Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə39/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   35   36   37   38   39   40   41   42   ...   96

 
 
152 
dılar gizdənəydilər, tapa bilmirdilər. Amma qoşini tarımar elədilər, 
tökdülər şəərlərə. Gəliplər bir uca dağın döşünə. Dəmirçioğlu dedi:  
– Eyvaz, bir dənə söz dediy mənə. Mən belə naguman oldum.  
Dedi:  
– Necə? 
Dedi: 
– Boli Sərdar kimdi? Boli Sərdar dediyin burdan qaçup? 
Dedi:  
–  Bolı  Sərdar,  çox  pul  qüvvəddəliymiş.  Mən  də  görməmişəm. 
Deyillər gedip burdan. «Bir  nadan  igid, bir  nadan adam daş  salar 
quyya, amma, yüz danə çıxada onu bilməz. Düşməni özünnən ola 
insanı lova verər, başın bəlaya verər». Bu cür Qoş Koroğlu deyip.  
Ağa,  Koroğlı  Qıratı  minip  gəlirdi,  düşmana  qanşar.  [Düşmən-
nər] gördülər qaçannar bir ayaxdan atlı gəlir. Amma, bu atlı eyni o 
aşıxdı. Dedilər: 
–  Baba,  həmin  aşığdı  ki,  bu  çöldədi  dolanır.  Döörüni  kəmən 
atın, salak araya. 
 Ağa, bular yaralı-paralı kəmənd atıplar Koroğlını salalar araya. 
Koroğlu  baxdı  Eyvazı  [Dəmirçioğlusu,  İsaballısı  və  b.  dəliləri 
yanında  yoxdu].  Ürəgi  çox  püzqün  oldu.  Dedi:  «Heç  kimsənə 
yalquz  olmasın,  yaman  zaddı  yalquzluq.  Cavannarda,  igidlərdə 
Eyvazımdan imdad istə.» Deyər: 
Vətən uzax, mənzil kəsməz, 
Xan Eyvazım, yetiş dada. 
Yanmıya heç ürək əsməz, 
Xan Eyvazım, yetiş dada. 
 
Məni kəməndə salallar, 
Canımnan qəsas alallar, 
Başıma şeşpər çalallar, 
Xan Eyvazım, yetiş dada. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
153 
Qollarımı bağlıyallar, 
Gəncimizi talıyallar, 
Qan kəsəsi çalıyallar, 
Xan Eyvazım, yetiş dada. 
 
Koroğlu kəməttə qalup, 
Qıratı dərbəttdə qalup, 
Minənnər səməttə qalup, 
Xan Eyvazım, yetin dada, 
Gəl imdada, gəl imdada.  
Ağa,  Eyvaz  Dəmirçioğluynan  atdara  cida  salıplar.  Ağa,  daş  o  dağ 
titrirdi, buların nəhrəsinnən. Çatanda gördü[lər Koroğlunun] əllər də qol-
qola bağlıyuplar, baştan aşır-kəsiplər, beldən biçinlər. Koroğluya dedilər: 
–  Divanıyən  sən,  kişi?!  Hara  gedirəy,  hara  çıxmışsan  düşmən 
səni halqalıya. 
 Gətiripdi  dəlilər  yenə  Çəmlibelə.  Dübarə  istiiridi  toy  məylisi 
tuta, şaddığ eliyə. Burda nə cür Koroğlu dəlilərdən uzr istiirdi, də-
liləri  nə  cür  təşviq  eliirdi  burda.  İndi  bu  sözdərinən  görək  nə  cür 
deyər, Qoş Koroğlu: 
Gəlin, indi dəlilərim, 
Bu meydan bizim olupdı. 
Sizə vardı ərzi- halum, 
Çoxlara zülüm olupdı. 
 
Duşman gəldi burda qala, 
Burda bizdən qəsas ala, 
Başı düşdü qırmıqala, 
Şəni-şokət xar olupdı. 
 
Özüyz salduz dağu-daşa, 
Kəmənd atduz başdan-başa, 
Şeşpərləri vurduz başa, 
Coşqun çaylar sel olupdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
154 
Çəmlibeldə dava oldı, 
Düşmannarım ayax aldı, 
Çox cavannar qəmə qaldı, 
Çardaxlıya yol olupdı. 
 
Qoş Koroğlı handa-handa, 
Misri qılıc qalıb qında, 
Ruzi məhşərin günündə, 
Bir ədli-divan olupdı. 
Ağa,  sözləri  tatmam  elədi  Koroğlı,  bu  kalamlarıdan  dəliləri 
yığdı başına. 
–  Dəlilərim,  bu  düşman  bizə  ayağ  aldı,  indiyəcək  düşman  bu 
Çəmlibelin dörd ağaşdığına gələ bilməmişdi. Amma, güman elləm 
Bolu Sərdar bu dağdadı. Əgər, Bolu Sərdarı tapmasayız bizdə daha 
burda fürsət olmaz. Gəzin Bolu Sərdarı tapın! 
Dəmirçioğlu dedi: 
– Qoş Koroğlı, mən ki, tanımıram. 
İsaballı dedi: 
– Mən tanııram. 
Qulubəgi dedi: 
– Mən tanııram. 
Dilannamaz, Tanrıtanımaz dedi mən tanııram. Dörd dənə dəlilərdən 
bilirdilər.  Bolu  Sərdar  çox  da  rəşid  idi.  Amma  hər  yerdə  düşmana 
xəbər verərdi. Koroğlı Dəmiçioğluna üz oldi ki, Dəmirçioğlu bir səfər 
bağlıyak  düşək  bu  Arzuluma.  Gərək  biz  bu  Bolu  Sərdarı  bu  dağda 
taparık, hansı şəərdə taparık? Əgər, bunu tapmasak qərarımız durmaz. 
Ağa, Dəmirçioğlu dedi: 
–  Cəlallı  Qoş  Koroğlu,  hər  davaya  mənim  meylim  var,  yollarsan 
[gedərəm.  Amma]  heç  fikir  eləmə,  bu  cəlaldan,  boşda  qoy  gedə. 
Heyfin gəlmir düşək bir dənə nadanını ardıcək, onu gəzək tapayın? 
Koroğlı Dəmirçioğluna deyər: 
– Dayan, qulaq as, qoy deyim, görün nadan nə cür işlər görər. Deyir: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
155 
Sənə qurban, Dəmirçioğlu, 
Dünya kimə qalacaxdı?! 
Sözlərim bəyandı, doğru, 
Torpax bizi alacaxdı. 
 
Mail olmuyun bu qumçağa, 
Bu qumçaxdan o qumçağa 
Nəşimiz gedər torpağa, 
Məkanımız olacaxdı. 
 
İzrayıl çanımız alar, 
Cismimizə çəngəl salar, 
Dünya məgər kimə qalar, 
Paşalar xar olacaxdı. 
 
İsgəndər gəldi qalmadı, 
Məgər Günnən bac almadı? 
Öləndə bir ad qalmadı, 
Süleyman var olacaxdı. 
 
Hökmündəydi dağ o daşlar, 
Göydə uçan, gedən quşlar. 
Qüdrətinnən o yağışlar, 
Süleymana qalacaxdı. 
 
Koroğlının belə vaxtı, 
Yatmasın igidin baxtı, 
Quruldu Cəmşidin taxtı, 
 Sonu necə olacaxdı? 
Bu, Koroğlunun Dəmirçioğlu səfəriydi ki, ərz elədim. 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
156 
BU, EYVAZIN DURNA SƏFƏRİNİN  
DASTANIYDI Kİ, ƏRZ ELƏDİM 
 
...[Koroğlu]  Çəmlibeldəydi.  Dəlilər  dövründə,  çıxmışdı  vərəndaza. 
Koroğlu nəzər saldı, bir dəlilərin içinə, göz dolandırdı, dedi: 
–  Ay  dəlilərim,  novçalarum,  qardaşlarum,  qollarum!  Cavannı-
ğıyzın qədrin bilin. Cavannığ əldən gedə dala qəyitməz, nə pulunan, 
nə söznən, nə cənginən, nə xoşluğnan. Heş noi cavannığ dala qəyit-
məz. Cilovun cavannığın tutun. Cavannığ  insanın  dizinin quvvəsidi, 
gözünün işığıdı, belinin sutunudu. Bilin cavannığın qədirin. 
Bu söhbət ki tükəndi, Dəmirçioğlu nəzər saldı, Koroğlunun gördü 
gözdərinnən-çeşməsinin  qırağından  ildir-ildir  misli  ki  yaş  axur.  Üz 
oldu ki, Qoş Koroğlu, məgər cavannığ nə cür olar? Sənin cavannığın 
ta  bizim  cavannığın  fərqi  çoxdu?  Buna  görə  sən  cavannığın  ki,  sən 
zaya vermişəy, bu cəlali cəm eləmişəy?! Bazırqannarınan atışmışay-
tutuşmuşay,  dərələrdə-təpələrdə  cəng  eləmişəy,  neçə  gədiklərdə, 
qarlarda,  dumannarda  qalmışay,  çiskin-borannarda  qalmışay.  Ta  bu 
calali yığmışay başına. Amma, biz anadan göz açalı, atadan dil biləli 
gəlmişik,  sənin  dövrəndəyik.  Nə  bir  cəng  eləmişik,  nə  bir  cədəl 
eləmişik? Cavannığımız əlhəmdülla bərqərardı səniy dövrəndə. 
Koroğlu  üz  oldu  ki,  bala,  cavannığ  bir  vaxt  əldən  gedər  heş  bil-
mərəy. Heç bilməy, nə oldu getdi cavannığ əliynən. Bu çan bir qatar 
durna göydə qatarlanıp gedir. Havalanıp nə cür?! Koroğlu baxdı dedi: 
– Haay cavannux... Necə olduy? Bu qatarlanan durnanı görürsüz? 
Dedilər:  
– Bəli!  
Dedi:  
– Bu əlan yaylaxdan qayıdıp gedir qışlağa. Həsən paşanın gedir 
vəlayətinə. Həsən Paşa Osman torpağındadı. Böyük bağdı, tökülür 
o  bağa.  Mən  cavan  olanda  bu  durnalardan  bir  dənə  qoymazdım 
göydə qədd aça, rədd ola bu köyşənnən. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə