Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   27   28   29   30   31   32   33   34   ...   96

 
 
120 
Güldü, qəssab Əli dedi: 
– Qoş Koroğlu bu sözü sən burda dediy, daha demə. Biz dullara 
toy tutarık, qızdara xeyr.  
 [Koroğlu dedi:] 
– Bə necə? 
Dedi: 
– Buna görə ki, dul iş başarur, amma qız başarmaz, qız becərməz. 
Qızı elə-belə aparırık. Buna görə ki, toy tutmarık. Apar, Eyvaza hələ 
tezdi qız almağa. Bunu biz nişannamışık, demişik, amma hələ yox.  
Ağa,  bu  yannan  anası  gətirib  Eyvazın  boynuna  heykəl
37
 salır. 
Anası bu sözləri deyiidi: 
Xoş camallı, boyli oğum, 
Heykəlbağı sənə hördüm. 
Baxar qıza toylu oğlum, 
Toy içində səni gördüm. 
 
Sən gedirəy uzax yola, 
Dahı baxan sağ o sola, 
Bulbul kimi qızılgülə, 
Gül içində xarı gördüm. 
 
(Eyvaz canum...) Balam göydə arı vardı, 
Tutub göylümü qubardı, 
Şan içində balu vardı, 
Bal içində şanı gördüm. 
Sora anası belə dedi: 
Qoyginan qızdar oynasın, 
Danışıb sözdər dinnasın, 
Sənnən sora kim oynasın, 
Eyvaz xanın toyu vardu. 
                                                
37
 Aşıq  burda  belə  izah  verir:Türkmənnər  arasında  hər  kəs  gedə  bir  uzax 
səfərə, heykəl deyərlər. Heykəl də odu ki, uşağa qurşax bağlallar, ona dua ya-
zallar, muncux düzərlər dorünə. Heykəl bağı deyəllər. Heykəl sala boynuna. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
121 
(Bala) Adun yapuşup dilimə, 
Süsənimə, sümbülümə, 
Özüm gələm görmiyə, 
Nərgiz xanım toyu vardu. 
Eyvaz dedi: 
–  Anacan,  hərdən  gedip  qeyidərəm,  gəlləm.  Qalmam  ki  mən 
Çəmlibeldə. 
Ağa,  Koroğluynan  Eyvaz  düşüplər  yola.  Dərələri,  təpələri 
aşıblar, yoğunnarı-yomuşları çıxıblar. Koroğlu Eyvaza göstərirdi bu 
şəər  haradı,  bu  yol  haradı.  Tamam  bu  yolları  görsədirdi.  Koroğlu 
istədi Eyvazı imtahan eliyə yolda. Görə nə cürdi. Dedi: 
– Eyvaz, sən  bu  yol gəl,  mən də aşım  bu  yol gəlim. Görək bu 
yolların ucu hara çıxır? 
Eyvaz da indi bir dənə at götürüb Türkəmənnən. Koroğlu Qıratı 
saldı Eyvazdan qanşar, yetişdi Çəmlibelə. Dedi: 
– Dəlilərim, Eyvaz gəlir. Bu yolnan gedin Eyvazı imtahan eliyin. 
Beş dənə qoçax dəli yolladı. Dedi:  
– Gedin  yolunu kəsin deyin:  «Biz qoymarıx gedəyn. Ya gərək 
bac verəyn, ya atını verəyn, ya da qoymarıx gedəy». Orda dindirin, 
danışdırın görün bunun şokəti-şanı nədi. 
Ağa,  beş  dənə  nami  dəlilərinnən,  pəhlivanlarınnan,  qoçaxlarınnan 
seçip (bilirdi da, tutmuşdu Eyvazın qolunu) yolladı Eyvazın yolu üstünə. 
Eyvaz gəlirdi. Gəlib bir gərdanəyə çıxdı. Gördü, beş dənə atdı qanşardan 
gəlir.  Hey  baxır  dala,  Koroğlu  görək  nə  cür  oldu?  Ta  atdılar  yetişdi. 
Atdıların biri qaldı yolda, ikisi keşdi bu taya, ikisi o taya, [dedilər:] 
– Ay cavan oğlan, atıynan düş aşaağa. 
[Dedi:] 
– Niyə? 
Dedilər: 
– Niyə yox! Ədə, atdan düş aşağa, başın şeşbər yeməmiş. 
Dedi: 
– Yəni nə ola? Məgər siz yol kəsəsniz? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
122 
[Dedilər:] 
– Bilmirəy çöllərin bəlası var?! Ya atıy ver qoy get, ya livasıy 
soy get. Daa qoymay keçəy. 
Eyvaz dedi: 
– Çəkilin dala. 
Bular deməkdə, Eyvaz deməkdə. Eyvaz dedi: 
– Olsun daa. Siz də siznən, mən də mənnən. Görək kimiynən olar. 
Ağa, Eyvaz atdan enib aşağa. Bular indi at üstə. 
Dedi: 
– Enin aşağı, enin atı alın daa. 
Bular dedi: 
– Xeyir, atı özün boşda, get. 
Eyvaz dedi: 
Bular gəlip nə məkannan? 
Tülkülər əslana gəlip.  
Davalar çıxmır cannan, 
Gör kimlər meydənə gəlip. 
 
At çapannar yollar yorar, 
Duşmən üstə bığın burar, 
Şeşbər atar, qılıc vurar, 
Gör kimlər covlana gəlip. 
 
Girmiyin qannı meydənə,  
Ağ bədəniiz batar qana, 
Hər biriyiz hər bir yana, 
Başlarız dovrana gəlip. 
 
Başdan ataram şeşpəri, 
Baxın belə, dönün gəri, 
Köynə bazara müşdəri, 
Müşdəri dükana gəlip. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
123 
Eyvazbalı yolda durup, 
Duşmannarun qovup-yorup, 
Eşidənnər ölüp, durup, 
Ölülər nə cana gəlip. 
Ağa, bularnan qoçax-qoçağa düşdülər. Elə hər birinə Eyvaz bir dənə 
yavaş şeşbər qoydü-qulucunnan  yatırtdı dəliləri. Beşini də qol-qoluna 
bağladı, üzüqoylu saldı dərənin içinə. İstiirdi gedə, bular güldü.  
[Eyvaz dedi:] 
– Bə necə gülürüz oğlan, işiyzə? 
Dedilər: 
–  Eyvazxan  gə!  Gəl,  imtahanı  pəs  verdin.  Bizi  Qoş  Koroğlu 
yollamışdı.  Buna  görə  ki,  səni  imtahannan  çıxadak.  Amma,  sən 
dərvaqən imtahanı pəs verdiy. Belə boyda, bu şokətdə biz atlı-san-
nı  görməmişdik.  Dəlilərdə  bu  qüdrət  heş  vaxt  yoxdu,  Eyvaz  xan. 
Dərvağən Alla çox görməsin səni anaya. 
Eyvaz qəydib dala buların qollarını aşdı, dayandı bir az, dedi: 
– Xub, bu orda da mənə bir lətmək vurdi, çərəkə. Burda da mənə bir 
çərəkə vurdu. İndi mən qoy bunu imtahan eliyim, bu yollarda.  
Eyvaz atı qeytardı dala. Ağa, dəlilər dedi: 
– Pəs hara gedirəy? 
Dedi: 
– Gediy, əlan mən də gedirəm bu bulağın üstündə, çeşmədə su 
içim, atın gözdərin yuum, gedərik. 
Dəlilər dedi: 
– Qoy biz də gələk. 
Dedi: 
– Yox, siz gedin. 
Dəlilər nə mənə dedi, Eyvaz dedi: «Gedin!» Amma, burda gö-
türüp Eyvaz Koroğluya peyman yollurı: 
–  Nənəsi  oğlu,  hələ  indi  məni  imtahan  elirəy.  Götürüp  görək  bu 
dillərnən Eyvaz nə deyir. Dəlilərdən peyam yollur Koroğluya: 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə