Çəşm peşkəş elərik. 
Koroğlu baxdı məylisə götürüp bu sözdərdən deyir, məylisin içində: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə