Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə57/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   53   54   55   56   57   58   59   60   ...   96

 
 
231 
Sözdəri tamam eliyənnən sora, Yumuğ Əhməd düşdü çölə. Ağa, 
dağı-daşı şəərləri, Türkiyəni, ağa, gəzip Bulğarı, Laçını, vurdu bi-
ri-birinə. Yox idi ki [Eyvaz! Eyvaz] Türkəməndəydi dəə. [Yumuğ 
Əhməd] gördü gedib Eyvaz yoxdi, tapulmur.  
...Qəssab  Əli  Eyvazın  dədəsiydi.  Bəəd,  Eyvaz  çatup  atasının  ya-
nuna. Anası durup ayax üstə. Neçə dənə qurbannıx kəsiplər Eyvaza. 
Cəşni tutuplar Eyvazın  boynuna. Dəlilər
88
 tamam gəlip dorinə ki, at 
qovardılar.  Eyvaz  bir  Ərəp  at  aparmışdı  [Çəmlibeldən].  Deyillər 
uşaxlarnan Türkəmənsəhrada at çapırdılar. Biistila müsabiğa qoymuş-
dular,  öz  dilimiz,  Türkəman  atdılarıynan.  Deyər  Eyvaz  bularla,  ca-
vannarınan at çapır Eyvaz bu sözdəri deyir:  
Türkəmənin cavannarı,  
Gəlin çöllərə at salak. 
Gəzək dəşdi-biyabanı,  
Düşmannardan qəsas alak. 
Bu sözdəri Eyvaz deyir: 
– Gərək at qovak çöldə, görək kim-kimdən yaxçı at qovar.  
Eyvaz da bir Ərəp at aparmışdı Çardaxlıdan yerdə-göydə əyağı 
durmazdı. 
Dedilər:  
– Axı, qəssab Əlı oğlu, bizdə ki, düşman yoxdi.  
Dedi: 
 – Niyə, adamın düşmanı olmaz? Düşmansız heç adam olmaz!  
Adam ki, çox nadan olmaz, 
Nadanı alladan olmaz,  
Məgər indi düşman olmaz?!  
Yıxak dahı düşmannarı
89

 
Bu çöllərdə dava düşər,  
Bulut keçər hava düşər,  
                                                
88
 Aşıq burada belə izah verir:-Olar cavana dəli deyərdilər, Təkətürkəmən elində. 
89
 Şeirin ilk bəndləri yoxdur 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
232 
Saz çalınır, nəva düşər,  
Yoray onda cavannarı.  
 
Türkəmənədə toy quragun, 
Toy üstündə oynuyagun, 
Çox xannarı dannıyagun, 
Yaxçı Türkəman cavannarı.  
 
Türkəməndə bədov vardı,  
Dünya göylümə qubardı, 
Nigar anam intizardı, 
Gəzirəm biyabannarı.  
Sözdəri deyənnən sora gəldi anasının yanna. Əli qəssab dedi: 
–Balacan,  sən  neçə  müddətdə  mənim  tərkimi  eylədin,  getdiy 
Koroğluynan çapa-çova, qarətə.  
Dedi: 
–Yox,  atacan.  Mən  haram  süt  əmməmişəm  haram  yollara  ge-
dəm. Mən getdim Toğat vəlayətinə.  
Dedi: 
–Toğat vəlayəti hardadı? 
Dedi: 
–Çox  uzağıdı.  Getmişdim  Toğat  vəlayətinnən  durna  gətirəm. 
Gətirmişəm  durna  telinnən  Nigar  anam  mənə  döşək  tikir,  yorğan 
tikir, toy eliyə.  
Dedi: 
 –Balam, sənin məgər sövdügün var? 
 Dedi: 
 –Bəli. 
Dedi: 
– Kimdi sövdügin? 
 Dedi: 
–Həsən paşanın qızı Dona xanım. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
233 
Dedi:  
–Xub, balam bu Dona xanım, hardan gətirmişəy? 
Dedi:  
–Toğat vəlayətinnən. Toğat vəlayətinnən Həsən paşanın qızıdı. 
Baxan deyər söb ulduzudu. Anacan, dur gedək. 
İstiir anasın gətirə Çəmlibeldə toya. Deyir bu  sözdərnən:  Ana-
can, dur əyağ üstə, gey toy libasını. Deyər: 
Canım ana, gözüm ana
Dur gedək, mənim toyumdı. 
Yerə salma sözüm, ana, 
Dur gedək, mənim toyumdı. 
 
Toy otağımı bəzə sən, 
Dovrəsinə gül düzəsən, 
Gəlininən qız bəzə sən, 
Dur gedək, mənim toyumdı. 
 
Gül baxçada narım vardı, 
Narım var, ilqarım vardı, 
Dona xanım yarım vardı, 
Dur gedək, mənim toyumdı. 
 
Nigar gəlin başı bağlar, 
Məni yada salıp ağlar, 
Özü gəlin teli bağlar, 
Dur gedək, mənim toyumdı. 
 
Nigar Eyvazın anası, 
Göllərdə çimər sonası, 
Toya baxar cüt anası, 
Dur gedək, mənim toyumdı. 
 
Sözdərin tamam eliyəndən sonra, qəssab Əli dedi:  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
234 
–Bala, mənim işim çoxdu. Hələ indi gəlmişəy Koroğlu sənə toy 
tutupdu,  toy  bəsatı  başlıyıp.  Mən  də  neçə  dənə  qoyun  burda  qo-
şaram, götür getginən toyuya. Biz də gəllik. 
Dedi:  
– Anacan, atacan, mən sizsiz toyu necə eliyəcəyəm? Oğlu gərək 
[ata, ana] bəy eliyə, bəy bəziyə. Mən necə dözüm. 
...Amma, gəzdi Yumud Əhməd Eyvazı tapmadı. Gələ də bilmir 
Çəmlibelə.  Nigar  qərar  tutmur.  Getdi  gördü,  bəli,  Dona  xanım 
hiydəgahında, hərəmsarasında ağlıırı. 
Dəmirçioğlu da tazə dərtdən ilaş tapmışdı. Yaraları çox axı bu-
nun, döyindirmişdilər. Bular üz oldu. Əgər, Eyvazdan soraq olma-
dı, pəs neyniyək? Qızı verək Dəmirçioğluna?! Dəmirçioğlu da zəh-
mət çəkip bu yollarda. Qız belə gəlip, belə qeyidip getməsin. Am-
ma, Dona xanım çox ağlıırdı. Necə yada salır, derdi: 
– Mən orda bir elə düşman içində qoymadım Eyvazın başından bir 
dənə  tük  kəm  ola.  Gəldi  öz  məmləkətində  Eyvaz  əldən  getdi.  “Qoş 
Koroğlu, sənə nə deyəllər: Ağa! Ağa o cür qul saxlar“?! 
Amma,  Nigar  xanım  çox  pərişan  idi.  Götürüp  burda  Dona 
xanım dübara görək nə deyir: 
Toqatın tərkini etdim, 
Gəlmədi yarım, gəlmədi. 
Elimin qəhrini etdim, 
Gəlmədi gülüm gəlmədi. 
 
Şeyda bulbul uçup güldən, 
Adı dahı düşüp dildən, 
Bir quçmadı incə beldən, 
Gəlmədi yarım gəlmədi. 
 
Gomanam düşdü ellərə, 
Qanu döndərdi sellərə, 
Yumuncu oldu yollara, 
Gəlmədi Eyvaz gəlmədi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
235 
Çəmlibeldə çox qocaldum, 
Saraldım gül kimi soldum, 
Bilməmişdim munis oldum, 
Gəlmədi Eyvaz gəlmədi. 
 
İndə gedim qara salum, 
Özüm tordan-tora salum, 
Ya ki ölüm gora salum, 
Gəlmədi Eyvaz gəlmədi. 
 
Dona Eyvaz deyər ağlar, 
Ağ üstündən qara bağlar, 
Gül bağında gəzər zağlar, 
Gəlmədi bulbul gəlmədi. 
Sözdəri bəəd tamam eliyənnən sora, burda Dona xanım çox ağlıırdı... 
 [Atasınnan izin alıb] Eyvaz anasıynan, bəəd, neçə cavannarnan 
gəlmişdilər  toya.  Gəldilər  Çardaxlı  Çəmlibelə.  Neçə  dənə  ca-
vannardan  tökülüp  gəlip.  Meydan  idi.  Koroğlu  təxti  qurdu,  ca-
vannardan, dəlilərdən yığdı başına, toy eliyə.  
Ağa,  burda Türkəmənnən çox  qonax  gəlmişdi toya. Toy  idi daa. 
Bəzənmişdilər.  Amma,  Koroğlunun  gözü  yoldaydı  kı,  Yumuğ  Əh-
məd də gələ. Neçə vaxtdı gedip gəzir Eyvazı. Nə Eyvazdan gəldi xə-
bər gətirə, nə Bolu Sərdardan. Qalıp çöldə. Bəəd birdən Eyvaz baxdı, 
gördü Yumuğ Əhməd yoxdu dəlilər içində. Dedi: 
–Qoş Koroğlu, bəs Yumuğ Əməd hayandadı?  
Dedi:  
–Valla, sən gedəli yollamışdun çölə. Gedib hələ neçə müddətdi 
gəlmiyib. Bəəd, yoxdu daa. 
Burda Eyvaz götürüp xəbər aldı:  
–Bəs bu Yumuğ Əhməd necə olup? 
Purcəlallı Qoş Koroğlı, 
Necə olupdu Yumuğ Əhməd?!  
Ağ üzündə qoşa xallı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə