Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə45/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   41   42   43   44   45   46   47   48   ...   96

 
 
177 
[Eyvaz dedi:] 
– Mən vurmuşam. Deməmişəm ki, mən Koroğlunun novçasıyəm.  
[Dəmirçioğlu dedi:] 
– Pəs neyniyək? 
[Eyvaz dedi:] 
–  Qəyidin  dala.  Tamam  bu  bağda  narınc  ağaşdarını,  turunc 
ağaşdarını yarıbeldən ikiqat eliyin. Bir dənə ağac qoymuyun salim 
qala. Nəmənə var qırın tökün yerə.  
Bolu Sərdar dedi: 
–Baba, bu böyüktərin cənayətdi. Xəlx ağac əkir, bəhrəsini xəlx 
yeyir, biz qırək tökək yerə? Hər işi biz gəldik görək? Bu sözdərdən 
dedin  başımıza  bəla  gətdiy.  Bu  söhbətdər  nədi?  Rişədən  çıxar. 
Baba  deyəllər  bir  ağac  qət  elə  bir  adam  öldürmüşəy.  Bizdə  ağac 
qırmaq adam öldürmək elə birdi, heş fərqimiz yox! 
–  Ağacın  yenə  mənim  meydanımda  quvru  –  Eyvaz  dedi:  – 
adamnan çoxdu. 
[ Dedilər:] 
–Niyə? 
[Eyvaz dedi:] 
–Adəm  ki,  çörəyin  yesin,  suyun  işsin,  dünyada  heş  bir  şey 
eləməsin, o adam vəxti tükədip, o adam ölə yaxçıdı. Hələ bu narınc 
gətirip, bar verir, bərainki mən bu cür eliirəm o birüza adamlara bir at 
qoyam gedəm. Mən rişədən çıxartmıram genə göyərər. 
Ağa,  bular  giriplər  tamam  bu  bağın  içində  nəmənə,  nəhal  varidi 
ikiqat elədilər. Bir dənə ağac salim qoymadılar qala. Dedi: 
–  Xub,  indi  oldu  əhsən!  [Gəlin  qırdığınız  ağaşlardan  ocaq 
qalıyıb durna ətindən kabab çəkək.] 
[Bağda bir alaçıq qururlar] Keçiplər alaçığın içinə. Şərap tuluxları 
dolıydı  şərapnan.  Asıplar  şərap  tuluxların,  ağacdan  töküplər  yandı-
rıblar, durnalardan salıplar kabap, çırıkkıçırıkk qeyniirdi ətin kababı. 
Durnanın qoxusu götürmüşdü. Bu bağı kabab qoxusu almışdı başına. 
İki yüz qədəmlixdən gedəni kababın qoxusu həlak eliirdi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
178 
Ağa,  bəd,  Həsən  paşanın  bir  dənə  durnatutanı  variydi.  Adına 
deyərdilər Babuluk. Bu Babuluk girdi [saraya Həsən paşa dedi:] 
– Durna gəlip bağa? 
Dedi:  
–Bəli! Beş-on gündü durna qəyidipdi. Yaylaxdan gəlip bağa.  
[Həsən paşa dedi:] 
 – Ay Babuluk, bu gün beş dənə mənə durna tutaray? 
Babuluk Bayram dedi: 
– Qurban, bu gün kəmənd ataram çox tutaram. 
Ağa, Babluk Bayram gəldi girdi bağın içinə. Evin tikilməsin, gördü 
ağaşdar tamam baş əgip. Yarı beldən xəm olup. [Öz-özünə dedi:] “Xu-
daya, bu gecə dolu gəlməyip bu bağa ki? Bə nə bu ağaşdarı iki qat olup: 
–  Ay  bağban  (Bular  bağa  girəndə  bağban  qorxudan  qaçmışdı. 
Bilinmirdi harda gizdənmişdi), Bağban?! 
Bağbandan nəsə xəbər  yox. Gördü belə səs gəlir, bağın  içində. 
Yavaş-yavaş  gəldi  alaçığın  dalına.  Gördü  bular  şərapları  içillər, 
qəx-qəx  vurullar,  gülüllər.  Durna  ətinnən  yeyillər,  çəkillər  diş-
lərinə,  sümüklərini  atıllar  çölə.  Bir  dənə  də  gəl  salginən,  İsaballı. 
İsaballı biismila bulların aşpazıydı. Bolu Sərdar da gedirdi duzdan- 
zaddan gətirirdi. Xəbər gətirirdi düşman nə dedi. Ama, bu biistila 
sütunu pənc
65
 təkiydi. Oyana deyirdi, bu yana deyirdi. Amma Ko-
roğlu da bunu tutar görək nə pis günə qoyar.  
Amma,  bu  elə  birdən  girdi  içəri.  Gördü  dörd  nəfər  oturuplar, 
sibillər  qulaxları  dalında,  eyni  Lorustan  kətxudası.  Qızıl-qızıl  vu-
rur, gözdərinnən qan damır. Bu hövl elədi gəldi, dedi: 
– Salam! Bismilla. 
Eyvaz harifidi, dedi: 
– Əleykümə bismilla, buyur içəri, qardaş, görüm. Hardan gəlip 
hara gedənəy? Hardan vurup haranı yıxana? 
                                                
65
 Cəsus  kimi anlamını  verən  bu  deyim  ordudan alınıb.  Beşinci  sütun-şöbə 
orduda informasiya toplamaqla məşğuldur
  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
179 
Dedi: 
– Qurban mən yıxan dəyiləm, vuran dəyiləm. Gedənəm, amma 
gələn dəyiləm.  
Dedi: 
– Xub, gedənən da bura gəlməy? 
Dedi:  
– Qurban bura gəlmişəy də, gedən dəyləm! 
Dedi: 
– Niyə? 
Dedi: 
–Bəraiki  sizin  sibilinizdən  qan  damır.  Mən  əyə  burdan  can 
qurtaram gedəym əzrail can əlinnən qurtarmışam.  
Eyvaz  qəx  vurdu  gülməğa.  Tutdu  bunun  belinnən,  (bu  cür)
66
 
qovzadı yuxarı, dolandırdı, dedi: 
–  Biçara,  səniy  canıy  mən  almam  ki?  Mən  adam  canı  allam, 
məni bu cür göydə dolandıra.  
Qoydı yerə [dedi:] 
– Sən nəçi karəyən? 
Dedi: 
– Qurban, mən durna tutaram.  
[Dedi:]  
– Kimə? 
[Dedi:] 
– Həsən paşaya. 
[Dedi:] 
 – Həsən paşa sənə bir zad verər durna tutay? 
Dedi: 
– Ay baba, beş mənat. 
[Dedi:] 
– Elə beş mənat? 
                                                
66
 Aşıq əl işarəsilə göstərir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
180 
[Dedi:] 
– Bəli. 
[Dedi:] 
– Onda tutmayan nə? 
Dedi: 
–  Tutmuyay  beş  dənə  bəmənək  vurar  başıma,-[deyər:]-»pəs  niyə 
tutmamışan  bu  gün».  Misli  ki,  xanımı  getmişimiş  ayrı  məmləkətə–
Burzustana, gəlip,  indi  istiillər  bir az səfa eliyələr, qonaxlıx  var.  Mənə 
dedi: “Get durna seyd elə.“ Durna da bağda heç yox. Bir dənə durna yox. 
 Dedi:  
– Necə olup? 
Dedi: 
– Hamısını siz tutmuşuz. 
Dedi: 
– Biz bu bağda tutmamışıq, qardaş. Biz burda tutmamışık, Elçi 
dağında tutmuşuk, biz bunu. 
Elçi  dağı  da  Həsən  paşanın  Bulqar  şəərinin  üstündəydi.  Miski 
əlan deyillər Bulqarıstan, o zaman Bulqarıymış da. Bəəd, dedi: 
– İşim yox, yoxdu daa. Gedə bilməm əliboş. 
Dedi: 
–  Yey  hələ,  bəlkə  tapula  bir  dənə.  Dörd-beş  dənnən  bir  dənə 
sənə tutarıy aparran.  
Eyvaz dedi: 
–  Bir  dənə  durna  qoyun  bunun  yanna.  Sən  bir  belə  aparmışay, 
vermişəy bu Həsən paşa yeyə durnaları, sənə heç vermiib yemişəy? 
Dedi: 
– Qurban, əbəda. Mən bilmirəm, [durna əti] şor olur, turş olur, 
şirin olur, əsla! 
Dedi: 
– Nəğar pul verər? 
Dedi: 
– Beş mənat. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə