Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə37/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

 
 
144 
Ağa,  haala  sizə  hardan  xəbər  verək:  Dəmirçioğlu[dan
47
.  O]  da 
indi gəlip [Çəmlibelə]. [Çəmlibeldə] atdarı buraxıplar bu çölə, bə-
dovlar  içinə.  Dəmirçioğlu  gəldi  qaranqulux  gecədə  girdi  istəbilin 
içinə.  Hay  atdarı  əllirdi.  Koroğlu  gördü  bir  nəfər  istəbil  içində 
gəziri.  Bu  da  libasın  əvəz  elədi  gəldi  istəbil  içinə.  [Dəmirçioğlu 
Koroğlunu  tövlədə  görsə  də  qaranlıq  oluğundan  və  libasını 
dəyişdiyindən onu tanımayıb] dedi:  
– Ay qardaş, [sən burda-tövlədə ] nə gəzirsən? 
Dedi: 

 
Sən nə gəzirsən?  
Dedi: 
– Mən meytərəm. 
Koroğlu dedi: 

 
Yox qardaş, mən oğruyam. 
[Dəmirçioğlu dedi:] 
– Necə oğruyay. 
Dedi: 

 
Oğruyam daa. Mən gəlmişəm at aparam. 
[Dəmirçioğlu dedi:] 

 
Kimin atun? 
[Koroğlu dedi:] 
– Koroğlunun bu Qıratın. 
Dəmirçioğlu dedi: 
– Baba, mən meytərəm bu Qıratun yox .  
(İstiirdi Koroğlunu başın əkə, [özü Qıratı apara. Odu ki, dedi:] 
– Ayrı atdardan tut apar. 
Dedi: 
– Yox, mən gərək bunu aparam. 
Dedi: 
                                                
47
 Görünür,  aşıq  Dəmirçioğlunun  Qırata  gözü  düşdüyünü,  onu  oğurlamaq 
üçün Çənlibelə gəldiyini danışmağı unudub 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
145 
– Pəs, qardaş, gəl elə ikimizdə bunu aparax. 
Dedi: 
– Olsun! 
Koroğlu dedi: 
– Bunu nə cür çıxardək, bu istəbdən? 
Dedi: 
– Aha, sən dalda dur, mən də burda. 
Ağa, Dəmirçioğlu keşdi o üzə, rəşməni atdı Koroğluya, dedi: 
– Oğlan, atın bilinnən bağla! Özün də bağla üstünə. 
Ağa, [Dəmirçioğlu] bir təkan verəndə Koroğlu gördü at da gedir, 
məncənix  kimi  özü  də.  Əl  atdı  axiyədən  yapışdı.  Gənə  bu  çəkəndə 
gördü  axiyə  istiir  dibdən  oynuya.  Ah  evin  tikildi,  tez  əlini  buraxdı 
damnan. [Dəmirçioğlu atı] çəkdi bacadan. Atı elə o cür salladı, o üzə. 
İkiləri də aşdı atın belinə. Koroğlu bunun tərkində Dəmirçioğluynan. 
Ağa, rikab basdılar gecə. Koroğlu dedi: 
– Qardaş, sür günçıxa Koroğlu gələr tuta, atamız yanar, belimiz 
bükülər. Rikab bas! 
Dedi: 
– Baba, daa Koroğlu gəlib çıxa bilməz bura, hardan gelir... 
Dedi: 
– Baba, mən onu tanıram gələr. 
Dedi: 
– Gələ bilməz. Gəl də bilsə, ala bilməz. 
Dedi: 
– Sən Koroğludan qorxmaray? 
Dedi: 
–Qorxaram? Yox! Koroğlunun nəyinnən mən qorxuram?  
Bu dedi: 
– Mən qorxaram. 
Dedi: 
– Nəsinən? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
146 
– Şeşpərinən. Pis şeşpər vurar adamın təpəsinnən.  
Dedi: 
– Mən şeşpərdən- zatdan qorxmaram. Deyillər bir dəli səsi var, 
onnan qorxaram. 
Koroğlu bu sözü ki, Dəmirçoğlu Həsənən eşitdi, dedi: 
– Evin tikilsin, odu gəlir haa! 
Dəmirçioğlu  belə  baxanda  qulaği  gəldi  bunan  ağzının  tuşuna. 
Nəhrə  çəkəndə  huşdan  getdi  Dəmirçioğlu.  Atdan  ənib  Koroğlu, 
ağa,  bunun  qəşəng  qolini-qıçıni  bağladı,  çəkdi  atın  tərkinə.  Üz 
qoydu Çəmlibelə. Dəmirçioğlu dedi: 
– Qolumu niyə bağlayın, aç qolumu daa! 
Dedi: 
–  O  qüvvəti  mən  səndə  görmüşəm  qoluy  açam  (Daha  məndə 
nəhrə qalmadı), mənim evim yıxılar.  
Dedi: 
– Yox, daha mərd igidin mərd olur. Gərək mərdanəlik olsun, aç 
qolumu. 
Koroğlu  açıp  qolunu.  Gördü  Dəmirçioğlu  belə  puzğundu,  rəngi 
solup.  Götürüb  Koroğlu  burda  Dəmirçioğluun  köylün  alır.  Bu  sözdər-
nən: mən səni o zamanda gördüm. Qıratın əl-əyaxların maharladın, nə 
gür saxladın. Onda gözüm al quşu kimi səni alıncı oldı. Oğlan, heç fikir 
eləmə. Mən səni əsir aparıram Çəmlibelə? Yox! Yeddi min  yeddi  yüz 
yetmiş yeddi dəli indi tamaşaya gəlir səniy. Dur gedək. Gör nə qovğadı, 
nə aləmdi?! İndi o Meyti paşanın qızı Telli xanımı da götürüb gəlib sax-
ladıpdı. Görək Dəmirçoğluna layıxdı bu? Götürüb Dəmirçioğlu bu səfər 
bu sözdəri görək eşidir Koroğludan narahatlıqla, bərtərəf olur. Deyər: 
Dünyanı necə görmüşəm?
48
 
Yatıp da gecə görmüşəm, 
Səni mən şuca görmüşəm, 
Dur, gedək bizim ellərə.  
                                                
48
 Şeirin ilk bəndi yoxdur 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
147 
Paşalarla var savaşum, 
Davalarda ağrur başum, 
Sənndən ötrü bu göz yaşum, 
Göz yaşum döndü sellərə. 
 
Budur sənə nəsiyyətim, 
Nəsiyyətim, vəsiyyətim, 
Saxlamışam amanətin, 
Bulbul kimi qon güllərə. 
 
Koroğlu olmaz yeyinci, 
Al quşun kimi alıncı, 
Əlində əyri qılıncı, 
Himayıl eylə bellərə.  
Sözdəri tamam eylədi. Bəəd, gəlib yetişdilər Çəmlibelə. Demə-
di daa bu gəlmişdi at apara. Burda Koroğlu Eyvazı səslədi, dedi: 
– Eyvaz canım, qonax gəlib, mey doldur, məzə doldur, saqi ola 
gəzə doldur. 
Koroğlunun  bu  sözünnən  Nigar  xanım  baxdı  kulafirəngidən, 
gördü  bəli,  bu  bir  cavandı,  Koroğlunun  yanında  durup,  amma, 
Koroğludan  da  döşü,  nə  qədir  qulunçu  ennitəhərdi.  Daha  Koroğlı 
üz eləmədi ki, bu kimdi. Eyvaz gəldi dedi: 
– Qoş Koroğlu, cəlalı Koroğlu, bunu qonax gətirmişəy? 
Dedi:  
–  Bəli,  bu  bizim  əziz  qonağımızdı.  Gəlir  siziynən  minis  ola. 
Burda deyə, burda danışa, burda gülə. Mayıl oldı burda qala.  
Eyvaz qolunda bazubənd vardı nişanaydı, boynunda da bir gər-
dənbənd.  Rəsmi  buydi  bir-birini  istiyəydilər,  cəlalınan,  izzətnən, 
şokətinən, bir-birinə ehtiram qoya boynunnan gərdənbəndi çıxartdı 
saldı Dəmirçioğlunun boynuna. Dedi: 

 
Mən sərdarlığı sənə verrəm. 
Dəmirçioğlu istəmədi, dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə