Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə5/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   ...   96

 
 
14 
dırdığı  Şahsevən  elləri  ayrı-ayrı  tayfalardan  ibarətdir.  Belə  ki, 
Azərbaycanda  Şahsevən  eli  dursunxocalılar,  məstalibəylilər,  zər-
cərdlilər, quzatlılar, inanlılar, rzabəylilər, poladbəylilər, talışmika-
yıllılar,  novruzbəylilər,  qocabəylilər  və  b.  tayfa,  tirə  və  qoldan 
ibarətdirsə,
6
 Savə bölgəsində yaşayan Şahsevən eli əfşar, xələc, ba-
yat, qaraqoyunlu, dögər, mosul, bozçalu, əlqutlu, lək, aruxlu, inan-
lı, satlı, çələbi, sulduz, qarluq və b. tayfa və tirələrdən formalaşıb
7

400  ilə  yaxın  bölgənin  əsas  gücü  olan,  elat  həyatı  yaşayaraq 
yayda  yaylağa,  qışda  qışlağa  köçən  şahsevənlərin  tayfa  qanunları 
XX  yüzillikdən  zəifləməyə  başlayır  və  onlar  İkinci  Dünya  Sava-
şından sonra tədricən oturaq həyata keçirlər. 
Qafqaz Rusiya tərəfindən işğal ediləndən sonra Azərbaycanın qu-
zeyi ilə güneyi arasında əlaqələr zəifləsə də tam kəsilməmişdi. Amma 
Xorasan, Şiraz, Savə ətrafında yaşayan türklərlə əlaqələr, demək olar 
ki,  tamamilə  kəsilmişdi.  Həmin  bölgələrdə  yaşayan  qacarların,  qaş-
qayların, şahsevənlərin, əfşarların, xələclərin və b. tayfaların dialekt-
ləri, folkloru, adət-ənənələri layiqincə öyrənilib təhlil edilməmişdi.  
Azərbaycan müstəqillik əldə etdikdən sonra da əlaqələrimizi la-
zımi səviyyədə qura bilmədik. Hələ də araşdırıcılarımız həmin böl-
gələrə  ekspedisiyaya  gedib  materiallar  toplaya  bilmirlər.  Buna 
görə də Əli Kamalinin topladığı materiallardan yararlanmaq olduq-
ca önəmlidir.  
Əli  Kamalinin  arxivində  gördüyüm  «Koroğlu»  dastanının  ma-
teriallarını aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Qara mürəkkəblə, səliqəli xətlə A-4 formatlı kağıza yazılmış, 
üzərində işlənmiş bir mətn. Mətnin ilk iki səhifəsi əlyazmanın pas-
portu  rolunu  oynayır.  Birinci  səhifənin  başında  «tarix  12.4.1353» 
(miladi  3  iyul  1974-Ə.Ş.)  yazılıb.  Ardınca  nəzmlə  14  misrada 
dastanın yazıya alınma səbəbi və şəraiti təsvir edilir.  
Yazacağam mən bu hekayəti bu gün qardaşuma, 
İki ildür ki, salub dörd dəfə minnət başuma. 
                                                
6
 ASE. X cild, «ASE» nəşriyyatı,Bakı,1987, s.478 
7
 Kamali  Əli.  Qara  bulutdan  çıxan  ay-Tilimxan.  «Varlıq»  jurnalı  (Tehran), 
1981, sayı 25, s.53 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
15 
Əhd edüb üç gecədə vəxtimi dutdum özüm, 
Yazmuşam, var bu kitab içrə nə həngamə sözüm –  
misraları ilə başlayan nəzm bitdikdən sonra nəsrlə yazır: «Ay das-
tanum oxuyan və talib olan din qardaşlarum! «Koroğlı» dastanı 12 
məclisdür. Hər məclisi bir dastan, eşidməli hekayətlər var. 11 das-
tanunı  yazmuşam.  On  ikiminci  cildi  ta  kənun  yazılmamuşdı.  Bu 
tarixdən onı yazaram».  
Buradan aydın olur ki, «duste-əzizəm, ağaye Qulamhəsən,  fər-
zənde Məhəmmədhəsən, sakene Musaxanı  Bulağı» deyə tanıdılan 
şəxsin sifarişi ilə yazılmış “Koroğlu” dastanının bu qolu üç gecəyə 
yazdığı və «bu hekayət ta kənun heç aşıq bilməyüb». 
Mətn üzərindəki üç tarix isə .... yazıya almanın 2 ilə yaxın çək-
diyini göstərir. 
Bu qeydlərlə yanaşı katib özünü nəzm parçasında «taniyullar mə-
ni, aləmdə cəhan əncüməni», nəsrlə isə İslam Əfşar Xələci kimi təq-
dim edib. Sonda «tarix 29.8.1354» (miladi 20 noyabr 1975-cı il-Ə.Ş) 
qeydini qoyub. Sonda isə “İslam Əfşar. Fi tarixe 9.8.1354” yazılıb. 
Əlyazmadakı şeirlərdən ikisində Əfşarın adı aşağıdakı kimi hal-
lanır:  
Sözlərümi Əfşar çəkər əşarə, 
Oxuyanlar şerü-qəzəl diyəllər.  
    
        * * * 
Əşarı yazulur Əfşar zəmanı, 
Oxu sən xəttü–inşanı, Koroğlı. 
Əfşar bu dastanı heç bir aşığın bilmədiyini yazsa da, ona inam-
sız  yanaşmamaq  olmur.  Belə  ki,  özünün  yazdığı  məclisdə  aşa-
ğıdakı bəndlər var.  
Koroğlı yetişüb bu saət cana, 
Vurun, çapun, dəlilərim, hər yana
Desün Abbas bu sözləri yazana,  
Ondan bircə xəbər alun gətürün. 
 
 * * * 
Mənəm həqiqət aşığı,  
Məclislərün yaraşığı, 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
16 
Abbasun qəlbi, işığı, 
Dua oxur səhər sənə. 
 “Desün  Abbas  bu  sözləri  yazana”  və  “Abbasun  qəlbi,  işığı” 
misraları  açıq-aydın  dastanı  Aşıq  Abbasın  söylədiyini  və  hətta 
misralar arasında özünü də tanıtdığını göstərir.  
«Koroğlınun Türkmən səfəri» qolunun katibi yazır: «Qərar bu-
dur, dastan əvvəldən ta axıracək yazulsun. Çün Aşıq Cunun Çamlı-
beldən  qəhr  edüb  getmişdi  Türkmən  vilayətinə,  onun  dastanun 
yazmuşam. Aşıq Abbas nəvarə salub». Bunlar da əsas verir ki, Əf-
şarın Aşıq Abbasın ya özündən, ya da lentə yazdırdıqlarından ya-
rarlanaraq  bu  qolu  qələmə  aldığını  söyləyək.  Çox  təəssüf  ki, 
«aləmdə cəhan əncüməni» olan İ.Ə.Xələcini nə biz tapa bildik, nə 
də Əli Kamali ilə birgə işləyənlər. 
«Koroğlınun  Türkmən  səfəri»  qolunun  başlanğıcındakı  katib 
qeydində mətninə nə vaxt, harada, kimdən topladığını və kim tərə-
findən yazıya aldığı haqqında bir bilgi yoxdur. «Koroğlınun Türk-
mən səfəri ki, on birminci dastandur, dübarə yazaram» qeydindən 
belə  anlaşılır  ki,  10  qol  yazılıbmış.  İndi  isə  11-ci  qol  yazılır. 
“Dübarə  yazaram»  ifadəsində  isə  anlaya  bilmədik  dastanı  yazıya 
alan 11 qolun hamısını dübarə-ikinci dəfə yazıb, yoxsa yalnız 11-
ci  qolu  ikinci  dəfə  yazıb.  Bu  mətn  Əfşarın  yazıya  aldığıyla  dil-
üslub baxımından yaxın olsa da, mövzuca bir-birindən fərqlənir.  
«Dastani  Koroğlu  və  Nigar  xanım»  əlyazması  «Eşidənləri  və 
ağaye  Kəmalinin  saluğuna»  qeydilə  bitir.  Buradan  aydın  olur  ki, 
Əli  Kamalinin  sifarişilə  yazılıb.  Amma  nə  vaxt,  harada,  kimdən 
topladığı və kim tərəfindən yazıldığına dair heç bir bilgi yoxdur. 
2«Koroğlu» dastanının bir neçə qolu da düz xətli məktəbli dəf-
tərinə qara mürəkkəblə, səliqəli şəkildə yazılıb. Savə ətrafında ya-
şayan  türklərin  ləhcəsində  yazıldığından  və  üzərində  düzəlişlər 
edildiyindən çətin oxunur. Əlyazmadakı  «Dastani-Koroğlu  və Ni-
gar xanım», «Eyvazın durna gətirməyə getməsi», «Koroğlunun Şi-
lat səfəri» məclisləri - qolları tam, «Koroğlunun Sərdar paşa dasta-
nı» isə yarımçıqdır. Nə vaxt, harada, kimdən toplandığına və kimin 
yazıya aldığına dair heç bir qeyd yoxdur.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə