Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   21   22   23   24   25   26   27   28   ...   96

 
 
92 
Deyər:  
Keçər çaylar Tonasınnan, 
Tonasının sonasınnan,  
Allam bunu anasınnan, 
Verməsəy də mən aparram.  
 
Koroğludur mənim adum,  
Hər yerdə vardı fəryadum, 
Verməsən çıxar indi dadum, 
Dad çəkib allam, aparram. 
Koroğlu sıçrayıb Qıratın belinə  yapışdı oğlanın əlinnən. Bu çəkdi, 
oğlan  çəkdi.  Oğlan  baxdı  Koroğlunun  üzünə,  baxdı  atasının  üzünə. 
Atanın gözləri doldu yaşnan. Nigar xanım qocanın halına yandı, dedi:  
– Qoş Koroğlu, zülümnən iş olmaz, gücnən iş olmaz. Qoy xoş-
luxnan alak, aparak.  
Koroğlu dedi: 
– Mənim əgər bir tərəfdən zülmüm olmasa, işim pis getməz. Ol-
du xoşduğ, olmadı tuşduğ.  
Nigar xanım dedi:  
– Yox, bu dəyi. Zəmanənin işi bu dəyi. Hər yerdə bəddiy olmaz. 
Həmişə  bir  xoşduğ  elə  qoy  xoşduğ  eləsilər.  Bədliyə  bədliy  eləllər. 
Qocanın  gözləri  dolup  yaşnan.  Oğlanın  əlini  Koroğlu  boşlamır. 
Götürüp  Nigar  xanım  Koroğlunun  baxur  əlinnən  oğlanı  ala. 
Koroğlunun bu cür aparmağına Nigar nəsihət elir. Bu cür ki, adam 
yığmaz novça başına. Görək Nigar xanım nə deyir: 
Qulubəgin xoş anası,  
Qoy aparak Qulubəgi.  
Göllərdə gəzər sonası, 
Qoy aparak Qulubəgi.  
 
Çəmlibeldə bağça vardı,  
Bağçalarda zağça vardı,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
93 
İndi neçə novça vardı,  
Qoy aparak Qulubəgi.  
 
Dağların başıdır duman,  
Gətirdiy göylümə güman,  
Sən bilənsən axur zaman,  
Qoy aparak Qulubəgi.  
 
Yollara tökəllər dağ-daş, 
Oğlar-oğlar sinər çox baş,  
Qulubəg Nigara qardaş,  
Qoy aparak Qulubəgi
29

Burda  sözdər  tamam  oldu.  Bəəd  əz,  tamam  olandan  sora,  ağa, 
qoca dedi:  
– Qoş Koroğlu, adıyı eşitmişdim. İndi ki sən Qoş Koroğluyay, səni 
and  verirəm  başda  Allahı-digara,  mənim  darı-dünyada  bir  dənə 
oğlumdı. Səni [and] verirəm pərvərdigara bu oğlanı aparan, incitmiyən.  
Dedi: 
–  Qoca,  məgər  mən  aparıram  yığıram  başıma,  adam  öldürürəm? 
Məgər  mənim  cəlladxanam  var,  qəssabxanam  var?  Tamam  dəliləri 
yığıram başıma. Bular əlan burda neçə nəfər zülm eliir. Bir oğlun var 
yolluya  səniy  dağların  gecələrini  nigahbannı  verə.  Koroğlu  gəlir 
şəərləri  talıır.  Xub,  orda  Koroğlunün  dəliləri  gələ,  sənin  bir  dənə 
oğlan orda neyliyəcək? Ya ölümə gedə-cək, ya yaralanacax. Pəs, mən 
qoy bunu aparam orda bunu sərdar elərəm. 
Ağa, Koroğlu götürüp Qulubəgi də Nigar xanımnan üz qoydular 
Çəmlibelə. Çəmlibelə çatar-çatmazıdılar Nigar ay dedi:  
–  Çəmlibel  haradı?  Gəl  gedək  mən  ki,  bilmirəm  nə  qədir  yol 
kəsmişik, yol gəlmişik bilmirəm ki, haradı? 
                                                
29
 Şeirdən aydın görünür ki, Qulubəyi atasınnan ala bilmədiklərinə görə ana-
sının  yanına  gedib  ona  minnət  ediblər.  Aşıq,  görünür,  bu  epizodu  danışmağı 
unudub.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
94 
Koroğlu götürüb indi Nigar xanıma deyir: 
Çəmlibelin  başında  bir  uca  Qara  dağ  getmişdi  yuxarı,  başı  qül-
ləydi. Həmişə dəlilərin ikisi o qüllədən baxardı. Hər tərəf görükərdi. 
Dəlilər qüllə başında baxırdı. Koroğlunun gözü sataşdı. O zaman da 
dürbin  yox  idi.  Aynaynan  nişana  verərdilər.  Ayna  dolandırardılar. 
[Koroğlu Nigara Çəmlibeli belə təqdim edir:] 
Ala gözdü Nigar xanum,  
Bu görükən Çəmlibeldi. 
Sənə qurban şirin canum,  
Ağzumda danışan dildi. 
 
Çəmlibelin başı uca, 
Gedip-gəlməz cavan-qoca,  
Görükəllər ulduz gecə, 
O, görükən Çəmlibeldi. 
 
Çəmibeldə xoş hava var,  
Başımızda çox dava var,  
Quşlar üçün yoşava var,  
Bu görükən Çəmlibeldi.  
 
Coşqun olur bulaxları, 
Buz bağlıyar qıraxları, 
Sərin sulu yaylaxları, 
Bu görükən Çəmlibeldi. 
 
Çəmlibeldə toy tutaruk,  
Toy üstündə boy tutaruk, 
Paşalardan mal tutaruk, 
Bu görükən Çəmlibeldi.  
 
Dəlilərim başdan-başa, 
Coşqun çaylar coşa-daşa,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
95 
Mən deyənnər gəldi başa,  
Bu görükən Çəmlibeldi. 
 
Koroğluyam bu yerlərdə,  
Adım qalıpdı dillərdə,  
Tacirlər çapdım yollarda,  
Hər tərəfə çıxan yoldu.  
Sözləri  tamam  elədi  Nigar  xanıma.  Dəlilər  töküldülər  şəərdən 
çölə.  Koroğlunu  cəlalınan  pişvaz  eliyiplər.  Dəlilər  yığılıp  Koroğ-
lunun douruna xəbər alıllar Qoş Koroğludan:  
– Nə cür getdin, nə cür gəldin? 
Götürüb Koroğlu axır sözləridi dəlilərə deyə: 
– Qulağ asın, dəlilərim, görün bu  yollara  nə cür gedey,  nə cür 
gəley:  
Gəlin indi, dəlilərim, 
Nəsihətim budur sizə.  
Qalmıya qəlpdə sözlərim, 
Nəsihətim budur sizə.  
 
Hər tərəfdən yolu kəsin,  
Qara yellar kimi əsin,  
Düşmannarı daldan basın,  
Nəsihətim budur sizə.  
 
Bazırqannar gəlir yoldan,  
Alın mallarını əldən,  
Qoymuyun çıxa bir yoldan, 
Nəsihətim budur sizə.  
 
Bu dağlarda bəla vardır, 
Bəla üstə bəla vardı,  
Yollar üstə qada vardır,  
Budur nəsihətim sizə.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
96 
 
Aşığ tapak, dəmlər tutak, 
Dəm üstündən qəmlər atak,  
Şad olağun, toylar tutak,  
Budur nəsihətim sizə.  
 
Bağçalarda gül açulur, 
Yaxçı yamannar seçilir,  
Başlar gələr, ləş biçilir, 
Budu nəsihətim sizə.  
 Sözlərini  Koroğlu  dəlilərə  dedi.  Bu  cür  dava  eləriz,  bu  cür 
istiyəriz mal çaparız bu işlərdən görürüz. 
Öyəşdər  öldürüplər,  qoyunnar  kəsiplər.  Biri  çəpi-rasa.  Nigar 
xanımı  cəlalıınan  gətdilər  Çardaxlıbelində  alaçıx  vurulup,  cəlalıı-
nan toy tutublar. Toy bəsatı. Ağa, dəlilər düşüb bura. Qulubəgi də-
lilərə sərdar elədi. Dedi: 
– Dəlilərim, Qulubəg sizə sərdardı. Qulubəgin bir hüsnü var, bir 
qüdrəti var, hər yana tiri-xətəng ata, oxu qəyitməz dala...  
Bəli, bu Koroğlunun Nigar səfəriydi ki, dastanı Nigarı getdi gə-
tirdi. Bu dastan da payana çatur . 
  
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə