Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   20   21   22   23   24   25   26   27   ...   96

 
 
88 
Mən də tutdum belə əldən,  
Getməlik sənnən istərəm.  
 
Bulağ üstə yuxlama sən,  
Göylüm mənim yoxlama sən,  
Busaları saxalama sən,  
Şirinnik sənnən istərəm.  
 
Koroğlunu al damaxdan,  
Ağ buxax, qəymax dodaxdan,  
Al qucağa bir yanaxdan,  
Aşnalıx sənnən istərəm.  
Ağa, Koroğlu bunuynan danışıp-dilləşir, Nigar xanım  yuxudan 
durup dedi:  
– Qoş Koroğlu, hardan gəldin, hara getdiy? 
Dedi: 
– Şəəri içində qovğadı, vəlvələdi. Amma, gəzillər, əgər məni tap-
salar hər tikəmi boynuya qiydə eləllər. Deyillər: «Koroğlu gəlib bunu 
götürüp qaçup». Onda da deyillər: «Koroğlunu görməmişik, tanıma-
ruk».  Amma  mən  işdərindəydim.  Doğru  deyillər  görməmişdilər, 
tanımadılar. Deyillər: «Bağban görüp, verip qızı aparıb». Biçarə bağ-
banı  gətirmişdilər  şəərin  içinə.  Cəfər  paşa  istintağa  çəkmişdi.  O  ca-
vanın  rənginnən,  boyunnan,  ruxunnan  gərək  mən  deyəyn.  Mən  qal-
dım o bağbanın halına. Ala gözdüm, dur gedək.  
Nigar xanımnan Koroğlu düşüplər yola. Ağa, dərədən, təpədən, 
coşqun  çaylardan  keçiplər.  Gəldilər  ta  Laçın  şəərinə.  Laçın  şəə-
rində  Koroğluynan  Nigar  xanım  gəzirdilər  dükanı,  bazarı.  Ya-
raxlanmışdılar,  ikiləri  də  məradınə  libasındaydılar.  Qoş  Koroğlu 
baxdı bu şəərə, gördü bəli, xiyavanın kinarında bir qoca kişi oturub 
ağluur. Çox halı məxşuşdu.  
Dedi: 
– Qoca əmi, niyən ağluuran? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
89 
Dedi: 
– Valla, başım mənim bəlalıdı. Hökm eliyib paşa burda, mənim 
darı-dünyada,  mülki-Süleymanda  bir  oğlum  var,  oğlumu  əlimnən 
alır.  Deyir:  «Dağlara  istiirigin  ordu  qoyak.  Koroğlu  Çəmlibeldən 
[gəlib] şəərləri çapırı, yerləri talıırı. Hər yerdə, hər kəs öz şəərində 
bir  didəvan  qoya,  Koroğlu  gələndə  gözdiyə  şəərə  girmiyə.  Darı-
dünyada  bir  oğlum  var  mənim.  Oğlum  indiyə  çöl  görmüyüp,  nə 
yerə,  nə  göyə  heş  yerə  getmiyip.  Budi  ki,  oğlanımı  mənim 
öldürəllər, gözümün fərağında qalar, keçər mənim çırağım.  
Amma bu yannan Koroğlu dedi: 
–  Qoca,  heş  ağlama,  hər  kəsin  oğlu  ölsün,  səniy  oğlun  ölməz. 
Gedək, görüm oğluyun adı nədi? 
Bəli, düştü gəldi, baxdı-gördü qocanın oğlı bir bağın içində bağ 
suvarır. Girdi bağa dedi: 
– Qoca, budu oğluuy? 
Dedi: 
– Bəli! 
Dedi: 
– Oğlan, səniy adıy nədi? 
Dedi: 
– Mənim adım Qulubəgi.  
Dedi: 
– Xub, əgər bu Koroğlu gələ, tapıla, bu yollarda sən nigahban-
nıx  verəy,  nə  nişanıy  var?  Nə  əlamətlərsən,  bu  yollarda  verrəy? 
Şeşpərbazay?  Əmudbazay?  Şəmşirbazay?  Görüm  nəynən  sən 
cəngi-cədəlin çoxdu? 
Dedi: 
– Qurban, mən olarnan işim yox. Mənim tirim xəta getməz.  
[Dedi:] 
– Nəynən? 
Dedi: 
– Tir-kamannan, yay varım, çillə varım.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
90 
Dedi: 
– Get tir-kamanıyı gətir gəl, görüm.  
Gəlib  tir-kamanın  götürüb,  yayın  götürüb,  çilləsin  götürüb 
[getdi.] Ağa, Koroğlu xəncərin qoydu ikiyüz qədəmlixdə [dedi:] 
– Sən vurduy, o xəncər getdi, mən billəm, sən rəşid oğlansan.  
Koroğlu də rədd olanda elə  vurdu, heş  bilmədi  xəncər nə  vaxt 
getdi. Koroğlu xəncəri götdü, dedi: 
– Oğlan, vur mənim üzüym gedə.  
Dedi: 
– Barmağında, ya yerdə? 
Dedi: 
– Barakalla, barmağımda məgə üzük gedər? 
Dedi: 
– Saxla! 
Vurdu, barmağınnan da üzük getdi. 
Dedi: 
– Bərəkalla! 
Dedi: 
– Vur, bu yoldaşımın da barmağında üzük gedə.  
Nigar xanım qorxdu, dedi: 
– Yox! Gəldi o dəymədi? 
Nigar xanım elə əli atın dəhnəsindəydi, oynadırdı birdən gördü 
ox  dəydi  üzüyün  qaşı  getdi  Nigar  xanımın  barmağından.  Kaman 
keşdi atın ovsarında o çərmə. Baxdı, dedi:  
– Barakalla! Bu cavan çox öyməli cavandı. Yaxçı cavandı, sax-
lanmalı cavandı. 
Koroğlu Nigara dedi: 
– Bunu biz aparak. 
Dedi: 
– Məgə verər qoca? 
Dedi: 
– Allam qocadan.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
91 
Dedi: 
– Qoca, bunu yolla gələ məim yanımda qala. Nə ğədir də ənam 
verrəm.  Yollama  dahı  Koroğlu  yolu  üstünə.  Əgə,  gedə  Koroğlu 
yolu  üstünə  bunu  öldürəllər.  Gözüy  fərağından  doymay,  çırağın 
keçər, beliy bükülər. Qoy mən bu oğlanı aparım.  
Qoca dedi:  
– Xeyir, zəhmət çəkmişəm, oğul böyütmüşəm. Mən neçə verəm 
bu  oğlanı  sən  aparay.  Gözümün  qanşarında  dolanur.  Əgər,  Qulu-
bəgim mənim bir gün olmuya mənim çırağım keçib.  
Koroğlunun gözü düşmüşdü dedi:  
– Billəy qoca, verəyin də aparram, verməsəy də aparram.  
Nə qədir Koroğlu yalvarur [qoca] qulaq asmır. Götürüp Koroğ-
lu bu sözdərinən istiir Qulubəgi ala. Deyər: 
Canım qoca, gözüm qoca
Qulubəgi mən aparram. 
Yata bilməm gündüz-gecə, 
Qulubəgi mən aparram.  
 
Qulubəg dəlilər başı,  
Dərilərə var savaşı,  
Vurur necə üzük qaşı,  
Oxlarına mən qutarram.  
Dedi: 
– Vermərəm sənə Qulubəgi.  
Dedi: 

 
Dedim ki, verəy də aparram, verməsəy də. 
Məkanımız Çəmlibeldi,  
Ağzımdakı şirin dildi,  
Gül üstündə bu bulbuldu,  
Qulubəgi mən aparram.  
Dedi: 
– Əbəda bu iş olmuyandı.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə