Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə53/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   49   50   51   52   53   54   55   56   ...   96

 
 
212 
səniy  atından  atım  olardı  rikabımda,  bir  dənə  o  şeşbərdən  olardı 
əlimdə, mən o Həsən paşanın təxtini qaranquluq elərdim başına. 
[Dedi:] 
–Bu çox dov gəlir bu qoca. Qoca əmi? 
[Dedi:] 
–Bəli. 
[Dedi:] 
–Xub,  bu  at  yey  olmaz  bunnan?  Bu  düz  düz  olmaz  bunnan? 
Şeşpər  çağ  olmaz  bunnan?  Mən  də  elə  Həsən  paşa,  sən  də  elə 
qocayay da? Bu meydanda nəvərd eliyək!  
Dedi: 
–Olsun! Ver bura!  
Ağa, Koroğlu Qıratı heç kəsə verməzdi, dedi:  
–O, ərəb atdardan verin bir dənə buna.  
Ərəb atdardan verdilər. Koroğlu dedi:  
–Min atı qoca.  
[Qoca] atı mindi, rikab basdı ata düşə yola. Koroğlu daldan şeşpəri 
həvalə elədi. Bir çən şeşpər gün ardınnan gəlirdi, kölgəsi düşdü atın 
qənşərinə.  Qoca  gördü  bu  şeşpər  uğab  kimi  gələ  dəyə  kəlləsinə, 
kəlləsi  tutya  kimi  səpələnər.  [Qoca]  at  gedən  yerdə  keşdi  atın  qarnı 
altına. Şeşpər dəydi bu atın zinini siyirdi apardı. O, birinci siyirdi, atın 
dizi gəldi torpağa, toz milləndi göyə.  
Dedilər: 
–Ay  Qoş  Koroğlu,  bu  biçarə  neyləmişdi?  Qocanın  vurdun 
kəlləsi əzim-əzim dağıldı.  
Dedi: 
–Çox özünnən uca danışırdı bu qoca. Qoy gedək aaa... 
Bir  anda  gördülər  toz  rədd  oldu,  genə  qoca  atın  belində  dör 
vurdu, gəldi. 
Dedi: 
–Xub, gördüy, imtahanı verdim? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
213 
–Hə... 
Dedi: 
–İndi sən o atı qovala, mən sənə şeşpər həvalə verim.  
Dedi: 
–Olmuya bu da mən atı qovalıyım şeşpərnən vura, başım dağı-
la?! Əcəl peymanəm dolup kasaynan, calana? 
Dedi: 
–Qoca  əmi,  imtahanı  pak  verdiy,  dayan  qoy  adım  mərufluğ 
eliyim, kiməm mən. Qoca əmi qulağ as deyim: 
Sənə deyim, qoca baba,  
Qoca baba, necə olacax?! 
Çəkəndə Misri qılıncı,  
Daş ürəklər su olacax! 
 
Düşman olupdu yomuncı, 
Al quşu bizə alıncı, 
Belə vuraram qılıncı, 
Düşman tarı-mar olacax.  
 
Çardaxlının bulaxları, 
Buz bağlayup qıraxları, 
Sərin-sərin yaylaxları  
Eyvaz gəlip dolanacax.  
 
Çardaxlıda qələm vardı,  
Düşmannarda vərəm vardı, 
Qul qədrin bilən vardı,  
Ləşləş üstə qalanacax.  
 
Deyəllər gün burdan çıxdı,  
Burdan çıxdı, divdən çıxdı,  
Həsən paşa qoşun yığdı,  
Qoşun tarı-mar olacax.  
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
214 
Koroğlu gəlip meydənə,  
Qıratı salıp covlana, 
Fürsəti verməm düşmana, 
Ləşləş üstə qalanacak.  
Sözləri dedi. Bəəd, deyənnən sora, qocaya dedilər: 
–Bu buğda haracək sənindi?  
Dedi: 
–Baa, bu çöldə çiyələr
84
 var...  
Dedilər: 
–Bizim çiyə-miyə başımız çıxmaz. 
Ağa,  daradılar  bu  çölə.  Nəmənə,  xəlxin  xərməni,  qocanın  xər-
mənin, buğdasın dərdilər buna böyük xərmən qoydular. Atdarı sal-
dılar, çəmən idi. At ayağ üstə xərməni döydülər, yığdılar bir yerə.  
Dedilər: 
–Yel gəlmiri sovurak, sovurmakın da öziyə. 
Qoca dedi: 
–Mənə də bir at verin, mən də gərək gələm çəngə, davaya. 
[Koroğlu dedi:] 
–Baba, sən hara? 
Dedi: 
–Olmaz, olmuyacak. Mən də gərək gələm.  
Ağa, bir at da verdilər buna. Qoca da bularnan düşdü yola.  
Ağa, nəğildə  mənzil olmaz, rəvayətdə söz. Bular  yetir ha  yetir 
gəldilər ta orda cisr vurmuşdular. İstiirdi cisirbancı cisri çəkə. Ko-
roğlu da o kəcavəynən gedirdi
85
. Qoca da indi olup olara sərkərdə. 
Çatdı cisin qırağına. Qoca dedi: 
–Bir belə, tox olmuşuzun? Cisri niyə çəkmişiyz? Qurun körpü-
ni. İstiir qoşun gəlip keçə şəər içində tamaşaya.  
Dedilər: 
                                                
84
 Aşıq belə izah verir: -Xət vurardılar, qədim yerlərə nişan-çiyə vurardılar. 
85
 Aşıq  belə  izah  verir:  -Dəlilərdə  tamam  oları  [yəni  bazirganları]  qırıplar. 
Livaslarını, mallarını əllərinnən alıp tamam gedirdi, çatırnan öz dəliləri də 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
215 
–Dəstur gəlmiyip. Dəstur gələ biz cisri gənə vurak.  
Cisrban getdi Həsən paşaya dedi: 
–  Qurban,  hələ  o  xəbəri  ki  eləmişdik,  o  bazırqan  tayfasınnan  bir 
cavan  oğlan  gəldi  burda  bir  pəncənərm  elədi  getdi,  dedi:  “Turan 
şəərindən gəlmişəm. O, gedip tamam adamlı, sədalı səhlan gəlir. Darı 
dəstəsi əlan gəlip cisrin qırağına. Cisrban da ki, çəkib cisr-körpüni.  
Dedi: 
–Gedin  vurun,  qoynun  gələ.  Bir  belə  gəliblər  indi  gedələr, 
mənimçin nəyngi gəvarədi.  
Amma, indi Eyvaz zindanda olur, Dəmirçioğlu zindanda ağlıır, 
İsaballı oturub heş eyninə dəyi. Olar xub deellər bizi öldürmüllər, 
Bolu Sərdar ba həmçin. 
[Dəlilər]  gəldi  körpünün  qırağına.  Cisrban  körpünü  ki,  vurdu, 
bəəd Koroğlu dəlilərinə dedi:  
–Hər biriyiz, giriiz bu cəbələrin içinə. Qırx dənə dəlidən geydir-
di cəbənin içinə. Üstünə oların qumaşınnan saldı bir tağa, möhkəm 
bağladı. Keçirtdi bu taya. Bəəd dedilər: 
–Ay dadaş, pəs bular nəmənədi, gətirifsən? 
Dedi: 
– Bular cinsdi-parçadı, gətimişəm. Çünki neçə kişvərin camaatı bu 
şəərdədi.  Buna  görə  gətimişəm.  Bular  öldürənnən  sora  Koroğlu  də-
lilərini mərdum aramış tapar. Şəərlərə ayağ açulur, get-gəl olur. Xəlx 
qorxur getmir. Mətahımı görsədərəm. Tacirlər ta mən burda gördülər, 
əgə, pəsənd elədilər madda bağlarık, get-gəl elərik. Çox yaxçı olar.  
Dedilər: 
–Ay  bərəkalla, bu tacir hamı  fikri eliip, düşüp  yola gəlip. Alla 
səni saxlasun. Çox yaxşı tacirmişən sən. Bu fikirləri eləyipsən.  
Xəbər  verdilər  Həsən  paşaya,  bir  dənə  belənçik  tacir  gəlip 
burda, bu sözdərdən deyir. Dedi: 
–Xub, onu gətirin şəərin ortasına. Cinslərin aparın şəərdə hər baza-
rın ağzında, bir əmin dükanda bir cəbəsin qoyun. Bu dəlilər öləndən 
sora, qoysun həraca, açsın cəbələrin, parçaların görsətsin xəlxə.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə