Kulliyyat-14. esas doc


heç-heş,  vilayət-vəlayət,  Eyvaz-Eyvəz-Ayvəz,  duşmən-düşman



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   5   6   7   8   9   10   11   12   ...   96

 
 
26 
heç-heş,  vilayət-vəlayət,  Eyvaz-Eyvəz-Ayvəz,  duşmən-düşman, 
üç-üş,  heç-heş  və  s.  Söz  sonunda  səs  düşür.  Məs:  gəl  əvəzinə  gə, 
dükandan əvəzinə dükanda və s. deyir. Söz ortasında səs düşür. Məs: 
şəhər əvəzinə şəərkövşən əvəzinə kööşəngətirəm əvəzinə gərəm 
və s. Söz ortasında səs artır. Məs: nərə əvəzinə nəhrə. 
Ümumiyyətlə, “Koroğlu” dastanının çapa hazırladığımız nüsxə-
lərində  Azərbaycan türkcəsinin doğu və güney dialektlərinə  məx-
sus olan bir çox xüsusiyyətlər özünü göstərməkdədir. Bu xüsusiy-
yətlər daha çox fonetik səviyyədə səs əvəzlənmələri ilə səciyyələ-
nir. Məsələn: 
u-i: Koroğli, unutmuşdilar 
ü-i: gülirəm, düşdi 
ı-u: sazuni, basub, qalasun, danuş, salub 
i-ü: məclisün, sifarişün, versünnər 
y-g: gənə, dimdigünnən, əgməz 
L  səsinin  d-ya  (doymazlar-doymazdar),  d  səsinin  t-ya  (ad-
at), z səsinin s-ya (olmaz-olmas), ç səsinin ş-ya (açdı-aşdı) çev-
rilməsi də xarakterikdir.  
Dilimizə xarakterik olan səs əvəzlənməsindən başqa diftonqlar da 
var.  «Koroğlu»nu  söyləyən  də  diftonqlardan-  qovuşuq  səsdən  geniş 
istifadə  edir.  Mətni  dialektoloji  baxımdan  deyil,  folklorçular  üçün 
hazırladığımızdan  onları  xüsusi  işarələrlə  vermədik.  Söz  sonunda  n 
səsilə y səsinin qarışığı kimi tələffüz edilən səsi y hərfilə verdik.  
Bəzi sözlər isə bugünkü ədəbi dilimizdən fərqli olaraq orta yüzillik-
lərin  ədəbi  dilindəki  kimi  işlədilir.  Məs:  qaranlıq  əvəzinə  qaran-
quluqotlayır əvəzinə otuşuröpmək əvəzinə öpməlikikisi əvəzinə 
ikiləriçalğıçı əvəzinə çalçı və s. Onları da olduğu kimi saxladıq.  
Aşıq Əliəkbər dastanı danışarkən ərəb sözlərini heç də fars söz-
lərindən az işlətmir. 
Aşığın  danışığı  aydın  başa  düşülür.  Lakin  onun  dediklərini 
olduğu kimi yazıya köçürüb oxuduqda anlaşılmazlıq yaranır. Mət-
nə xələl gətirməmək üçün aydınlıq gətirən əlavə söz və ifadələri [ ] 
işarəsi arasında verdik. 
Mətni  çapa  hazırlayanda  çatışmayan,  aydın  olmayan  parçaları  də-
qiqləşdirmək  üçün  Aşıq  Əliəkbərlə  görüşdükdə  onun  bizə  danışdıq-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
27 
larını  və  izahlarını  {  }  işarəsi  arasında  verdik.  Aşıq oxuyarkən  mətni 
aydınlatmaq  və  ya  musiqinin  ritminə  uyğun  olaraq  söylədiyi  söz  və 
ifadələri  (  )  işarəsi  arasında  yazdıq.  Aşığın  mövzudan  kənara  çıxıb 
izahlar verdiyi yerlərdə 
*
 işarəsi qoyaraq söylədiklərini səhifənin ətək 
yazısına  keçirdik.  Lentdəki  mətnlərin  başlanğıcında,  içərisində  və 
sonunda səs qırılıb fikir tamamlanmayan yerlərə üç nöqtə qoyduq. 
Lentlər  üzərində  işimizi  bitmiş  hesab  etdiyimizdən  onları 
AMEA  Folklor İnstitutunun arxivinə  bağışladıq ki,  lazım gələndə 
dil  tarixçiləri,  dialektoloqlar,  etnoqraflar  həmin  materiallardan 
istifadə edə bilsinlər. 
Mətn anlaşıqlı olsun deyə ərəb,  fars sözlərinin  və bəzi  məhəlli 
sözlərin lüğətini hazırladıq. Eyni sözlər təkrarlanmasın və hər səhi-
fənin ətəyində çox yer tutmasın deyə sonunda sözlük verdik. 
Bütün  bunlar  yəqin  ki,  araşdırıcılarımız  üçün  dastanı  yenidən 
incələməyə şərait yaradacaqdır. 
Dastanı nəşrə hazırlayarkən H.M.Güneylinin çapa hazırladığını Sə-
kinə Qaybalıyeva, qalan əlyazmaları isə Lalə Cavanşir və Neda Nəcəfi 
əski  əlifbadan  latın  əlifbasına  çevirdilər.  Yalnışlıqlara  yol  verilməsin 
deyə mətnlərin oxunuşunu H.M.Güneyli və Aqşin Ağkəmərli ilə yeni-
dən yoxladıq. Lakin bu oxunuşlar və yoxlamalar da qaneedici deyildi. 
AMEA Folklor İnstitutunun 2005-ci ildə çap etdiyi  «Koroğlu» dasta-
nını  oxuyanda  tərəddüd  etməkdə  haqlı  olduğumuz  təsdiqləndi.  Mər-
hum araşdırıcı Dilarə Əliyevanın başladığı  işi gənc mətnşünas Elnarə 
Tofiq qızı tamamlamışdır. Bu nəşri mükəmməl sayaraq nəşrə hazırla-
dığımız mətni yoxlamaq üçün ona verdik. Elnarə xanım gərgin əməyi 
sayəsində çoxlu yalnışlıqları aradan qaldırdı. Biz də onun oxuyub dü-
zəltdiyi variantı əsas kimi qəbul edərək nəşrə verdik. 
Dastanın  çapa  hazırlanmasında  f.e.n.  Əfzələddin  Əsgərov  ya-
xından  iştirak etdi  və oxuyaraq dəyərli  məsləhətlər verdi. Şərqşü-
naslıq İnstitutunun əməkdaşı f.e.n. Elmira Fikrətqızına da bizə gös-
tərdiyi köməyə görə minnətdarlığımızı bildiririk.  
         
Əli ŞAMİL 
15.09.2005 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
28 
Aşıq Əliəkbərin söylədikləri 
(Lentdən köçürülmüşdür) 
 
BU, KOROĞLUNUN ÇƏMLİBELƏ GƏLMƏGİDİ  
VƏ ƏRƏB REYHANI GÖRMƏGİDİ 
 
{Bəli, Koroğlının atası Əli bir şahın yanında at becərərdi. Bir gün 
gördi bir bulağıdı, bulağın suyu çoşdu gəldi, coşdu gəldi, bu bulağdan 
at  çıxdı
9
 çölə.  At  çıxdı  çölə,  qarışdı  ilxıların  içinə.  Yeridi  bir  dənə 
madyannan nəzdiklik oldi, getdi, gənə girdi o bulağın içinə. 
Koroğlunun  atası  ki,  meytərliğ  elərdi,  [yadında]  saxladı.  Göz-
dədi,  gözdədi  ta  bu  at  doğdı.  Həmin  at  ki,  bulağdan  gəlmişdi,  döl 
tutmuşdu,  doğdu.  Gördi  bir  təhərdi,  [qulun]  bir  parça  ətdi,  qıçları 
çıxıb, başı çıxıb, bir bədrix, pis şeydi. Dedi, nəmə mən bunu bu cür 
aparsam şahın yanına yamanı gələr, deyər, bunu sən hardan tapmı-
san,  gətimisən?  Bədi  gələr  mənnən.  Bunu  mən  gizlədərəm,  deyə-
rəm, o at ölü doğdu, atdım qurd-quş yedi. 
Bunu gizlətdi ilxıların içində. Ta bu at gəldi vəsilə yetdi, bəəd, 
gəldi. O ayrı məmləkətdən şaha qonax gəldi. Qonax gəldi, dedi: 
– Mənim atdarımı, sən gəlibsən  ha, görmüşən ki,  mənim atda-
rım necədi? Sən də bir atdarııy gətir, görüm nə cürdi.  
[Şah] meytərə dedi:  
–  Gedərən,  beytərin  mənim  atdarımdan  bir  dənə  götürrən 
gəllənən. Bu şah da baxa, görə mənim atdarım pəs nə cürdi. 
Bu  dedi,  xub,  dəryadan  çıxma  atdan  döl  tütmuşam,  buni  gə-
tirim. Getdi o atı gətdi. O, atı gətirəndə istiirdi şaha yaxçılıq eləsin. 
Şah baxdı-gördü o atın qiyafəsi pisdi. O şah bu şaha dedi: 
– Elə atdarın budu? Heş dərdə dəyməz. Biz bu cür atdarı atarıy 
qurd-quş yəər. 
O,  şahın  yanında  Koroğlunun  atası  Əliyə  bir  şey  demədi.  Ge-
dənnən sora dedi: 
                                                
9
 Aşıq  Dəmirçioğlunun  Çənlibelə  gəlməsindən  danışanda  Qıratın  dəryadan 
çıxmış atdan törədiyini deyir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə