Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə41/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   37   38   39   40   41   42   43   44   ...   96

 
 
161 
Sözləri  tamam  eliyənnən  sora,  bəəd,  burda  Nigar  xanım  baxdı 
Koroğlunun üzünə, dedi: 
– Qoy söb açılsın calallana, saniyizi görün, dəlilərdən seçiy gedi. 
Ağa, bəəd Dəmirçioğlunu o
54
, İsaballını o, Xan Eyvazı seşdi bir 
tərəfə. Dedi: 
– Baxuy,-Koroğlu indi bu sözdəri deyir, bəlkə, buları qorxuda, 
getmiyələr. Görək burda, Koroğlu nə cür buları bu yoldan minsərif 
elirdi. Bəlkə Eyvaz bunun sözünə qulağ asa. Xeyir aa, Eyvaz məgə 
qərar tuti?! Deyir:  
Sənə qurban, Xan Eyvazim, 
Boşdu bu dağın yolları. 
Nabələdiz baş qutarmaz, 
Beşdi bu dağın yolları. 
 
Uca dağı duman tutup, 
Qəyələr baş-başa çatup, 
Ağur həramular yatup, 
Ləşdi bu dağın yolları.  
 
Dəmirçioğlu bizə nökər, 
Hayxuranda qəddən sökər, 
(Bala) At qaçar nal-mixin tökər, 
Daşdı bu dağın yolları. 
 
Qoş Koroğlu deyər, ağlar
55

Sinəsini çəp-raz dağlar 
Qar yağar zürbalar bağlar, 
Qışdı bu dağın yolları. 
Dedi:  
                                                
54
 Burada «o» və bağlayıcısı yerində işlədilir 
55
 Aşıq  misraya  belə  bir  şərh  verir:  yəni  siz  gəlməsiyiz  gedəyiz  gəlişəyiz 
mənim ocağım keçər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
162 
–  Belə  zülmat  ola  bu  dağın  yolları,  səx-səx  boran  ola  bu  dağın 
yolları, əgər, beş ağac yol ola, hərəsi qırx ağac ola gedərəm teyy eylə-
rəm birini çıxardaram, – Eyvaz dedi: – Qəral tutmuram, gərək gidəm. 
Amma Koroğlu dedi: 
– Xub, hələ pəs indi gedirəy, qoy sənə nəsiyət eləyim. Nəsiyətim 
budu: “Durnalar tökülə bağa, hovuz var, su şirindi içələr eyb olmaz. 
Bir az duz allız, bağda tökəriz  hovuzun  içinə. Durnalar  içər, pərvaz 
eliyə bilməz. Bəəd, durnaları tamam seyd edəriz. 
Bu sözi Koroğlu bəəd, deyənnən sora Eyvaz, İsaballı, Dəmirçioğlı 
bular yığıldılar bir tərəfə, o Yumuğ Əhməd ki, yol kəsərdi, dedi: 
– Mən də gedim, Qoş Koroğlu? 
[Koroğlu dedi:] 
– Sən qal, sən burda lazıməy. 
Amma,  Nigarın  gözləri  baxırdı  Eyvaz  xana,  bahar  bulutu təki. 
Gözdərinin  yaşını  ildir-ildir  silirdi.  Nigar  baxtı  Qoş  Koroğlunun 
üzünə dedi: 
– Koroğlu, ruxsəti  mən aldım, Eyvazım gedir.  Amma Eyvazın 
bu getməgində mənim gözüm çox qəm yaşı tökür. Eyvazımın ba-
şına bəla gəlməsin? 
Koroğlu dedi: 
–  Əgər Eyvazım  mənim  yerişimnən  dərk  eləsin,  əgər  İsgəndər 
qoşunu ola, Eyvazımnan zərrə bac ala bilməz.  
Onda  da  Dəmirçioğlu  baxdı  gördü  bu  sözi  Eyvaza  Koroğlu 
deyəndə. Dəmirçioğlu çox narahat oldu. Rəngindən bildi.. Nigar xanım 
harif  idi.  Koroğlu  çox  bəz  zaddarı  bilməzdi.  Koroğlu  birisini  yıxəydi 
anı başını kəsərdi. Əgər yıxıləydi durardı yalvarmağa. Bu adəti var idi. 
Nigar bəəd götürüb Dəmirçioğluya görək bu dillərnən nə deyir:  
Dəmirçioğlu, adı bəlli
56

Eyvazımı qoyma gözdən. 
                                                
56
 Aşıq  misraya  belə  şərh  verir:  Nigar  xanım  buları  Dəmirçioğluna  deyir, 
ürəyi sinməsin Dəmirçioğlunun, niyə Eyvazı elə çəkirsiz ruxa 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
163 
Duşman ola yüz o əlli, 
Eyvazımı qoyma gözdən. 
 
Eyvazım qoyma tək qalana
57

Əcəl camını dolana
58

Düşman buna daldalana, 
Eyvazımı qoyma gözdən.. 
 
Eyvazı qoyma tək gəzə, 
Duşmanın bağrını əzə, 
Zülümə ikiyiz dözə, 
Eyvazımı qoyma gözdən.  
 
Geyin o zirəh yarağa, 
Yoluyzda verrəm sadağa, 
Dözə bilməm qəm fərağa, 
Eyvazımı qoyma gözdən. 
 
Səhər söbün Dan ulduzu, 
Budur sənə Nigar sözü, 
Baxar Həsən paşa qızı
59

Eyvazımı qoyma gözdən. 
Sözdər ki təmam oldı, bəəd, Nigar xanum bu sözdəri deyənnən 
sora,  gün  açıldı,  gəldilər  Çardaxlının  meydanında  durdular.  Dağ 
çəkilmişdi, getmişdi göyə. Eyvaz dedi: 
–  Qoş  Koroğlı,  məhz  Təkətürkəmandaydım,  dağa  duman  yatanda 
atam deyərdi:  “Davarı  salak quzu qoynuna. Yəni, quzu gələ  nənəsinin 
yanına. Hava açılışıp duman havanı açar.“ Atam deyərdi: “Ya dumannı 
ilim olsun, ya alagöz qoyunum olsun, tumannı gəlinim olsun, ilim mənə 
xoş gələr. Bizə duman yaxçiydi. Yaxçi bilərdik dumanı dağ ola.“ 
                                                
57
 Misrada qafiyə uyğun gəlmir 
58
 Aşıq misraya belə şərh verir: Əlbəttə ki, əcəl kasası dolana fərq eləməz 
59
 Nigar  xanım  Həsən  paşanın  qızı  Tellini  Dəmirçioğluna  almalarını,  yəni 
Telli xanımın gözü yolda qalacağına işarə edir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
164 
Dedi:  
– Bala, o dumannarnan bu dumanın fərqi var. Bunnar boz dumandı, 
pozğundu. Buranın qışı səxt olar, sizin arannan [fərq var]. Hələ gedin, 
Allaha tapşırdım beləyizi. Biri-biriyin ardıca gedin, ayrı düşmüyün. 
Ağa,  düşdülər  yola.  Ərəb  atdara  rikab  basdılar,  düşdülər  dağı 
təpənin  [canına].  Gəldilər  bir  [yerə,  gördülər]  böyük  dağdı  get-
mişdi  göyə.  İldırım  dağı  deyərdilər.  Amma,  hər  yana  dolandılar 
gördülər  yol  yoxdu,  at  keçə  bilmir.  Pəs  burdan  nə  cür  olak,  biz 
aşayk. Yolu azdık. Dəmirçioğlu deyər: 
– Bəli, Eyvaz, yolu azdık. 
Burda  Eyvaz  götürüp  dağlara  beş  dənə  deyir,  görək  nə  söz-
dərdən deyir: 
Qarşı yatan, qoşa dağlar,  
Gərək Eyvaz aşa sənnən. 
Şeşpər belə necə bağlar, 
Gərək Eyvaz aşa sənnən. 
 
Başıya bulut dolanur, 
Sinəy tamam qarlanur, 
Kəkliklər qakqullanur, 
Gərək Eyvaz aşa sənnən. 
 
Səx-səxdir qəyələrin, 
Uzqun-uzqun dərələrin, 
Gərək aşa sərələrin, 
Gərək Eyvaz aşa sənnən. 
 
Bu dağları çiçək bəzər, 
Çiçək üstə bulbul gəzər, 
Düşmən zülümümə dözər, 
Gərək Eyvaz aşa sənnən. 
 
Eyvaz düşüp burda yola, 
Baxır, həm sağa, həm sola
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə