Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə42/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   38   39   40   41   42   43   44   45   ...   96

 
 
165 
Qoymam düşmannar tək qala
60

Gərək Eyvaz aşa sənnən. 
Bu sözdəri deyənnən sonra ata rikab basdılar. Ağa, düşüplər yola. 
Gəldilər dağın bir buzğun zəmanəsiydi, cilğə yol açılırdı, yolu aşdılar. 
Çıxdılar dağın damanasına baxdılar. O zaman dürbün-mürbün bu cür 
yoxuymuş.  Baxdılar  gördülər  şəər  düşüp  bir  düzdə.  Hələ  Osman 
torpağı Türkiyədədi,  hayandadı  mən  biləmirəm. Amma, o tərəfdədi. 
Düzdədi bu şəər. Baxdılar gördülər bu şəərin ətrafı tamam sudu.  
Dəmirçioğlu dedi: 
–Eyvaz,  azmışıy  yolu?  Bura  Həsən  paşanın  Duran  şəəri  dəyil. 
Bura Duran dəyəllər?! 
Dedi: 
–Bura elə Duran şəəridi.  
Dedi: 
–Əgə,  biz  Duran  şəərini  tapmasak  durnaları  da  tapmak.  Xar 
qəyidarık Koroğlunun yanına. 
Burdan  yetirhayetir,  mənzilhamənzil  çatdılar  ta  şəərin  kinarına. 
Gördülər bir kişi iki dənə qatır yükü ot bağlıyup gəlir. Amma əlində bir 
dənə ağaşdı, bir əlində dəsmal oynuuru, tovluur gəlir. Eyvaz dedi: 
–Dəmirçioğlu bunnan xəbər al, gör Duran şəəri budu? 
Dedi: 
– Ay dadaş! 
Bu, cavap vermədi. 
[Dedi:] 
– Ay yoldaş! 
Bu cavap vermədi bə. Bir qədir gəldi rubarusunda durdi, dedi:  
– Qardaş sənnən xəbər almıram məgə? 
Dedi: 
– Ay dadaş, nə ola? Ay yoldaş, nə ola? 
Dedi: 
                                                
60
 Aşıq misraya belə şərh verir: Yəni, duşmanın tək bir dənəsini qoymuyam qala. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
166 
– Bəs nə deyim? 
Dedi: 
– Deginən: “Ay danə! Sözü deyirəm adama“. Bu cür xəbər al. 
Dedi: 
– Bərəkalla baba, səndəki şairən. Bura Durandı? 
Dedi: 
– Bəli, bura Duran şəəridi. 
Dedi: 
– Həsən paşa deyillər bu Duran şəərində olar? Həsən paşa diridi? 
Dedi: 
– Bəli, əlan şəər təlatumdadı, cimu-cuşdadı. Şəərdə san görüllər. 
[Dedi:] 
– Nə üçün? 
Dedi: 
–Deyillə  bu  dağın  o  üzündə  bir  Cardaxlı  var.  Bir  Koroğlu  var. 
Tamam  gədikləri  basur,  qəfləri  kəsir,  bazırqannarı  çapur,  yolları 
bağluur. İstiillər qoşun yiğələr, gedələr onun cəlalını dağıdalar. 
Eyvaz dedi: 
– Əcəb  yerdə səhər açmışıq, günümüz çıxmır. İnəgimiz doğub 
iki  buzov:  birisi  ala,  birisi  boz.  Biz  gəlmişik  burda  durna  aparak. 
Bular  gəlir  Koroğlunun  cəlalın  dağıda.  Dəmirçioğlu,  qoy  bunu 
mən yolluyum gedə gedər-gəlməzə. 
Dəmirçioğlu dedi: 
– Yo... yo...yox! Kasanı tıqqıllatma. Əsla. 
Bunun bu dilin çox halı olmurdu. Dedi: 
– Qardaş, nə deyiriz? 
Dedi: 

 
Deyirik,  yanı  əcəp  bu  Koroğlu  çox  namərd  adamıdı?  Çox 
zülm eləyif xalxa?  
Dedi: 

 
Bizi də istiyələr, biz də bularnan gedərik köməgə? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
167 
Bəəd,  bu  sözdə  ki,  bunnan  kömək,  icazəsi-rüsxət  istiidi,  gedə 
Dəmirçioğlunnan ala, Dəmirçioğlu dedi: 
–  Eyvaz  can,  səni  mən  tək  qoyman  gedən.  Görmədin  anan  nə 
dedi. Mən necə səni gözdən qoyup tək gedəyn? 
Dedi: 
– Xub, düşman içidi. Hələ biz gedip bulara munis olak. Görək 
buların sözü haradı, hədəfi haradı. 
Dedi:  
– Amma, ged tez gəl, qalma. 
Bular  da  girdilər  həmin  baği  ki  Koroğlu  demişdi.  İsaballıya 
dedilər: “Get, duz al, göt gə“. 
İsaballı dedi: 
– Atnan gedim? 
Dedi: 
– Səfey oğlu, atı aparran özün tanıtdırran... Atnan nəyə?! Xurcunu 
götür ged. De: “İstiirəm bir az duz alam, həşəmim var, aparam“. 
Bəəd,  xub.  Dedilər:  [xəbər  alsalar]–  Sən  nə  cür  düz  aparran 
dalında?  Deginən:–  Atımı  hörükləmişəm  çöldə,  qatırım  var  yük-
lüyəm aparam. 
Ağa, [Eyvaz] bunu da yolladı [şəhərə]. Eyvaz gəldi girdi şəərin 
içinə.  Gəldi  gördü  ki,  böyük  meydandı.  Meydan  qurulup.  Ağa, 
düşmannar  qollarında  bazubənd,  tamam  əllərində  şeşpər  oy-
nadıllar. Çaqqışır şeşpərlər bir-birinə. Eyvaz girdi yannan ləşkərin 
içinə.  Şəərin  içində  Həsən  paşa  oturup  təxt  üstündə.  Vəzirinin 
birinin adı Sulduz idi. Sulduz vəzir dedi: 
– Qibleyi- aləm sağ olsun, deyillər, Koroğlunun yeddi min yeddi 
yüz  yetmiş  yeddi  dəlisi  başundadı.  Əgər,  onda  da  onun  bir  novça 
dəlisi var, adına Eyvaz deyillər, Türkəmandı. O, çox qoçaqdı. Əgər, 
deyillər  o  Eyvaz  tutalar  Koroğlunun  cəlalı  başınnan  dağılıp,  ocağı 
keçip. Eyvaz tək yeddi min yeddi yüz yetmiş yeddi qoşuna hərifdi. 
Biz bir cür elyəgin Eyvazı salağın tora. 
İndi Eyvaz durup baxur, bular içində. Sulduz vəzir dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
168 
–  Əgər,  Eyvazı  tutak  Koroğlunu  tutmuşuk.  Amma  da,  deyillər 
Eyvazda  bir  cür  hüsnü  camal  var.  Əgər,  on  nəfər  adamnan  öldürə, 
tutay onun qanın bağışlar ona. Bir belə cavanı hüsnü var. 
Eyvaz bir çan baxdı gördü kulafirəngidən qızıl alma əlində Dona 
xanum oynadur. Baxdı bir Eyvaz gözünün güşasınnan, bir gözüynən 
baxdı Dona xanıma, bir gözüynən Sulduz vəzirə. Vəzir dedi: 
– Ay cavan, nə məmləkətdən gəlmişəy buraya? Hayana gedirəy? 
Dedi: 
– Valla, qurban, mən də eşitmişəm bu Koroğlu tamam şəərləri talan 
eliyip,  viran  eliyip.  Mən  Turanzəminnən  gəlmişəm.  Əgər,  icazə  ve-
rəyiz, rüxsət verəyiz, biz də qarışak sizə. Mənim necə dənə yoldaşım 
var, dostum  var,  familim  var,  elim  var.  Bizə  çox  zülüm  eləyip.  Bizə 
çox yovuxdu, sizə ki, çox uzaxdı hələ. Bizdən çox cəlallar dağıdup. 
Bunu  deyəndə  bir  dənə  cavan  pəəlivan  idi  meydanda,  yeridi 
irəli, dedi: 
– Ay oğlan, o Eyvazı mən Burzu gədigində görmüşəm. Neçə il 
bunnan  qabax  kəsdilər  bizim  yolumuzu.  Eyvaz  həmişə  həm  çəp 
əlində şeşpər vurar, rast əlində cida vurar. O zaman mənə bir dənə 
şeşpər vurupdu kətdimnən, hələ necə aylardı, necə günnərdi hənuz 
cəraəti  gəlir,  yeri  yaxçı  olmuyup.  Əgər,  mən  Eyvazı  görsəm 
təbəsinnən bu əmudu vuracağam başı buğda təki səpələnə. 
Eyvaz güldü bu sözə. Gülməgində Eyvaz, buna görə güldi. Dedi: 
– Nə oğlan, güldiy? 
Dedi:  
–  Ay  pəəlivan  dadaş,  məlumdu  ki,  sən  bu  cavannarın  başı 
səney,  sərkərdəsi  səney.  Xuda  səni  nəzərdən,  gözdən  saxlasın.  O 
şeşpəri hələ görey nə cür vurup sənə, sən indiyə qalmışay? Vəilla o 
bir  şey  dəyi  ki?!  Türkəmən  elində  bir  dava  düşdü,  mən  onun  ya-
nındaydım, onun atası Əli qəssabdı, onun dayısı Ərəp Reyhandı
61

                                                
61
 Aşıq  Koroğlunun  Çənlibelə  gəlməsi  qolunu  danışanda  Ərəb  Reyhanın 
Koroğlunun dayısı olduğunu söyləyib.Görünür, Mustafaxan deməliymiş. Çünki 
Koroğlu Eyvazı xilas etmək üçün Türkmən elindən Mustafaxanı köməyə çağırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə