Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə36/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   32   33   34   35   36   37   38   39   ...   96

 
 
140 
–  Hay,  namərtliy  eliyip  çox.  Çox  bivəfalıx  eliyip.  Amma  Ko-
roğlı bəəd sözü tükədənnən sora, gün açılır, gecə keçir. Toydu daa. 
Döyür  sazandalar,  halayçılar,  oydu.  Bir  şaddıx  eliillər.  Biistila 
kürəkəndi dəə, o zaman görərdin alma atardılar, nar atardılar gəlin 
çıxanda, at qovardılar. Koroğlu dedi: 
– Gəlin, at qovagın bu çöldə, bu toyda. Hər kəsin atı çox getdi o 
meydənə, ona gərək bir bar alması verək.  
[Dedilər:] 
– Xeyli xub, bar alması nədi? 
 Dedi: 
– Deyərəm onda. Bu yerlərdə tapılar bar alması.  
Koroğlu keçib şəərdən çanax Qıratın buxovunu açıb, aşıp Qıratın 
belinə  gəldi  şərə.  Qırat  bir  saat  gedəydi  olar  bir  gün  gedəyməzdi  o 
yolı. Qiyafəsi də bəd qiyafəydi dəryadan çıxmaydı da
44
. Dedilər: 
– Xub, aşıx budu atıy? Öyrən? 
Dedi: 
– Budu daa. 
[Dedilər:] 
–  Baba,  bu  atı  at  elə  dərələrə.  Bu  at  at  dəy  ki?  Gətimişəy  bu 
meydənə. Aşığın ki, bu cür atı olmaz. 
Dedi: 
– Ağacan budi ki, var. Məgə mən satıram sizə buni, bədpəsəndin, 
siz almuruz. Gəlin qovalayak daa. Hər kəsin atı keşdi bar alması ala. 
Ağa, bular təxt elədilər atdarı bir uca dağ idi. Dağın döşünə hə-
dəf  qoydular.  Bəyi  apardılar  o  yerdə  ki,  hədəf  qoymuşdular  ora. 
Ağa, Koroğlu cida saldı ata. At quş kimi qeyqac aşdı. Çatdı bəyin 
yerinə. Koroğlu atdan endi aşağı. Bular gördü evin tikilsin hey çap, 
hey vur, iki saata ancax çatıldar bəyin yanına. İndi gəlin də çıxıp, 
(at üstündə o zaman gəli aparırdılar), nə cür at qovardılar. Dedi: 
                                                
44
 Aşıq Qıratın törəməsi haqqında başqa yerdə danışmasa da, burada sözarası 
dəryadançıxma olduğunu söyləyir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
141 
– Xub, indi qoy olar gələ burdan da at salak düzə.  
Ağa,  ordan  da  başladılar,  Koroğlu  [Qıratı]  saldı  cəmiyyət  içinə. 
Ağa, istiir indi gəlini at üstündə tuta. Koroğlu indi bu sözdəri deyir
45

Atı cidaya salıp, xəlx qorxurdu. Qırat da şeyhə çəkirdi. Çarnal nə cür? 
Ayağı üstündə deyil, sütül gülləsidi daş gedir. Bunar dedi: 
– Evin tikilsin, biz deyirdik bədqiyafa atdı. Bu atın əyaxları ye-
rə gəlmir. Yernən dey, göynən gedir. Bu nə cür atdı?! Deyir «Bu-
du, gəncə xəravədə  yatar». Koroğlu  istiir beş dənə [söz deyənnən 
sonra  Qıratı]  dolandıra,  gəlini  çəkə  tərkinə.  Amma,  Koroğlunun 
gözü  çox  pakdı.  Hər  yerdə  bir  qızı  görəydi  öz  qızı  kimi  alardı, 
götürərdi gələrdi dəlilərinə. Deyər:  
Bəzənipdi toy otağı
46
,  
Gedir bu toyun qonağı, 
Üzündə qırmız duvağı, 
Bəy, gözdəmə gəlin gəldi. 
 
Bəy istiiri alma ata, 
Alma ata, narış tuta, 
Toy eyləyir kam çata, 
Çata bilməz kamın gəldi. 
 
Aşıxlar toyları çalar, 
Sazını döşünə alar, 
Toyu çalar ənam alar. 
Aşıx gözdər ənam gəldi. 
 
......................................... 
Gəzəndə danışır süzər, 
Tar çalannar salar nəzər, 
Tar çalginan, sazın gəldi. 
                                                
45
 Aşıq burada Koroğlunun dilindən söylənən şeiri deməyi unudub 
46
 Şeirin ilk bəndləri yoxdur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
142 
Sözdəri  Koroğlu  tamam  elədi.  Bəəd,  [sözünü]  tamam  eliyənnən 
sora  atı  dolandırıp  bir  elə  çovlana,  bir-belə  çovlana  birdən  əl  atdı 
gəlini qurşağınnan yapışıb çəkdi Qıratın tərkinə, şəərdən çıxdı. 
– Ay baba tutun! Ay baba vurun! U....u....u 
Qırat tozu milləndi göyə. Kim idi Qırata çatan?! Gəlin deyər: 
Damadın yatsın bəxti, 
Tərsə olar onun təxti,  
Bu çağında, cavan vəxti, 
Əcəb toyun üstünə gəldi. 
Bununki  [  bəy]  oldu  bədbəxtin  getdi.  Koroğlu  [gəlini]  götürüb 
hay  gəl,  hay  gəl  yetişip  daa  Çəmlibelə.  İstiirdi  çata-çatmaya,  ağa, 
dəlilər çıxdı pişvaza. Gördülər Koroğlu gəlir, amma tərkində bir qız 
xəlxi  var.  Gəlindi  bu,  toy  eliip.  Paa  evin  tikildi,  Koroğlu.  Bu  qızı 
harda  tapmışay?  Amma  bunu  görəndə  Nigar  xanım  bir  az  çox 
məxşuşə  düşdü.  Dedi:  «Haa...Bu  cür  pəs?  Taqətin  olmadı?  Neçə 
illər mən qaldım, dözdüm, sən dözə bilmədiy Qoş Koroğlu. Gördün, 
deyəllər  kişinin  bəfası  yox?!  Deyəllər  arvad  bibəfa  olur!»  Amma, 
nadanıdı. Bu xiyal eləyir [Koroğlu] özü üçün gətirip. 
 [Koroğlu dedi:] 
–  Yox,  Nigar  xanım,  mən  belə  biinsaf  dəyiləm,  sənə  gözdəriyn 
yaşın tökəm, ürəgiyi pərişan edəm. Qoy deyim, bu gəlini kimin üçün 
gətirmişəm.  İndi  üzünnən  duvağın  götürmür.  Bu  qız  da  oğlanı 
istəmirdi əsla. Elə birtərəfi gücə gəldi. Meyti paşanın qızıydı. Dəlilər 
rəcnən durdu sana. Gəlini qoyub otaxta, üzündə qırmızı duvax, deyər: 
–  Xub,  mən  dəlilərim  bu  qızı  gətirmişəy.  Bu  toy  günüdü,  toy 
çalmışam, pul əvəzinə almışam.  
Nigar xanım güldü, dedi: 
–  Barakalla,  aşixsən  toy  çalirsən,  qəssabsən  mal  alirsən,  bilin-
mir nə firqədə gəzirsən! 
[Koroğlu]  dəliləri  yığdı,  rəc  sanını  bağladı,  qoçaxları.  Bu  qızın 
üzündə duvax var götümür, duvağı götürə bilər. Qız duvax divinnən də 
baxır cavannara. Görə əlin qoya hansı cavanın çiyninə. [Koroğlu deyər:] 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
143 
Sənə qurban, xan Eyvazım, 
Sənə həmdəm gətirmişəm. 
Sənə qurban şirin sözüm, 
Dinə ərkan gətirmişəm. 
Eyvaz başın tikdi aşağa. Çox hüsnimalı cavan idi. İstəmirdi ba-
xa anası Nigarın üzünə, Koroğlunun üzünə. Deyər: 
Cavannarın həyası var, 
Həyası var, səfası var, 
Gözəllərin cəfası var, 
Dinə iman gətirmişəm. 
 
Bəslənir əmlik quzi, 
Səhər söbin dan ulduzi, 
Meyti paşanın qızı, 
Sənə nişan gətirmişəm. 
 
Aşpazı basdım qazana, 
Yandı uzana-uzana, 
Sazımı çaldım əzana, 
Ahu-fəqan gətirmişəm. 
 
Koroğlu toyunu çalup, 
Çalıp orda ənam alup, 
Pul yerinə gəlin alup, 
Yaxçı-yaman gətirmişəm. 
Sözləri tamam eliyənnən sora, ağa, Nigar xanım yeridi qanşara. Gə-
lini üzünnən duvağı götürəndə gördü on dörd gecəlik ay, mahi- tavan ki-
min çıxtı bulutastan. Bu qız baxtı bir ona, bir buna. Amma, Eyvaz dedi: 
– Nigar ana, çünki bu gözəli Qoş Koroğlu gətirip bunu mən al-
mam.  Bunu  mən  özümə  yar  eyləməm,  qızı  xar  eyləməm,  özümə 
dildar  eyləməm.  Bunu  almam.  Mənim  taalıımda  bir  qız  var.  Bə-
laynan,  dəvaynan,  gərək  özüm  gətirim.  Dürüstü  Qoş  Koroğlu 
gətirip. Onu gərək özümə gətirəm mən. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə