189
–Eyvaz, dur qoşun, duşman gəlip bağın dövrünü tutup.
Dedi:
–Toy-bayramın vaxtıdı, gör nə haldayuk?
Ağa, bunun başdarın üstünə düşmən, kəmənd əllərində durmuş-
dular. Bu tərlan quşu Eyvazın əlində heş boşlamır gedə, bərk
saxladı. Götürüp Dəmirçioğlu Eyvaza görək nə deyir:
Sən də şikar etdin bir şuxu tərlan,
Əgə sərxoşusan ayıl, Eyvaz xan.
Səni görən keçər başınan, cannan,
Əgə sərxoşusan ayıl, Eyvaz xan.
Yolda baxduk coşqun çaya, sellərə,
Əcəb gəldik düşdük qürbət ellərə,
Kamandarlar çillə aldı əllərə,
Ox kimin aləmə yayıl, Eyvaz xan.
Qazamatda bizi qonax eləllər,
Çəpi çalup şəmadətdən güləllər,
Bizim üçün sər-sədağa verəllər,
Onda ollik yaxçı sayıl, Eyvaz xan.
Qismət olar görən gedək buradan?
Qırat ayxıranda keçər Tonadan,
Ay kimi çıxmışan ərşi səmadan,
Gün kimi aləmə dağıl Eyvaz xan.
Dəmirçioğlu, bir qılıcın, bir atın,
Baxsan görükməz dahı məmləkətin,
Geydirillər səhər qanlı xələtin,
Olallar çox sənə mayıl, Eyvaz xan
74
.
74
Aşıq misraya belə şərh verir: Yanı səni görələr qıymazdar öldürələr.
Amma vay bizim üçin, bizi öldürəllər.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
190
Ağa, bunu gətdilər qolubağlı Həsən paşanın meydanına. Həsən
paşaya dedilər:
– Xub, nə cür eliyək, səlahlaşun, görək bunu nə cür öldürək?
Bir nəfər gəldi, elə o Bədiizaman. Gəldi ki, beləsinə o pəhlivani
nam idi Bədiiəzaman. Bu gəldi Eyvazın ruburusunda durdu, dedi:
– Əx, bu o gün ki, gəldi mənnən nəvərd elədi o cavana oxşuur.
Olmuya o cavandı?
Dedilər:
– Yox baba, ya?! Bu burda tuturlar. O, hələ gedirdi elini, tayfasını
Turanzəmindən dəvət eliyə, gələlər, gətirə bura, hələ gələcaxdular.
Dedilər:
–Dərvağən, oğlan gör bu Babul Bayram nə cür tutdu bunu.
Dərvağən əgə İskəndər gedə buları tuta bilməz. Zəncir salırlar,
kəmənd atırlar.
Baxublar bunlara çox qorxullar. Dona xanıma xəbər getdi:
«Eyvazı tutuplar». Dona xanım gəldi, ruburuda durdu. Baxanda al-
mayki atmışdı dəymişdi Eyvazın döşündən. Almanın yeri bunun
döşündə bəlliydi. Baxdı, bildi. Dona xanım bildi həmən cavandı
Eyvaz. Dedilər:
–Xub, bunu nə cür öldürək, nə cür zindan eliyək.
Sulduz vəzir dedi:
– Qurban, bilərəy nədi?! Əgər, sən bunu öldürəy, hər kişfərdə ge-
dəyn deyəyn mən Koroğlunun dəlilərini tutmuşam, öldürmüşəm,
heş kəs inanmaz. Buna görə ki, heş kəsin qudrəti dəyildi bunnarı
tuta. Sən bir iş gör. Buları zindan elə qırx gün. Eylam elə o şəhris-
tanlara, o bazırqannara, o tacırlara, o xanı xavannara: «Sizi Koroğlu
qarət eliyip, çapov eliyip. Tamamıyız gəlin tamaşaya. Mən Toqat
vəlayətində Həsən paşayam. Tutmuşam Koroğlunun dəlilərini, istii-
rəm filan gün dara çəkəm. Gəlin tamaşaya, sizdə heysinin, ürəginiz
xoş ola» Bular gələllər tamaşaya sənin adın çoxa çıxar. Şanı-şov-
kətin yuxarı gedər. Hamı sultannar, paşalar sənə baş əyər.
Dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
191
–Əhsən ki, vəzirim ey mənim. Yaxşı nəxşədir. Bu çox yaxşı
nəxşədi. Görüm qızım Dona xanım nə deyər.
Üz oldu:
–Qızım, budu bizim duşmanımız, əsil duşmanımız. Deyirmiş
“Gərək mən Həsən paşanın təxtini çövürəm başına. Səni əsir
eliyəm. Sənin gözləriyi yetimlik yaşı dolduram.“ Buymuş. Sən nə
səlah bilirəy, bunu öldürək bala?
Qız qayıdıp görək burda atasına nə deyir:
– Atacan, qulağ as qoy deyim beş dənə
75
:
Belənçik cavanın öldürməginə bais olmuyun, şəər talana gedər.
Bunun ki, sabahı var. Deyillər bunun puşdu, arxası dayaxı Ərəp
Reyhan toycüynən gələr, Mustafa xan ləşkəriynən gələr, Koroğlu
qüvvəsiynən gələr, şəəri talan edər. Onda peşmannığı çəkəriz. Pəs
bunu öldürməginə bais olmuyun. Ata, sal bunu zindana. Bir müddət
zindanda qalsın, çıxsın. Bəlkə bu işlərdən tovbə eləsin, qayıtsın dala.
Amma, qız baxırdı Eyvaza, almayı ki, vurmuşdu Eyvaza. Xoş
gəlirdi beləsinə. Eyvazı saldılar zindana. Eyvaz gedip zindana. Ko-
roğlunun dörd qoçağı getdi zindana. Amma, Koroğlu gecə yatmışdı,
yuxuda gördü: Nigar xanım yanında dörd dənə dişiinən araya gəldi,
nə cür zivanə çəkir. Kəllədən dırnağa dərd suziş eliir. Ayıldı, [dedi]:
–Ay Nigar xanım, Eyvaz tutuldu.
[Dedi:]
–Yox, necə?
Dedi:
–Mənim bu diş ağrım, Eyvazın qəlbidi. Eyvazımı tutdular. De-
mədimmi, getmə ey dadi-bidad. Götürüp burda bir beş dənə Ko-
roğlu görək nə deyir:
Göndərdim durna ovuna,
Gəlmədi Eyvaz, gəlmədi.
75
Aşıq bütün dastan boyu «deyim beş dənə» deyəndə şeir söyləyir. Bu dəfə
isə Dona xanımın sözlərini nəsrlə deyir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
192
Qurbanam mina boyuna,
Gəlmədi novçam, gəlmədi.
Halay-halaydan tutuldı,
Topu, tüfənklər atıldı,
Ya vuruldu, ya tutuldı,
Gəlmədi balam, gəlmədi.
Eyvaz gələ gülə-gülə,
Üzü bənzər qızılgülə,
Üç dənə qoçaxnan belə
Gəlmədi Eyvaz, gəlmədi.
Baxçada açılan güllər,
Bağrıma sancıldı millər,
Koroğlu, başına küllər,
Gəlmədi Eyvaz, gəlmədi.
Ağa, burda bu sözdəri bəəd, deyənnən sora, Niyar xanım dedi:
–Ağlama Koroğlu, narahand olma gələr.
Dedi:
–Eyvazı tutdular, mən bilirəm. Ay Yumuğ Əhməd!
[Dedi:]
–Bəli, Qoç Koroğlu!
[Dedi:]
–Bura gəl, görüm.
Koroğlu çağırıb bunu [dedi:]
–Yumuğ Əhməd, düşərəy yola, baxaray sağa, baxaray sola.
Baxmay dəryaya, coşqun çaya. Özün vurray dərə-təpəyə. Baxmay
günnərə, baxmay aylara. Sallan gecəni yola, yolu gecəyə. Bax-
maray dağın uca ucaya özün sən yetirrən Pirmən qocaya. Yetir
öziyi Toqat şəərinə. Yetig ol fəndi-feliyə. Gətir Eyvazdan mənə bir
nama. Döndərrəm şəəri çalxaram qana.
Bu sözləri dedi Yumuğ Əhmədə. Xəbər gətir daa.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |