Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   25   26   27   28   29   30   31   32   ...   96

 
 
110 
Dedi: 
– Fərz beş quruş. 
Bu on beş quruş verdi. 
Dedi: 
– Bə necə? Malıyın-puluyun dəlisiyən? Niyə on beş quruş verdiy? 
Dedi: 
– Əmican, bu mallar bizim Aranın davarlarınnan yaxçıdı. Budu 
ki,  mən  qiymətin  də  verrəm.  Sizdən  əlaan  aldığımı  mən  o  məm-
ləkətdə on beş belə vermişəm, otuz beş belə sataram.  
Amma Eyvaz çatdı bunun yanına, baxdi, dedi:  
– Atacan, bu nə deyir?  
Dedi:  
– Bala, davar alır, davar kəsir. 
Dedi:  
– Yox, davar alan belə olmaz ki?  
Dedi:  
– Alır daa, necə olmaz? 
Dedi:  
– Bunnan çoodar olmaz! 
Dedi:  
– Divanə olma. 
Dedi: 
– Valla, ata, çoodar bu cür olur? Çoodarı  bu  vəd görən  iki tü-
mən üstə alar. Bu elə deyirən beş, on beş verir. 
Dedi:  
– Bala, lavıd bunların arasında davarın qiyməti var ki, alır daa. 
Dedi:  
– Yox. Götürüb bu sözdəri deyiri:  
(Atacan), Özün salıb, bu araya, 
Bu qılıxda çoodar olmaz. 
Başıy salma macəraya, 
Bu qılıxda çoodar olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
111 
Yol gəliri yerişliiri, 
Gözü kamanda işliiri, 
«Beş-beş» deyir bağışlıırı, 
Bu qılıxda çoodar olmaz. 
 
Bunun vardı aşınalığı, 
Aşnalığı, arxalığı, 
Harda məlum çoodarlığı, 
Bu qılıxda çoodar olmaz. 
 
 
Kim deyir ki, qoyun alur, 
Qoyunu ayırır salur, 
Pullarını verir, sayur, 
Bu qılıxda çoodar olmaz. 
 
O, Qulubəgdi deyibdi, 
O görübdü, bu deyibdi, 
Nigar xanım çox öyüpdi, 
Bu qılıxda, çoodar olmaz. 
 
Davarı gəl tökək düzə, 
Gözü qamır baxır bizə, 
Nigar mayıldı Eyvaza, 
Bu qılıxda çoodar olmaz. 
Dedi:  
– Oğlan, nə deyirsən, Eyvaz kimdi, Nigar kimdi, Qulibəg kim-
di? Mən çodaram. Mal alıram, mal satıram. Oğul, sən nadanay?!  
Atası dedi:  
– Balacan, bu sözlər nədi? Bu yalandı, gördün ki, mal alır?! 
Dedi: 

 
Ay ata, bu gözdər tanır, bu mal alan dəgi. Atacan, mən bili-
rəm bu kimdi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
112 
 Xub, məlum olur, aşa tökən gələr qaşığa, bilinir daa. Xub. Da-
varları alır, pulunu verir, tamam-kamal.  
Deyir:  
– Ay oğul, köməkləşək bu təpənin dalına aşak. Bu davarları mə-
nimnən köməkləş aparaq. Soora qeyit bura.  
Qəssab Əli dedi: 
– Oğulcan, sür bu qoyunnarı. Bu çoodarnan rədd elə, qayıt [geri].  
[Koroğlu dedi:]  
– Bir qədr mənə köməkləşə bu qoyunnarı, qeyitir.  
[Qəssab Əli] dedi: 
– Oğul, sür! 
Ağa, Eyvaz qoyunu rədd elədi sürüdən. Elə dağı, təpəni aşırdup... 
[Koroğlu] dedi: 
–  Oğul,  mənim  bir  atum  da  var.  Qoy  bu  atı  da  mən  bixovunu 
açum. Bir az sən bu təpədən aşağuda gözdə, atın döşündə qoyun-
narı aparram. Oğul, gördüy mən çodaram?!  
Eyvaz dedi: 
–  Həyə,  dədəy  ərvanna.  Sən  tutan  quşu  mən  uçurtmuşam.  Sənə 
xiyal mən bilmirəm? Çoodarın atı olur, atnan davar alar? Atnan gələr, 
qoyun alar? Ay ata, ağlııy əldən verdiy. Xub, elə bir belə təərif eliil-
lər. Mən bildim, əyə, bu Koroğludu. Hissabını noxud təki döşüürəm. 
Gəldi,  qoyunnarı  aşıtdı  təbənin  dalına.  Gəldi  atın  yoxunına. 
[Koroğlu] dedi: 
– Oğul, bu rikabı saxla, mən minim bu atı. 
 Ayağın  qoydu  rikaba,  əl  atdı  Eyvazın  biləginnən  yapışıb  bir 
neyit gəldi, gördü, xeyir, yerdən qovzanmır. İki neyit gəldi, gördü 
o dəyil, üç neyit gəldi, o dəyil. Ay nənəsi oğlu ha!.. Götürüb yal-
varır indi Koroğlu, «gə gedək», [deyir:] 
Sənə qurban, xan Eyvazım, 
Eyvaz, dur gedək, dur gedək. 
Sənə budur şirin sözüm, 
Düşmanın bağrın qan edək. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
113 
Eyvaz dedi: 
– O dəgi. 
[Koroğlu deyir:] 
Eyvazım, sən qoçaxlannay
Qoçaxlanıb əyaxlannay, 
Rəngə batıb boyaxlannay, 
Eyvaz, dur gedək, dur gedək. 
 
Çıxmışam dağlara qarşı, 
Baxıram gözdər qamaşı, 
Ol sən dəlilərin başı, 
Eyvaz, dur gedək, dur gedək. 
Dedi: 
– O günü görməy. 
Deyər: 
Çöləri şirlər səsliiri, 
Cəngəlləri həvəsliiri, 
Nigarım səni istiiri, 
Eyvaz, dur gedək, dur gedək. 
Dedi: 
– O günü görməy. 
Genə Koroğlu zərb gəldi, neyit gəldi. Gördü olmur daa. Deyər: 
Göldə süzər laçın, sona, 
Boyu bəsdə, qəddi mina
Nigar sənə olar ana, 
Eyvaz, dur gedək, dur gedək. 
Dedi: 
– O dəgi. 
[Koroğlu dedi:] 
Koroğlu şəddəsin bağlar,  
Çardaxlıda uca dağlar, 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
114 
Nigar xanım deyər, ağlar, 
Eyvaz, dur gedək, dur gedək. 
Eyvaz dedi: 
– Orası dəgi. Bixud özüyü yorma. 
Koroğlu dedi: 
– Pəs, gəlmirəy, qoy boşluum çıx get. Mən deyirdim: bəlkə sən 
gələy, mənim şan-şookətim çoxa baxa. 
Elə [Koroğlu] əyildi ki,  bunun - [Eyvazın] əlini  buraxa, ağzını 
tutdu  qulağınnan  bir  nəhrə  çəkəndə  huşdan  getdi.  Qırat  dizini 
vurdu yerə. Koroğlu adət idi. Eyvazı çəkib tərkinə rəşməynən belin 
bağladı. Aşdı Qıratın belinə, rikab basa Qırata, qəssab çatdı. Qəs-
sab Əli gördü haa... bəna istiirdi getdigetdədi. Əlaan istiirdi gedə, 
bu dəqə gedə. Dedi: 
– Ay nənəsi oğlu, qoymam səni Eyvaz aparay. O günü görmə-
rəy.  Məgər  ki,  başım  bədənnən  gedə.  Burda  görək  qəssavnan  nə 
deyişif:  
--------------------------- 
-------------------------- 
Budur sənə sözüm çodar, 
Qoymaram Eyvaz aparay. 
 
Eyvazımın boyu bəstə, 
Çıxır müxənnətin üstə, 
Veriblər bir kəmərbəstə, 
Qoymaram Eyvaz aparay. 
 
Eyvazımın adı vardı, 
Şəkər kimin dadı vardı, 
Anasın fəryadı vardı, 
Qoymaram Eyvaz aparay. 
 
Çini-Maçun camalına, 
Mayuldur qoşa xalına, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə