44
–Qızın Tona xanımdı, gərək onu əlini verəsən mənə.
Dedi:
–Xub, əgər sən getdiy Koroğlunun Qıratını gətdiy, Tona xanı-
mın əlini verrəm sənə. Sən də o atın dəhnəsini ver mənə.
Bu şərtdən sora Həmzə gəldi ta Çəmlibelə. Dəlilərdən gördi bir
nəfər gəlir, dedilər:
–Oğlan hara gedirən?
Dedi:
–Mənim ərbabım məni qovub, yaxçı at becərrəm, meytərliğ
əlimnən gəlir.
Dedi:
–Xub, Qoş Koroğlıya deyək, görək bunu saxları? İstiiri [at]
becərə.
Gəlib [Koroğlıya] dedilər, bir dənə belə oğlan gəlib, deyir mən
at becərrəm. Dedi:
–Götürün gəlin bura, onu.
Götdü-gəldi. Dedi:
–Oğlan, sən nə cür at becərrən?
Dedi:
–Qurban, atdarın sən xərcin ver mənə, icazəsin ver mənə, mən
deyərəm nə cür.
Bu, qaldı. Yer elədi ki, özünə atdarı becərə. Bir müddət bu
atdarın xörəginnən kəsdi. Gündə ki, üş kilo arpa yeyirdi Qırat, bu
iki kilo tökürdü, bir kilosun oğururdu. Qəxt elirdi, vermirdi. At
günbəgün dalda qalırdı. Lavır-arığ oldı. Koroğlu gəldi baxa ata.
Gördü atda atdıx qalmıyıf, ayağ üstə gücnən durur. Dedi:
–Oğlan, əgər bu cür at becərməyiydi mən səni neylirdim? İşiy-
di, əgər, bir dənə şeşpər çalum, gedəy atay yanna?
Dedi:
–Qurban, siz o çür at becərriz, o dərdə dəyməz.
Dedi:
–Necə?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
45
Dedi:
–At becərirdiyiz, yol [gedən at] becərmirdiyiz ki? İcazə ver mən
innən belə becərim, gör nə cür.
Koroğlu icazə verdi. Gördü, vədə vermişdi mən atı neçə günə
gərirrəm, o gün yaxınnaşupdu. Atdarın yemini bol elədi.}
18
[Atlar
yedilər kökəldilər. Həmzə Koroğluynan bağladığı şərtə əməl
elədiyinə görə Koroğlu onun işinnən razı qaldı.]
Koroğlu gələr dəgirmanın başına, girər içəri: «Dəgirmançı!» Səs
olmaz. «Dəgirmançı!» Səs olmaz. «Dəgirmançı» səs olmaz, «Də-
girmançı!» səs olmaz. Dəgirmançı da neçə günümüş ün gəlmirimiş,
dan gəlmirmiş. Dəgirmanda xurəyi xapdaydı, durmurdu yuxudan.
[Koroğlu dedi:]
– Ay qardaş, dur ayax ustə gör nə olupdı.
[Dəgirmançı:]
– Dən gəlip?
Dedi:
– Bəli.
[Dəgirmançı:]
– Neçə gündü dən gəlmiyip. Mənim gözdərim... Baxtım bəs ki
soldı. Mənim gözdərim çöllərə baxa-baxa xəmin bük oldi. Hanı dəniy?
[Koroğlu] dedi:
– Gəlmişəm hələ dəgirmanı tapam, onda gedəm.
Dedi:
– Baba, get. Eviyə yel-gün ot düşsün. Mənə xapdan əlan gəlip-
di, dən ki, gəlmiyip, heş səniy?
[Koroğlu dedi:]
– Heş səniy doluyanıyda su yox, dən üyüdə ki?!
[Dəgirmançı:]
18
Aşıq Əliəkbərlə görüşəndə lentə Həmzənin Çənlibelə gəlişi, Koroğlu ilə
görüşü, Qırata qulluq etməsi olmadığı halda bunlara aid işarələrin mövcudluğu-
nu bildirdikdə o bu parçaları əlavə etdi.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
46
– Əlan, bağlaram tənirə dolar. Yeri dəgirman üçün dən gət gəl,
neçə gündü daşdar...
[Keçəl Həmzə Qıratın mehtəri olduğuna görə o da Koroğluynan
dəyirmana gəlmişdi.]
Həmzə Keçəl buna dedi, keşdi dəgirmançıya dedi:
– Ay dəgirmançı, əgər, sən bu kişinin başını qal eliyəy, mən bu atı
aparam? Nə qədər sənə [dən] yetirrəm. Gündə mən o məmləkətdən dəni
yollarık gəli bu məmləkətə. Səniy dəgirmanıy boş qalmaz, xatırcam olgı-
nan. Amma, bu şərti ki, bir cür elə, bunun başını qal elə, biz bu atı aparak.
Amma, Koroğlı üz oldu ki, baxtı əlan gəlir, dəlilər altı öküz
yüklüyüplər gətiirlər dəgirmana. O yannan da bir kişi bir yük gö-
türüp gəlir dəgirmana. Koroğlu dedi:
– Ay dadaş, mən nobatı tutmuşam. Qoy mən danum dartum,
sonradannan sən dart.
Dedi:
– Qardaş, dəgirman mənim özümindi, sənə dəxli yox!
[Koroğlu dedi:]
– Dəgirman sənin özüyün də ola nobatnandı, qardaş. Qədim za-
mannan deyəllər: «Dəgirman nobatnandı, qəndin şirnisi toyda
nabatnandı. Qoy dəgirman dolana nobatnan».
Dedi:
–Dəgirman mənim özümündü. Özüm gərək dartam əvvəl.
Ağa, bunun «həni» onun «yoxu». Koroğlu birdən bir dənə şeş-
pər bunun quluncunnan vuranda kürəgi həş bilmədi nə cür sindi.
Elə bil üç aydı yuxlamışdı.
Dəgirmançı baxdı, gördu bu haldadı dedi:
–Qardaş, niyə onu öldürdiy?
Dedi:
–Sən də istiirsən gedəy onun yanına?
Dedi:
–Yox qardaş, mən əbəda elə iş görməm. Amma, xub, pəşiman
ollay bu işə.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
47
Koroğlu dəlisinə dedi:
– Xub, bu da kı yuxladı, dəni gətirin dartun bura. Bu, çünki
yekkə danışdı. Bəəd, aparıb bu pulları tök onun başı üstə, ayıldı,
getsin dərdinə ilac eləsin.
Ağa ki, sən öləyn, bu yannan Koroğlu dedi:
– Mən gərək özüm duram, görməmişdim dəni nə cür dəgirman dartır.
Ağa, dəgirmançı girdi donquzduxda bilinmədi [dəyirmanın] mi-
ləsinə nə qəyirdi. Ağa, bu dəgirman [daşdarı bir-birinə] yatmırdı.
Daşıdı da, tarakı-tarak buğdanı bütün səpirdi çölə, əvvəl bir az
yaxşı səpdi. [Koroğlu] dedi:
– Baba, buğdaydı ki, öz məmləkətimizdə bu cür yəərdik, bu
niyə dartmır?
Dəgirmançı dedi:
– Ay başıma daş oldu.
[Koroğlu dedi:]
– Nə olup?
Dedi:
– Bəli, alt daşın əyaxdakı mili tərsə düşüp. Heş noinən qovziya
bilməm onı.
Koroğlu da indi durup, dayanıp, Qıratı bağlıyıpdı qapıya da. [Dedi:]
– Gəl, qardaş onun alt daşının milin qovzıyak, buni götürək ge-
dək o yana.
Ağa, girdilər içəri, [dəyirmançı görsətdi] Koroğlu miləni çəkib
aşağı. Dəgirman [daşdarı] yatdı bir-birinin üstə. Koroğlu çıxdı çölə
baxdı-gördü xeyir aa..., Qırat yox! Bir nəfər minip atı, dəmdi sürə.
Qəyitdi dedi:
– Köpəyoğlu dəgirmançı, bu sənin hiiləy idi. Tutup dəgirman-
çının qışlərinnən, ağa, dəgirman dolanəndə [dəyirmançının] başını
qoydu dəgirmanın daşı üstə. Dəgirmançının kəlləsini dəgirman
[daşı] elə o cür ün elədi tökdü çölə. Gördü xeyir [bu da işə ya-
ramadı.] Qıratı gedəcək. Qıratı aparacaq bu. Götürüp burda Keçəl
Həmzəyə görək nə cür deyər:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |