Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə40/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

 
 
157 
Eyvaza bu söz bu qədir giran gəldi, o qədir giran gəldi. Eyvaz 
qəyitdi dala, gəldi evdə otdi. Üzüqoylu yatdı. Nigar xanım Eyvazın 
anasıydı. Analığ üzündə aparmışdı bunu, Koroğlunun özündə övlat 
yoxudu. Üz oldu ki, Nigar xanım:  
– Xan Eyvazım, niyə bugün pərişanay? 
Dedi:
 
 
 – Ana, atanın sözü oğul yanında çox giran gələr, buna görə ki, 
ata bizi xar eləyip. 
[Nigar dedi:]  
– Necə xar eliyip? 
[Eyvaz dedi:] 
 – Mən cavandım göydə gedən durnanı qoymazdım keçə. Mənə 
bu söz giran gəlir. Rüxsət vermir mən gedəm bu durnaları nəmənə 
var tamamını seyd eliyim gətirim. 
Nigar xanım qəx vurdu gülməgə, dedi: 
–  Bala,  Qoç  Koroğlu  deyir  bu  sözünü,  ürəginə  alma.  Koroğlu 
deyər: “Mən cavanıdım  bu durnalardan bac alardım“  siz də alluz. 
Amma, istəmir siz onun başınnan bu çağında dağulayuz. Əgər, bu 
çağında  siz  onun  cəlalınnan  tamam  parakənd  olayız  onun  ocağı 
bağlanar. Narahat olmaginan. 
Dedi: 
– Xeyir, xeyir. Ağası sanaçan... qul olanın qulu qudurğan olur. 
Necə  Koroğlunun  əlində  biz  pərvəriş  yemişik.  Necə  bu  dur-
nalardan biz gedib bac gətirə bilməyik.  
Bəəd, Nigar xanım durdu gəldi Koroğlunun yanına.  
[Dedi:] 
 – Qoş Koroğlı, Eyvaz bu cür narahat olup. Eyvaza rüsxət ver. 
Dedi: 
 – Nigar, Eyvazım mənim yanımnan, əgə, bir gün gedə cəlalum 
dağılup. Eyvaz  mənim gözümün  işiğıdı. Qoymam Eyvaz gedə. O 
biri novçalardan gedir getsin, Eyvazı qoymam.  
Dəmirçoğlu üz oldu: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
158 
–  Qoç  Koroğlu,  əgər,  Eyvaz  mənim  yanımda  olmasa  mən  heş 
zad  eliyəyməm.  Gərək  Eyvaz  mənim  yanımda  ola  mən  bir  şə’ri 
talana verəm.  
Amma, Nigar xanım bu qəd üz basup Qoş Koroğluya. Götürüp 
bu sözdərnən Nigar xanım beş dənə Koroğluya deyir: 
– Koroğlu, qoy getsin.  
Görək burda aldı nə dedi: 
Sənə qurban, Qoç Koroğlu, 
Eyvazı yola sal gedə. 
Yalan dəgi sözüm doğru, 
Eyvazı yola sal gedə.  
 
Eyvaz dəlilərin başı, 
Eylər davanı savaşı, 
Başlarda vardı al quşı, 
Eyvazı yola sal gedə. 
 
Eyvazım şeşpər bağlasun,  
Düşman cigərin dağlasun, 
Dağı-daşı yaralasun, 
Eyvazı yola sal gedə. 
 
Eyvazımın qüdrəti var, 
Qollarının qüvvəti var, 
Getmək üçün rüxsəti var, 
Eyvazı yola sal gedə. 
 
Qan dolmuya ala gözünə, 
Toz qonmuya ağ üzünə, 
Bax bir Nigarın sözünə, 
Eyvazı yola sal gedə. 
Sözdər ki tamam oldı, Qoç Koroğlu gəldi meydənə. Baxdı Ey-
vazın  qamətinə.  Durmuşdu  ruburusunda  Eyvaz,  eyni  söylətiiləri 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
159 
kimi.  Dəmirçioğlu  onun  dalında,  Bolu  Sərdar
51
 onnan  dala,  bəəd 
Yumuğ Əhməd onnan dala
52
... Bular, tamam sanda durmuşdu. Də-
lilər  yeddimin  yeddi  yüz  yetmiş  yeddi  novçasıydı  Koroğlunun. 
Amma buların tamam başçısı xan Eyvazıydı.  
Koroğlu dedi:  
 – Balam, mən bilmədi bu sözü dedim, şuxluğ elədim. Məgər göydə 
gedən durnalardan yerdə insan atışur-tutuşur? O, göydə gedir, sən yerdə! 
O  dağ,  o  təpə  birsandı  ona.  Bəşər  nə  cür  yerdən  ona...  Tir  havalanıp 
çatmaz ona, xədəng havalanıp çatmaz ona. Mən siziynən şuxluğ elədim.  
Eyvaz dedi:  
–  Qoç  Koroğlu,  and  olsun  cəlalıya,  rüxsət  verməsən  bu  söz 
məni dələr, zəlil elər. Mən xar ollam, dəlilər içində sözümü utam. 
Demişəm gərək bu sözdən gedəm.  
Amma [Koroğlu] gördü [Eyvaz] aramış tutmur. Bəəd, burda [dedi:]  
–  Bəs,  bala,  gün  batub,  qoyun  söb  açıla.  Söb  mən  sizi  yola 
sallam gedin.  
Koroğlu axşam günü hər vax boznux olanda bilərdi gecə qar gə-
lər. Vurnuxur, külək bağlar, mahna elər, deyər: 
– Balam, qardı-çiskindi, borandı getmiyin. Hava xoş ola [gedərsiniz].  
[Koroğlu fikirləşir, belə desə] bəlkə bu söz Eyvazın başınnan açıla. 
Eyvaz qəral tutmur. Eyvaz gəlip evdə oturup, dəlilər dövründə, dedi: 

 
Sağı peyman!
53
 (Sağı Peymana dedi) Peyman, bir mey doldur. 
Peyman  bir  mey  doldurup  gətdi.  Nigar  xanım  calallı  Koroğlu-
nun sağ yanında oturmuşdu, sol yanında Eyvaz oturmuşdu, dəlilər 
ruburuda.  Eyvaz  baxdı  Nigar  xanımın  gözünə,  baxdı  Koroğlunun 
üzünə gözlərinnən yaş sərazir oldi, ildir-ildir. Nigar qəyitdi dedi: 
                                                
51
 Aşıq  Dəmirçioğlunun  Çənlibelə  gəlməsini  danışarkən  «Bolu  Sərdar 
burdan  qaçıb»misralı  şeiri  dediyini  və  Eyvazın,  Dəmirçioğlunun  Bolu  Sərdarı 
tanımadıqlarını söylədiklərini danışdığını deyəsən unudub.  
52
 Aşıq  belə  izah  verir:  Deyərdilər,  casusuydu  bu.  Gedərdi  Koroğluya 
casusluq elərdi 
53
 Aşıq belə izah verir: Bir sağısı vardı, Peymanıdı adı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
160 
– Eyvazım, niyə pərişanay, ağlııray? 
Dedi: 
–  Buna  görə  mən  ağlaram  ki,  mənə  rüxsət  vermədi  Qoç  Ko-
roğlu. Dedi:  
(Anacan) Baxmaram boran-çiskinə, 
Ağlaram, ana, ağlaram. 
Ürəgim şüşədir sinə, 
Ağlaram, ana, ağlaram. 
 
Gərək düşəm səhər yola, 
Baxam sağa, baxam sola, 
Baxmam çiskin, boran ola, 
Ağlaram ana ağlaram. 
 
Düşmənə mən çıxam qarşı, 
Ürəgimin var savaşı, 
Başda oynar şeşbərbaşı, 
Ağlaram, ana, ağlaram. 
 
Dəmirçioğlu Həsəninən. 
Dağlar başın pusanınan, 
Düşmənlə qapışanınan, 
Ağlaram, ana, ağlaram. 
 
Həsən paşa qoymam qala, 
Başına bir şeşbər çala, 
Peymanəsi qannan dola, 
Ağlaram, ana, ağlaram. 
 
Məst olanda bulbulları, 
Açılar qızılgülləri, 
Xan Eyvazım bu yolları, 
Sinəmi çəp-raz dağlaram. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə