Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə3/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   2   3   4   5   6   7   8   9   ...   96

 
 

vaxt xalq mahnısı adıyla oxuyurdular. Aşıqlar da bu metoddan istifa-
də edirdi-lər. Özlərinin şeirlərini bəzən məşhur klassik aşıqların adına 
oxuyurdu-lar. Aşıq Həmid də yaradıcı aşıqlarımızdan idi. Bəzən dü-
şünürdüm ki, bu, Koroğlunun qızla görüşməsi haqqında dastanda qol 
olsaydı belə asanlıqla unudula bilməz. Yəqin Aşıq Həmid öz yazdığı 
gəraylını “Koroğlu” dastanından nümunə kimi çap etdirmək istəyir.  
Sonralar həmin şeirin aşağıdakı variantı ilə araşdırmaçılarımızın 
kitablarında rastlaşdım: 
Yоlum düşdü Gürcüstаnа, 
Dəli qız аrаdı, tutdu məni. 
Tаnrı qəzəbinə gəlmiş, 
Yumrıхnаn yıхdı məni. 
 
Bilmirəm nеcə qızıydı?!  
О dа mənnən хırsızıydı! 
Yumruх vurmаğı аzıydı, 
Diz аltındа sıхdı məni. 
 
Qılıncı vurdum tutmаdı, 
Şеşbəri аtdım yеtmədi, 
Kоrоğlunun gücü çаtmаdı,  
Yаlvаrdım burахdı məni. 
Mənim  üçün  qəti  aydın  oldu  ki,  gəraylını  Aşıq  Həmid  qoşma-
yıb. “Şərq qapısı” qəzetində “Elimizin söz boğçası” səhifəsi açmış-
dıq. Ara-sıra çap olunan səhifədə folklor nümunələri verirdik. Aşıq 
Həmidin  söy-lədiyi  gəraylını  jurnalist  Əli  Həsənov  də  yazıya  al-
mışdı. Onu “Elimizin söz boğçası” səhifəsində çap etdik. Düşünür-
düm ki, gəraylını oxuyan-ların  yadına  “Koroğlunun qızla görüşü” 
rəvayəti yaxud qolu yada düşər və redaksiyaya göndərərlər. Böyük 
əzmlə  “Koroğlunun  qızla  qarşılaşması”  qolunu  axtarmağa  başla-
dım. Lakin heç yerdə bir iz tapa bilmədim.  
1990-cı  ildə  İran  İslam  Respublikasına  gediş-gəliş  başlandı. 
Mən  də  tez-tez  İrana  gedir,  hər  gedişimdə  də  folklor  nümunələri 
toplamağa çalışır, xüsusən də “Koroğlunu bir yumruğa yıxan xırsız 
qız”la bağlı qolu axtarırdım. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 

Savənin Bəndəmir kəndində doğulub Tehranda vəkil işləyən və 
bölgədən  çoxlu  folklor  nümunələri  toplayan  Əli  Kamali  ilə  görü-
şəndə  də  Aşıq  Həmiddən  eşitdiyim  gəraylını  yada  saldım.  Ondan 
bölgədən  topla-dığı  folklor  nümunələri  arasında  “Koroğlunu  bir 
yumruğa  yıxan  qız”  haqqında  rəvayət  olub-olmadığını  soruşdum. 
Mövzumuz çox uzandı. Nəticədə o, Koroğlu dastanı ilə bağlı top-
ladığı bəzi qaynaqları mənə verdi.  
Mənim  üçün  çətin  olsa  da  Folklor  İnstitutunun  direktoru  Hüseyn 
İsmayılovun  təkidindən  sonra  Əli  Kamalinin  arxivindəki  “Koroğlu” 
dastanını çapa hazırlamağa başladım. Qarşıya çıxan problemləri aradan 
qaldırmaq üçün filologiya elmləri namizədi Əfzələddin Əsgərlə bəzən 
saatlarla  müzakirələr  apardıq.  Mətnin  üzərində  işi  2003-cü  ildə  başa 
çatdırsam da, dastan kitab halında 2009-cu ildə işıq üzü gördü
1

Kitab çap olunduqdan sonra dövri mətbuatda haqqında maraqlı 
rəylər  yazıldı.  “Koroğlu  dastanı”  (Əli  Kamali  arxivində)  kitabını 
çağdaş  Azərbaycan  türkcəsinin  orfoqrafiyasına  uyğun  çap  etmiş-
dik. Nəşrdən sonra bəzi yanlışlıqlara və uyğunsuzluqlara yol verdi-
yimizi gördük.  
Aşıq  Əliəkbər  Qurbani  dastanı  Qəzvin  türklərinin  ləhcəsində 
danışdığından bəzi sözlərdə bizim alışdığımız, ədəbi dildə normal 
sayı-lan  səslər  eşidilmir.  Əvəzində  səs  uzadılır.  Məsələn,  bizim 
“şəhər”  dediyimiz  və  yazdığımız  sözü  aşıq  [h]  səsini  işlətmədən, 
[ə] səsini  isə uzadaraq deyir. Biz onu orfoqrafiyamıza uyğun ola-
raq “şər” səklində yazmışdıq. “Şər” sözü də böhtan, iftira anlamın-
da  başa  düşülür.  Bu  da  oxucunu  çaşdırır.  Ona  görə  də  bu  nəşrdə 
oxucunun asan başa düşməsi üçün “şəər” şəklində verməyi qərara 
aldıq. Həmçinin kövşən sözünü kööşəngətirəm sözünü gəərəm, 
istəyirəm sözünü istiirəm və s. kimi verməyi münasib saydıq. 
Köhnə nəşrdə məhəlli sözlər, dialekt sözlərinin bəziləri ərəb və 
ya fars sözləri kimi izah edilməyə çalışılmış və ya ərəb-fars sözləri 
yanlış çevrilmişdir. İnstitutumuzun elmi işçisi Səkinə Qaybalıyeva 
                                                
1
 Koroğlu dastanı (Əli Kamali arxivindəki variantlar). “Koroğlu” dastanının 
Əli  Kamali  arxivindəki  variantlari.  (Ön  söz.)  “Nurlan” nəşriyyatı,  Bakı-  2009, 
səh.396. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
10 
kitabın söz-lüyü üzərində  yenidən diqqətlə  işləyərək bu  yanlışlıq-
ları aradan qaldır-mağa çalışmışdır.  
Azərbaycanda  kiril  əlifbasından  latın  qrafikalı  əlifbaya  keçil-
dikdə  makina və bilgisayarların klavyaturaları Azərbaycanda  işlə-
dilən  makina  klavyaturalarına  uyğun  latın  qrafikasına  uyğunlaş-
dırılmışdı.  Bu  da  mətn-ləri  internetdə  yerləşdirərkən  və  ya  inter-
netlə başqa bir yerə göndərərkən çoxlu dolaşıqlıq yaradırdı. Bəzən 
bu  dolaşıqlıq  o  qədər  çox  olurdu  ki,  mətn  oxunmaz  hala  gəlirdi. 
Azərbaycanda bu nöqsanı aradan qaldırmaq üçün klavyatura rəsmi 
surətdə “Times New Roman” şrifti əsasında quruldu.  
“Koroğlu  dastanı”  (Əli  Kamali  arxivindəki  variantlar)  kitabı 
müxtəlif  şriftlərlə  yığıldığından  onu  internet  saytlarında  yerləş-
dirmək problem yaradırdı. Bu problemi aradan qaldırmaq üçün ki-
tabın mətnini “convertor” proqramıyla “Times New Roman” şrifti-
nə keçirdik. Nəticədə “j” hərfi gah “c”, gah “y” kimi; “ö” hərfi “ğ” 
və  ya  “ü”  kimi  görünməyə  başladı.  Dolaşıqlığın  qarşısını  almaq 
üçün  Səkinə  Qaybalıyeva  Gülnar  Mirzəyeva  ilə  birlikdə  kitabı 
yenidən  diqqətlə  oxuyaraq  səhvlərini  də  aradan  qaldırdılar.  Bilgi-
sayar  variantının  yenidən  işlənməsində  Aysel  Cəfərova  da  yaxın-
dan iştirak etmişdir. Kitabın təkrar nəşrini hazırlayarkən bizə yar-
dımçı olanlara minnətdarlığımızı bildiririk.  
 
 Əli ŞAMİL 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə