Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə63/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   59   60   61   62   63   64   65   66   ...   96

 
 
257 
– Koroğlı, Nigarı ənnir aşağə atdan, özin səha-salim ged. 
Koroğlı aldı sazu görək nəmə deyir: 
Hardeydin, çıxdın qarşuma,  
Firəng oğlu, Firəng oğlu.  
Nahaq qan salma başuma, 
Firəng oğlu, Firəng oğlu. 
 
Misri qılıc bağladuram, 
Səni çəprast dağladuram, 
İnni səni ağladuram, 
Firəng oğlu, Firəng oğlu.  
 
Koroğlı deyər dönnü baxdı, 
Cigərim odlara yaxdı, 
Qeyiddi Nigara baxdı, 
Firəng oğlu, Firəng oğlu. 
Sözün təmam eylədi Koroğlı. 
Firəng oğlu dedi:  
– Mən Misri qılıc qabağuna davam gətirə bilməm. 
Dedi: 
– Koroğlı, sənnən işim yoxdu, gəl geşginən. 
Koroğlı başladı gedməgə, Nigar xanum dedi: 
–  Koroğlı,  sən  çox  özünnən  məən  eləyirsən.  Bizim  tərəfdə 
sodəgər  Haşum  var.  Gedər  sizin  tərəfdə  sodəgərliyə.  Əgər  tuş 
gəldi, malunı böl- dedi. 
Sən deyinən, Koroğlı sodəgər Haşumnan qorxardı. Dedi: 
– Nigar xanum, mən sodəgər Haşumı heş saymam. 
Bu söz deyilə sodəgər Haşumı qafulası dərbənddən çıxdı. Nigar 
xanum dedi: 
– Koroğlı, sodəgər Haşum gəlir, malunı böl, görüm necə bölürsən. 
Koroğlı geşdi sodəgər Haşumın qafülasinin qabağuna, dedi: 
– Qulax ver, sodəgər Haşuma gör nəmə deyirəm. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
258 
Aldı sazun, Koroğlı görək sodəgər Haşuma nəmə deyir: 
 Hardeydi, düşdi girimə, 
Gəl bölək malı, sodəgər. 
Nəhəxdən gedmə ölümə, 
Gəl bölək malı, sodəgər. 
Sodəgər Haşum deyir: 
Sənə diyim, Qoş Koroğlı, 
Qorxmanam paşadan, xannan. 
Geşmişəm sərinnən, cannan, 
Gəl buradan geş, Koroğlı. 
Koroğlı deyir: 
Koroğlıyam, donnan–dona, 
Qılış çəkməm beşdən ona, 
Leşiyə quzğunlar qona, 
Gəl bölək malı, sodəgər. 
Sodəgər Haşum deyir: 
Adumdu sodəgər Haşum, 
Qoğaludur mənim başum, 
Quldur oldürməkdir işim, 
Gəl buradan geş, Koroğlı. 
Sözü təmam oldı, Koroğlı sodəgər Haşumın qulağına dedi:  
– Nigar xanumın yanunna məni xəcalət eyləmə. 
Sodəgər Haşum dedi: 
– Koroğlı oldu sədaqətti? 
Dedi:  
– Həyi, valla. 
Dedi: 
– Mənim malumnan əlini arala. 
Nigar xanum dedi: 
– Koroğlı, o oldı cəngi-zərqərə. Gəl, gedək. 
Başladular gedməgə. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
259 
Gedhaged  özlərini  çaddurdular  Çamlıbelə.  Dəlilər  tamam  atdara 
miniblər, çıxdılar Koroğlı və Nigar xanumı peşvazuna. At gəzdirdilər, 
Koroğlı şad olub dedi, eşidənlər şad olsun, alub görək nəmə dedi: 
Sənə diyim, Nigar xanum,  
Bu gələn qardaşdur, gəlir. 
Sənə qurban şirin canum, 
Bu gələn qardaşdur, gəlir. 
Nigar xanum dedi: 
– Koroğlı, Eyvəz hansudu? 
Koroğlı  dedi,  yəqin  Nigar  xanumın  gözi  düşdü  Eyvəzə.  Nigar 
xanumın cəvabunna Koroğlı aldı görək nə deyir: 
Bax alluların beşinə, 
On dördünə, on beşinə. 
Humayül salub döşünə, 
Bu gələn qardaşdur, gəlir. 
Dedi: 
–O hamudan yekkə kimsənə? 
Koroğlı aldı görək nəmə dedi: 
Dəli Mehtər dəlilər başı, 
Axudma didənnən yaşı, 
Koroğlınun qoş qardaşı, 
Bu gələn qardaşdur, gəlir. 
Söz  tamam  olub,  Nigar  xanum  və  dəlilər  Koroğlıynan  belə 
Çamlıbelə  çaddular.  Koroğlı  başladı  yeddi  gecə,  yeddi  günnüz 
Nigar xanumın toyunı tudmağa. 
Eşidənləri və ağayı Kəmalinin saluğuna. 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
260 
BU DASTAN AŞIQ CUNUNUN QAÇMAĞİ DASTANIDI 
 
12. 4. 1353  
Yazaram mən bu hekayəti yəqun qardaşuma, 
İki ildür ki, salub dört dəfə minnət başuma. 
Əhd edüb üç gecədə vəxtimi dutdum mən özüm, 
Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm.  
Yadigarı qalacək saxlasa hər kəs bu sözü, 
Axtarur katibini vəxti- muəyyəndə özü. 
Vari imkannərun xəlqi-nihan dutsa məni, 
Taniyublar məni, aləmdə cəhan əncüməni. 
Hubbəzə təbi-rəvanımdan açub dərce-dəhan, 
Edüb Əfşarı bu qoftar
 
arada rütbi-lisan. 
Şöhrətün bilmişəm axirət şirin nihanün, 
Mübarəkdü haman zilqə Məhəmmədhəsənun. 
Çün sifariş mənə təsir eylədi ba delo-can, 
Yazmuşam şad ola aləmdə haman tazə cəvan. 
Vəssəlamu əleykum Əfşari. 
Həvalə 
Ay dastanum oxuyan və talib olan din qardaşlarum!  
«Koroğlı» dastanı on iki məclisdür. Hər məclisi bir dastan, eşidməli 
hekayətlər var. On bir dastanunı ta kənun cüda-cüda yazmuşam. Hər on 
bir cildi talib olanlarun ixtiyarinə qoymuşam. Və haala on ikimci cildi ta 
kənun yazulmamuşdı, bu tarixdən onı yazaram. Və təmam ədəbiyyatunı 
və  hekayəni  bexatere  fərmayeşe  duste-əzizəm,  Ağayi  Qulamhəsən, 
fərzənde  Məhəmmədhəsən,  sakene  Mərsaxan  bəldəğı.  Və  ümidvarəm 
oxuyan  vəxtə  hər  məclisdə  və  hər  yerdə  məni  yadə  salub  duayi-xəbər 
göndərsün. Çün bu hekayət ta kənun heç aşıq bilməyüb. Biz də zərrə bi 
miqdar öz təbe şerim ilə yazdum. Çün o cəvanın məhəbbəti qələmə təsir 
eyləyüb və yazmuşam. 
Vəssalamu əleykum və rəhmətullah. 
İslam Əfşar  
Tarix 29.8.1354 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
261 
Günlərin  bir  günü  Koroğlı  Çamlbeldə  məclis  qurub  və  hər 
tərəfdən  xanlar,  bəglər,  paşalar  və  hər  noqatəbaşı  bəlli  mühtərəm 
şəxs  varıydı,  dəvət  edmişdi.  Hər  gün  yemaq-içmaqdan  sora  Aşıq 
Cunun olarçun çalurdi, qonaqlar xoş olurdular. Bir gün qonaqlarun 
biri  bir cami-şərab saqidən alub  Aşıq Cununə  verüb. Aşıq Cunun 
ruze  əvvəldən  şərab  içməzdi.  Bu  cami  qonağun  əlindən  alub 
dübarə özinə taruf edüb dedi: 
– Ay əziz qonaqlar, mən ta kənun ərəq içməmişəm. 
Qonaqlar dedilər: 
– Sən Koroğlınun aşığısan, sindün həştadə çatub, bir belə mərd 
adamun  məclisində  çalmuşay  və  müzd  aparmuşay,  vəli,  əğlə 
gəlməmişəy. Bunə görə ki, adəm dünyadə gərək özi öz vəzifəsinə 
aşina  olar.  Fihal  biz  sənə  şərəb  verdik,  sən  bizim  əlimizi  dala 
vurdun şərabi içmədün.  
Aşıq Cunun dedi: 
–  Mən  cəvan  ömrümi  Çəmlıbeldə,  bu  Koroğlı  qapusunda  qo-
caldmuşam. Vəli, bir cürə ərəq və şərab içməmişəm. 
 Bu sözə Koroğlı bir cami doldurub dedi: 
– Aşıq, sən qonaqları məyus eyləmə, al bu camı. Sən də bu müh-
tərəm qonaqlarumuzun səlamətluğınə çək başiyə, qonaqlar xoş olsun. 
 Aşıq Cunun başun salub əşağə, camı  almıyub. Koroğlıya ağur 
gəlüb. Sözi təkrar edüb. Aşıq əslən Koroğlınun sözünə baxmayub. 
Koroğlı  camı  yerə  qoyub,  bir  möhkəm  kəşiydə  vurub,  aşığun 
qulağundan dutub məclisdən yazıya atdı.  
Dedi: 
– Gid, ta səhər sənün hesabıya çataram.  
Aşıq  məclisdən  çıxan  zəman  öz  xəttini  oxudi.  Bildi  ki,  səhər 
Koroğlı  əziyyət  və  azar  edər.  Fürsəti  qənimət  bilib  çögurün  gö-
türüb gecə vəxti gəlüb Sıldırımdaş qaladan enüb, qərətikannluqdan 
keçüb,  çahar  dağli  qəyələrdən
 
enüb,  fərar
 
edüb  gəldi  səfidə  dəmi
 
Ərzurum  caddəsi  kənarında  bir  qəyənün  dibində  pünhan  olub. 
Səhər işıqlandı. Bu tərəfdən bir iddə
 
bazurgan yabu-qatır ilə çatub. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə