Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   17   18   19   20   21   22   23   24   ...   96

 
 
75 
Eşq otuna yanan oğlan,  
Bu gül sənin gülün dəgi.  
 
Atam gəlir indi bağa,  
Baxır həm sola-sağa,  
Kəsəllər yolda sadağa,  
Sənin qurbannığın dəgi.  
 
Hər kəs burada əyləşə,  
Əyləşə, danışa, dilləşə,  
Dilləşə yaxçı gəpləşə,  
Bu dilləşmək sənin dəgi.  
 
Bu bağ bizim bağımızdı,  
Köhnə sevkə dağımızdı,  
Gələn seyrangahımızdı,  
Bu seyrangah sənin dəgi.  
 
Nigar deyər düştüm elə, 
Şana vurdum siya telə,  
Gümüş kəmər incə belə,  
Belə kəmər sənin dəgi.  
Koroğlu dedi: 
– Ta mən bir cut yatmıyam burda, durmanam. 
Nəmənə Nigar xanım yalvardı buna: 
– Oğlan, dur bu ağacın divinnən. Ayrı ağac var, ayrı yer vardı.  
Dedi: 
– Olmaz.  
Uzanıp, eyni bir ələm kimi. Qızdarı çağırdı Nigar xanım: 
– Bu yuxuya düştü, elə götürüüz bunu, elə təxtiiynən qovzarız, 
bağın qapısından qoyarız çölə.  
Ağa, bu getmişdi şirin yuxuya, Koroğlı. Qızdar gəldi, ağa, qırx 
incə qızdar. Qırx incə qız tökülüb biri qıçınnan, biri qolunnan Ko-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
76 
roğlunu  çəkə-çəkə  sürütdədilər,  apardılar  bağdan  çölə.  Yuxuda 
qoydular bayıra. Qapısını da bağın bağladılar, gəldilər.  
...Ağa,  gün  düşmüşdü  Koroğlunun  üzünə.  Ağa,  qafilanın  yolu 
açılmışdı, bağın kinarınnan gedirdi. Qədim zəng asardılər dəvənin 
boynunnan.  Zəng  zanqıllırdı,  səslənirdi.  Ağa,  birdən  bu  yuxudan 
oyandı. Gördü yolun qırağında düşüp. Nə bağı, nə avadannığı, heş 
kəs yox. Durdu gözün ovcaladı, otdu. Gördü qafılalar düzülür yola. 
Koroğlu  gicələ-gicələ  gəldi  bağın  dövrünnən.  Düşürdü  qafila  bu 
yolun  üstündə.  Xoş  seyrangahıdı,  bulağıdı.  Bulağın  üstündə  xoş 
səfa yeridi. Amma Koroğlu baxdi bağa, gördü bağda sər-sida daha 
yoxdu, misli ki bir nəfər gəlmiyip bağa. Qafilələr, bazırqanbaşı üz 
oldu, baxdı Koroğluya. Birdən piçilləşdilər, biri-birinə, gəldi dedi: 
– Bazırqanbaşı, bu o adam dəgil Aruzulum gərdanasında bizim 
yolumuzu kəsmişdi, bac istiirdi? 
Biri baxdı, dedi:  
– Yox, baba adam-adama çox oxşar.  
Dedilər: 
– Bu, özüdü. Əy əlan yeridi bunu tutayun. 
Ağa, bazırqannar gəldi yaxuna, [dedilər:] 
– Ay cavan, bura da dediyin yol gəlmişəy, yol başı kəsəy? Bur-
da da bizdən istiirən sən malı tarac-qarat eliyəy?  
Dedi: 
– Baba, mən məgər yolbaşı kəsənəm? Hər kəsi gördüyüüz biri-
birinə  oxşar  oğrudu  o,  yolkəsəndi,  bac  alandı?  Hər  kəsin  saqqalı 
oldu,  adamın  babası  olmaz  ki?  Dünyada  adam-adama  çox  oxşar. 
Miivə dünyada bir dəyi ki?! 
Dedilər: 
– Ölən-qalayın sən o adamay! 
Koroğlu  gördü  xeyir  aa,  bular  tanııllar  daa.  Necə  hoş  eləsin? 
Götürüp burda Koroğlu dedi:  
– O adamın nəyidi adı axı? O, kimidi, nə cür adamıdı? 
Dedilər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
77 
–  [Əlini  Koroğluya  tərəf  uzadaraq]  Bu  cür!  Neçə  nəfərnən 
gələridi, yolu kəsəridi, tamam malını-dövlətini əlinnən alardı, tarac 
edərdi, gedərdi. Çox birəhmidi.  
Dedi: 
– Baba, o Koroğluymuş.  
Dedilər: 
– Aha!!! 
Koroğlu dedi:  
– Qoy deyim. Mən dəgiləm, baba! O, Koroğludu! Bizdən də o çox 
mal tarac edip. Bizdən bu ğət mal aparup, bu ğət bizdən cavannar yo-
rup. Əlan, mənim özümə o zəman, Rum səfərinə tücarətə getmişdim, 
bir  dənə  şeşpər  vurup,  bu  quluncumnan,  hənuz  da  arxam  üstə  yata 
bilmirəm.  O  zamannan  adını  eşidəndə  bədənim  titrər.  Biçarə  eliyip 
malımızı,  təracımızı  tamam  əlimizdən  aldı.  Tərac  elədi,  getdi.  İndi 
özüm də düşmüşəm bu livasda o şəərlərdən, bu şəərlərə. Qədim cins-
lərdən allam, bəlkə  yenə bir sirvət gətirəm ələ, ruzuqarum dolansın. 
Adu sanlu bazırqanudum.  
Dedilər: 
– Sən hası şəərdə ollay? Neçə, biz bir belə yük bağlamışuq, tü-
carət eləmişik, səni görməmişik?!  
Dedi: 

 
Mən Burzuda ollam. Burzuya təşrif gətirin?  
Deydilər: 
– Adını eşitmişik.  
Dedi: 
– Xub, inşalla gəldizin Burzuya, orda mənim adımı  xəbər allı-
yızun.  
Deyəllər: 
– Xub, ismi- şərifin nədi?  
Dedi: 
– Mənim adım Tarıtanır Dilannamaz.  
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
78 
– Bu nə adıdı sənə qoyuplar? 
Dedi: 
–  Xub,  xeer  görməsin  ata-anam.  Bir  ad  qoymuublar  ki  mənə, 
xalxa xoş gələ.  
Ağa,  buları  bu  noynən  başınnan  əkdi,  getdi.  Koroğlu  dolanırdı, 
xub, fürsət ələ gətirə ağa, bu Nigarı qovzıya. Dolandı dükanı, bazarı, 
şəəri,  gəldi  bağın  guşəsinə.  Dayanmışdı,  gördü,  bəli,  bir  dəstə  qız 
sudan  gəlir.  Baxdı  bu  qızdar  içinə.  Götürüp  bu  qızdara  beş  dana 
deyir, gedip bağda Nigara deyələr kimdi bu.  
Su yolunnan gələn qızdar,  
Nigar xanım bu yerdəmi?!  
Cigərim başında közdər,  
O bulbullər bu güldəmi?!  
 
Gedin, siz Nigara diyin
Amma tərifim eyliyin,  
Muşdulux yara yetirin, 
Nazdı yarım bu yerdəmi?!  
Dedilər: 
– Sən kiməy? 
Hələ  indi  Nigar  da  bunun  eşqindən  divana  olup,  deyir:  «Kaş 
rədd eləməyəydim. Durup gedip daa».  
Deyər:  
Gözəl sövən göyçəy olur,  
Açılır gül, çiçəy olur,  
Mənim sözüm gərçəy olur, 
Göyçək yarım bu yerdəmi?! 
[Qızdar dedi:] 
– Kimdi səniy yarıy, biz bilmirik ki? 
Deyər:  
Baxırıyzın bir-birinə,  
Qaş atırız bir-birinə,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə