Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə47/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   43   44   45   46   47   48   49   50   ...   96

 
 
185 
– Vəzir, axı, vəzirən qara xəbərin, sən bir casuz yolla bu bağa, 
görək bu bağda kimdi.  
O yannan ərz elədim, həmin adam o zaman ki, ərz elədim yeddi 
asimanda  bir  ulduzu  yox  idi,  doqquz  dəyirmanda  bir  sıxım  uni. 
Əlli
71
 xərabə kəndə bir arşın yeri yox idi. Əynindəki çuxaydı, əlin-
dəki əsa. Bu yeridi irəli, dedi:  
– Qurban, əgər İsgəndər tipiynən gedə, oları tuta bilməz, gətirə 
bilməz. Məgər mən gedəm oları gətirəm.  
[Paşa dedi:] 
– Sən nə cür gedirəy? 
Dedi: 
– Şərt varı! Dona xanımın əlini qoyan mənim əlimin içinə. 
[Dedi:] 
–  Bərikalla,  oğlan  mən  qızı  ona  verrəm  ki,  o,  Koroğlunu  tuta, 
dəlilərinnən tuta. 
Dedi: 
– Mən də elə dəlilərinnən tutaram da. Əgər Koroğlu dəliləri olsa üçü-
nün də qolunug bağlaram bağda gəlləm xəbər verrəm, beləyə. Əgər də 
bu işə əncam vermədim, qüdrətim olmadı, başaramadım, öldür biləmi.  
Sulduz vəzir dedi: 
–  Qurban,  bu  sözün  bimaliyətdi,  deyir  daa.  Bunun  bu  bimaliyət 
deməğinnən sən də bir bimaliyyət imza ver daa. Yaz verginən “çəşm!“ 
[Paşa dedi:] 
– Deyəndə ki, qızı vermədin, deyəllər: “Paşanın, sultanın yala-
nın olmaz, gücü olar, sözündə yalan olmaz.“ 
[Sulduz vəzir] dedi: 
–  Qurban,  burda  bir  iraddar  tutarık,  deyərik  “qız  gəlmir“.  İş 
yoxdi ki! 
[Paşa] dedi: 
                                                
71
 Aşıq bir az öncə qırx xaraba kənd deyib 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
186 
– Verdim qızı. Sən get tut üçündə. 
Ağa, bu bihuşdarı bağladı belinə, bir şişə darıyi bihuşti, bir dənə 
də sitarı
72
 var idi. Əllərinə hənaladı, dırnaxları qırmızı, girdi bağın 
içinə.  Ağa,  bir  ringi  tutdi.  Girdi  bağın  içinə,  çaldı,  atıldı,  düşdi, 
oynadı.  Amma  bu  məst  adam  aləti-  musiqidən  xoşu  gələr,  gedər 
ona  tərəf.  Kar  verdilər  bağda  bir  tar  səsi  gəlir.  Gördülər  bir  dənə 
tərkə,  şux  cavan  oğlandı  düşüb  xiyabana  çalırı,  oynuuru.  Dedilər 
onu çağırın gələ burda alaçığa. Dedilər: 
– Ay cavan, ay tarçalan, gə bura görək! 
Ağa,  bunu  istədilər  meydana.  Otdu,  o  bir  tarını  zınqıllatdı. 
Bəəd, zınqılladannan sora, dedilər: 
– Ay oğlan, sən nəçi karəsən? 
Dedi: 
– Qurban, mən də gəlləm sizintəkin ağaların yanına, beş pəncə 
tar çallam. Mey içən gərək tarınan mey içə, sazınan, avazınan mey 
içə. Xoş elərəm sizintəki ağaları. Pənci dü şaha verər, gedərəm xa-
nəvadəmi dolandırram.  
[Dedilər:] 
– Barəkalla, barəkalla. Xub, bir çal görək.  
Bir az tıkkılatdı tarı, başını tovladı. Ağa, başı tovluyanda Eyvaz 
üz oldu: 
– Ay tarçalan, bə niyə başın tovladın? 
Dedi: 
– Qurban, o cür ki, siz mey içiriz, inqarı fil su içir! 
[Dedilər:] 
– Necə? Oğlan bizi fil elədin? 
Dedi: 
–  Qurban,  çox  təşəkkür  eliyəy?  Xuda  nəkardan,  demədim  siz 
filsiz. Meyi qurban elə içməzlər. Meyi gərək belə verən heç işmə-
                                                
72
 Aşıq  əvvəl  kamança,  tar  dediyi  halda,  indi  sitar  deyir.  Sonra  yenə  tar 
deyir. Bir sözlə musiqi alətlərinin adını qarışdırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
187 
miş  məst  ola.  Əgər,  piyalənin  ixtiyarın  verəyiz  bəndəyə  bir  mey 
dolandırram siz ərşi seyr eləriz.  
Eyvaz dedi: 
– Piyaləni verin ona. 
Piyaləni  aldı  əlinə.  Amma,  Dəmiriçoğlu  bildi  bunun  firqəyi 
varı. Dedi: 
–Eyvaz can, fürsəti verrən düşmana? 
Dedi: 
–Bu nədi ki düşman ola? 
Dedi: 
–Əh, düşman qarışqa boyda ol yüz dənə fili yıxər.  
Dedi: 
–Necə? 
Dedi: 
–Fürsətinən! Qoy deyim: 
Sənə qurban, xan Eyvazım, 
Mey verən saqi dəgil bu. 
Keçər çıraq, görməz gözün
Çırağın yağı dəgil bu! 
 
Meyini nə cür gəzdirir, 
Tar çalır özün süzdirir, 
Düşmannığın bilindirir, 
Dosluxda bağı dəgil bu. 
 
Tarını nə cür çaldurur, 
Əğlimiz əldən aldurur, 
Özün bizə dost bildirir, 
Düşmannıxda bağudur bu. 
 
Paşaynan danışupdu, 
Eşk otuna alışupdu, 
Özü bizə qarışupdu, 
Əcəp düşman, yağudur bu. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
188 
Çardaxlının uca dağı, 
Dəmirçioğlunun fərağı, 
Sinəmə çəkilər dağı, 
Sinəmizin dağıdır bu
73

Söz ki, tükəndi. Ağa, meyi bir siri dolandırdı. Bəədəz ki, dolan-
dırandan  sora  dəmnən  tökdü  bihuşdarını  şərap  xumrasına,  təkan 
verdi. Dedilər: 
– Ay tarçı, bəs niyə meyə təkan verrəy? 
Dedi: 
– Mey gərək  bir siri töktün ardın ətəyində qaldı  qarışdıran, bu 
səfər siridə xoş gələ. Meyin həmişə çöhəri yatar dibə. 
Ağa ki, siz ola buları bu cür alladıb [içirtdi. Elə bil dəlilər] hey 
altı aydı bədbəxtlər bihuş düşüp. 
Üz basdı Həsən paşanın yanına, [dedi]: 
–Qiblə-  ələm  sağ  olsun,  ədiyə  vəfa  elə,  mənim  cövrumə  cəfa 
elə.  Bax  üçünündə  qolun  bağlamışam,  dördünündə.  İndi  öldürür-
sən mənə nə, əfv eliirsən mənə nə, zindan eliirsən mənə nə. Dona 
xanımın əlin ver əlimin içinə. Mən də mətləbimə çatum.  
Dedi: 
– Xub, qoy mən gedim-görüm bağda. Sən şəd gəlmisən yalan da-
nışıray? Görməmişdən mən qızın əlin verim ələ, daa nə dərddəndi. 
Sulduz vəzir dedi: 
–Oğlan,  mən  demişəm  ki,  mən  zəmanət  elərəm  əgər,  Həsən 
paşa qızı verməsə mən qızı aldırram verrəm sənə. Heç fikir eləmə 
bu  sözdərdən.  Onu  xatırcam  bilginən.  Olar  qismət  sənə,  olmaz 
qismət sənə. Xülasə ki, işimizdə yalan yox. 
...Ağa, bu tərlan quşu da kimin əlindəydi? Eyvazın! [Eyvaz] birdən 
ayıldı, genə kəllə getdi yerə. Dəmirçioğlu az işmişdi. Bilirdi, əlan tökür-
dü yerə. Bir tikə içirdi qalanını tokürdü yerə. Dəmirçioğlu ayıldı. Dedi: 
                                                
73
 Şeirin  birinci  və  ikinci  bəndinin  son  misralarının  rədif  qafiyəsi  son  üç 
bəndlə uyğun gəlmir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə