Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə52/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   48   49   50   51   52   53   54   55   ...   96

 
 
207 
Cəngi-cədəl candan keçin, 
Öz canından keçən gəlsin. 
 
Eyvazim qalıp dardadı, 
Baxınca gözü yoldadı, 
Əyağı gedir gordadı, 
Gor evinə gedən gəlsin.  
 
 
Koroğlu gedir davaya, 
Başını qatır qovğaya, 
Miskin olmaz bu bəlaya, 
Bəlaya tuş olan gəlsin. 
Sözünü deyənnən sora, ağa, dəlilərnən düşdü yola. Düşdü yola, 
bir  qədir  gəlmişdi  ta  beynirada  bazırqan  yük  bağlamışdı,  gedirdi. 
Dəlilərin birisinə dedi: 
– Rubut dəli, yeri bu bazırqannan xəbər al gör, hara yük bağlıyıp. 
Yeridi [dedi:]  
–Bazırqanbaşı? 
Dedi: 
–Bəli. 
Dedi: 
–Hara yük bağlamısan? Hansı şəərə? 
Dedi: 
–Valla, mən yük bağlamamışam. Gedirəm tamaşaya. 
[Dedi:] 
–Harda? 
Dedi: 
–Siz bilmiriyz? 
Dedi: 
–Yox. 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
208 
–Koroğlunun dəlilərnən Toqatda tutuplar. İstiillər öldürələr beş 
günnən sora. Gedişmüşük ora, gedirik tamaşaya.  
Dedi: 
–Gediriz tamaşaya? Qəm tamaşasına, şad tamaşasına? 
Dedi: 
–Xeer, şad daa! Oları öldürələr, bizə zülm eliyib o. 
Dedi: 
–Xub, dayanın, biz də ağamıza deyək, biz də gələk siznən.  
Dedi: 
–Kimiyiz? 
Dedi: 
–Odu haa...gediriz çatdı. 
Bu qeyitdi gəldi dedi: 
–Valla, Qoş Koroğlu, bu cür deyillər.  
Koroğlu dedi:  
–Bu cür deyillər, bəs yerişin qabağa.  
Gəldilər qənşərə. [Dedi:] 
–Ay, bazırqan. 
[Dedi:] 
–Bəli.  
[Dedi:] 
–Hara gedirəy? 
[Dedi:] 
–Valla,  gedirən  Qoş  Koroğlunun  deyirlər  dəlilərinnən  üş  nəfər 
tutuplar yolda. Toqatın şəərində öldürəcəkdilər. Gedərik tamaşaya.  
Dedi: 
–Bu tamaşada sizə bir zad var? 
Dedi: 
–Bəli. Biz şəmadət eliyəcəğık.  
[Dedi:] 
 –Niyə? 
[Dedi:] 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
209 
–Buna  görə  ki,  Koroğlu  bizə  zülm  eliyip.  Zülm  təhid!  Zülm 
cinayət! Zülmü zilalət! 
Dedi: 
–Xub, neyniyip?  
Dedi: 
–Malımızı alıp, qarat eləyip, biçare eləyip.  
Dedi: 
–Xub, onda Koroğlu orda gələ qarışa sizin içiyizə siz ona nə no 
eləriz? 
Dedi: 
–Daa Koroğlu gələ bilir, cürət var gələ? Pəs, bir belə ləşkər orda 
mədatdı.  
Dedi:  
–Ha?!  
Dedi: 
 –Mədatdı. 
Dedi: 
–Xub, əz. Siz mədat, mən kağız görək kim yazıla, kim pozula.  
Dəstür verdi dəlilərə, şəmşirləri, çəkin şeşpərləri. Burda götürüp 
bazırqana Koroğlu gör nə deyir: 
Başına döndüyüm bazirgan başı, 
Qoymaram yoldan bac alan gedə. 
Maliyi-dövlətin tarac eylərəm 
Əliynən rüxsəti az alam gedə. 
 
Sərvətiy-dövlətiy əliynən allam, 
Başıya türməni ciziynən sallam, 
İndi İzrailəm canıyı allam, 
Gərək bu dünyadan üzülən gedə. 
 
Qara-qara uzax yollar kəsmişəm,  
Meh yellərı kimin basıb əsmişəm,  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
210 
Dağ-təpəni bir-birinə tökmüşəm, 
Malıyı bu yolda tökəsən gedə. 
 
Qoymaram sən çatay Toqat şəhrinə, 
Yeti qərəg onda fəndi-felinə, 
Qarışmadın Koroğlunun qəhrinə, 
Amma, şad olmay qəm alay gedə.  
Ağa, tökülürlər bunnarın malini əlinnən alırlar. Qol qıçını bağ-
layıp, qoyan qaçıp, qoyan qalıp. Dedi: 
–  Buların  nəmənə  malı  var,  ənvalı  var  alin  əllərinnən.  Qırxa  dəs 
libası  Toqat  vəlayətinin  tacir  libası  tikdirin,  qoydurun  kecavələrin 
üstünə. Keçavələrinən götürün malı. Çatduzun Toqata deyin: “Tacirik, 
gəlmişik. Bazırqanık. Bu firqəynən, nəbadə deyə-»biz tamaşaçıyıx».  
Dedilər: 
–Yox, Qoş Koroğlu. 
Ağa,  buların  cannısını  öldürüplər,  cansızı  qaçıp.  Mallarını  tarac 
eliyiplər, qoyuplar qəcazəynən. Öz malları kimi düşüplər yola. Orda 
da  bir  cisr  varidi.  Cisirban  gözlərdi  həmişə.  Beş  min,  on  min  nəfər 
gələrdi, çəkərdi körpünü [bir adam keçə bilməzdi]...  
Gəldilər, zad elədilər, bir qoca kişi çöldə buğda dərir. Demə ki 
buğda dərir?! Dedi: 
–Yerişin bu qocanın halını bir soruşak, -Koroğlu dedi. 
Atdarın əyağında dəm  yeridi toz millənir. Çölü qubar götürüp. 
Yeridilər [dedilər]: 
–Ay qoca əmi, halıy necə əmi? 
Dedi: 
–Mənə demiyin qoca əmi. Mənə deyin gic əmi. Onda deyin halın 
necə əmi? Qoy, ocağı kor olsun bu Koroğlunun. Onda deyim, nə olsun 
gic oğlunun. Çox namərdimiş, çox biqəmimiş bu dünyada.  
Koroğluya dedilər: 
–Eeee...Buna nəmənə eləmişiz? 
 Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
211 
–Qoyun dərdi var desin. 
[Koroğlu dedi:] 
–Qoca  əmi,  sən  neynəmişsəy?  Sənə  neyniyip  Koroğlu?  Səniy 
ürək doluluğuy nədi, Koroğluynan bu cür coşmuşay? 
Dedi: 
–Ağa,  mənim  heş, Koroğlu  mənə heş zad eləməyip. Nə malım 
alıp,  nə  dükanım  çapıp,  nə  zülm  eliyip.  Amma  çox  bibəfadı.  Üş 
dənə  dəlsin  namərd  Həsən  paşa  zindanda,  şəkəncə  divində,  qa-
zamatda bağlıyıpdı, döyüllər, söyüllər, dərilərin  soyullar, Koroğlu 
elə öz halında yatıb. İmdadına yetmir biçaraların. Mən də bir qoca 
adam,  ona  görə  narahat  olmuşam.  Deyər  gərək  “Ağa  olan  qul 
qədrin bilə, nə sərraf ola, zər qədrin bilə.“ 
Dedilər: 
–Qoş Koroğlu, söz bunundu, doğru deyər haa.  
Dedi: 
–Qoca  əmi  xub,  Koroğlu  zülm  eliyif  xəlxə,  tutuplar  dəlilərin 
bağlıyıplar  zindana,  döyüllər,  söyüllər,  biz  neyniyək?  Zülm 
eləmiyəydi xəlxə.  
Dedi: 
–Yox, Koroğlu zülm eliyip, o bicarələr neyniyip? 
Dedi: 
–Xub, Koroğlu oların hünəriynən xalxı çapır, yığır.  
Dedi: 
–Yox, o dəyi. Əqəllən gərək gedəydi onların imdadına. O biça-
raları sabanan, biri gün öldürələr.  
Dedi: 
–Xub, qoca əmi, bizim əlimizdən nə gələr? Əlimizdən elə bir iş 
gələr de biz eliyək? 
Dedi:  
–İş gələr, necə gəlməz?! İş də olup gəlmiyə? Nə fayda, mənim 
dəlim  yox  başımda,  novça  (o  zaman  qoşuna  dəli  deyirdi)...  Əgər, 
beş  dənə  mənim  səniy  dəlilərdən  dəlim  olardı  qolumda,  bir  dənə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə