165
Qoymam düşmannar tək qala
60
,
Gərək Eyvaz aşa sənnən.
Bu sözdəri deyənnən sonra ata rikab basdılar. Ağa, düşüplər yola.
Gəldilər dağın bir buzğun zəmanəsiydi, cilğə yol açılırdı, yolu aşdılar.
Çıxdılar dağın damanasına baxdılar. O zaman dürbün-mürbün bu cür
yoxuymuş. Baxdılar gördülər şəər düşüp bir düzdə. Hələ Osman
torpağı Türkiyədədi, hayandadı mən biləmirəm. Amma, o tərəfdədi.
Düzdədi bu şəər. Baxdılar gördülər bu şəərin ətrafı tamam sudu.
Dəmirçioğlu dedi:
–Eyvaz, azmışıy yolu? Bura Həsən paşanın Duran şəəri dəyil.
Bura Duran dəyəllər?!
Dedi:
–Bura elə Duran şəəridi.
Dedi:
–Əgə, biz Duran şəərini tapmasak durnaları da tapmak. Xar
qəyidarık Koroğlunun yanına.
Burdan yetirhayetir, mənzilhamənzil çatdılar ta şəərin kinarına.
Gördülər bir kişi iki dənə qatır yükü ot bağlıyup gəlir. Amma əlində bir
dənə ağaşdı, bir əlində dəsmal oynuuru, tovluur gəlir. Eyvaz dedi:
–Dəmirçioğlu bunnan xəbər al, gör Duran şəəri budu?
Dedi:
– Ay dadaş!
Bu, cavap vermədi.
[Dedi:]
– Ay yoldaş!
Bu cavap vermədi bə. Bir qədir gəldi rubarusunda durdi, dedi:
– Qardaş sənnən xəbər almıram məgə?
Dedi:
– Ay dadaş, nə ola? Ay yoldaş, nə ola?
Dedi:
60
Aşıq misraya belə şərh verir: Yəni, duşmanın tək bir dənəsini qoymuyam qala.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
166
– Bəs nə deyim?
Dedi:
– Deginən: “Ay danə! Sözü deyirəm adama“. Bu cür xəbər al.
Dedi:
– Bərəkalla baba, səndəki şairən. Bura Durandı?
Dedi:
– Bəli, bura Duran şəəridi.
Dedi:
– Həsən paşa deyillər bu Duran şəərində olar? Həsən paşa diridi?
Dedi:
– Bəli, əlan şəər təlatumdadı, cimu-cuşdadı. Şəərdə san görüllər.
[Dedi:]
– Nə üçün?
Dedi:
–Deyillə bu dağın o üzündə bir Cardaxlı var. Bir Koroğlu var.
Tamam gədikləri basur, qəfləri kəsir, bazırqannarı çapur, yolları
bağluur. İstiillər qoşun yiğələr, gedələr onun cəlalını dağıdalar.
Eyvaz dedi:
– Əcəb yerdə səhər açmışıq, günümüz çıxmır. İnəgimiz doğub
iki buzov: birisi ala, birisi boz. Biz gəlmişik burda durna aparak.
Bular gəlir Koroğlunun cəlalın dağıda. Dəmirçioğlu, qoy bunu
mən yolluyum gedə gedər-gəlməzə.
Dəmirçioğlu dedi:
– Yo... yo...yox! Kasanı tıqqıllatma. Əsla.
Bunun bu dilin çox halı olmurdu. Dedi:
– Qardaş, nə deyiriz?
Dedi:
–
Deyirik, yanı əcəp bu Koroğlu çox namərd adamıdı? Çox
zülm eləyif xalxa?
Dedi:
–
Bizi də istiyələr, biz də bularnan gedərik köməgə?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
167
Bəəd, bu sözdə ki, bunnan kömək, icazəsi-rüsxət istiidi, gedə
Dəmirçioğlunnan ala, Dəmirçioğlu dedi:
– Eyvaz can, səni mən tək qoyman gedən. Görmədin anan nə
dedi. Mən necə səni gözdən qoyup tək gedəyn?
Dedi:
– Xub, düşman içidi. Hələ biz gedip bulara munis olak. Görək
buların sözü haradı, hədəfi haradı.
Dedi:
– Amma, ged tez gəl, qalma.
Bular da girdilər həmin baği ki Koroğlu demişdi. İsaballıya
dedilər: “Get, duz al, göt gə“.
İsaballı dedi:
– Atnan gedim?
Dedi:
– Səfey oğlu, atı aparran özün tanıtdırran... Atnan nəyə?! Xurcunu
götür ged. De: “İstiirəm bir az duz alam, həşəmim var, aparam“.
Bəəd, xub. Dedilər: [xəbər alsalar]– Sən nə cür düz aparran
dalında? Deginən:– Atımı hörükləmişəm çöldə, qatırım var yük-
lüyəm aparam.
Ağa, [Eyvaz] bunu da yolladı [şəhərə]. Eyvaz gəldi girdi şəərin
içinə. Gəldi gördü ki, böyük meydandı. Meydan qurulup. Ağa,
düşmannar qollarında bazubənd, tamam əllərində şeşpər oy-
nadıllar. Çaqqışır şeşpərlər bir-birinə. Eyvaz girdi yannan ləşkərin
içinə. Şəərin içində Həsən paşa oturup təxt üstündə. Vəzirinin
birinin adı Sulduz idi. Sulduz vəzir dedi:
– Qibleyi- aləm sağ olsun, deyillər, Koroğlunun yeddi min yeddi
yüz yetmiş yeddi dəlisi başundadı. Əgər, onda da onun bir novça
dəlisi var, adına Eyvaz deyillər, Türkəmandı. O, çox qoçaqdı. Əgər,
deyillər o Eyvaz tutalar Koroğlunun cəlalı başınnan dağılıp, ocağı
keçip. Eyvaz tək yeddi min yeddi yüz yetmiş yeddi qoşuna hərifdi.
Biz bir cür elyəgin Eyvazı salağın tora.
İndi Eyvaz durup baxur, bular içində. Sulduz vəzir dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
168
– Əgər, Eyvazı tutak Koroğlunu tutmuşuk. Amma da, deyillər
Eyvazda bir cür hüsnü camal var. Əgər, on nəfər adamnan öldürə,
tutay onun qanın bağışlar ona. Bir belə cavanı hüsnü var.
Eyvaz bir çan baxdı gördü kulafirəngidən qızıl alma əlində Dona
xanum oynadur. Baxdı bir Eyvaz gözünün güşasınnan, bir gözüynən
baxdı Dona xanıma, bir gözüynən Sulduz vəzirə. Vəzir dedi:
– Ay cavan, nə məmləkətdən gəlmişəy buraya? Hayana gedirəy?
Dedi:
– Valla, qurban, mən də eşitmişəm bu Koroğlu tamam şəərləri talan
eliyip, viran eliyip. Mən Turanzəminnən gəlmişəm. Əgər, icazə ve-
rəyiz, rüxsət verəyiz, biz də qarışak sizə. Mənim necə dənə yoldaşım
var, dostum var, familim var, elim var. Bizə çox zülüm eləyip. Bizə
çox yovuxdu, sizə ki, çox uzaxdı hələ. Bizdən çox cəlallar dağıdup.
Bunu deyəndə bir dənə cavan pəəlivan idi meydanda, yeridi
irəli, dedi:
– Ay oğlan, o Eyvazı mən Burzu gədigində görmüşəm. Neçə il
bunnan qabax kəsdilər bizim yolumuzu. Eyvaz həmişə həm çəp
əlində şeşpər vurar, rast əlində cida vurar. O zaman mənə bir dənə
şeşpər vurupdu kətdimnən, hələ necə aylardı, necə günnərdi hənuz
cəraəti gəlir, yeri yaxçı olmuyup. Əgər, mən Eyvazı görsəm
təbəsinnən bu əmudu vuracağam başı buğda təki səpələnə.
Eyvaz güldü bu sözə. Gülməgində Eyvaz, buna görə güldi. Dedi:
– Nə oğlan, güldiy?
Dedi:
– Ay pəəlivan dadaş, məlumdu ki, sən bu cavannarın başı
səney, sərkərdəsi səney. Xuda səni nəzərdən, gözdən saxlasın. O
şeşpəri hələ görey nə cür vurup sənə, sən indiyə qalmışay? Vəilla o
bir şey dəyi ki?! Türkəmən elində bir dava düşdü, mən onun ya-
nındaydım, onun atası Əli qəssabdı, onun dayısı Ərəp Reyhandı
61
.
61
Aşıq Koroğlunun Çənlibelə gəlməsi qolunu danışanda Ərəb Reyhanın
Koroğlunun dayısı olduğunu söyləyib.Görünür, Mustafaxan deməliymiş. Çünki
Koroğlu Eyvazı xilas etmək üçün Türkmən elindən Mustafaxanı köməyə çağırır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |