Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   24   25   26   27   28   29   30   31   ...   96

 
 
106 
– Balacan, sən indi ol ona son. 
Dedi: 
– Anacan, olmaz. Çünki mənə deyib: «qardaş», Nigar mənə bacıdı.  
Deyir: 
– Pəs indi hara gedirəy? 
[Dedi:] 
–  İndi  istiirəm  gedəm,  Koroğluya  deyəm,  Türkəmənsəhra  çö-
lündə bir dənə Eyvaz addı oğlan var. Onu görmüşəm.  
Anasına,  atasına  da  bəli,  Qulubəg  [Eyvazı]  bu  cür  təərif  eliir. 
Deyir: 
 (Atacan), Dünyada cavan çoxumuş
Belə cavan görməmişdim. 
Qaş xədəng, kiprik oxumuş, 
Belə Yusif görməmişdim. 
 
Cəmalı dunyanı alup, 
Dunyanı ləngərə salup, 
Xudalıqdan bir pay alup, 
Belə cəlal görməmişdim. 
 
Xuda ona nəzər salup, 
Nəzər salup, kamal alup. 
Qüdrətin, şoukətin alup, 
Belə şookət görməmişdim. 
 
Qulubəgdi, görüb özi
Danışdırup, bilib sözi, 
Yolda Koroğlunun gözi,  
Belə yollar yormamışdım. 
Ağa, sözdəri tamam eylədi Qulubəg, durdu duşdü yola. Gəldi, ta 
çatdı Koroğlunun yetişdi yanına, mənzilinə. Koroğlu dedi: 
– Oğulcan, hara getdiy, hardan gəldiy, görmüşəy? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
107 
–  Ay,  görmüşəm.  Qoç  Koroğlu,  nə  cavandı,  görmüşəm.  Səniy 
heykəliyə, ziynətiyə yaraşur. Səniy cəlalıya-şoukətiyə yaraşur. 
[Dedi:] 
– Xub, hardadı? 
Dedi: 
– Qurban, Türkəmənsəhrada. 
[Dedi:] 
– Nə cürdi? 
Dedi: 
–  Qulağ  as,  bu  dillərnən  deyərəm  nə  cürdi.  Dəlilərə  deyin  toy 
bəsatı düzəltsilər. Şanu-şoukət bəzəsilər. [Dedi:] 
  (Qoş Koroğlu) Özüm çıxdım dağdan-daşa
33

Yollarda çox karvan gördüm. 
Dağı çıxdım vurdum başa, 
Cilovda sarıvan gördüm. 
 
Yolda gedər bazırqannar, 
Oynuşurdu pəhlivannar, 
Görükdü bir xoş cavannar, 
Ortada pəhlivan gördüm. 
 
Kamalı aldı tez bizi, 
Şəhlalandı ala gözi, 
Qəssab oğliydi Eyvazi, 
Eyvazi xoş cavan gördüm. 
 
Gəzdim Çin ilə Maçını, 
Göydə dolanır laçını. 
Başa qoyub əraxçını, 
Çin üstündə kaman gördüm. 
 
                                                
33
 Aşıq belə izah verir: Qulu bəg indi tərif eliri 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
108 
Məylisində toy qurmuşdı, 
Yusif tək camal almışdı, 
Aləm ona mat qalmışdı, 
Zileyxa pərişan gördüm. 
 
Qulubəgəm, söz demişəm
Söz demişəm, döz demişəm
Danışmışam, mən öymişəm, 
Sənə bir xoş nişan gördüm. 
Koroğlu dedi:  
– Dəlilərim, sərdarlarım, öz ellərim! Toy başluyun, şadlığ edin, 
bəsat tutun, yola varıram. 
Dedi: 
– Nə cür gedirəy gətirəy? 
Dedi: 
– Gətirrəm! 
Dedi: 
– Qurban, bu cür gətirə bilməy. Əgər, dəlilərdən də gedəyn gə-
tirə  bilməy!  Onun  atası  çodardı,  qəssapdı.  Davar alır,  davar  satır. 
Məgər  sən  çovdar  olay,  davar  almağa  gedəy.  Onun  şəərinə  do-
lanay,  olarda  qalay,  oğlanı  görəy,  firqəynən  alay.  Amma,  qəssab 
nuqəyiridi atası.  
Durup Koroğlu çodar libasını geyip əyninə mindi Qırata. Hay kəs, 
hay get, hay yol. Hay kəs özüni yetirdi Çəmlibeldən hara? Təkə-Tür-
kəmən elinə
34
. Qıratı bir uzax məkanda saxladı
35
. Minip atın belinə üş 
                                                
34
 Aşıq  Təkətürkmənə  belə  izah  verir:  Əlbəttə,  Türkmənsəhra  əlan  da  var. 
Düzdü, havası mülayimdi həmişə. Çünki sahil qırağıdı, alaçıq vurallar. 
35
 Aşıq  belə  izah  verir:  Haala  indi  burda  bu  beş  dənə  söz  həmi  bizim 
dastannardadı.  (Ağaya  Kəmali,  bir  vəkt  burda  narahat  olmuya)  həmi  o  kitab 
[Aşıq kitab dedikdə Tehrandakı İbni Sina nəşriyyatının hicri 1347-ci ildə(miladi 
1968)  çap  etdiyi  «Koroğlu»  kitabını nəzərdə  tutur.  Bu  da Hümmət  Əlizadənin 
hazırlayıb Bakıda 1941-ci ildə çap etdirdiyi kitabın Qulamhüseyin Sədri Əfşar 
tərəfindən  ərəb  əlifbasına  çevrilmiş  nüsxəsidir.-Ə.Ş.]  dastanındadı.  Heç  fərqi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
109 
dəfə çıxdı təpənin üstünə. [İstədi] atnan gedə. Gördü  yox, başa gəl-
məz. Amma, burda Qıratı daldalada saxladı. Dərənin içində buxovu-
nu vurdu Qıratın. Çodar kürkini saldı çiyninə, yavaş-yavaş [getdi irə-
li]. Hava da çisgin idi, yağış başdamışdı. Bir az yovşannan, odunnan 
dərdi, ot elədi, özin qurudub. Hava açılışdı. Yavaş-yavaş gəldi qəssa-
bın yanına. Qəssab Əlinin ki, həmin Qulubəg nişan vermişdi. 
[Dedi:] 
– Ay əmi, Alla qüvətin versün. Ay əmi, Alla köməgin versin. 
[Əmi dedi:]  
– Nə məkannan gəlirəy, nə məkana gedirəy? 
Dedi: 
– Əmi, mal alıram, heyvan alıram, davar alıram, çodaram. 
Dedi:  
– Mən də qəssabam, davarın var? 
Dedi: 
– Xeyir ağa, alıram mən. 
İndi  Eyvaz  da  yatıp  sürünün  dalında.  Atası  qoyunnarı  otduur, 
hay gəlir. 
Dedi:  
– Sizin Aranın davari eşitmişəm yaxçı heyvandı. Yaxçı törüür, 
yaxçı bala verir. Əgər, gəlmişəm icazə verəy, beş-on dənə sənnən 
heyvan alam aparam, yadiqarluq, damazdığ üçün. 
Dedi: 
– Budu baa heyvannar, tut daa.  
Yapışdı Koroğlu, üç-dördünü baxdı, dedi:  
– Neçiyədi? 
                                                                                                         
yox. Ya bizim aşıxlar sinəbisinə o kitabdan bərçidə [bərçidə (f) – yığılmış,yığış-
dırılmış] eliyiplər, ya onlar bizdən bərçidə eliyiblər. Bu beş dənə söz olarıykıyna 
tutur. Bir bular tutur. Bir də dəgirman, atı aparıllar o. Day heş kəlamımız bizim 
onlarnan ayni cür gəlmir. Kitabnan bir dənə yoxdi. İnşallah, nəvarları [ nəvar (f) 
- lent] qoyurız orda, zahir eliyəriz biliriz. Bəndə o gün ərz elədi, əlan [əlan (f) - 
indi] nəvardan istəmrəm qirtəm. Mən huri qafiyə cür yeməsin [huri qafiyə cur 
yeməsə - qafiyə düz gətirməsə anlamında] sözi heş vaxt deməm. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə