Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   14   15   16   17   18   19   20   21   ...   96

 
 
62 
 – Di getsin daa, niyə getmir?  
 Xub, atı da vurmasan [getməz] aa, bilirdi daa. Boynuna əl vu-
ran getdi at da. 
Dedi: 
–Getsin daa? Gördüzü?! 
[Koroğlu dedi:] 
– Qardaş, budu Koroğlunun Qıratı? Valla, mən bilmirəm, sən bunu gəti-
mişəy? Qırat, baba, məyə hər kəsə minik verər? Yox, baba, bu Qırat dəəy! 
Dedi: 
–  Baba,  səsini  çıxartma.  Mən  Ceyran  xanımı  almışam,  Qıratın 
mehriyəsinə, şirbahasına, necə?! 
Dedi: 
– Mubarəy olsun, almışay. Bu, Qırat dəyi! 
Ağa, atın üstündə görək Koroğlu Qırata nə deyi: 
Mən səni deyip gəlmişəm, 
Qıratım, dur, covlan salak. 
İndi qədriiy bilmişəm, 
Düşmannardan qəsas alak. 
 
Qəza üz verər insana, 
İnsan qalır yana-yana, 
Aşnalıx vermə hər nadana, 
Burda bir aşnalıx salak. 
 
Qıratım, sən göyə qalxan
Göyə qalxan, yerə çalxan. 
Bulut tək dəryadan qalxan
23

Göydən yerə yağış salak. 
 
Qıratımın gözü işdə, 
Koroğlu qaldı təşvişdə, 
                                                
23
 Aşıq  Qıratın  dəryadan  çıxdığı  haqqında  heç  bir  şey  danışmasa  da  bu 
misrada Qıratın dərya ilə bağlılığı qorunub saxlanır 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
63 
Necə ki zərgər gümüşdə, 
Almagına quruş salak. 
 Sözləri  tamam  eliyənnən  sora  Koroğlu,  Keçəl  Həmzə  Qıratın 
rikabını tutub dedi:  
 – Söz idi ki, demişdim. Deyəllər: «Əhdi mi vəfa!»  
Ağa, rikab basdı Koroğlu şəərdən çıxıb. Ceyran xanımi da gəti-
riblər. Yol üstə gətirirdilər gəlini. Koroğlu bir cövlan verdi, qayıtdı 
dala: Köpəgoğlu, mənim ürəgimdə sən rəhimlər qoymuşdun, rəhim 
eliyim sənə? Sən mənə rəhim elədiiy?!»« 
[Koroğlu] bir şəmşir çəkəndi beşi yatdı, beşi qaşdı, beşi uşdi. Əl 
atıp Ceyran xanımın kəmərinnən tutub dedi:  
– Həmin bu Yumuğ Əhmədə layixdi ki, gəlip-görup. 
Ağa, çəkib tərkinə, ley quşu kimin vurup, necə ki, al quş vura alın-
cını, ağa, göylərə qovzanıp. Qırata məyər çata bilirdilər. Ağa, yetişdi 
Çəmlibelə.  Dəlilər  düştülər  bunun  əl-əyağına,  sağa-sola.  Gördülər 
Koroğlu gəlir. Amma bir dənə də qız gətirir tərkində, gəlin xəlxi. 
[Dedilər:] 
– Xub, Qoş Koroğlu, nə cür getdin, nə cür gəldin, yollara bax-
dın, dağları yıxdın, daşları kəsdiy? Qıratı nə cür gətdiy? 
Dedi: 
– Gətdim daa. Aparan elə özi verdi gətdim. Aparan oğlan qaldı 
özi  didara.  Amma  qaldı  orda  didara.  Bu  gecə,  yanı  Ceyran  xanım 
onun gedəcəydi toy otağına. Verəcəğəm Yumuğ Əhmədə!  
Ceyran  xanım  Keçəl  Həmzəni  bəyənmiyəcəğidi  ki.  Məlum  idi 
keçəl adam. Fitnəsi çox idi, amma cavannıx yox idi ki? 
Yumuğ  Əhməd  baxub  Ceyran  xanımın  gözünə,  Ceyran  xanım 
baxıb Yumuğ Əhmədin üzünə deyər elə burda bir-birinə pəşənnəşiplər. 
Koroğlu burda dəliləri yığdı başına. Ceyran xanımın da toyunu tutub. 
Burda Koroğlu, beş günnən sora xoş oluplar dəlilərnən, sərxoş olup... 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
64 
BU, KOROĞLUNUN NİGAR SƏFƏRİYDİ Kİ,  
GETDİ NİGARI GƏTİRDİ 
 
O  nəvarda  ərz  elədim  «Koroğlunun  durna  səfərinin  dastanı» 
payana  çatur.  Bu  dasıtan  da  bir  dasıtanıdı  ki,  gedir  Nigar  xanımı 
görə. Osman torpağında o da Cəfər paşanın qızıydı. 
Bəəd, bir gün Koroğlu oturmuşdu Çəmlibeldə, dəliləri başında. 
Neçə  dənə  cəlalınan.  (Hələ  Eyvazı  gətirməmişdi).  Bir  sail  gəldi 
qapısına. Hər nə apardı almadı. Dedi:  
– Gərək sahibi-xanə özü gəlsin çölə.  
Koroğlu durdu getdi çölə, [dedi:] 
– Ay sail, nə istiirəy? Hər nə istiirəy al, get!  
Dedi:  
– Bir belə sən özün ööyrəy, bu cəlalıynan, bir belə dəlilər başıy-
da, novçələr başıyda, bu qüdrətiynən, məgər səndə munis yoxdi? 
Dedi: 
– Xeyir.  
Dedi:  
–  Ha...a...a.  Pəs,  bu  layiğə  görə,  bu  şənə  görə,  bu  şokətə  görə 
səniy mən, İstambulda bir Cəfər paşa var, onun bir qızı var, adına 
Nigar xanım deyəllər. O, qırx günnən- qırx günə gələr gül bağına. 
Gül bağında qırx incə qızdarnan gül görsədi dərəllər. Güllərin apa-
rıp  ərağın  çəkəllər.  O,  dərdlərə  dərman  elər.  Nigar  xanım  həmişə 
qırx günnən-qırx günə gəlir o bağa. İki gün bağın içində gəzər. O, 
sənə layixdi, əgər, gedib gətirə bilsəy.  
Amma,  bu  dərviş  bu  sözü  deməkdə  Koroğlu...  çox  eşqi-ateşi 
vurdu bunun başına. Kəllədən dırnağa qəral almırdı. Dedi: 
– Xub, əgər gülümovla mən gedəm bu sözün yalan ola, səni...  
Dedi: 
– Əgə yalan oldu, mənim əcəl peymanım çala başıma. Sözdi ki, 
sənə  deyirəm.  Amma  hər  adamın  işi  dəyi,  o  qızı  gedib  o  yoldan 
gətirmək. Çox yollar, çox dağlar, çox təpələr gərək aşay.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
65 
Dedi: 
– Hər nəmənə olsun, mən gedərəm bu yolları.  
Koroğlu  tamam  dəliləri  yığdı  başına.  (O  zaman  da  dahi  Dəmir-
çioğlunun  vücutu  yoxuydu,  Eyvaz  da  yoxudu).  Bolu  Sərdarıdı,  İsə-
ballıydı, Yumuğ Əhməd idi. Bir dəlisinin adı Dilannamaz, Tanrıtanı-
maz idi, Gedəlverməz, Alöldürməzdi, bu dəlilərdən idi. Bəəd, Koroğ-
lunun  bu  işiydi,  hər  yana  gedəydi-səfərə  bir  şaddığ  edərdi  gedərdi. 
Deyərdi:  «Şaddığnan  gedəm,  şaddığnan  gəlləm.  Əgər,  qəmnən  ge-
dəm,  qəmnən  gəlləm».  Yığmışdı  dəlini  başına,  istiirdi  şaddığ  eliyə. 
Dəlilərdən istiir rüxsət ala, düşə yola, gedə Nigar sorağına. [Deyir:] 
Gəlin indi, beş dəlilər,  
Mən gedirəm yar almağa. 
Bir-birinnən xoş dəlilər,  
Göylümə dildar almağa. 
 
Göydə gedən quba qazdar,  
Gedər, qənətini tozdar,  
İstambulda xurda qızdar, 
Qızdardan ilqar almağa.  
 
Tufandı dağların yeli,  
Qıratım kəsdirər yoli, 
Bulbul sövər qonça güli, 
Gül üstündə xar almağa. 
 
Göylümü tütubdur qubar, 
Yollara yoxdu eytibar,  
Yolum gözdər xanım Nigar, 
Nigardan ilqar almağa.  
 
Qızdara gedəllər elçi,  
Belimdə əyri qılınçi, 
Yumumcu olallar elçi, 
Elçidən dildar almağa.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə