Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

 
 
48 
Qıratım gedər əlimnən, 
Dünya başıma dar oldı. 
Qurtarmam dərdi-zülümnən, 
İşim vay, ahu-zar oldı. 
 
Qıratımı elə sürmə, 
Elə sürüp yola sürmə, 
Mimməmişəy belə sürmə, 
Dünya başıma dar oldı. 
 
Qıratım gör yola gedər, 
Düşmannarım çox şad edər, 
Dəlilər çox səvaş edər, 
Ay başıma küllər oldı. 
 
Düşmannarum ayax salar, 
Dəlilərim pək dağılar, 
Əcəp günüm vay-zar olar, 
Qəm karvanı məni aldı. 
 
Koroğlu, düşmə təşvişə
Baxma bu çərxi- gərdişə, 
Yayım dolandı vay qişə, 
Yaz günündə boran oldı. 
Sözü  tamam  elədi.  Gəldi  girdi  dəgirmanın  içinə.  Qaldı  adava. 
Dəgirmançı  da  ölüp.  Dedi:  «Qoy  indi  dəgirmançılıq  eliim  daa» 
Dəgirmanın unundan- zadınnan bir az sürtdü üzünə-gözünə. Bastı 
toz bunu. Heş bilmədi külbaş nə kül tökə gözünə. Burda qalmaxda. 
Biçən  gördi  gəlmir  dən.  Heç  yerdə  heş  zad  yoxdu.  Çıxdı  dəgir-
manın başına. Baxırdı sağa-sola. Gördi xeyir, heş zad yox. Deyir: 
Qırata çəkərdiy qəmçi, 
Gözdəriyə doldu nəmçi. 
İndi oldıy dəgirmançi, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
49 
Hey çağır sən dən, Koroğlu. 
Vur başıya yan, Koroğlu. 
 
Qıratını apardılar,  
Başına qara saldılar, 
Dəlilərin qocaldılar, 
Baxtın oldun zar, Koroğlu,  
Ay Koroğlu, ay Koroğlu. 
 
Burda çıxacəkdir canum, 
Qıratdur mənim imanum, 
Qalmadı tabu-təvanum, 
Gəday oldin, xan Koroğlu,  
Xan Koroğlu, xan Koroğlu. 
 
Qıratını sürdün düzə, 
Kəvavı yandırdın közə, 
Şirbahadı Ceyran qızə, 
Ay Koroğlu, ay Koroğlu, 
Vur başıya, yan, Koroğlu. 
 
Paşalar eşidər bilər, 
Dəlilərin tamam gülər, 
Qıratsız belin bükülər, 
Zar Koroğlu, zar Koroğlu, 
Çağır gəlsin dən, Koroğlu. 
Burda sözdəri tamam elədi. Dəlilər gəldi bunun [yanına]: 
– Qoş Koroğlu, nə olup? 
Dedi: 
 – Qıratı aparıplar, əldən getdi Qırat.  
[Dəlilər dedi:] 
– Hara getdi? 
Dedi: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
50 
– Getdi Arzulum şəərinə. Arzulumda
19
 da aparacaxdılar paşa qı-
zı Ceyran xanım vardı, ona. Həmzə apardı Ceyran xanımı ala. 
Bir gün, iki gün, dəlilər başındaydı yığıldı, gördü xeyir, bu cür 
olmaz.  Günü  gündən  betər  keçir.  Qıratsız  məyə  bu  paşalığı  eliyə 
bilir, Qıratsız məyə, bu sərdarlıq eliyə bilir. Əbəda başa gələn də-
yil. Dedi: «Bu dəgirman mənə necə dəgirmançılıq oldı, neçə səfər 
oldı, kaşı dən dartmağa getmiyaydim. Əcəp küllər ələndi başıma». 
[Dəllər  gedib  Nigar  xanıma  xəbər  verdilər  ki,  Koroğlu  dəyir-
mançılıq eliyir, Çəmlibelə gəlmir.] 
{Nigar xanım gələr Koroğlunun yanına, deyər: 
– Qoş Koroğlu, niyə bu cür qəmnaksan, niyə bu hala düşüpsən? 
Öz halında dəgilən? 
Koroğlu deyər: 
– Nigar xanım, məni dindirmə. Gözü xumar, ala gözdüm. 
Burda bu sözdəri deyər: 
Gecəni sövə-sövə axşama,  
Gətirdi başıma bala gözdərin. 
Eşqin cünunu tək düşdüm çöllərə, 
Bükdü mənim belim elə gözdərin. 
 
İki dağ arasında yalqız qalmışam, 
Saralmışam, heyva kimi solmuşam, 
Fərağ daşı dəyip xurd-xurd olmuşam, 
Lütf eylə, gətirsin ala gözdərin. 
 
Bu dünyada çox cox yedim qalmadum, 
Gül kimi mən saralıban-solmadum, 
Əvvəlinnən kəsə munis olmadum, 
Salıbdı yadıma ala gözdərin. 
 
                                                
19
 Aşıq Qıratın oğurlanma planının Tokatda hazırlandığını söyləsə də burada 
atın Arzuruma qaçırıldığından söz açır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
51 
Koroğlunun Qıratıydı hünəri, 
Çəkərdi dağlardan həmişə səri, 
Vuranda şeşpəri tökərdi səri, 
Qalmışdı kəllədə ala gözdəri. 
[Nigar Koroğluya çox dəlil nəsihət elədi ki, dəlilər başsız qoy-
masın, Çəmlibelə qayıtsın. Koroğlu deyir:] 
Əndin gəldin, ardı dağlar belinnən, 
Hanı mənim məmləkətim, elim, yar?! 
Göyül sevən göyçək olur dünyada, 
Xalx ki bilmir, sən bilirsən halım, yar! 
 
Kim görüpdü Yusifi-Züleyxanı?! 
Leyli-Məjnun, Fərhad-Şirin bəs hanı? 
Sənsiz mən neyliirəm dünya malını? 
Üzülməsin damağından əlim, yar! 
 
Könül quşu havalarda seyr eylər,  
Təbib gəlməz, yaralarım qoyr eylər, 
Bir tərəfdən qohum-qardaş cövr eylər, 
Bir tərəfdən düşmən büküp belim, yar! 
 
Çoxları dünyadan kamın almadı, 
Bivəfaydı, Süleymana qalmadı, 
Əhd eylədim can ağzımda qalmadı,  
Arzum budu görüm səni, ölüm, yar! 
Nigar xanım durur gidər.[Bolu Sərdar] oturur Çəmlibeldə. Bolu 
Sərdar dəlilirin başıydı. [Nigar xanım] çağırır: 
–Bolu Sərdar, Koroğlu çox narahatdı. Bu sözdərinnən əslən gi-
riftarlığ tüğyan eliir, beləsi. Yığılın, bunun ürəgin alın. Qırat əlin-
nən gedif, divana olacaxdı. 
Bolu Sərdar gəlir bunin yanına diyər: 
–Giriftarlıx  nədəndi?  Dərdin,  mərəzin  nədəndi?  Nə  olifdi  sən 
ağlııran? 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
52 
Deyər: 
–Bolu Sərdar, mənim dərdim ilacı Qıratdı! Əsilkar Qıratdı! Qıratı 
ki  minirdim  tamam  cəlallı  paşalar  hürküşürdü,  qorxuunnan  gecələr 
yatmırdı. Qıratım əlimnən gedip, mənəm ki, qalmışam. 
Deyir: 
–Qırat ki, gedip əlinnən, ta yanı heç at tapılmaz bir belə ilxının 
içində?  
Deyir: 
–Yox!} 
[Nigar xanımın, Bolu Sərdarın, dəlilərin çox dəlil- nəsihətindən 
sonra Koroğlu] Ağa, Yumuğ Əhmədi çağırdı, [dedi]: 
– Yumuğ Əhməd! Gedərəy Arzuluma, baş tab gör bu Qıratı hara 
aparıplar,  Qıratımı  harda  saxlııplar.  Qıratıma  kimlər  meytərlığ  eliir, 
Qıratıma kimlər qəza verir. Onun xərci kişmiş idi. Onun xərci yonca-
saman dəyildi. Əy dad, əcəp kül ələndi başıma. 
Dəlilər  yığıldı  başına.  İstiirdi  dəlilərdən  səlah  eliyə,  görə  kim 
gedər bu atın sorağına, baş tapa. Yumuğ Əhmədi məhlum eliyipti. 
Götürüp dəlilərdən görək necə səlah eliirdi: 
Gəlin indi, dəlilərim, 
Mənə nəsihət eyliyin. 
Aparıplar Qıratımı, 
Siz mənə təsmək eliyin. 
 
Qıratım verdim müftünə, 
İşim düşübdü dügünə, 
Həsrət qallam bir xoş günə, 
Düşmannarım, şad eyliyin. 
 
Qıratsız mən qala bilməm, 
Bazırqannar çapa bilməm, 
Qıratsız mən yata bilməm, 
Siz də nəsihət eyliyin. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə