Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   18   19   20   21   22   23   24   25   ...   96

 
 
79 
Bulbul qonmuyup gülünə,  
Əsmə gülüm bu yerdəmi?!  
Dedilər: 
– Oğlan, qızıyn adı nədi?  
Deyər:  
Yara qurban mənim canum,  
Tökülüpdü yolda qanum,  
Adıdır ay Nigar xanum,  
Nigar xanum bu yerdəmi?!  
[Qızdar dedi:] 
– Baba, Nigar Cəfər paşanın qızıdı. Hər yetənə ki, onu verməzdər. 
Sən onun əlinə şokət vermişəy, şeer bağlamışay, qəzəl deyirəy.  
Dedi: 
– Sizin işiyiz nədi, siz mənim ərzimi yetirin.  
Dedilər: 
– İsmi- şərifin? 
Dedi: 
Çəmlibeldə var bəsatım,  
Hər kəsə var amanatım,  
Koroğludur mənim atım,  
Nazlı yarım bu yerdəmi?! 
 [Qızdar dedi:] 
– Çəşm, deyərik daa. Biz gedərik, əgər gördük xanımı deyərik.  
Nigar  xanım  da  bu  bağdan  çıxaydı  qırx  gün  bu  bağa  gəlməzdi. 
Qızdar  düzülmüşdü  yola.  Koroğlu  da  dolana-dolana  gəlirdi  şəərin 
içinə. Dedi:  «Xub,  mən  nə eliyim?  Bir də  bu qız  bağa [gələ]. Əcəb 
yerdə  tuş  aşdım.  Kaş  mən  oturmuyaydım  ağacın  divində.  Məni 
bağban bu günə saldı. Bağban gətdi atdı bu çölə. Mən gedim gərək o 
bağbanı tapum, danışdurum.» 
Dolana-dolana gəldi bağın içinə. Gördü bağban gül bağlıırı, [dedi:] 
– Ay bağban qardaş?!  
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
80 
– Oğlan, sən  hardayay?  Apardılar, qoydular qızdar [səni] çölə. 
Sən gedənnən sora xanım bu ğət narahat olup, bu ğət gözdərinnən 
yaş töküp, tamam o təxti-təvaris isladıp ağlamaxdan. Narahat oldi, 
tapa bilmədi, durdu getdi qəsrinə.  
Dedi: 
– Bağban, bular məni aparanda sən niyə qoydiy?  
Dedi: 
– Mənim cürət yoxumidi gələm yaxına, oğlan.  
Deyir: 
– Bağban... 
Sənə deyim, bağban başı,  
Niyə qoydun yarım getdi?! 
İşində oldun çox naşı,  
Cəsətimnən canım getdi. 
 
Yara qurban mənim canum,  
Olmadı dini- ərkanum, 
Yollarda töküldü qanum,  
Əlimnən ərkanım getdi.  
 
Mən gəlmişdim bu məkana, 
Yandı bağrım döndü qana,  
Fürsət verməm bazırqana,  
Mallı bazırqanım getdi.  
 
Dəlilərim Çəmlibeldə,  
Bulbulun arzusu güldə,  
Nigaranam mən bu yerdə,  
Necə Nigar xanım getdi.  
 
Koroğluydum qanarudum,  
Eşk otuna yanarudum,  
Bu bağçada bimarudum, 
Təbip- pərəstarım getdi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
81 
Bu sözləri bəəd deyənnən sora, bağban dedi:  
– Narahat olma, Qoş Koroğlu, əlan gəlir bağa. Əgər, gəlməsə də 
onun da qəralı tutmaz. Qeyri mümkündü gəlmiyə bağa, gələr.  
Dəlilər gözdədilər, gördülər Koroğludan xəbər olmadı. Demişdi 
mən  neçə  günə  gəllən.  Əslində  nə  gələn,  nə  gedən.  Heş  kimnən 
xəbər  olmadı.  Dəlilər  yeyirdi-içirdi,  dağıdırdı,  yıxırdı,  tacirləri 
talıırdılar.  Birdən  iyirmisi  dolurdu  bir  kəndə.  Yuxudaydı,  xalx  da 
bilmirdi. Davarı, malı, həşəmi çapırdılar.  
Koroğlu  baxdı,  gördü  Nigardan  xəbər  olmiri.  Dedi:  «Gedərəm 
taalarının  dalına.  Ya  aparram,  ya  da  tutullam  daa.»  Gəldi,  taaların 
dalında  hey dolanardı, gecələr gələrdi  yatardı.  Bir  gün  nigahbannar, 
qarovullar [dedilər:] 
–  Ay  oğlan,  sən  burda  köşkən  salmışay,  mənzil  eləmişəy?  Bura 
məgər köşküsaraydı, mənzilqahdı? Bura şah hərəminin qapısıdı! Cəfər 
paşanın hərəmgahıdı. Dur, burdan get! Əgər başın cidaya keçməmiş.  
Dedi: 
– Mən neyniyim, Cəfər paşanın bura taalarıdı?! Mənə nə vardı? Bura 
Cəfər  paşanın  taalarıdı  mənə  nə  var?!  Köşkisarayısıdı  mənə  nə  var?! 
Məgər,  hər  kəs  indi  talar  saldı,  qəsr  saldı  tək  onun  olur?  Xeyir,  ağa, 
divardan o üzə onunkidi. Bura heş kəsə rəfti yox, mən burad qalmışam.  
[Dedilər:] 
– Oğlan, başın qovğaya batırma, dur, burdan get! 
Dedi: 
– Mən elə gəlmişəm başım qovğaya qatam.  
Bu  hənnaxdaydılar  Nigar  xanım  pəncərədən  baxdı.  Amma, 
[Koroğlu] libasın əvəz eləmişdi. [Nigar] görü bir nəfər gəlip, bur-
da, divarın divində tələb eliyip. [Dedi:] 
– Kimdi bu cavan? 
Dedilər: 
– Bilmirix xanım, hər nə eliirik də getmir.  
Birdən  baxıb,  Koroğlu  burda  [görcək]  görək  nə  deyir,  Nigar 
xanıma. Deyər: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
82 
Mən səni görə gəlmişəm, 
Paşa qızı, paşa qızı.  
Zülflərin hörə gəlmişəm,  
Paşa qızı, paşa qızı. 
 
Sən buradan qovma bizi, 
Danışmadın doğru sözü, 
Yolda qoydun iki gözü, 
Paşa qızı, paşa qızı. 
 
Paşa qızı, mən qaş atdum, 
Sən qaş atdun, mən qaş atdum,  
(Mən) Səni özümə tuş atdum,  
Paşa qızı, paşa qızı.  
 
Eşqin başımnan getmiyip,  
Məhəbbət qəlbim ditmiyip,  
Bulbul gülü incitmiyip,  
Paşa qızı, paşa qızı.  
 
Çəmlibel məkanımdı,  
Mənim dini imanımdı,  
Sövdügüm Nigar xanımdı,  
Paşa qızı, paşa qızı.  
 
Mən gəlmişəm bu çöllərə,  
Coşqun-coşqun bu sellərə,  
Şanayı vurdun tellərə,  
Paşa qızı, paşa qızı.  
(Yandırır aləmi közi.) 
 
Yanır isöb dan ulduzu, 
Kamannadıy vurduy bizi, 
Danışmadın doğru sözü, 
Paşa qızı, paşa qızı.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
83 
Özüm gəlmişdim o bağa, 
Bulbul qonurdu budağa,  
Mənə kəsmədiy sadağa,  
Paşa qızı, paşa qızı.  
 
Koroğluyam, hay salaram,  
Hay salaram, hay alaram,  
Səni alıp apararam, 
Paşa qızı, paşa qızı.  
Sözdəri  tamam  eliyənnən  sora,  Niyar  xanım  pillələrdən  ənib, 
gəlib aşağa, yapaşdı Koroğlunun qolunnan, yannaşdı, [dedi:] 
– Oğlan, məgə qəm kasası calanıb başıya? Sən hələy burda dur-
muşay?  Mənim  atam  əgər  gələ–görə  burda  səni,  səniy  o  balaca 
tikəy  o  dırnağına  qeydə  olar,  qiymə-qiymə  doğrallar.  Billən 
neylərəy? Sən gedərəy şəərdən çölə. Piyada gəlmişəy, atnan?  
Dedi: 
– Atnan. Atım var, xanım.  
Dedi: 
–  Mən  də  bir  at  götürrəm,  əlan  meytərdən  allam.  Deyərəm: 
«Könlümü qubar tutub, istiirəm bir çıxam çölə». Meytərdən bir at 
allam. Məni tənha qoymazdar çölə. İki-üş nəfər yanımca atlananda 
qüdrətiy var olarnan cədəl eliyəy? 
Dedi: 
– Bəli! 
Dedi:  
–  Xeyli  xub!  Getginən,  hər  yerdədi  atıy  tapginan.  Mən  gəlləm 
gecə ora.  
Ağa, Koroğlunu bu cür rədd eliyib başınnan
26
. Koroğlu dolana-
dolana gəldi Qıratın yanına. [Qırata belə dedi:] 
                                                
26
 Aşıq  burada  Koroğlunun  hansı  səbəbdənsə  vaxtında  görüş  yerinə  gələ 
bilmədiyini  danışmağı  unudub.  Şeiri  söyləyəndən  sonra  Nigar  xanımın  görüş 
yerinə gələcəyinə Koroğlu şübhə ilə yanaşdığından gəlmədiyini vurğulayır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə