Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   28   29   30   31   32   33   34   35   ...   96

 
 
124 
Gəlin indi, qoçaxlarım,  
Koroğluya peyam deyin. 
Ağrımaz heş ayaxlarum, 
Ağzımda xoş kəlam deyin. 
 
Koroğluya deyin gəlsin, 
Yaxçı-yamanımı bilsin, 
Gedirəm qədrimi bilsin, 
And içirəm Quran deyin. 
– Qalmam daa. Əgər  yüz  belə  Koroğlu gələ, qeyri-mümkündi. 
Məni imtahan eliir?! Deyər: 
Gəldim bura Türkəmənnən, 
Arzum çıxmazdı belə cannan, 
Xəracım gəlir Yəmənnən, 
Bac almağa canım deyin. 
 
Çoxlardan mən də bac allam, 
Bac almasam mən qocallam, 
Koroğludan da bac allam, 
Ərzi-halım tamam deyin. 
 
Mənə deyəllər: Eyvaz xan,  
Qorxumdan titrər Türkəman, 
Həmi İran, həmi Turan
Sözlərimdən bəyan deyin. 
Vah evin tikildi. Yalvar-yaxar, dəlilərin içində İsaballı çoxdanə 
idi, dedi: 
– Bax, sən hələ buracan gəlmişəy Eyvaz xan. Əgər, istiirən sən 
burdan  qəyidəy.  Koroğlunun  ki,  qüdrətini  görmüşəy,  şokətini 
görmüşəy,  dürüstü  sənə  fayiq  ola  bilməz.  Orda  səni  yola  salıplar 
gəlmişəy. Qəyidəy dala, deyəllər: «İndi bu nə dəstə gül suya verdi, 
Koroğlu  bunu  heş  saxlamadı.  Ya  xəyanət  elədi,  ya oğurlux  elədi. 
Bir  işi  vurdu  suya,  Koroğlu  bunu  saxlamadı.  Pəs  gəl  sən  osanma 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
125 
bu  sözdərə.  Koroğlu  səni  imtaan  eliirdi  çox  zövq  eləginən,  şad 
olginən. Gəl mənim sözümü xar eləmə.  
İsaballı dedi:  
–  Əgər,  sən  gedəy,  özümü  öldürrəm.  Mənim  canım  sənə  qur-
bandı, Eyvaz xan. 
Amma Eyvaz baxdı İsaballının rənginə, gözdərinin yaşına, dedi: 
– Xuda birdi, birliginə and olsun, siz Osmanız, biz sünnüyük. Am-
ma o Əli, şiələr ağasına and olsun, biz ona əbəs and içməz. And içək 
qəzəb  elər.  Ona  and  olsun,  əgər  Koroğlu  səni  yollamasa  qeydacag-
dım?! Özü gələ, ayağnan gələ başnan qayıda. 
Amma,  Eyvaz  düşüb  yola,  İsaballı  qanşardan  gəlib  Koroğluya 
xəbər verdi: 
– Qoş Koroğlu, Eyvaz gəlir, əlan indi yetişəcək, amma əcəl ca-
mın içib gəlir. 
[Dedi:] 
– Bə necə? 
Dedi: 
–  Bilmirəm!  Narahat oldu  sənnən.  Biz  getdik  imtahana.  Ham-
mızın yıxdı, qollarını bağladı. Maşalla, bir-bira saldı. 
Amma Koroğlu çox xoşnüt oldu. Nigar bəzənib əli döşündə durup, 
sağisi  yanındadı,  solundadı.  Eyvaz  bir  böyük  köynək  geyip  bəd 
Koroğlu dəlilərə deyə: «Durun, Eyvazı peşvaz eliyək». Deyər: 
Sanda durun dəlilərim, 
Eyvaz bizə qonax gəlip. 
Bir-birinnən xoş dəlilərim, 
İnciməyif əyax gəlip. 
 
Yusifdən bir camal alup, 
Boynuna (ana) heykəl salup, 
Anasunnan dala qalup, 
Bir Yusifi-Kənan gəlip. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
126 
Eyvazımın boyu bəstə, 
İnciməyif ola xəstə, 
Dodaq qəymax, dildi püstə, 
Göydən yerə Quran gəlip. 
 
And ola Kəlamullaya, 
Salmam bunu təcəllaya, 
Tapşırram mən Allaya, 
Öz adına bəyan gəlip. 
 
Coşkun olur, gəlir Tona
Tonalarda çimər sona. 
Nigardı Eyvaza ana, 
Nigara nə oğul gəlip. 
 
Koroğlunun yaşı budu, 
Gəzmək üçün işi budu, 
Dəlilərin başı budu, 
Dəlilərə sərdar gəlip. 
Sözləri ki, Koroğlu tamam eliyənnən sora, bəli, burda Eyvazı gə-
tirip Nigar xanım bir dənə uzun köynək tikmişdi, ağa, saldı bunu üç 
dəfə köynəginin altından çıxartdı çölə, gətdi yaxasınnan saldı. Bəd əz 
üç  dəfədən  sora  döşlərin  salıf  Eyvazın  ağzına,  Eyvaz  mik  vurancak 
gördü süd gəlib ağzına. Məzməzə elədi Eyvaz, qəyitdi dala. Baxdılar 
gördülər Xudanın qüdrətinən Nigarın döşdəri sütə gəlip. Bu da oldu, 
Nigara Eyvaz oğli. Nigar da, daha ağlamırdı. Burda, həlbətdə dəliləri 
xoş olub. Bəd əz xoş olannan sora, Koroğlu həlbətdə... 
Bu  da  Koroğlunun  Eyvaz  dastanıydı  ki,  getdi  Eyvazı  gətdi,  nə 
cəlalinan, nə qüdrətnən Çəmlibelə çıxatdı. Yığdı dəliləri başına, dedi: 
– Mənim sözüm Eyvaz sözü. Eyvaz sözü Bolu Sərdar sözü
38
... 
                                                
38
 Lent bitdiyindən səsdə qırıqlıq yaranır. Son ifadədən də aydın görünür ki, 
Bolu Sərdar Koroğlu dəlilər: arasında nüfuz sahibiymiş. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
127 
BU, KOROĞLUNUN DƏMİRÇİOĞLU  
SƏFƏRİYDİ Kİ ƏRZ ELƏDİM 
 
Koroğlu  bilmirdi  Dəmirçioğlu  nə  məkandadı,  haradadı.  Ağa, 
Koroğlu bir gün dedi:  
– Dəlilərim, cəlallaşak mən çıxım bu çöllərə, bir ahəngər tapım, 
at  nallayan  tapım,  gətirim  atdarı  nallıyak.  Atdar  əyaxdan  düşüpdi, 
yol kəsmiiri. Heyvan da insan kimindi, insanın əgər, başmağı olma-
sun  (o  zaman  çarığumuş),  çarığı  olmasun  əyağunda  qədəmini  ata 
bilməz. Amma heyvan da bu şikildi, nal olmasun gedə bilməz. Dü-
şüm mən bu çöllərə, bəlkə bir dəmirçi tapum, gələ atdarı nallıya. 
Koroğluya üz oldu ki, İsaballı:  
– Qoş Koroğlu, bir zaman atam  mənim deyəridi: «Belə  yerlər-
də, belə çöllərdə şəəri Hələpçədə bir nalbənt var. Yaxşı nəlbəntdi. 
Hələpçə şəəri də  hayandadı? Həlbətdə,  bir Hələp  var Suriyadadı. 
Bir  Hələp  var  İranda-Zəncan  yanındadı.  Bir  Hələpçə
39
 Türkiyədədi. 
Hələpçədə bir nalbənt var, bu nalbəndi gərək gərəm
40
.  
 Gecəni gündüzə salıp, gündüzü gecəyə. Qıratınan yolhayol kə-
sip  ta  gəlip,  ağa,  Hələpçəyə.  Gedirdi  bazarnan,  xiyavannan.  Ba-
xırdı, o tay dükan, bu tay dükan. Gördü bir sənətkar gözə gəlmir. 
Birisi  bəzzazdı,  birisi  bəqqaldı,  birisi  dülgərdi,  birisi  sovdagərdi. 
Dolandı  gəldi  bir  qəri  arvadın  qapısında  dayandı  Koroğlu  at 
üstündə gördü bu qəri cəhrə bulur. Dedi: 
– Ay qəri ana. 
Dedi: 
– Nədi, oğul. 
Dedi: 
                                                
39
 Görünür  aşıq  Hələbçənin  indiki  inzibati  bölgüyə  görə  İraqın  Süleyma-
niyyə şəhəri yaxınlığında olduğunu bilmir. 
40
 Aşıq burada şərh verərək deyir: Çünki mən də ad elədim gərək deyəm. Bir 
vaxt iradı tutumuyaiz ki, bu Hələpçə haradadı? Amma, Koroğlu İrana gəlmiyip. Hər 
kəs aşıx yalan deyə xuda onun boynunu vursun. İrana Koroğlu əyax basmıyıp. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə