Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə55/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   51   52   53   54   55   56   57   58   ...   96

 
 
221 
Sözlər ki, tamam olannan sora, dedi: 
–Baba, bu aşığı da qovun, çıxa gedə peykanına. Bu nədi? Mən 
gətirməmişəm boran sala şəərimə, talan sala şəərimə. Bir aşıx tapın 
ki, məni tərif eləsin.  
Dolandılar.  Ağa,  bu  səfər  [Koroğlu]  gəldi  gördü  xeyir.  Bu  səfər 
gedə meydənə tanırlar bunu. Sazı sınıp boğazdan, tanırlar.  
Xəbər aldı: 
–Ay mərdum, bu şəərdə sazbənd kimdi, sazqəyirən? 
Dedilər: 
–Bir usta Bulut var, bu küçənin ətəyindədi. Qoca sazqəyirəndi, 
sazbənddi. Qəyirir, düzəldir, yengi sazı var. 
Koroğlu  yeridi  dükanın  qapısına.  Gördü  usta  dükəni  təxtəliir, 
qıfl eliyə gələ.  
[Dedi:] 
–Ay usta. 
[Dedi:] 
–Bəli. 
–Dükanıyı təxtələmə.  
[Dedi:] 
–Niyə? 
Dedi: 
–Mən aşığam, bax mənə.  
Dedi: 
–Bəli. Neyliim, sən aşığay? 
Dedi: 
–Mənim sazım sınıp, bunu bəntləginən, çağlaginan mən gedim. 
Burda bir beş kərəm oxuyum. Misli ki, cəşni tutublar bir pənci dü 
şaha qazanam dəs müydəyi də verrəm.  
Dedi: 
–Əlan mənim vəxtim yoxdu ki, mən də gedirəm tamaşaya. Ko-
roğlunun  dəlilərin  dara  çəkillər.  Mən  də  gedirəm  bu  tamaşaya, 
görüm  nə  cür  öldürüllər  üş  dənə  dəlini.  Deyillər  üş  nəfər  adam 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
222 
hücum eliyəndə şəəri çövürür. Mən bu sazı qayıramam. Qoy qala, 
dəliləri öldürənnən sora gəli, sora oturram burda. Üş günnən sora 
dükanı açaram. Onda sənin sazını qəyraram.  
Dedi: 
–  Kişi,  mən  əlan  istiirəm,  üş  gündən  soranı  neyliirəm.  Ölünü 
ölənnən  sora  tabut  gətirirsən  neynirəm.  Ölü  quyulanıp.  Tabutu 
hara aparran? Əlan qəyir mən gedim.  
Dedi: 
–Əlan vaxtım yoxdu. 
Dedi: 
–Usta,  biləy  nədi?  Qəyirəy  də  qəyirtdirrəm,  qəyirməsən  də 
qəyirtdirrəm.  
[Koroğlu] tutdu ustanın boğazından təpdi içəri, qəytərdi dükana. 
Dedi: 
–Nə cür eləmişəy sındırmışan? 
Dedi: 
– Qulağ as, qoy sözdərnən deyim sözümü, deyir: 
Baş götürüb əyağıya gəlmişəm, 
Usta, sazım qəyir, yola sal məni. 
Öziyi özümə usta bilmişəm. 
Usta, sazım qəyir, yola sal məni. 
 
Dağı əstim, daş üstünə mindirdim, 
Dərə-təpə gəzdim, sərə dindirdim. 
Sənilərdə sazım saldım sindirdim, 
(Ay) Usta, sazım qəyir, yola sal məni. 
[Usta dedi:] 
 –Baba, axı bu saz pis sınıb, bu, boğazdan qırılıpdı. Bu, olan dəyi. 
Dedi: 
–Bilmirəm, gərək oldurasan. 
Ustaların sözü olur özündə, 
İşin eybi olmaz, baxa gözündə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
223 
 
Dürdənəvşə vardı sazın üzündə, 
Usta, sazım qəyir, yola sal məni. 
Dedi: 
–Əcəp, valla, dürdənəsı da düşür itip. Mən bunu hardan tapım? 
Dedi: 
Usta sazın yaxçı olur yaxçısı, 
Olmaz məgər səlmanının qəyçisi?
87

Gedərmi turşamış qızın elçisi, 
Usta, sazım qəyir, yola sal məni. 
Dedi: 
–Ay aşıx, saz sınar, belə ki, sınmaz saz? Buu nə cür sındırmısay? 
[Dedi:] 
–Bilmirəm. 
Usta, məni bədovluyuf tovlama
Tovluyupda daş təkin bilovlama, 
Koroğluyam, dəliləri yovlama, 
Usta, sazım qəyir yola sal məni. 
Usta elə min-min eliirdi, gördü ustanın dükanında bir cürə saz var. 
Necə sazdı qəlbə yapışır. Tutdu ustanın bir əlini boğazınnan, bir əlini 
iki ucunnan. Dizin dayadı, ağac sındırantəki basdı ikiqat elədi. Vurdu 
ustanı  getdi  micətin  dibinə.  Dükanından  iki  dənə  saz  götdü.  Birini 
asdı bu çiyninə, birini asdı bu çiyninə. Gəldi meydanda durdi. Bir göy 
livas geydi eyninə. [Həsən paşa dedi]: 
–Baba, bir aşıx tapın, qoyun bunu diyə, tərifliyə.  
Gəldilər,  gəzdilər.  Gənə  aşıxlar  meydanına  gəldilər.  Gördülər 
bir dənə aşıx duruf meydanda, iki dənə saz salıf çiyninə.  
[Dedilər:] 
–Ay aşıx! 
                                                
87
 Aşıq  misraya  belə  izah  verir:  yəni  deyər  usta,  salmanı  qeyçisiz  olmaz. 
Usta dəyilsən, qəyirrən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
224 
[Dedi:] 
–Bəli. 
[Dedilər:] 
–Sən aşiğən? 
[Dedi:] 
–Bəli. 
[Dedilər:] 
–İki dənə sazıy var? 
Dedi: 
–Bəli. Birini gecə çallam, birini gündüz. 
Dedi: 
–Xub, olar ki, gələy bu Həsən paşanı tərif eliyəyn? Elə gündüz 
bir pulu alayn gedəy. 
Dedi: 
–Necə olmaz! 
[Dedilər:] 
–Nə qədə allay? 
Dedi: 
–Bizimki qəralı dəyi. Nə mənə verip, verip.  
[Dedilər:] 
–Ay  barikalla,  bu  aşıx  yaxçı  aşıxdı.  Xub,  gəl  gedək,  Cəfər 
paşanın yanına.  
Usta yeridi gəldi Cəfər paşanın yanına.  
[Paşa dedi:] 
–Bizim elə gəlmişəy? 
[Dedi:] 
–Bəli. 
[Paşa dedi:] 
–Xub,  mənim  şəni-şovkətimə,  bu  zəhmətimə  bir  beş  dənə 
söhbət eliyəy. Bu camaat gəlip. Ənamın da gözüm üstə, nə qədər 
alasan, deyəsən verrəm.  
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
225 
–Qurban, bizlər ənam aşığı dəyilik. Beş dənə sənintəki ağalara 
söhbət eylərik, nəmənə ənam eyləsə eliyip. Amma, qurban, mənim 
sözümün amədi-nəyamədi var.  
[Paşa dedi:] 
–Necə? 
Dedi: 
–Mən elə bu sazda çalam amədi var sənə, bu sazda çalam yox.  
Dedi: 
–Amədi olan sazda... 
Dedi: 
–Yarı  bunda  çallık,  yarı  onda.  Həm  amədi  ola,  həm  amədi 
olmuya.  
[Dedi:] 
–Bu nə ola yani? 
Dedi: 
–Elə bu curə yaxçıdı dəə.  
Dedi: 
–Xub, pəs, usta, sən niyə göy rəng [geyibsən], belə səbsən, göyəy? 
Dedi: 
–  Qurban,  mən  nənəmin  qoynunda  olanda  anam  mənim  yerik-
liyip göy yoncaya. Çox yonca yeyip. Bu cür göy olmuşam daa.  
[Dedi:] 
–Xub, yaxçı keçibaşını yemiyip?  
Dedi: 
–Elə  dəmdi  keçibaşını  yeyə.  Əgər,  keçi  mənim  başımı  yeyə, 
qurban, mən də adam başı yəərəm.  
[Dedi:] 
–Necə adam başı yəərəy? 
Dedi: 
–Qoy qurban, sözümü deyim daa. 
Dedi: 
–Xub ey, de görək.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə