Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə35/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   31   32   33   34   35   36   37   38   ...   96

 
 
136 
Yollara çəkmişəm cada, 
Hər tərəfdən tutur qada, 
Eyvazim yetişir dada, 
Yetişir imanım mənim. 
 
Diyən olmaz Xan Eyvaza, 
Baxın söhbətə, saza, 
San verin gələn qıza, 
Burdadı nişanım mənim. 
 
Mən Eyvazın ağasıyam, 
Ağ kağazın qarasıyam,  
Neçə şəərin bəlasıyam, 
Heç yoxdur gümanım mənim. 
Dedilər: 
– Maşalla,  maşalla, aşıx. Çox qəşəng söhbətlər elədin, bu söh-
bətiylə. 
Bəəd, dedilər: 
– Sabah gecələri burada bir toy var, o toyu başlıyacağık. 
[Koroğlu dedi:] 
– Olsun. 
[Məclisdəkilər dedilər:] 
–  Aşıx,  sən  də  burada  qalasan.  Bu  toyu  bir  dəm  tutay,  çalay. 
Neçə quruş istiyə ənamın göz üstə. Nəmənə istəsən verrik. Qəşəng 
saz çalırsan, söhbətlər elə. 
Koroğlu da ki, Allahdan istiir bir belə işlər ola. Burda qala, toy 
çala, nəzər sala görə, kimdi Eyvaza layıx burda qız. 
Ağa, bu yerdən o yerə, o yerdən bu yerə özünü yetirdi, gəldi aş-
bazın yanına, [dedi:] 
– Ay aşpazbaşı! 
[Dedi:] 
– Bəli. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
137 
[Dedi:] 
– Mən aşığəm, bu xəlxnən şam yeyəm doymaram, bir elə damır 
tök mən burda yeyim şamım, özüm burda, kinarda. 
Aşpaz dedi: 
– Hələ səbr elə, qoy surfanı salalar. Qonaxlar şamın yerə. Sənə 
də şam verrik. 
Dedi: 
– Axı, mənim acınnan qıssa bağırsaxlarım uzun bağırsaxları ye-
yir. Nəvağa durum? Bu qonax şamın yeyə, tükədə, mənə sən şam 
verəsən? 
Dedi: 
– Məgə sən hardan? 
Dedi: 
– Mən aşığam. 
Dedi: 
– Aşığ olma, aşığ ay, aşığ ay. 
Dedi: 
– Ay aşpaz, deyər: «Ərbabın  malı çıxar, nökərin canı». Sən  niyə 
canın çıxır. Toyçının malıdı verrəy mənə. Sən niyə narahatay? 
Dedi:  
– Sözdü ki, demişəm. 
Ağa,  Koroğlu  nəzər  saldı,  öyəşdən  basmışdılar  qazana.  Ət  idi 
daa
43
... Ağa, nəzər saldı, bir surfa getdi gördü bir dənə qazan boşaldı. 
Aşpaz qazanı götdü o yana. Ağa, birdən baş qarnax aralışdı, qaranqu-
lux oldu bir az. Koroğlu məcməəni tutdu cırağın işığına qaranquluğu 
saldı ocağ üstə. Aşpazı tutdu boynunnan iki qıçın arasına basdı. İkiqat 
elədi, elə libasınan basdı getdi qazanın içinə. Məcməni qoydu üstünə. 
Otun divinnən, ağa, otun çıxartdı o rətt elədi dağ olub üzü örtülənnən. 
Ağa, əlin saldı öyəci çıxartdı silkələdi, bu qıçın çəkdi ağzına atdı, o 
                                                
43
 Aşıq  burda  şərh  verərək  deyir:  O  zaman  çilou  kabab,  nə  bilim,  çilou 
qiymə yoxudu ki? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
138 
qıçın çəkdi ağzına atdı. Ağa, neçə nəfər baxırdı bunun şam yeməyinə. 
Evin yıxılsın, bu dev balasıdı? Məyə adam, bəşəri də bu cür şam ye-
yər?! Ağa, burda çoxlar güldi. Çox cavannar [dedi:] 
–  Ay  qardaş,  nə  xəbərindi?  Məgər  samannığa  tor  basıray?  Elə 
ki, şam yeməzlər. 
Dedi: 
– Qardaş, mən aşığam. Ta yeməsəm deyə bilməm. 
Ağa, bu söhbətlərdən gəldi. O, zamandı salmanlar surfa salardı. 
Salmanı gəldi [səslədi:]  

 
Ay aşpazbaşı, aşpaz! 
 Pəs, baba bu aşpazbaş necə oldi? Beşi dedi: 
– Baba, da şam tükəndi qazanı dəmlədi getdi.  
Beşi dedi: 
– Çağırdılar getdi.  
Xeyr,  aşpaz  tapılmır.  Ağa,  sudan  tökdülər  qaranquluğudu  daa 
qazanın  içinə,  otu  vurdular.  Birdən  bunun  [yəni  aşbaz]  su  qey-
niyəndə şişdi gəldi üzrə, qolu düşdü çölə. Dedilər: 
– Baba, aşpaz gör nə qədə nadandı qoyunu dərisiynən basıb qazana. 
Ağa,  bulub-buzub  qeyniyirdi  aşpazın  gözdəri  kanadan  gəldi 
çölə. Koroğlu kənarda durmuşdu. Baxurdı. Dedi: 
–Əh, eviynən, bu qoyun gör nə yaxçı qoyundı. Heyvanın başın 
kəsmiyiblər basıblar qazana. 
Baxdılar, gördülər bəla aşpazdı girip qazana. [Dedilər:]  
– Evin tikilsin, bir belə soyuğumuş? Sən üşürmüşsəy, girmişəy 
isti qazana? Dur ayax üstə. 
Ağa,  xeyr  aa.  Aşpazı  harda  qoymuşan,  harda  gəzirən.  Ağa, 
məylis dəyindi bir-birinə. Koroğlu dedi: 
– Baba, da keçib gedib. Əyləşin dəm tutak. 
Ağa, mərdum qeydib dala oturublar, aşıx söhbət elə görək. Yax-
çı  söhbət  sən  salırsan.  Götürüb  burada  görək  nə  deyir  gecə  söy-
bətində.  Aldı  sazın  Koroğlu  çiyninə,  düşüb  məylisə  bu  söybətlər-
dən deyir:  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
139 
Məylisdə əyləşən paşa, 
Bu şəər nə toy-bayramdı. 
Başlar dəyər daşdan-daşa, 
Meydannarda qızıl qandı. 
 
Cavannar meydanda olar, 
Öləndə rəngləri solar, 
Dünya görən kimə qalar, 
Deyən, bəs, eydi, qurbandı. 
 
Yaxçı-yaman bu dünyada, 
Öləndə tez düşər yada, 
Beş gün bu fani dünyada, 
Adam həm zəmin alandı, 
 
Hürmət etmiyin duşmana, 
Aşpazu basıp qazana, 
Şeytannara daldalana, 
Şeytan xalxı alladandı. 
 
Tapam, gəzəm nərgizini, 
Aşux sövlüürü sözüni, 
Meyti paşanın qızıni, 
Eyvaz xana aparandı?! 
–  Baba,  sən  aşıx,  məgə  burda  Eyvaz  qız  istiiri?  Eyvaz  kimdi? 
Biz bilmirk sən kimi deyirsən? 
Deyər: 
– Siz duşmanıyızı bilmiriz, bu biçara aşpazı basıp qazana? 
Dedilər: 
– Bilsək balaca tikəsin qulağına qəydə elərik. Əvəzi aşpaz o qa-
zannarı  cüt  eylərik.  Onu  da  basarık  qazana.  Amma,  nə  fayda  bil-
mirik, aşıx. 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə