33
Düşman onu tez xar eylər,
Hər tərəfdən el car eylər,
Hər nə dadı-fəryad eylər,
Bir kimsədən ümdad olmaz.
Yalquz igit yeyər çox qəm,
Günməgün olar əğli kəm,
Ürəgində dərdü-vərəm,
Loğman gələ dərman olmaz.
Yalquz cavan coşa-daşa,
Dərya kimi başdan aşa,
Hər yerdə doğru danışa,
Sözündə etibar olmaz.
Yalquz igit bu dünyada,
Keçən günün salar yada,
Car çəkər ki, çat ümdada!
Ümdadına yetən olmaz.
Yalquz igit dura bəxti,
Qurdursalar kürsü-təxti,
O Cəmşidin cəvan vəxti,
Hökmünün fərmanı olmaz.
Roşan balam, bu dünyada,
Atay sözün sal sən yada,
Beş gün bu fani dünyada,
İtər gedər adıy olmaz.
Atası sözlərin bəyan eylədi. Bəyan eyləyənnən necə müddət so-
ra atasının dünyadan əli üzüldi. Koroğlunun atası ölənnən sora
gördü yox, atası dedigi sözdər buna əsər eliir gündə.
Xub, mən tək bu çöldə, mən bu məmləkətdə nə cür baş saxla-
rum? Amma, düştü Koroğlı çöllərə. Əvvəli səfər ki, ayaq qoydı şəə-
ri İstambula. Gördü nəmə? Dəstə-dəstə cavannar Osman torpağında
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
34
duruplar. Biri dava eliir, biri kasıplığ eliir, hərəsi bir iş tutup. Gəldi
bir meydanda gördü bir ittə cavan oturup. Bular dördü seçilip bir
tərəfə, beşi seçilip bir tərəfə. Bular biistilah istillər hücum bağlıyalar
hara? Ayax salalar, deyillər bu dağda bir adam gəlip, cavandı, adına
Roşan deyillər. Yollar kəsir tənha. Yığılayın, gedəyin bunu beyin-
nən aparax. Koroğlı bilmirdi, bular tanımırdı. Yeridi, buların içində
bir cavan varıdı, xoş heykəl, enlikürək, dedi:
– Cavan, məni də yoldaş eləriz, öziyzə? Mən də siziynən gəlim?
Deyillər o çox yerləri qarət eliyip, çox bazırqannar soyırı. Tək
adamdı, hər kəsə dov deyir.
Dedilər:
– Niyə gəlməysən? Hardan gəlmişəy, hara gedirəy? Nə məmlə-
kətin adamıyay?
Dedi:
– Mən, Sərdar paşanın şəərinnən gəlmişəm, Çələbidən. Şəərin
adı Çələbiydi. Əlxas, Çələb. Çələbidən gəlmişəm. Mən də bilirəm
bu yolları kəsiri. Gəlin mən də sizə imdad olum, gedəyin. Mən də
bu dağların bələtəm yoluna.
Ağa, beş dənə bu dəlilərdən qoşuldu, bir də Koroğlı özünü vu-
rup buların cildinə. Amma, buların içinə bir dənə varıdı, heş kəs-
dən utammaz, heş sözünnən qammaz. Elə adı Heşkəsdənutam-
mazıdı. Çox mərt cavanıdı. Dağı aşdı. Ağa, dedi:
– Xub, deyillər o cavan ki, Roşandı, bunda nəmənə hünər var?
Koroğlu istiirdi bilindirə bulara ki, bular görə qorxullar, ya yox?
Dedilər:
– Valla, hünərin biz görməmişik, indiyə dəva eləməmişik. De-
yillər bir dəli nəhrə səsi var. Çağıranda dağudaş titrər. Adam bi-
huşt olar. Belə degillər.
Dedi:
– Yoo, baba, ya? Məndə də indi səs çoxdı. Çığırım siz titirəriz?
Dedilər:
– Xub, səniy səsiy ki, biz görmüşük heş danışa bilmirəy!
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
35
Ağa, Koroğlu əlini qoydu qulağına bir nəhrə çəkəndə heş bilmədi
bu beş nəfər nə vaxt düşüp. Ağa, buların tamam qollarını qol-qoluna
bağladı, şəmşir çəkdi başları üstə durdu. Huşa gətirənnən sonra dedi:
– Bax, qoyun sizə təərif eliyim mən kiməm. Mən həmin ada-
mam. Gəlin mənimnən, həmbab olun. Bu tacirləri, bu paşaları qoy-
muyax hökümran ola xəlxa, tutak, təxtan salak, hökümlərini əlin-
dən alak. Binəva, biçaranı qoymuyak zəlil ola. Bular xəlxa zülüm
eliyip, hamı mərdumu bərd eliyiplər. Yığılıplar özlərini eşqi-nuş
eliillər, gündə eşri-işrətə məşquldular. Başlar kəsək, qannar tökək,
bazırqannar talıyak, paşaları təxtən salak. Qoy binava-biçara göz
aça, xoş gün görə. Bu nə zülmidi, hər şəərdə, hər guşada bir paşa
outrup təxtinə?! Tamam mərdumu bədbəxt eliyip qol-qola bağlı-
yıp... Alıp Koroğlu bu sözdərdə bəyan eliirdi. «Gəlin buları əldən-
ayaxtan alak». Götürüp bu sözdərdən beş dənə
10
deyir:
Sizə deyim, beş dəlilər,
Gəlin yığılak biz yinə.
Şirlər kimin quruş çəkək,
Tamam meşələr titrinə.
Təxtən salak paşa, xanı,
Başa qoyak qoç oğlanı,
Keçirdək bir xoş douranı,
Daldalanak bir-birinə
11
.
Mənim dayım Ərəp Reyhan
12
,
Dünyadır adına heyran,
Çəmlibeldə tutak döyran,
Qəmli göylümüz sevinə.
10
Aşıq «bu sözdərdən beş dənə deyir» deyəndə beş bənd şeir söyləmir, bu
ifadəni şeir deyir anlamında işlədir
11
Birinci bənddə ikinci və dördüncü misrada, eləcə də ikinci bəndin ikinci
misrasında qafiyə pozulub.
12
Aşıq sonrakı qolda Ərəb Reyhanın Eyvazın dayısı olduğunu söyləyir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
36
Paşaları təxtən salak,
Bazırqanun malun alak,
Şəərlərinə talan salak,
Rəhm etmiyək heş birinə.
Xoş cavannarım, xoş olun,
Yığılın əlli beş olun,
Mey içib də sərxoş olun,
Savaşmayın bir-birinə.
Necə ki qış boran eylər,
Boran eylər, külək eylər,
Davanı da ürək eylər,
Bac verməyin heş ölümə.
Koroğluyam, cida sallam,
Düşmannardan qəsas allam,
Qıratımı yola sallam,
Əzəl Arzulum yoluna.
Sözü tamam eliyənnən sora, dəlilər yığıldı [Koroğlunun] başına,
[dedilər]:
– Qoş Koroğlu, xub, hardan gedəy, hardan vuray, hardan çapay? Nə
dügümüz var, nə yağımız var, nə ögəcimiz var? Nə cür güzaran eliyək?
[Koroğlu] dedi:
– Olardan heş qorxmuyun. Elə bu gün əlan mərdi–meydandı.
Ağa, sizə hardan xəvər verək? Deyər hələ hayannan bazırqan
yük bağlamışdı, dəvəynən gəlirdi tamam yükü dügüymüş, ya-
ğumuş. İş gör hardan rast gələ. Koroğlu çıxar gərdanələri kəsər.
Dəliləri beş-beş yollar hər tərəfdə. Amma, görər biritdə tacir gəlir,
zaranqu-zırınq, səsi götürüp. Geçər tacirin yolun üstündə [deyər]:
– Ay bazırqanbaşı, yüküy nədi?
Deyər:
– Dügüdi, tədarükatdı.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |