Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə11/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

 
 
33 
Düşman onu tez xar eylər, 
Hər tərəfdən el car eylər, 
Hər nə dadı-fəryad eylər, 
Bir kimsədən ümdad olmaz. 
 
Yalquz igit yeyər çox qəm, 
Günməgün olar əğli kəm, 
Ürəgində dərdü-vərəm, 
Loğman gələ dərman olmaz. 
 
Yalquz cavan coşa-daşa, 
Dərya kimi başdan aşa, 
Hər yerdə doğru danışa, 
Sözündə etibar olmaz. 
 
Yalquz igit bu dünyada, 
Keçən günün salar yada, 
Car çəkər ki, çat ümdada! 
Ümdadına yetən olmaz. 
 
Yalquz igit dura bəxti, 
Qurdursalar kürsü-təxti, 
O Cəmşidin cəvan vəxti, 
Hökmünün fərmanı olmaz. 
 
Roşan balam, bu dünyada, 
Atay sözün sal sən yada, 
Beş gün bu fani dünyada, 
İtər gedər adıy olmaz. 
Atası sözlərin bəyan eylədi. Bəyan eyləyənnən necə müddət so-
ra  atasının  dünyadan  əli  üzüldi.  Koroğlunun  atası  ölənnən  sora 
gördü yox, atası dedigi sözdər buna əsər eliir gündə. 
Xub,  mən  tək  bu  çöldə,  mən  bu  məmləkətdə  nə  cür  baş  saxla-
rum? Amma, düştü Koroğlı çöllərə. Əvvəli səfər ki, ayaq qoydı şəə-
ri İstambula. Gördü nəmə? Dəstə-dəstə cavannar Osman torpağında 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
34 
duruplar. Biri dava eliir, biri kasıplığ eliir, hərəsi bir iş tutup. Gəldi 
bir  meydanda  gördü  bir  ittə  cavan  oturup.  Bular  dördü  seçilip  bir 
tərəfə, beşi seçilip bir tərəfə. Bular biistilah istillər hücum bağlıyalar 
hara? Ayax salalar, deyillər bu dağda bir adam gəlip, cavandı, adına 
Roşan  deyillər.  Yollar  kəsir tənha.  Yığılayın,  gedəyin  bunu  beyin-
nən aparax. Koroğlı bilmirdi, bular tanımırdı. Yeridi, buların içində 
bir cavan varıdı, xoş heykəl, enlikürək, dedi: 
– Cavan, məni də yoldaş eləriz, öziyzə? Mən də siziynən gəlim? 
Deyillər  o  çox  yerləri  qarət  eliyip,  çox  bazırqannar  soyırı.  Tək 
adamdı, hər kəsə dov deyir. 
Dedilər: 
– Niyə gəlməysən? Hardan gəlmişəy, hara gedirəy? Nə məmlə-
kətin adamıyay? 
Dedi: 
–  Mən,  Sərdar  paşanın  şəərinnən  gəlmişəm,  Çələbidən.  Şəərin 
adı Çələbiydi. Əlxas, Çələb. Çələbidən gəlmişəm. Mən də bilirəm 
bu yolları kəsiri. Gəlin mən də sizə imdad olum, gedəyin. Mən də 
bu dağların bələtəm yoluna. 
Ağa, beş dənə bu dəlilərdən qoşuldu, bir də Koroğlı özünü vu-
rup buların cildinə. Amma, buların  içinə bir dənə varıdı,  heş kəs-
dən  utammaz,  heş  sözünnən  qammaz.  Elə  adı  Heşkəsdənutam-
mazıdı. Çox mərt cavanıdı. Dağı aşdı. Ağa, dedi: 
– Xub, deyillər o cavan ki, Roşandı, bunda nəmənə hünər var? 
Koroğlu istiirdi bilindirə bulara ki, bular görə qorxullar, ya yox? 
Dedilər: 
– Valla, hünərin  biz görməmişik,  indiyə dəva eləməmişik. De-
yillər  bir  dəli  nəhrə  səsi  var.  Çağıranda  dağudaş  titrər.  Adam  bi-
huşt olar. Belə degillər. 
Dedi: 
– Yoo, baba, ya? Məndə də indi səs çoxdı. Çığırım siz titirəriz? 
Dedilər: 
– Xub, səniy səsiy ki, biz görmüşük heş danışa bilmirəy! 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
35 
Ağa, Koroğlu əlini qoydu qulağına bir nəhrə çəkəndə heş bilmədi 
bu beş nəfər nə vaxt düşüp. Ağa, buların tamam qollarını qol-qoluna 
bağladı, şəmşir çəkdi başları üstə durdu. Huşa gətirənnən sonra dedi: 
–  Bax,  qoyun  sizə  təərif  eliyim  mən  kiməm.  Mən  həmin  ada-
mam. Gəlin mənimnən, həmbab olun. Bu tacirləri, bu paşaları qoy-
muyax  hökümran ola xəlxa, tutak, təxtan salak, hökümlərini əlin-
dən alak. Binəva, biçaranı qoymuyak zəlil ola. Bular xəlxa zülüm 
eliyip,  hamı  mərdumu  bərd  eliyiplər.  Yığılıplar  özlərini  eşqi-nuş 
eliillər, gündə eşri-işrətə məşquldular. Başlar kəsək, qannar tökək, 
bazırqannar  talıyak,  paşaları  təxtən  salak.  Qoy  binava-biçara  göz 
aça, xoş gün görə. Bu nə zülmidi, hər şəərdə, hər guşada bir paşa 
outrup  təxtinə?!  Tamam  mərdumu  bədbəxt  eliyip  qol-qola  bağlı-
yıp... Alıp Koroğlu bu sözdərdə bəyan eliirdi. «Gəlin buları əldən- 
ayaxtan alak». Götürüp bu sözdərdən beş dənə
10
 deyir: 
Sizə deyim, beş dəlilər, 
Gəlin yığılak biz yinə. 
Şirlər kimin quruş çəkək, 
Tamam meşələr titrinə. 
 
Təxtən salak paşa, xanı, 
Başa qoyak qoç oğlanı, 
Keçirdək bir xoş douranı, 
Daldalanak bir-birinə
11

 
Mənim dayım Ərəp Reyhan
12

Dünyadır adına heyran, 
Çəmlibeldə tutak döyran, 
Qəmli göylümüz sevinə. 
                                                
10
 
Aşıq «bu sözdərdən beş dənə deyir» deyəndə beş bənd şeir söyləmir, bu 
ifadəni şeir deyir anlamında işlədir
 
11
 Birinci bənddə ikinci və dördüncü misrada, eləcə də ikinci bəndin ikinci 
misrasında qafiyə pozulub. 
12
 Aşıq sonrakı qolda Ərəb Reyhanın Eyvazın dayısı olduğunu söyləyir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
36 
Paşaları təxtən salak, 
Bazırqanun malun alak, 
Şəərlərinə talan salak, 
Rəhm etmiyək heş birinə. 
 
Xoş cavannarım, xoş olun, 
Yığılın əlli beş olun, 
Mey içib də sərxoş olun, 
Savaşmayın bir-birinə. 
 
Necə ki qış boran eylər, 
Boran eylər, külək eylər
Davanı da ürək eylər, 
Bac verməyin heş ölümə. 
 
Koroğluyam, cida sallam, 
Düşmannardan qəsas allam, 
Qıratımı yola sallam, 
Əzəl Arzulum yoluna. 
Sözü tamam eliyənnən sora, dəlilər yığıldı [Koroğlunun] başına, 
[dedilər]: 
– Qoş Koroğlu, xub, hardan gedəy, hardan vuray, hardan çapay? Nə 
dügümüz var, nə yağımız var, nə ögəcimiz var? Nə cür güzaran eliyək? 
[Koroğlu] dedi: 
– Olardan heş qorxmuyun. Elə bu gün əlan mərdi–meydandı.  
Ağa,  sizə  hardan  xəvər  verək?  Deyər  hələ  hayannan  bazırqan 
yük  bağlamışdı,  dəvəynən  gəlirdi  tamam  yükü  dügüymüş,  ya-
ğumuş.  İş  gör  hardan  rast  gələ.  Koroğlu  çıxar  gərdanələri  kəsər. 
Dəliləri beş-beş yollar hər tərəfdə. Amma, görər biritdə tacir gəlir, 
zaranqu-zırınq, səsi götürüp. Geçər tacirin yolun üstündə [deyər]: 
– Ay bazırqanbaşı, yüküy nədi? 
Deyər: 
– Dügüdi, tədarükatdı. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə