Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə33/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   29   30   31   32   33   34   35   36   ...   96

 
 
128 
–  Mən  istiirəm  bu  şəərdə  bir  dəmirçi  tapam,  bu  atımı  nallat-
dıram. Sorağın yoox? 
Dedi: 
–  Oğul,  şəərdən  çıxan  guşəyə,  o  dağın  döşündə  bir  kənt  var. 
Adına  Saran  deyəllər.  Bu  Saranın  hamı  kasıpları,  sənətkarları  bu 
şəərdədi. Amma, o dəmirçi, ordadı. Dəmirçinin adı Usta Məmutdu. 
Şagirdi də öz oğlıdı, adına Həsən deyillər. Çox xoş baxışlıdı, çox 
xoş yerişlidi. Amma, o dəmirçidi at nallayan. Hala indi bilmirəm, 
sənin atını nallıya, yox. Əgər, dostum, gecə gördün yol uzaxtı yetə 
bilməy, qəyit genə sən gəl bura. 
Dedi: 
– Gözüm üstə. 
Ağa, Koroğlu atı sürhasür çatdı dəmirçi qapısına. Gördü bəli dəmirçi 
tazə kürəni qurup, atdarın nallarını düzüp dükanın çölünə. Koroğlu bir 
nəzər saldı. Dedi: «Xub, güman elləm o da budu». Atdan əndi [dedi:] 
– Ay usda. 
 Dedi:  
– Bəli 
Dedi: 
– Xuda sənə bir yar olsun, mənim bu atımı nalla. 
Dedi: 
– Xub, atınnan sən gətir bura. Atın tor dəgil? 
Dedi:  
– Xeyr usta, bu atım mənim tor dəgil. 
Dedi: 
– Tor olsa durmaz, gərək əyaxların bağlıyak biz. 
Ağa,  Koroğlu  baxdı-gördü  bu  nallardan  qoyub  çölə,  amma  bu 
nalların yönü çox uzundi. 
Dedi:  
– Ay usta, bu nallar çox böyükdü. Bir nal tap ki, üzə gələ.  
Hər nalı götdü Koroğli bu cür ovkaladı tökdü yerə. Oğlan dalda 
dəm basırdı, başı aşağdaydı. Bu cəlalda Koroğli dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
129 
– Usta, bu nallar hələbidi. Bu nallardan fayda yoxdu.  
Dedi: 
–  Ha..,  oğul  o,  nalı  ki  sən  istiirsən  Səbzivarın  puladınnandı. 
Səbzivarın puladı burada olmaz. Əgər, olsa at əyağında qalmaz. O 
nallardan bizdə olmaz. 
Dedi: 
– Necə olmaz? Mən əgər Səbzivar puladınnan sənə versəm al-
laran, nallaran sən? 
 Dedi: 
– Bəli! 
Ağa,  Koroğlunun  belindəki  əmüt-şeşpər  Səbzivarın  pu-
ladınnanıdı. Dedi: 
– Qoy bu şeşpəri kürəyə. Qoy, əriyə nal eylə sən. 
Ağa, şeşpəri qoydu kürəyə. Basdılar dəmi, əritdilər. Koroğlu dedi: 
– Nəmənə vardı nal eylə sən. 
 [Dəmirçi]  hamısını  götdü  nal  eylədi
41
.  Ağa,  bu  o  şeşpərdən 
yeddi  atın  nalın  saxt  elədi.  Ağa,  atın  Koroğlu  əyax  qıçın  saxladı, 
dəmirçi gəldi nallıya, gördü at mıxdı batır əyağinə dayammur. Də-
mirçioğlu kürəni biraxdı, dedi: 
– Çəkil, ay sən elə. Qoy atı mən saxlayım.  
Ağa,  Dəmirçioğlu  atı  eyni  quzu  kimi  dörd  qıçın  da  tutub  dəs-
tələdi,  möhkəm  bağladı.  Atası  qəşəng  nallayıp  durdu  əyax  üstə. 
[Koroğlu] dedi: 
– Muzdiy nəğartə olur səni? 
Dedi: 
– Nəmənə versəy əlləriy dala qəytərməm. O, nallardan iki dənə 
də versən mənə, mənim də bir atım vardı, o nallardan vurum ona. 
Koroğlu dedi: 
                                                
41
 Aşıq burada şərh verərək deyir: Ağa, hələ orda deyillər, hay basdı nalı atdı 
əydi çölə, nə bilim, pul verəndə sikkəni sürtdü getdi kisəsi. Ağa, bular əfsanədi. 
Məyə  əldə  də  dəmir  pulun  sikkəsi  gedər?  Onun  əli  məgər  əhəndəvaydı!?( 
ahənraba (f) - maqnit) Bizim işimiz yoxdu o söhbətdərdən. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
130 
– Gəl, bu da iki nal səni. 
Dedi: 
– Dörd qıçı var. 
Dedi: 
– Gəl, iki də səni. 
Dedi: 
– Olsun, elə bunu pula biz keçərik. 
Amma  Koroğlu  baxdı-gördi  bu cavan əcəb  yaraşır bunun  nov-
çalığına. O zaman, xub bərdə satardılar. 
Dedi: 
– Ay dəmirçi, olarsa bu cavanı verəy, gələ bizim ellərdə mənim 
dəlilərimə başçı ola? 
Dedi: 
– Bu cavan olmuya mənim çirağım keçər. 
[Koroğlu söznən dediyinin təsiri olmadığın görüb, saznan dedi:] 
Sənə deyim, dəmirçi bəg
Qoy gələ bizim ellərə. 
İşiiydə olma çoxda ləc, 
Qoy düşə bizim ellərə. 
Dəmirçi dedi: 
– Oğlum gedə, kim olar burda mənə dəm basa. 
Deyər: 
– Daa bu dükanı bağla. İşdən sənə şey çıxmaz. Özün də gəl sən 
orda, gəlmişən mənim yanıma. 
Dedi: 
– Xeyir. 
[Koroğlu] dubara görək nə deyir: 
Qiymətinə pul tökərəm, 
Yollarına dür tökərəm, 
Mən özüm buna nökərəm, 
Qoy gələ bizim ellərə. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
131 
Dağda gələr kəlik səsi, 
İncitmərəm heç bir kəsi, 
Olsun dəlilər sərkərdəsi, 
Qoy düşə bizim yollara. 
Dəmirçi dedi: 
– Xeyir olmyacax. 
Dəmirçioğlu  ximir-ximir  baxur  Koroğluya.  Ürəgində  deyər: 
«Ay ata, qoy mən gedim.» Amma dilə deyə bilmiiri. 
Adım mənim Koroğlıdı, 
Başımda bəla lovlıdı, 
Desilər Dəmirçioğlıdı, 
Qoy düşə bizim ellərə. 
Dedi: 
– Olmaz, olmiyəcəy. 
Dedi: 
– Qoymirən? 
Dedi: 
– Yox! 
Dedi: 
– Bəs, xudahafiz. Amma, gər qismət ola gələ bir görə neçədi. 
Koroğlu qeydəndə nəxşə çəkdi. Dedi: «Xub, mən buni, gəlip apar-
ram».  Koroğlu girdi  nəxşəsinə. Dedi:  «Qeyri  mümkündü  mən  bunu 
aparmıyam. Amma, verə xoşduxnan, verməyə tuşduxnan».  
Gəlip [geri döndü, gördü] qəri də indi nəmənə var özünü bəzi-
yip-düzüyüp  ki,  bu  (Koroğlu)  gələ,  bu  oğlanı  saxlıya.  Xiyal  eliir 
ki,  Koroğlu  cavandı.  Amma,  baxır  qəri  olmuya  nəvəd,  nəvədbeş 
yaşındadı? Koroğlu çatdı, [dedi:] 
– Ay qəri nənə. 
[Qarı dedi:] 
– Oğlan, bildiiy biz heç vaxt ev sahibinə demərik: «Qəri nənə». 
Bildiiy, bilmədiy? Amma bu səfər mənə demə: «qəri nənə», degi-
nən sən «nazlı xanım», bilmirəy de, «gəlin xanım».  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə