Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə61/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   57   58   59   60   61   62   63   64   ...   96

 
 
249 
Ağlama, Nigar, ağlama,  
Mənim qəddim kaman olur. 
Cigərimi sən dağlama, 
Dəlilərim düşman olur.  
 
Budur gülün bənövşəsi, 
Gəlir dağlardan ay səsi, 
Gülə var bulbul həvəsi, 
Eyvazım pərişan olur.  
 
Uca dağdan daş kəsilir, 
Qələm üstə qaş kəsilir,  
Şəmşir dəyir baş kəsilir, 
Yağış yağar yer yaş olur.  
 
Çardaxlıya qoşun gələ,  
Eyni dağda yağış çilə, 
Düşür indi dildən-dilə, 
Öz işinə peşiman olur.  
 
Koroğluyam, vurram lafı, 
Heç kimnən çəkmərəm qorxu, 
Heç annamam pulat qapı, 
Barmaxlarım mismar olur.  
Sözləri dedi, Nigar xanımın könlünü aldı. [Koroğlu dedi:] 
–Nigarcan,  heş  qəm  yemə,  heç  kəmsənə,  Eyvazımız  yandadı. 
Heş kəmsənə bizə ayax sala bilməz
95
.  
 
 
 
                                                
95
 Ağayi  Kamali,  mən  dedim  Koroğlu  tamam  sinəmdəydi,  tökdüm  əliyizə. 
Beş  dənə  saxladım  ta  onu  demiyəciyəm.  Bərai  buna  görə  ki,  bu  sözdərin  kə-
lamını buna deməzdər.} 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
250 
ƏLİ KAMALİNİN TOPLADIĞI VƏ SİFARİŞLƏ 
YAZDIRDIĞI MƏTNLƏR 
 
Bismillahir Rahmanir Rəhim 
 
DASTANİ-KOROĞLI VƏ NİGAR XANIM 
 
Günlərin bir gününnə, Nigar xanum Qoş Koroğlın əksini gördi. Ni-
gar xanum Koroğlın əksini görənnə bir gönyüldən min gönyülə aşiq ol-
du. Bir zad Koroğlıya yazdı: «Sən əgər igidsən, gələsən məni İstambul-
dan aparasan». Verdi naməni nökərinə. Nökərin adı İsaballıydı, dedi: 
 – İsacan, bu naməni aparay Çartaxlı Çamlıbeldə Qoş Koroğlıya 
verəy, cəvabun alay, gətirəy. 
 İsa  naməni  aldı  Nigar  xanumnan,  Çamlıbelin  yolun  gözlədi. 
Özünü  Çamlıbelə  çadduranda  naməni  Koroğlıya  verdi.  Koroğlı 
naməni oxudu. Cəvabunı İsaya verdi, dedi: 
– Gəlləm, aparram. 
Beləsinə, İsa xudahafizlik elədi. Koroğlı nökərləri yığdı, dedi: 
 – Mən issiirəm gedəm Nigar xanumı İssambul  şəhrinnən gəti-
rüm. Mən gərək sizin böyügüzi məlum eliyəm. 
 Saz Koroğlının gəldi əlinə, görək nəmə deyir: 
Tuş oldum bir ala gözlü Nigara,  
Tutsun toyun dəlilər, mən gəlincəy. 
Urumunan, Şama eyliyin xəbər, 
Tutsun toyun dəlilər, mən gəlincəy. 
 
Göreydim xanum Nigarın üzüni, 
Öpeydim allunu, ala gözüni, 
Çəkin şişə beş yüz əmnik quzuni, 
Yeyin, dəlilərim, ta mən gəlincəy. 
 
 
Qıratumu bağlamışam axura, 
Gümüş piyalələr qaldı paxıra, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
251 
Beş yüz tümən xərc eyliyün çaxura, 
İçin-için dəlilər, mən gəlincəy. 
 
 
Koroğlı Qırati minib axırı, 
Düşmənlərim daldan-dala baxırı, 
Axar çaylar kimin tökün çaxurı, 
Qəvvaz olın üzin, ta mən gəlincəy. 
 Koroğlı  sözünü  təmam  eylədi,  dəlilərinnən  xudafizlik  eylədi, 
Çamlıbeldən çıxdı. İssambul şəhrini gözlədi. Axşamçağıda İssam-
bula çaddı. Bir qəriyə tuş gəldi, dedi: 
–Qərri nənə, mənə bir mənzil olar bu gecə? 
 Qərri dedi: 
 –Buyurın, balam, öz övüzdü. 
 Koroğlı  qərrinin  mənzilinə  geddi,  atunı  bağlıyub,  qərri  taruf 
eylədi, övə geşdi, oturub Koroğlı dedi: 
 –Qərri, mənim igirmi nəfər daldan qonağum gəlir. 
 Nə qədər pul qərriyə verdi, dedi:  
–Gedərsən bazardan yağ, dügi alay, gətirəy. Mənim otuz
96
 nəfər 
qonağum daldan gəlir.  
Qərri bazara gəldi, yağ, dügi aldı. Qeyidib özüni övə çaddurdı. Oca-
ğı odlıyub qazanı asdı. Qərrinin bir oğlı varudi, körpəyə gedərdi, gəlib. 
 –Nənə, mənə çörək gəti. 
 Qərri dedi: 
 –Danışma balam, pilov asmuşam. 
 Oğlan danuşmadı, oturdı. Koroğlı gördi pilov bişib, qərrinin əli 
çatsun, daa pilovdan qalmıyacəkdi. Koroğlı dedi: 
–  Qərri,  qonaxlarumnan  xəbər  olmadı.  Çıxginan  dama,  gör 
qonaxlar gəley? 
Qərri  dama  çıxıb,  bu  yan-o  yana  baxır.  Koroğlı  özini  qazanın 
yanuna çaddurdı. Qərrinin övünnən zərafi tapmadı pilovı tökə üssü-
                                                
96
 Bundan əvvəlki cümlədə iyirmidir 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
252 
nə,  yiyə.  Qərrini  surfası  var  idi  dəridən,  aşıdan  çağarmuşdı,  mıxa 
vurmuşdu. Koroğlı surfanı mıxdan aşşağı gətürdi. Pilovı üssünə tö-
küb  neççə  tikədə  addi  aşşağıya.  Qərrinin  oğlı  gəldi  övə,  nənəsini 
damnan səslənni. Qərri aşşağıya gəlüb dedi:  
– Nənnə, qazanumuz calanub. 
 Qərri dedi: 
– Balam, heş müsülmanın qazanı belə calanmasun. 
 Qərri aldı görək oğluna nəmə deyir: 
Sənə deyim, mənim balam, 
Hardeydi bu tabdı bizi. 
Əl qoyıb bizi yimağa, 
Bu yərtan tükədər bizi. 
 
Yedigün boynuna almaz, 
Heş kim belə qılıc çalmaz, 
Əmisi Şabannan qalmaz, 
Bir utanmaz vardur üzi. 
 
 
      Zörə deyər baxsın süzə,  
Əbəs qonax oldu bizə, 
Dədəsi miləxor Mirzə, 
Qırat üssə çıxdı gözi. 
Qərri  sözün  təmam  eylədi,  Koroğlı  gördi  qərri  dədəsinnən 
başladı, yaxçı tanıır, dedi: 
– Qərri, əlim ətəgin, gəl, bu pul, ged bazara, yağ, dügi al, götür, 
ged  bişir  qonşularıya  da  dağut,  mənim  dədəmnən  işin  olmasun. 
Mən yorulmuşam, palas varı ver, mən yatum.  
 Qərrinin  bir  dənə  yorğanı  var  idi,  əvvəlki  ərinnən  qalmuşdi. 
Gəddi  addı  Koroğlınun  başuna.  Koroğlı  yorğanı  çəküb  başına, 
yaddi. Süb durub əyağa, dedi: 
–  Qərri,  mənim  atum  burda  qalsun.  Mən  gedirəm  şəhər  içinə, 
Nigarı tapam. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə